Vüqar Bayramov: Füzuli Beynəlxalq Hava Limanı

dünyada ən tez inşa edilən aeroportlardan biridir

 

Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Sərnişin təyyarəsi ilə Bakı – Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

 

Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə “Qarabağ” adını daşıyır. Qeyd edək ki, AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb.

Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

 

“İki sahil” qəzetinin bugünkü müsahibi Milli Məclisin deputatı Vüqar Bayramov bu məsələlərlə bağlı suallarımızı cavablandırır:

 

- Vüqar müəllim, sentyabrın 5-də AZAL-ın sərnişin təyyarəsi Bakıdan işğaldan azad olunmuş Qarabağımızın ilk hava limanına sınaq uçuşu həyata keçirib. Bununla əlaqədar bir füzulili kimi hansı hissləri keçirirsiniz?

- Bu hava limanında sınaq uçuşunun həyata keçirilməsi tarixi hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək. Bu, Qarabağımızın Azərbaycan iqtisadi birliyinə inteqrasiya baxımından vacib bir hadisədir. Bu baxımdan təbii ki, bütövlükdə hava limanının istifadəyə verilməsi hər bir Azərbaycan vətəndaşı kimi, məndə də qürur hissi yaratdı və təbii ki, tarixi gündür. Çox qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının istifadəyə hazır olması təbii ki, fəxr edilməli bir faktdır.

- Qarabağda tikilən beynəlxalq hava limanlarının nə vaxt istifadəyə verilməsi planlaşdırılır?

- Zəngilan və Laçın rayonlarında artıq hava limanının inşası ilə bağlı proseslər başlayıb. Gözlənilir ki, Zəngilan Beynəlxalq Hava Limanının ilkin infrastrukturu növbəti ilin sonuna qədər formalaşacaq. Laçın rayonunda təbii ki, yer seçimi həyata keçirilib. Relyef baxımından Laçında hava limanının inşasına bu kontekstdən müəyyən zaman lazım oldu. Çünki Laçın relyef baxımından dağlıq və meşəlik əraziyə malik olan rayondur. Amma təbii ki, artıq proses başlayıb. Həm Zəngilan, həm də Laçın beynəlxalq hava limanları Azərbaycan iqtisadiyyatı üçün, eyni zamanda, xüsusən təhlükəsizlik və strateji baxımdan vacib layihələrdir. Füzuli Beynəlxalq Hava Limanının çox qısa müddətdə inşa edilməsi ondan xəbər verir ki, digər iki hava limanımızda da işlər intensiv şəkildə həyata keçiriləcək. Ümumiyyətlə, Füzuli Beynəlxalq Hava Limanı dünyada ən tez inşa edilən və istifadəyə hazır olan bu tipli aeroportlardan biridir. Nəzərə alsaq ki, bu hava limanı təxminən 9 ay ərzində inşa edilib, bu da ondan xəbər verir ki, proseslər intensiv şəkildə həyata keçirilir.

- Azərbaycan Qarabağdakı yeni hava limanlarının tikintisinə nə qədər investiya qoymağı proqnozlaşdırıb?

- Bu investisiya qoyuluşları daxili mənbələr hesabına həyata keçirilir və beynəlxalq hava limanlarının inşası Azərbaycan üçün vacib layihələrdir. Ona görə də daxili mənbələrdən bu istiqamətə vəsaitin ayrılması həyata keçirilib. Artıq Füzuli Beynəlxalq Hava Limanının inşası tamamlanmaq üzrədir. Digər hava limanlarının inşası da qısa müddətdə reallaşacaq. Təbii ki, bütün hallarda investisiya daxili mənbələr hesabına həyata keçiriləcək. Azərbaycanın mövcud potensialı həmin investisiya qoyuluşlarını həyata keçirmək və tələb olunan maliyyəni qarşılamaq imkanındadır.

- Sizcə, bu hava limanlarının sosial-iqtisadi əhəmiyyəti nədən ibarətdir?

- Hava limanları iqtisadi baxımdan vacibdir. Çünki Qarabağın eləcə Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu potensialın reallaşması xüsusən həmin ərazilərimizdə istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanlarına ehtiyac var idi. Nəzərə alsaq ki, Şərqi Zəngəzur Qarabağ iqtisadi rayonları potensial baxımından Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanına malikdir, belədə güman olunur ki, bərpa yenidənqurma mərhələsindən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək. Bu da imkan verəcək ki, potensialın məhsula, dəyərə çevrilməsi, həm hava limanları vasitəsilə həmin məhsulların ixracatına imkan yaratsın. Digər tərəfdən, Qarabağ eləcə Şərqi Zəngəzur böyük turizm potensialına malikdir. Şuşa Kəlbəcər Cənubi Qafqazda fasiləsiz turizm xidməti təklif etmək baxımından azsaylı şəhərlərdən biridir. Təbii ki, bu, həmin turizm potensialını reallaşmasına imkan verəcək. Bu infrastrukturlar Azərbaycana gələn turistlərin sayının artması xüsusən daxili turizmin daha da genişlənməsi üçün yeni imkanlar yaradacaq. Bilirsiniz ki, Azərbaycanın daxili turizm potensialı kifayət qədər böyükdür. Xüsusən pandemiyadan əvvəlki dövrdə ölkəmizə gələn turistlərin sayı 3,2 milyon nəfər olmuşdur. Azərbaycandan xaricə turist kimi gedənlərin sayı isə 5,7 milyon nəfər idi. Bu isə ondan xəbər verir ki, daxili turizm potensialı kifayət qədər böyükdür. Ona görə bu, turizm potensialının reallaşmasına ciddi təkan verəcək. Xüsusən nəzərə alsaq ki, Şuşaya gəlmək istəyənlərin sayı kifayət qədər çoxdur, bu da həmin potensialın reallaşması üçün yeni imkanlar deməkdir. Bütövlükdə, bu addımlar Qarabağın Şərqi Zəngəzurun turizm imkanlarının reallaşmasına xüsusi töhfə verəcək. Digər tərəfdən, həm Zəngilan, həm Füzuli limanları, həmçinin infrastruktur vasitəsilə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bu da daha geniş anlamda Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya deməkdir. Bu isə nəticə etibarilə Azərbaycan vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin artmasına imkan verəcək. Bu, hava limanlarının Azərbaycana daxil olan valyutanın həcminin artmasına xüsusi töhfə verəcəyindən xəbər verir.  

