XınalıqƏn yaxşı turistik kəndmüsabiqəsinə namizəd oldu

 

 

 

Azərbaycanın qədim və unikal yaşayış məskənlərindən olan Xınalıq kəndinin namizədliyi Ümumdünya Turizm Təşkilatının (ÜTT) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə irəli sürülüb.

 

Dövlət Turizm Agentliyindən (DTA) “İki sahil”ə verilən məlumata görə, ÜTT-nin bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı həm müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

 

Qeyd edək ki, Xınalıq dünya əhəmiyyətli abidə kimi dövlətimiz tərəfindən qorunur 2007-ci ildə kəndin ərazisindəXınalıqDövlət Tarix-Memarlıq Etnoqrafiya Qoruğu yaradılıb. DTA-nın tabeliyində fəaliyyət göstərənXınalıqdövlət qoruğu orta əsrlərə xas olan özünəməxsus memarlıq strukturu əsrarəngiz təbiət mənzərəsi ilə seçilən mədəni irs nümunəsi kimi qəbul edilir. Kənd 2020-ci ildəXınalıq, orta əsr dağ kəndiadı ilə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Hazırda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylının yazılması prosesi davam etdirilir. DTA-nın mütəxəssislərinin hazırladığı ilkin siyahıya daxil edilmiş sənəddə kəndin qədim dili, köçəri yaşayış tərzi, Qafqaz dağlarındakı qədim memarlıq ənənələri, o cümlədən Xınalıq icmasının təbiətlə harmoniyalı şəkildə yaşayış tərzi onun müstəsna ümumbəşəri dəyərləri kimi qeyd olunur.

 

Hazırda qədim tarixə malik olan Xınalıq kəndində arxeoloji qazıntı elmi-tədqiqat işləri aparılır, 3 hektardan çox ərazini əhatə edənKima Liqebirişadlı qədim qəbristanlıqda qazıntılar davam edir. Qazıntı zamanı bir sıra maddi-mədəniyyət nümunələri aşkarlanmışdır. Həmin nümunələr qoruğun elmi fondunda saxlanılır onların bir hissəsi Xınalığı ziyarət edən yerli xarici turistlərə nümayiş etdirilir. Bundan əlavə, aşkarlanmış qədim epiqrafik abidələr nadir əlyazmalar öyrənilir, kənd ərazisində yerləşən dini abidələrpirlər ziyarətgahların qeydiyyatı aparılır.

 

Xınalıq kəndinin mədəni irs elementlərindən biri özünəməxsus memarlıq üslubudur. Bu üslubu qorumaq məqsədilə zəruri işlər görülür. Belə ki, kənd ərazisində qəzalı vəziyyətdə olan, uçqunlar nəticəsində dağılmaq təhlükəsi ilə üzləşən evlərin təmir bərpası aparılır. Vətəndaşların müraciətlərinə əsasən, hazırda Xınalıq kəndində 16 evin təmir işləri davam etdirilir. Ərazidə təmir-bərpa işləri başlanmazdan əvvəl DTA-nın mütəxəssisləri tərəfindən beynəlxalq standartlara uyğunXınalıq-Bərpa Təlimatkitabçası ərazinin Regenerasiya Planı hazırlanıb.

 

Qeyd edək ki, ÜTT-nin keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə qurumun 24-cü illik sessiyasında elan olunacaq Ən yaxşı turistik kəndnişanını qazanan kəndlər modernləşmə proqramına daxil ediləcək.

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2021.- 22 sentyabr.- S.16.