Naxçıvanda ÜmumrespublikaXəmsəFestivalının IV regional turu keçirilib

 

 

Naxçıvan Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının təşkilatçılığı iləNizami Gəncəvi İli”nə həsr olunmuş gənclər arasında ÜmumrespublikaXəmsəFestivalının muxtar respublikadakı seçmə mərhələsi baş tutub.

 

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oyunun keçirilməsində məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını, intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, həmçinin intellektual oyunların kütləviliyini təmin etməkdən ibarətdir.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi Anar İbrahimov muxtar respublikada gənclərə gənclər təşkilatlarına göstərilən dəstəkdən dövlət qayğısından danışıblar. Həmçinin dahi şair Nizami Gəncəviyə həsr olunmuş tədbirlərin keçirilməsinin əhəmiyyəti gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyi vurğulanıb. Natiqlər oyunda yarışacaq komandalara uğurlar arzulayıblar.

 

Oyunda Yeni Azərbaycan Partiyasının Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur Naxçıvan şəhər təşkilatlarını təmsil edən təmsil edən komandalar iştirak edib. “Bəlli”, “Şərtli”, “Sirli”, “FərdiXəmsəraundundan ibarət olan oyunda ən çox xal toplayan Naxçıvan şəhər təşkilatını təmsil edən komanda I yerin sahibi olaraq, muxtar respublikanı Gəncə şəhərində keçiriləcək ümumrespublika final mərhələsində təmsil etmək haqqı qazanıb.

 

 İki sahil.- 2021.- 16 sentyabr.- S.5.