- İstərdik ki, “Böyük Qayıdışproqramı barədə məlumat verəsiniz?

- “Məskunlaşma Böyük Qayıdışproqramı artıq demək olar ki, icra olunur. Çünki infrastrukturun formalaşması Böyük qayıdışın bir mərhələsidir. Ümumiyyətlə, məskunlaşma 4 mərhələdə həyata keçiriləcək. Birincisi, minadan təmizlənmə dəymiş ziyanın qiymətləndirilməsidir. Bununla bağlı işlər davam etdirilir. İkinci istiqamət infrastrukturun formalaşmasıdır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ondan xəbər verir ki, intensiv şəkildə infrastruktur formalaşdırılır. Nəqliyyat logistika layihələri infrastrukturunun formalaşdırılması intensiv şəkildə kifayət qədər sürətlə həyata keçirilir. Formalaşdırılmış infrastruktur da müasir standartlara uyğun olaraq reallaşır. Digəri isə təbii ki, sosial obyektlərin, inzibati binaların eləcə yaşayış evlərinin inşasıdır. Dördüncü mərhələ isə məskunlaşmadır. Bu baxımdan prosesin intensiv şəkildə həyata keçirilməsi ondan xəbər verir ki, məskunlaşma proqnozlaşdırıldığından ya bizim gözlədiyimizdən daha tez baş verəcək. Xüsusən artıq Zəngilanda ilk “ağıllı kənd”in qurulması həyata keçirilir. Bu da ondan xəbər verir ki, artıqağıllı kənd” tam formalaşandan sonra biz paralel olaraq məskunlaşma prosesinə başlayacağıq. Amma təbii ki, məskunlaşma mərhələli şəkildə həyata keçirilən bir prosesdir. Azərbaycanın mövcud gücü, iqtisadi potensialı imkan verir ki, müasir standartlara uyğun infrastrukturu formalaşdırmaqla məskunlaşma prosesini daha intensiv şəkildə, gözləniləndən qısa müddətdə həyata keçirə bilsin.

- Azərbaycanın dövlət büdcəsindən cari il üçün işğaldan azad olunmuş ərazilərimizin bərpasına qədər investisiya qoyulması nəzərdə tutulub?

- Dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitin həcmi 2,2 milyard manatdır. Digər daxili mənbələrdən vəsaitin cəlb edilməsi istiqamətində işlər görülür. Növbəti illərdə gözlənilir ki, büdcə bu istiqamətdə maliyyələşdirməni uğurla həyata keçirəcək. Bütövlükdə, bu gün Qarabağda, eləcə Şərqi Zəngəzurda reallaşdırılan işlər ancaq daxili mənbələr hesabına həyata keçirilir. Azərbaycan xaricdən hər hansı bir borc almadan, heç bir asılılıq olmadan öz daxili imkanları hesabına Şərqi Zəngəzuru Qarabağı yenidən qurur müasir, beynəlxalq standartlara uyğun infrastruktur formalaşdırır.

- Hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpasında hansı ölkələr iştirak edirlər?

- Azərbaycanın haqq işinə dəstək olan ölkələr bu prosesdə iştirak edirlər. Təbii ki, Azərbaycan şirkətləri bu prosesdə fəallıq nümayiş etdirirlər, infrastruktur layihələrinin formalaşmasında icrasında yaxından iştirak edirlər. Qardaş Türkiyəni təmsil edən şirkətlər bu prosesin fəal üzvüdür. İtaliya şirkətləri isə enerji şəbəkəsinin formalaşmasında iştirak edirlər. Bu baxımdan Azərbaycan elan etdiyi kimi, məhz birmənalı şəkildə savaş zamanı haqq işinə dəstək olan ölkələrin bərpa yenidənqurma prosesinin daha fəal şəkildə iştirakında maraqlıdır bu istiqamətdə intensiv işlər həyata keçirilir.

 

Cavid Əkbərov

 

İki sahil.- 2021.- 9 sentyabr.- S.13.