Üzeyir bəyin tələbəsinə bağışladığı
piano
18
sentyabr dahi bəstəkar, böyük ictimai xadim, publisist, dramaturq, pedaqoq
Üzeyir bəy Hacıbəylinin
Azərbaycanın taleyinə günəş kimi doğulduğu
gündür. Təsadüfi deyil ki, doğma
Azərbaycanın hər
səhəri onun yadigarı olan Dövlət Himnimizin sədaları ilə açılır. 18 sentyabr
ölkəmizdə həm
də Milli Musiqi Günü
kimi qeyd olunur. Bu gün bizimlə yanaşı addımlayan 136 yaşlı ölməz sənətkarımızın fədakarlığı,
cəfakeşliyi və
vətənpərvərliyi haqqında nə qədər kitab və məqalələr yazılsa da az olar. Bu kiçik yazıda bütün əsərlərində insan
azadlığını tərənnüm
edən, istibdada, zülmə, hökmranlığa
qarşı çıxan
Üzeyir bəyin sürgündən
xilas etdiyi bir tələbəsi
– şair, alim, həkim bəstəkar, pedaqoq Mir Kazım Aslanlı haqqında söhbət açmaq istəyirəm.
...Ötən
əsrin şəxsiyyətə pərəstiş
dövrünün evlər yıxıb, qapılar bağladığı vədələrdə bəy oğlu 25 yaşlı Mir Kazım Aslanlının başının
üstünü almış qorxunc buludları Üzeyir Hacıbəyli dağıtmış,
haqsız yerə həbs olunmasının,
sürgünə göndərilməsinin
qarşısını almışdır. Dahi bəstəkar ixtisasca ali təhsilli
aqronom və həkim olan Mir Kazımın musiqiyə sonsuz marağını görüb onu konservatoriyada həm işə qəbul edir, həm də orada musiqi
təhsili almasına şərait yaradır...
Üzeyir bəylə
müəllim-tələbə münasibətlərindən söz
düşəndə M. Aslanlı deyirdi: “Arşın mal alan”da Əsgərin “Halal olsun, Süleyman” kəlməsini xatırlayırsınız? Bax, mənə də Süleyman Ələsgərov
məsləhət bildi
ki, Üseyir bəylə tanış olum...” Otuzuncu illərin
tamamında Uzeyir bəylə yaxın ünsiyyəti M.Aslanlının üçüncü
ali təhsil almasına – bəstəçilik
və ifaçılıq
sənətinə yiyələnməsi
ilə sonuclanır. Üzeyir bəy hətta sevimli tələbəsinə piano da hədiyyə edir. Eyni zamanda, ona şəhərin
Əli Bayramov küçəsində birotaqlı mənzil verilməsinə birinci müavini vastəsi ilə köməklik göstərir.
O zaman
Azərbaycan Konservatoriyasının
rektorunun birinci müavini Üzeyir bəyin qohumu Ramazan Xəlilov idi. Professor R. Xəlilov sonralar Ü. Hacıbəyovun
Dövlət
Xatirə-Ev
Muzeyinin direktoru vəzifəsində çalışmış, Əməkdar mədəniyyət
xadimi, "Şöhrət"
ordeni ilə təltif edilmişdir.
Tələbə yoldaşım, Üzeyirbəyşünas alim Səadət Qarabağlı
90-cı illərdə
həmin muzeydə elmi katib (daha
sonra muzyin direktoru) vəzifəsində
çalışarkən Üzeyir bəyin M.Aslanlıya bağışladığı pianonun muzey tərəfindən alınması
təklifi ilə mənə məktub yazdı. Bildirdi ki, Üzeyir bəylə M. Aslanlının
arxivində
nə varsa, muzey onu almağa hazırdır.
“Dahi bəstəkarın o yadigar pianosundan başqa evimizdə qopuz, tambur, setar, kamança, tar, vialino, skripka və başqa musiqi alətləri də var idi.” Bu
söbəti
mənə Fəridə Aslanlı ədəbi təxəllüsü
“Sarəng” olan ömür-gün yoldaşı Mir Kazım bəylə xatirələrini
danışarkən
etmişdi. Fəridə
xanımın dediyinə görə, qonşu olduqları İbrahim bəy Topçubaşov Flora xanımla tez-tez onlara gəlib, Üzeyir bəyin Mir Kazıma bağışladığı pianoda yeni bəstələdiyi
mahnıları çalıb-
oxuyarlarmış...
“Üzeyir bəyin ölüm xəbərini eşidəndə
Mir Kazım çox mütəəssir oldu. O günlərdə qələmə
aldığı
“Bu sabah” rədifli bir qəzəlini özü mənə oxumuşdu:
Yenə hicran
bağını dərdü-qəm
almış bu sabah,
Gülşəni tərk edərək qönçə saralmış
bu sabah.
Gül köçüb,
baxça solub, bülbül uçub, bağban ölüb,
Dünya bilsən
gözlərimdə nə
daralmış bu sabah.
Ah, dünən
göy görünən
alçalı dağlar
da yanıb,
Gün vuran
zirvələri şaxta,
qar almış bu sabah.
Yenə heybətli
buludlar doluxub ağlamağa,
Bürümüş hər yanı çən, göy də qaralmış bu sabah.
Üzeyir – xalqımızın
dahi, böyük bəstəkarı,
Saralan çöhrəsini çən-qubar
almış bu sabah.
İndi bilməm oyadan ahu-fəğan ilə məni,
Yaralı
ceyran imiş, ya ki, maralmış
bu sabah?!
Olma diltəng belə, Sarəng, yenə yaz güllər açar,
Çox da qəmlər çəməni,
bağı sar almış bu sabah.”
