Uşaqların həyatında musiqi tərbiyəsinin tədrisinin əhəmiyyəti

 

 

Tərbiyə ümumiləşmiş anlayışdır. Onun digər sahələri var: yenidən tərbiyə özünü tərbiyə. İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki dövrə bölünür:  tədbiri tətbiqi dövr.

 

Tədbiri dövrdə tərbiyəuşağın ana bətnindən başlayıb həyatı boyunca davam edən uzunmüddətli bir prosesidir.  Tətbiqi dövr-uşaqların doğumdan ölənə qədər olan dövrünü əhatə edir. Bu dövrdə şəxsin yaşına, gücünə, fərdi, psixoloji xüsusiyyətlərinə, fiziki sağlamlığına, qabiliyyətinə uyğun olaraq onun şüuruna, hisslərinə davranışına təsir göstərilir. Bu tərbiyəvi təsirlər onu dəyişdirir, formalaşdırır, kamilləşdirir. Hava qidadan sonra vücudunuzun ən çox ehtiyac duyduğu üçüncü amil təlim-tərbiyədir. Tərbiyə əqlimizin ilkin özəyidir.

 

Tərbiyənin bir çox növləri var: əmək tərbiyəsi, musiqi tərbiyəsi, əxlaq tərbiyəsi, fiziki tərbiyə, iqtisadi tərbiyə, ekoloji tərbiyə, əqli tərbiyə, hüquq tərbiyə. Tərbiyə anlayışının davranışın bütün sahələri ilə sıx bağlı olduğu görünür. Lakin musiqi tərbiyəsi daha böyük imkanlar yaratmaq qüdrətinə malikdir. Belə ki, o, ətraf aləm, insanlar, həyat haqda məhz musiqi dili ilə söhbət açır. Xalqımızın milli-mənəvi dəyərləri Azərbaycanda musiqi zövqünün tərbiyə olunmasında əsas amil kimi dəyərləndirilir. Milli musiqi nümunələrimizdə - xalq mahnılarında, rəqslərdə, aşıq musiqisində xalqın yüksək mənəviyyatı, onun arzu istəkləri əks olunur.

 

Qeyd etdik ki, musiqi çox gözəl güclü tərbiyə vasitəsidir. Ona görə bütün təhsil pillələrində - istər məktəbəqədər müəssisələrdə, istər musiqi məktəblərində, istərsə orta ali məktəblərdə musiqi düzgün tədris olunmalıdır. Bunun üçün isə tərbiyə, təlim təhsil prosesi zamanı düzgün musiqi nümunələrinin seçilməsi əsasdır. Musiqi fəaliyyətinin bütün növləriistər musiqi dinləmək, istər mahnı oxumaq, musiqili-ritmik hərəkətlər s. xüsusi şəkildə şagirdin şüuruna, onun əxlaqına təsir göstərir.Çünki qüdrətli estetik tərbiyə vasitəsi olan musiqi uşaqların hisslərinə birbaşa təmas edir onlarda musiqi zövqü aşılayır.

 

Musiqi təhsili estetik tərbiyənin vacib hissəsidir. Respublikamızda gündüz axşam musiqi məktəbləri şəbəkəsi yaradılmış, məktəblərdə, peşə təhsili ocaqlarında, uşaq gənclər saraylarında, mədəniyyət evlərində s. musiqi dərnəkləri fəaliyyət göstərir. Ancaq bütün bunlar  sistemli musiqi tərbiyəsini əvəz etmək iqtidarında deyil. Ona görə musiqi tərbiyəsi yalnız ümumtəhsil məktəblərində uşaq musiqi məktəblərindəki musiqi dərslərində həyata keçirilə bilər.

 

Uşaq mahnıları bu işdə daha çox səmərə verir. Uşaq mahnıları vasitəsilə bədii tərbiyənin yolları geniş inkişaf olunmuşdur. Kiçik yaşlı uşaqların bədii zövqünün formalaşması musiqi tərbiyəsinin ən mühüm, eyni zamanda ən çətin məsələlərindən biridir. Onun həlli şəxsiyyətin inkişafının bütün mərhələlərində həyata keçirilməlidir. Bədii zövqün yuxarı sinifdə formalaşmasına baxmayaraq onun əsası ibtidai siniflərdən başlanır. Gənc nəslin musiqi tərbiyəsində musiqi məktəblərinin rolu çox böyükdür. Çünki musiqi məktəblərində minlərlə şagird təhsil alırsa, ümumtəhsil məktəblərimizdə yüz minlərlə şagirdin musiqi tərbiyəsi ilə məşğul olunur. Ümumtəhsil məktəblərində musiqi tərbiyəsi iki yolla həyata keçirilir: sinifdə tədris edilən musiqi dərsləri məktəbdəki özfəaliyyət musiqi kollektivləri. Burada sinifdə tədris edilən musiqi fənninin əhəmiyyətini xüsusi vurğulamaq istərdik. Məhz bu fənn vasitəsilə onlar Azərbaycan peşəkar musiqi sənətinin yaradıcısı dahi Üzeyir Hacıbəylinin timsalında Azərbaycan musiqisilə (buraya həm ənənənəvi musiqi, həm klassik musiqi bəstəkar əsərləri aiddir), eləcə Qlinka, Çaykovski, Motsart, Bethoven kimi rus Qərbi Avropa klassik bəstəkarlarının əsərləri ilə tanış olurlar.

