Şəhid ailələrinə
və müharibə əlillərinə qayğı
dövlət siyasətinin
prioritet istiqamətidir
Prezident
İlham Əliyevin sosial siyasətində şəhid ailələrinin,
müharibə əlilləri və veteranlarının həyat
şəraitinin yaxşılaşdırılması da
prioritet məsələdir. Xüsusən
44 günlük müharibədəki
tarixi Zəfərimizdən
sonra bu istiqamətdə önəmli
addımlar atılıb.
Belə ki, bu il Prezident
İlham Əliyev Bakının Binəqədi
rayonunun Xocəsən
qəsəbəsində şəhid
ailələri və müharibə əlillərinə
mənzillərin, avtomobillərin
təqdimatı mərasimində
iştirak etmişdir.
Bu, dövlətin torpaqlarımızı düşmən
işğalından azad
edən şəhidlərin
ailələrinə və
qazilərə göstərdiyi
növbəti ehtiram və diqqətin təzahürüdür. Kompleksdəki
810 mənzil 300 şəhid
ailəsinə və müharibə əlillərinə
təqdim olunmuşdur.
Sosial obyektlərin də inşa edildiyi kompleksdə 620 nəfərlik məktəb
və uşaq bağçası da istismara verilmişdir. Ümumiyyətlə, ölkəmizdə
şəhid ailələrinə
göstərilən qayğı
davamlıdır.
Bunu statistika da təsdiq edir: yeni kompleks
daxil olmaqla bu günədək 10 min şəhid ailəsi və müharibə əlili mənzillərlə, həmçinin
fərdi evlərlə
təmin edilib.
Prezident İlham
Əliyev şəhid
ailələri və müharibə əlilləri
ilə görüşündə
dövlətin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğıdan bəhs edərək demişdir: «Keçən
il, 2020-ci ildə biz bu istiqamətdə
ən böyük göstəriciyə nail olduq - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə
təmin olunmuşdur.
Elə keçən il mən demişdim
ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı
daha böyük sayda evlərlə, mənzillərlə təmin
etməliyik və bu gün bunun
nəticələrini görürük.
Bu il 3 minədək
şəhid ailəsi,
müharibə əlili
evlərlə, mənzillərlə
təmin ediləcək
və bu yaşayış kompleksini
də nəzərə
almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillə təmin olunub. Bununla bərabər, biz uzun illərdir
Qarabağ qazilərini
fərdi avtomobillərlə
də təmin edirik. Bu gün
də bir neçə avtomobil təqdim ediləcəkdir
və bütövlükdə,
7200 avtomobil verilib».
Dövlət başçısı, həmçinin
bildirmişdir ki, Azərbaycanda bu sahədə aparılan siyasət humanist, ədalətli və vicdanlıdır. Vətən
uğrunda canlarını
fəda edən qəhrəman övladlarımızın
ailələri, qazilər
dövlət dəstəyi
ilə əhatə olunublar. Halbuki Prezidentin də
qeyd etdiyi kimi, Ermənistan İkinci Qarabağ müharibəsində bizdən
2-3 dəfə çox
itki versə də, bu ölkədə
müharibədə ölənlərin
ailələrinə nəinki
mənzil, heç daxma da verilmir,
müharibə əlillərinə
avtomobil verilməsi isə ağıllarına
da gəlmir.
Müharibənin acı nəticələrindən
biri də döyüşlərdə müəyyən
sayda əsgər və zabitlərimizin sağlamlıqlarını itirmələridir.
Ölkəmizdə müharibədən
dərhal sonra bu kateqoriyadan olan insanların da sağlamlığını
bərpa etmək, onları lazım olan protez və
əlil arabaları
ilə təmin etmək üçün tədbirlər görülməyə
başlandı. Qəhrəman
qazilərimiz sağlamlıqlarına
qovuşmaları üçün
xarici ölkələrin
ən yaxşı klinikalarına müalicəyə
göndərildi. Artıq
onların bir çoxu sağalaraq evlərinə dönüb.
Ümumiyyətlə, bizdə
hər bir qazinin sağlamlığı
ilə bağlı müraciətinə həssas
yanaşılır və
lazım olan bütün məsələlər
vaxtında həll olunur. Bu gün
qazilərimizdən 1300 nəfərinə
reabilitasiya mərkəzlərində
sağlamlıqlarını bərpa etmək üçün xidmət
göstərilir. Bununla yanaşı,
84 hərbçiyə yüksək
texnologiyalı protez,
957 əlilə 6400 reabilitasiya
vasitəsi təqdim olunub. Şəhid və qazi ailələrinə
sosial-psixoloji dəstək
verilməsi də unudulmur. 2950-dən çox
ailəyə psixoloji dəstək vermək üçün yerli və xarici psixoloqların xidmətindən
istifadə olunub.
