Amerikalı musiqiçi:
Şuşa mədəniyyətin,
müsiqinin beşiyidir
Qarabağın
dilbər guşəsində möhtəşəm musiqi
bayramı düşmənə göz dağı oldu
Şuşa tarixən
Azərbaycanın musiqi
beşiyi, elm və mədəniyyət
mərkəzi,
böyük dühalar
yetişdirən bir guşəsi olub. Burada yetişmiş şəxsiyyətlər dünya
və Avropa miqyasında tanınmışlar.
Onların əksəriyyəti bənzərsiz
muğam sənətini
dünya inciləri kimi tanıdaraq qeyri millətlərə də sevdirmişlər. Yalnız Üzeyir Hacıbəylinin
“Arşın mal alan” və “O olmasın, bu olsun” kinofilmləri dünyanın yetmişdən
çox ölkəsində
tamaşaçıların rəğbətini qazanmışdı.
Hələ yüz il əvvəl Seyid Şuşinskinin, Xarrat Qulunun, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun,
Hacı Hüsünün və başqa xanəndələrin ifa etdikləri muğamlar Orta Asiyada şöhrət
tapmışdı. Böyük
bəstəkar Fikrət
Əmirovun “Min bir gecə” baleti xarici ölkələrdə
alqışlarla qarşılanmış,
nadir sənət nümunəsi kimi qiymətləndirilmişdir. Vokal sənətinin görkəmli
nümayəndələrindən biri olan Polad
Bülbüloğlu keçmiş
SSRİ məkanında və
dünyanın bir sıra ölkələrində
özünəməxsus ifa
tərzi ilə Azərbaycanın zəngin musiqi sənətini tanıtmışdır.
Bu günlərdə
Şuşada qeyd edilən Azərbaycan Milli Musiqi Günü
böyük sənət
bayramı idi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu möhtəşəm tədbiri
yüksək qiymətləndirərək
iştirakçıları təbrik etdi. Birinci vitse-prezident dünya şöhrətli
bəstəkarlar olan
Üzeyir Hacıbəyli
və Müslüm Maqomayevin xatirəsini hörmətlə yada saldı. Musiqi bayramına möhtəşəmlik
gətirən amillərdən
biri də buraya xarici ölkələrin
tanınmış musiqiçilərinin
qonaq gəlməsi oldu. Onlardan biri, ABŞ-dan gələn Della Miles mətbuata
maraqlı açıqlama
verib. O deyib: “Hazırda vətənim
ABŞ-dan uzaqdayam. Bu gün Azərbaycanda,
Şuşada olmaqdan çox xoşbəxtəm.”
Dünya
şöhrətli musiqiçi,
Maykl Ceksonun və Uitni Hyustonun
vokalçısı olmuş
Della Miles Şuşaya səfəri
zamanı
bildirib ki, tarixi öyrəndikcə və dərinliyinə vardıqca, gələcəyin
inkişaf istiqamətini
müəyyən etmək
mümkündür.
Della
Miles, həmçinin Azərbaycanın,
xüsusilə də Qarabağın muğam beşiyi olmasına münasibət bildirib: “Bir musiqiçi kimi muğam sənətinin texniki cəhətdən çox
ustalıq tələb
etdiyini bilirəm. Bu çətin işin
öhdəsindən asanlıqla
gələn Azərbaycanın
muğam ifaçılarını
görəndə valeh
oluram. Muğam sənətinə və onun mahir
ifaçılarına böyük
hörmətim var. Burada
bir daha əmin oldum ki, Şuşa mədəniyyətin, musiqinin
beşiyidir”.
O, ölkəmizə səfəri
çərçivəsində azərbaycanlı xanəndə
və piano ifaçısı,
əməkdar artist Qoçaq
Əsgərovla birgə
layihə üzərində
işlədiklərini də
diqqətə çatdırıb.
Tədbir
iştirakçıları böyük müğənni
Bülbülün, Üzeyir
Hacıbəylinin, şarə
Xurşud Banu Natəvanın güllə
“yaralarını”, onların
vəhşicəsinə dağıdılmış
ev-muzüylərini öz
gözləri ilə gördülər və erməni vandalların vəhşiliyinin şahidi
oldular. Azərbaycan mədəniyyətinə qənim kəsilən ermənilər həmişə
musiqi xəzinəmizin
qiymətli incilərini
oğurlamağa və
öz adlarına çıxmağa çalışıblar.
Bu barədə saysız-hesabsız faktlar
və dəlillər
var.
Şuşanın türk xalqlarının mədəniyyət mərkəzi
kimi tanınmasına tamamilə haqqı var. Bu şəhərin müğənniləri
və muğam ustaları Yaxın Şərqdə öz səsləri və avazları ilə yaxşı tanınmışlar. Bu gün
onların yetişdirdikləri
nəslin nümayəndələri
arasında istedadlı
müğənnilər, teatr
aktyorları, muğam
ustaları, xalq çalğı alətləri
ifaçıları var. Onlar Şuşamızın
keçmiş şöhrətini özünə
qaytarmaq əzmindədirlər.
Vəli İlyasov
İki sahil.-2021.- 21
sentyabr.- S.14.