Üzü dönsün ayrılığın...

 

Ölməz sənətkarımız Yaqub Zurufçunun xatirəsinə

 

Ayrılıqlar da, qovuşmalar da taleyin  və zamanın qismətidir. Tale Yaqub Zurufçunun qismətinə  illərlə həsrətində olduğu  doğma Azərbaycana  Ayrılıq  mahnısı  ilə qovuşmaq  qismət  eləmişdi. Həyatda hər kəsin, hətta torpağın, daşın, quşun, yarpağın, dənizin, bulağın da  öz nəğməsi var,  deyirlər. Hərə  öz dilində  oxuyur nəğməsini. Yaqub Zurufçu  da  hələ qürbətdə ikən özünün təkrarsız bənzərsiz nəğməsi ilə milyonlarla  azərbaycanlının qəlbində  əbədi yuva qurdu.

 

...Sonra  Yaqub ZurufçununAyrılıq”ından  xalqımızn  bir araya yığışdığı məkana  - Azadlıq  meydanına   intizar, həsrət,  göz yaşları yağdı. İnsanlar  bu  nəğmə yağışının  altında  keçmişdən  gələcəyə,  bu taydan  o taya  ümidlə boylandı.

 

Daha sonraAyrılıqAzərbaycanın milli - mənəvi dirçəlişinə təkan verdi,  el arası çəpər olmaz  məntiqi ilə bütün ayrılıqlara son qoymağa, müqəddəs torpaqlarımıza  göz dikən  yağı düşmənlə  savaşa ruhlandırdı.

 

Əbəs  yerə Yaqub bəy demirdi ki,  Ayrılıq”ı oxumaq üçün, ya gərək aşiq olasan, ya da ki, vətənpərvər. Mən onu vətənpərvər kimi oxumuşam.” Müğənninin   tale sənət yollarına  silsilə  məqalələr həsr  etmiş Əməkdar jurnalist  Rəhman Orxanın təbirincə  desək, Yaqub Zurufçu Vətən həsrətli-eşqli qəlbini "Ayrılıq"dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, ovundurub-sevindirə bilib. Qeyd edək ki, görkəmli sənətkar 65 illik ömründə dünyanın  çox  olkələrinə səfər etmişdi.

 

... 7 yaşında Təbriz şəhərinin Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub  Zurufçu elə həmin  illərdə Təbriz radiosunun uşaq proqramında iştirak edərək, şövqlə oxuduğu "Cücələrim" mahnısı ilə  bütün İranda tanınmış, dillər əzbəri olmuşdu. 15 yaşında isə  Təbriz Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin, ay nənə", "Dilbər" mahnısını ifa edən müğənni bu istedadını oxumaq istəyini atası Qulu kişinın uzun müddət Bakıda yaşaması və doğma xalqının  musiqisinə olan sonsuz sevgısi ilə əlaqələndirdi. 

 

....Gənc yaşlarında Tehran opera teatrının xorunda öz musiqi fəaliyyətini davam etdirən sənətkar 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra Almaniyaya   köçdü.  Lakin  Təbrizdən başlayan sənət uğurunu sonralar  qürbətdə davam etdirərək bütün dünyada, xüsusilə müsəlman aləmində, Şərq dünyasında böyük şöhrət qazandı. Onun Almaniya, ABŞ,  Latın Amerikası Avropa ölkələrində təşkil olunan ənənəvi konsertləri millətindən dinindən asılı olmayaraq, bütün dinləyicilər tərəfindən həmişə sevilərək, rəğbətlə qarşılandı.

 

Hansı  ölkədə  yaşamasından  asılı olmayaraq Yaqub Zurufçunun ürəyi həmişə  Azərbaycan eşqi ilə döyünürdü... İki il öncə müsahibələrinin birində deyirdi ki, bu il Can Azərbaycana gəlişimin 30 ili tamam olur. “Çox xoşbəxtəm ki, Gülağa Məmmədovun dəvəti ilə 1989-cu ilin əvvəllərində Azərbaycana gəldim illərlə həsrətində olduğum Vətən mənə doğma anam kimi qucaq açdı, bağrına basdı. Bu, həmin illər idi ki, Azərbaycan xalqı böyük bir imperiyaya qarşı azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. Xoşbəxtəm ki, “Ayrılıqmahnısı xalqımız tərəfindən sevildi... xoşbəxtəm ki, Vətənimin müstəqillik tarixində mənim adım, mənim payım var".

 

Yeri gəlmişkən qeyd edək ki, dünya şöhrətli məşhur  Azərbaycan  Türkiyə müğənnilərinin ifa etdikləriAyrılıq   Yaqub bəyə qədər bəzən xalq mahnısı hesab   olunurdu. Sonralar məlum odu ki, “Ayrılıq  eləcə Sizə salam gətirmişəmmahnılarının  musiqisi Bakıda doğulan, lakin  Stalin repressiyası zamanı İran təbəələri kimi ailəsi ilə  birgə ora sürgün edilən mərhum bəstəkar Əli Səlimiyə məxsusdur. Hər iki  mahnı kövrək    həsrətlə ifa olunsa da  sanki Azərbaycanın Cənub Şimal hissələrini mənən ruhən qovuşdurur...

 

... İctimai Televiziyada  işləyəndə  Yaqub  Zurufçu  Təbrizə getdi Təbriz həsrətiadında klip çəkdirdi.  Təbriz üçün çox darıxmışdım. 26 ildən sonra Təbrizə getdim doğma şəhərimi tanımadım, əgər bura - Azərbaycan olmasaydı, mən çox tez dünyadan gedərdim. Azərbaycan xalqı Azərbaycan dövlətçiliyi həmişə mənə dəstək olub.” İranda Azərbaycan dilində təhsilin olmadığını  dilə gətirən müğənni  ürək yanğısıyla deyirdi  ki, orada mənim özümün gül kimi dilim var, amma onu yaza, oxuya bilirəm.Niyə axı? Niyə belə olmalıdır?”

 

Təqribən 22 -23  il qabaq Yaqub Zurufçunun  bizim doğma Masallıya gəlişini xatırlayıram. Məni  onun  ifasından çox heyrətləndirən,  rayonda  uşaqdan  böyüyə  hamının tanıyıb sevdiyi,  cəddinin möcüzələri  barədə sağlığında əfsanəvi  söz-söhbətlər gəzən Seyid Sadıq ağanı  ziyarət etməsi oldu.  Viləşçay dəryaçasının sahilində  Seyid Sadıq ağa  ilə yadigar  şəkil çəkdirən müğənni ondan  xeyir-dua istədi...

 

...2009-cu ildə  Yaqub Zürufçu  həm Azərbaycan vətəndaşlığı aldı,  həm "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri  adına layiq görüldü. 

 

...Sentyabrın  15-də  qəlbi  hər zaman Azərbaycanla döyünən Yaqub Zurufçu azərbaycanlı  sənətsevərlərin çiynindəQurd qapısıqəbiristanlığında son mənzilə yola salındı. Sənətkarın dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət ictimaiyyət nümayəndələri iştirak etdilər. Bu gün Yaqub Zurufçunun canlı  ifasını dinləyənlər üçün  kədərli gündür.

 

Ancaq  onun ifasında təkrarsız gözəlliyi, ürəyəyatımlılığı ilə seçilən, qəlb oxşayan melodik Azərbaycan mahnılarını dinləmək  bizə - qaIib ölkənin musiqisevərlərinə həmişə böyük sevinc bəxş edəcək. Allah rəhmət eləsin!

 

Nurəddin Muğanlı

 

 

İki sahil.- 2021.- 16 sentyabr.- S.- 7.