Şəhid ailələrinə və
müharibə əlillərinə
verilən təqaüdlər də artırılır. Onlara,
həmçinin müxtəlif
sosial ödənişlər
verilir. Bu kateqoriyadan olan 24 min şəxsə sosial dəstək göstərilib.
Bununla yanaşı, 8400 şəhid
ailəsi və müharibə əlili, eyni zamanda, şəhid
hərbi qulluqçularının
7401, mülki şəhidlərin
206 nəfər ailə
üzvü sosial ödənişlər alıb.
Ən etibarlı sosial müdafiə hər bir vətəndaşın
məşğulluğundan keçir. Ölkəmizdə təkcə cari il 16 min insanın iş problemini həll etmək üçün genişmiqyaslı
özünüməşğulluq proqramı həyata keçirilir ki, onlardan da 5100 nəfər şəhid ailə üzvləri və müharibə əlilləridir.
Bundan başqa, şəhid
ailələri və qazilərimiz üçün
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında
başladılan «Məşğulluq
marafonu»nda iştirak edənlərin sayı hər gün artmaqdadır. 2021-ci ilin senytyabrın 14-dək Azərbaycandakı
499 işə
götürən
tərəfindən onlara 2388 vakansiya təqdim edilib. Milli həmrəylik prinsipindən çıxış
edərək mühüm
sahədə öz töhfələrini verən
həmin işəgötürənlərin 262-i dövlət, 237-si özəl
müəssisələrdir. Vakansiyalar üzrə verilən göndərişlər
əsasında artıq
671 nəfər (o cümlədən
117 şəhid ailəsi
üzvü və 554 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin
verilməsi davam edir.
Qazi və şəhid
ailələri haqqında
danışarkən, əlbəttə
ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində «Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların
və şəhid ailələrinin təminatına
dəstək fondunun yaradılması haqqında» Fərmanı ilə «YAŞAT» Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır.
YAŞAT» Fondunun hesabına
fəaliyyət göstərdiyi
dövrdən avqust ayının 1–dək 36 995 025.16 manat
vəsait mədaxil olub. Fond tərəfindən 3652 şəhid ailəsi üzvü və yaralının məişət
şəraitinin yaxşılaşdırılmasına,
37 şəhid ailəsi
üzvü və yaralının təhsil haqqının, 1004 şəhid
ailəsi üzvü və yaralının istehlak kreditlərinin, 1319
şəhid ailəsi
üzvü və yaralının isə tibbi xidmətlərinin
ödənilməsinə vəsait
ayrılıb.
Yeni tədris
ilinin başlaması münasibəti ilə
«YAŞAT» Fondu tərəfindən
67 şəhid övladına
dəstək göstərilib.
Belə ki, 7 özəl təhsil müəssisəsi ilə
yaradılmış əməkdaşlıq
çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 37 şəhid övladı özəl təhsil müəssisələrində
ödənişsiz kvota
əsasında təhsil
alacaq. Eyni zamanda, 7 şəhid övladı ödənişsiz
kvota əsasında bağça və məktəbəqədər təhsil
müəssisəsinə qəbul
olunub. Bununla yanaşı özəl təhsil müəssisələrində
ödənişli təhsil
alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaq.
«YAŞAT» Fondu
tərəfindən reallaşdırılan
xüsusi layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar bütün şəhidlərimizin
məktəbli övladlarına
dərs ləvazimatlarından
ibarət 800 hədiyyə
qutuları çatdırılıb.
Hər bir hədiyyə qutusunda bir illik müddət
üçün məktəbli
ləvazimatları yer
alıb.
Bundan başqa, təhsil,
peşə hazırlığı
və yaradıcı potensialın inkişafı
xərcləri istiqaməti
üzrə bu günədək ali təhsil müəssisələrində
təhsil alan 18 şəxsin təhsil haqqı Fond tərəfindən, 19 şəxsin
təhsil haqqı isə Fondun təşəbbüsü ilə
təhsil müəssisələri tərəfindən
qarşılanıb.
Xatırladaq ki, 2021-2022-ci dərs ilində Bakı şəhəri və digər regionlar üzrə 83-ü oğlan,
77-i isə qız olmaqla, ümumilikdə 160
şəhid övladı
birinci sinifə gedəcəkdir. Eyni zamanda, indiyə qədər dövlətimiz
tərəfindən 90-dan çox
Vətən müharibəsi
qazisi müayinə, müalicə və reabilitasiya üçün
Türkiyəyə göndərilib,
onlardan 30 nəfəri sağalaraq geri qayıdıb.
Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri də Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır.
Sərəncama uyğun
olaraq 2021-2025-ci illərdə
şəhid ailələrinə
və Qarabağ müharibəsi əlillərinə
11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.
Elçin Zaman
İki sahil .- 2021.- 16 sentyabr.- S.17.