Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir
İkisahil.TV-nin bugünkü qonağı
Veteranlar Təşkilatının
sədr müavini, polkovnik Cəlil Xəlilovdur
- Cəlil
müəllim, döyüş meydanında əldə
etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı
daha böyük gələcək, daha firavan həyat gözləyir.
Ölkəmizdə şəhid ailələrinə,
müharibə əlillərinə,
veteranlara və qazilərə dövlət
qayğısı ən
yüksək səviyyədədir. Bununla bağlı nə deyərdiniz?
- Bu gün şəhid ailələrinə, müharibə
əlillərinə və
veteranlarına göstərilən
hərtərəfli qayğı
nümunəvi xarakter
daşıyır. Şəhid
ailələrinin, müharibə
əlillərinin, veteranlarının
sosial ehtiyaclarının
dövlət tərəfindən
ödənilməsi, həmçinin
Vətən uğrunda
canından keçmiş
şəhidlərin və
Qarabağ müharibəsi
əlillərinin övladlarının
təhsil haqqından azad edilməsi, eyni zamanda, bu
insanların mənzil
və avtomobillərlə
təmin olunması da ölkə ictimaiyyəti tərəfindən
yüksək minnətdarlıqla
qarşılanır. Bu
istiqamətdə həyata
keçirilən tədbirlər
sistemli və ardıcıl xarakter daşıyır. Belə ki,
dövlət başçısının
müvafiq Fərman və sərəncamları
əlil və şəhid ailələrinin
sosial müdafiəsinin
gücləndirilməsinə müstəsna töhfələr
verir. Əlil və şəhid ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata
keçirilən dövlət
siyasətinin mühüm
prioritetlərindən biridir.
Bu gün veteranlarımız dövlət
başçısının hərtərəfli diqqət
və qayğısı
ilə əhatə olunub. Qətiyyətlə
deyərdim ki, dövlətimizin veteranlara
göstərdiyi diqqət
bütün dünya üçün nümunədir.
Məhz dövlətimizin
bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz
vəzifələrin öhdəsindən
gəlməyə imkan
verir.
- Uzun müddət
bəzi beynəlxalq təşkilatlar işğalçını
öz adı ilə çağırmaq,
təcavüzlə bağlı
qəbul edilmiş sənədlərdə işğalçının
kim olduğunu göstərmək istəmirdilər.
Təəssüf ki, ikili standartlar bu gün də
davam edir…
- Elədir. Hələ bugünədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb
etsinlər ki, bu problemin həlli
yolu BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi qətnamələrdən
keçir və heç olmasa Ermənistanı çağırırıq
ki, bu qətnamələrin
tələblərini yerinə
yetirsin. Bu günə
qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın
bir hissəsinin işğal olunmasına,
1 milyon insanın öz vətənində məcburi köçkün
vəziyyətinə düşməsinə
baxmayaraq, Minsk qrupu təcavüzkarın adını
indiyə kimi çəkməmişdir. Zaman göstərdi ki, onların fəaliyyəti
bəzi Avropa ölkələri, təşkilatları
kimi, ikili standartlara söykənib.
Onların səriştəsiz fəaliyyəti nəticəsində
torpaqlarımız uzun
illər işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə,
mövcud vəziyyəti
olduğu kimi saxlamaq istəyirdilər.
Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi
yolla öz torpaqlarını işğaldan
azad etdi, Ermənistanı döyüş
meydanında məğlub
edərək, işğalçını
məğlubiyyətini etiraf
etməyə məcbur
etdik. Reallıq bundan ibarətdir.
- Bildiyimiz kimi, sülhməramlı qüvvələrin
qarşısına qoyulan
məqsəd münaqişə
tərəfldərinin lokal
və böyük qarşıdurmasının qarşısını
almaqdır. Bu gün Rusiya sülhməramlıları üzərlərinə
götürdükləri vəzifələri
yerinə yetirə bilirlərmi?