 

Buradan bir daha aydın olur ki, ümumtəhsil məktəblərimizdə şagirdlərin musiqi tərbiyəsi ilə məşğul olan əsas fənn musiqidir. Görkəmli pedaqoqlar şagirdlərin bədii zövqlərinin düzgün tərbiyələndirilməsi işində musiqini qüvvətli təsir gücünə malik vasitələrdən biri kimi həmişə yüksək qiymətləndirmişlər. Çünki musiqi təkcə şagirdlərin estetik tərbiyəsində deyil, həmçinin əqli, əxlaqi fiziki tərbiyəsində mühüm rol oynayır.

 

Görkəmli psixoloq B.M.Teplov musiqinin estetik qavranılmasını aktiv fəaliyyət kimi qiymətləndirmişdir. Estetik tərbiyə məsələləri ilə məşğul olmuş B.V.Asafyev isə musiqini təbiətdə insan qəlbində səslənən gözəl varsa, hamısının "daim canlı təcəssümü" adlandırmış musiqi ilə yalnız əyləndirməyə, onu dinləyicilərə zorla qəbul etdirməyə deyil, musiqi vasitəsilə inandırmağa sevindirməyə çağırmışdır.

 

Uşaq gənclərə ümumi musiqi tərbiyəsi vermək, onları yüksək musiqi sənətinə cəlb etmək ən yaxşı xalq, klassik, xarici, Azərbaycan musiqisi, habelə müasir bəstəkarların əsərləri nümunəsində estetik zövq formalaşdırmaq, fəal bədii özfəaliyyət iştirakçılarını, musiqi-estetik biliklərin  təbliğatçılarını tərbiyə etmək, böyüməkdə olan nəslin mənəviyyata dövrümüzün tələbləri ruhunda təkmilləşdirilməsinə kömək göstərmək - musiqi-estetik tərbiyə işinin istiqamətləri bunlardır. Eyni zamanda, musiqi tədrisində əsas məqsəd şagirdlərdə yaradıcılıq qabiliyyətini üzə çıxartmaq, musiqi bacarıqlarını inkişaf etdirmək formalaşdırmaq, keyfiyyətli musiqiyə qarşı maraq oyatmaqdər. Tədris olunan dərs vəsaitləri məhz buna xidmət edir.

 

Qeyd etdiyimiz kimi, musiqinin tədrisi iki istiqamət üzrə -   yaradıcılılıq təcrübədə aparılır. Bu iki istiqamət şagirdin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə yardım edir. Bu zaman şagird musiqili ifadəsinin müxtəlif forma ifadə üsullarına yiyələnir: o, mahnı oxuyur, rəqs edir, çalğı alətində çalır, teatral etüdlərı səhnəcikləri oynayır, rəsm çəkir, mətni yazır, musiqi bəstələməyə çalışır. Bütün bu proseslər zamanı şagirddə musiqi duyumu yaddaşı, ritm hissi inkişaf edir. Ritmik-intonasiya məşğələlərinin keçirilməsi ritmin inkişafına səbəb olur. Şagird səsi, metri, tempi, registri, dinamik nüansları bir-birindən fərqləndir, musiqi yazısını öyrənir onlardan istifadə etməyi bacarır.

 

Bu gün artıq informasiya dövrüdür. Bu baxımdan dərs zamanı şagird informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə etməyi bacarmalıdır. Musiqinin kontekstdə qavranması interpretasiyası məsələsi haqqında danışarkən qeyd edilir ki, kommunikasiya dili olaraq tanınan musiqi çoxnövlü çoxdəfəli interpretasiya imkanını verir. Şagird musiqi barədə əldə edilmiş məlumatı mühit, gündəlik hadisələr öz təcrübəsi, digər fənn intizamları ilə əlaqələndirir. Musiqini dünyanın bir hissəsi kimi, qavrayır, tədqiq edir səsin yaranma mənbələrini müşahidə edir;səsli dünya, musiqi ilə kommunikasiyaya-musiqini dinləməyə, musiqi performansı qiymətləndirməyə, fikri aydın şəkildə ifadə etməyə, mübahisə, müzakirə zamanı uyğun terminologiyadan istifadə etməklə, kitab dili davranış normalarına riayət etməklə öz mülahizəsini əsaslandırmağa alışır. Mübahisə müzakirə zamanı şagird dərk edir ki, musiqi bütün zaman xalqların mədəniyyət məişətinin ayrılmaz bir hissəsidir.

 

Bildiyimiz kimi, artıq neçə illərdir fəaliyyət göstərən təhsil sisteminin yeni milli kurikulum sistemində musiqi kurikulumu da vardır. Bu fənn mühüm konsepsiya kimi irəli sürülmüş sistemdə mühüm yer tutur. Çünki musiqi öz emosionallığı ilə insan psixologiyasına təsir edərək, mənəvi ehtiyacı qarşılayır.

 

Bir daha vurğulamaq istərdik ki, ümumtəhsil məktəblərində musiqi təliminin əsas məqsədi milli bəşəri sənət nümunələri əsasında şagirdlərdə musiqi mədəniyyətinin formalaşdırılması inkişafını təmin etməkdən ibarətdir. Bu gün I-IX siniflər üçün istər nəzəri, istərsə praktik materialları özündə ehtiva edən musiqidərslikləri vardır. Lakin musiqi fənninin daha keyfiyyətli tədrisi üçün dərsliklə yanaşı,  yeni metodikalardan, not müntəxəbatlarından, müasir elektron dərsliklərdən istifadə edilir.

 

Arzu Süleymanova,

ADPU-nin nəzdində Pedaqoji Kollecin müəllimi

 

İki sahil.- 2021.- 22 sentyabr.- S.22.