Ancaq Mir
Kazım bununla da təsəlli tapmamış,
ertəsi gün skripkasını götürüb
Fəxri Xiyabana gedib, gənc yaşlarında onu fitnə-fəsadlardan qorumuş
ustadının məzarı
üstündə ağlaya-ağlaya
onun “Sənsiz” romansını çalmışdı.
Hər gecəm oldu kədər, qüssə,
fəlakət sənsiz,
Hər nəfəs çəkdim,
hədər getdi o saət sənsiz!
Deyilənlərə görə Mir Kazım Aslanlı o gündən başlayaraq ilin bütün fəsillərində
hər həftənin
cümə günü
Fəxri Xiyabana gəlir, sevimli skripkasında Üzeyir bəyin romanslarını,
opera və operettalarından
sevdiyi ariyaları çalıb Allahdan ustadına rəhmət diləyib Fəxri Xiyabanı tərk eləyərdi.
1975-ci ildə Bakıda 63 yaşındaykən
əcəl gəlib onun da qapısının ağzını
kəsdirmişdi... Övladı yox idi. Vəsiyyətinə görə Fəridə xanım və qohumları onu Masallıda - İstisuya gedən yolun yaxınlığında, əfsanəvi Göz Öküzün
məzarı adlanan yerdən aralı dəfn etdilər.
...Üzeyir bəyin bağışladığı piano isə M. Aslanlının
evini “tərk edəndən” sonra əldən-ələ ötürüldüyü
üçün
onun yeni sahibini tapmaq müşkülə dönmüşdü.
“Yoxa çıxan” təkcə dahi bəstəkarın hədiyyəsi
deyildi, həm də Sarəngin öz əlyazmaları,
ərəb və
fars dillərindən etdiyi tərcümələr, şeirlər, özünün bəstələdiyi mahnıların notları, elmi məqalələri idi. Fəridə xanım çox sonralar deyirdi ki, Mir Kazımın ölümündən
sonra evimizə gələn bəstəkar dostları not yazılarını, şair dostları şeirlərini
çap etdirmək
adı ilə məndən alıb apardılar... “Alıb
apardılar.” Ehtiyac içində yaşayan
Fəridə xanım
“satdım” kəlməsini
dilinə gətirmirdi. Gələnlər evində
olan qədim musiqi alətlərini də, kitabları da dəyər-dəyməzinə
alıb apardılar.
2 sentyabr 1988-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində şair-alim Dəmir Gədəbəyli “Sazdan sözə, sözdən işə” məqaləsində təəssüf
hissi ilə yazırdı:“Həyatdan vaxtsız köçmüş tibb
elmləri namizədi,
dosent Kazım Aslanlının həm də musiqi ixtisası vardı. O, böyük bəstəkarımız
Ü.Hacıbəyovun tələbəsi
olmuşdu. Gözəl skripka, piano çalır,
musiqi bəstələyirdi.
O, skripkada “Baş müxəmməsi” çalanda
könülləri titrədirdi.
Sözüm bunda deyil.
Kazım Aslanlı
1968-ci ildə bizim musiqidə – Şərq musiqisində nota almaq işini asanlaşdıran
(dörddə bir) səslər barədə
elmi iş yazmışdı. Həmin əsəri
o, respublika Bəstəkarlar
İttifaqına, Mədəniyyət
Nazirliyinə təqdim
etmişdi. Ancaq bəzi
bəstəkarlarımız ona “bu məsələni
açıb-ağartmamağı” tövsiyə etmişdi.
Çünki Avropa musiqisində
¼ səslərin yazılışı
yoxdu. O vaxtlar K.Aslanlı fizika institutunda laboratoriya şəraitində həmin
səsləri ölçdürmüş
və mövcud olmasını təsdiq edən sənəd də gətirib əsərlərinə əlavə
etmişdi. O, həmin
səslərə uyğun yeni pianonun sxemini də vermişdi. Ancaq təəssüf ki, alimin işinə əhəmiyyət verən
olmadı.”
Ən maraqlısı
o idi ki, Üzeyir Hacıbəylinin 80 illiyinə həsr etdiyi bu elmi əsəri M. Aslanlı 1965-ci ildə kril əlifbası ilə Azərbaycan, əski əlifba, ərəb-fars və rus dillərində qələmə
almışdır.
Onu da qeyd edək ki,
Azərbaycan Radiosunun məşhur “Bulaq” verilişi ilk dəfə Mir Kazım bəyin bəstələdiyi
musiqi özünün
ifası ilə efirdə yayımlanmılşdı. Çox şükür ki, bu həkim-bəstəkarın
Azərbaycan Radiosunun qızıl fondunda onun öz ifasında
“Aşiqin son nəğməsi”,
“Muğam-bayatı”, ''Uca
dağlar'', “Sarı bülbül
fantaziyası” və başqa əsərləri yadigar saxlanılır.
2012-
ci ildə tanınmış kinoşünas,
Dövlət Mükafatı
laureatı, Əməkdar
incəsənət xadimi,
professor Aydın Dadaşov Mir Kazım Aslanlı -Sarəngin 100 illiyinə həsr olunmuş "Tərk etmə məni" adlı film çəkdi. Həmin filmdə Sarəngin bacısı oğlu evində köhnə bir pianonu göstərib bildirdi ki, bu, Uzeyir bəyin dayısına bağışladığı pianodur. “Tərk etmə məni” filmi dahi bəstəkarın tələbəsi
olan Sarəngin bitib-tükənməyən qəmli nağlına bənzəyirdi.
Nurəddin Ədiloğlu
İki sahil.- 2021.- 18 sentyabr.- S.22.