- 2020-ci ilin 10 noyabr Bəyanatında açıq
şəkildə qeyd
olunub ki, Rusiya sülhməramlıları
yerləşdikləri ərazidə
bu cür təxribatlara yol verməməli, onların
qarşısını qətiyyətlə
almalıdırlar. Lakin təəssüflər
olsun ki, biz hələ də Rusiya sülhməramlılarının
yerləşdiyi ərazilərdən
ermənilərin mövqelərimizə
atəş açmasına,
yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Üçtərəfli Bəyanatın şərtləri
yerinə yetirilməyib,
bu günə qədər də Qarabağdan erməni silahlıları çıxarılmayıb.
Sülhməramlıların əsas yerinə
yetirməli olduğu missiya bu idi.
Əksinə, Ermənistandan Qarabağ
ərazisinə silahlıların
keçməsi faktı
təsdiqləndi. Bundan başqa,
digər ölkə vətəndaşları və
maşınları yüklə
birlikdə Azərbaycanın
icazəsi olmadan Qarabağ ərazisinə daxil olurdu. Bunların hamısı faktlardır.
Amma zamanla da yoluna qoyulur. İstər 44 günlük Vətən
müharibəsi, istərsə
də savaşdan sonra erməni təxribatlarının qarşısının
qətiyyətlə alınması
göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü,
mülki və hərbi vətəndaşlarının
təhlükəsizliyini yüksək
səviyyədə təmin
edəcək. Bu məsələdə hər
zaman olduğu kimi ciddi, prinsipiallıq
sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin
həyata keçirməyə
çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün
üzücü və
faciəvi sonluqla bitəcək”.
- Cəlil müəllim, sizcə, bu gün informasiya müharibəsində qələbə
qazanmaq üçün
nə etmək lazımdır?
- Kütləvi informasiya vasitələrinin vəzifəsi
baş verən proseslərin mahiyyətini
əhalinin geniş təbəqəsinə çatdırmaqdır.
Bununla yanaşı, ölkənin
informasiya siyasəti onun daxili və
xarici təhlükəsizlik
maraqlarına cavab verməlidir. Şübhəsiz hər ölkənin şirkətlərinin və
kommunikasiya sistemlərinin
informasiya siyasəti jurnalistikanın bu əsas qaydalarına uyğun olmalıdır.
Düşmənin informasiya təhlükəsizliyinə
zərbə vurmaq üçün onun mətbuatını gündəlik
oxumaq və təhlil etmək, işləmə prinsiplərini,
yaydığı informasiyaların
davamlılığını və xarakterini öyrənmək, onun psixologiyasını, milli xüsusiyyətlərini dərindən
tanımaq lazımdır.
Yeri gəlmişkən, ermənilər
bu taktikadan geniş istifadə edirlər. Onlar müxtəlif domenlərdən
istifadə etməklə,
Azərbaycan rayonlarının
adlarından ibarət,
Azərbaycan dilində
saytlar yaradırlar.
Onlar bu saytları elə şəkildə təqdim edirlər ki, heç kəsdə şübhə
yaranmır ki, bu erməni saytıdır. Ona görə
də bu gün gənclərimizdən
daha ayıq-sayıq olmaq tələb olunur. İnformasiya cəbhəsində də öndə olmağımız mütləqdir.
Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin
təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Bu mənada gənclərin çiyinlərinə böyük
yük düşür,
çünki gənclər
dövlətin həm
bu günü, həm də onun gələcəyidir.
- Koronavirus pandemiyası ilə mübarizə gözəgörünməz düşmənlə
müharibədir. Ordumuz bu
problemdən necə qorunur?
- Təəssüflər olsun
ki, bu gün
demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Əksər hallarda
COVID-19-a yoluxan insanlar
özlərində heç
bir klinik əlamət hiss etmirlər.
Bu baxımdan da həmin şəxslərin
ictimai yerlərdə,
əhalinin sıx toplaşdığı
digər məkanlarda sağlam insanları yoluxdurması qaçılmazdır.
Orduda əsgərlərimiz tez-tez
həkim nəzarətində
olurlar. Hərbi hosbitallarda müalicə
alırlar. Həkimlərimizə minnətdarlıq etmək
istəyirəm ki, onlar bu müddətdə
çox əziyyətlər
çəkdilər. İnsan həyatının
vacib şərtlərindən
biri sağlamlıqdır.
Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının
təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı
cənab Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən
biridir.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva
İki sahil.- 2021.- 16 sentyabr.- S.18.