İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak
ediblər
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də
paytaxtdakı Ağ Şəhərdə Bakı
Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın
açılışında iştirak ediblər.
Təhsil naziri
Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Bakı Avropa Liseyinin yeni binasında yaradılan şərait barədə
məlumat verdi.
İnşasına ötən il
başlanılan bu tədris müəssisəsində
70 sinif otağından
başqa fizika, kimya, biologiya laboratoriyaları, informatika,
hərbi hazırlıq
kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio, idman və akt
zalları, yeməkxana
müəllimlərin və
şagirdlərin ixtiyarına veriləcək. Bir sözlə, burada yaradılan şərait istedadlı şagirdlərin intellektual
və yaradıcı potensialının üzə
çıxarılması və
inkişafı, onların
yüksək mənəvi
və mədəni dəyərlərə əsaslanaraq
formalaşdırılması üçün geniş imkanlar yaradır.
Qeyd edək
ki, istedadlı uşaqlar üçün
yaradılmış Bakı
Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir.
Hər il məzunlarının 100 faizi
ali məktəblərə
yüksək balla daxil olan liseyin
yetirmələri dünyanın
bir çox nüfuzlu universitetlərində
təhsillərini davam
etdirirlər.
Liseyin özünəməxsus təhsil
modeli var. Mühəndis,
robot, iclas, incəsənət,
elm və kids zonalarına bölünən
steam otaqda şagirdlər
üçün müasir
dövrün tələblərinə
uyğun hər cür şərait yaradılıb.
Məlumdur ki,
müasir dünyada hər bir ölkənin
gələcəyi onun
təhsilinin səviyyəsi
ilə ölçülür.
Təhsildəki nailiyyətlər
inkişaf konsepsiyasının
mühüm tərkib
hissəsini təşkil
edir. Bu baxımdan Azərbaycanda dövlət səviyyəsində
çox əhəmiyyətli
layihələr ardıcıl
şəkildə həyata
keçirilir. Görülən bütün bu işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq
standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır, peşəkar, bilik və bacarıqlara
yiyələnən, daim
rəqabətə davamlı
insan resurslarının
təmin
edilməsinə böyük
töhfə verir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı reallaşdırılan
kompleks tədbirlər
nəticəsində bu
sahədə böyük
uğurlar əldə
olunub, müasir innovativ tədris üsulları uğurla tətbiq edilib.
İki
sahil.- 2021.- 22 sentyabr.- S.3.