Ən müasir təcrübə Azərbaycanda
bütün sahələrdə tətbiq edilir
Siyasi islahatlar partiyalararası geniş
dialoq aparılmadan həyata keçirilə bilməz
Dövrün, zamanın tələblərinə
uyğun olaraq həyata keçirilən islahatlar ölkəmizin
hərtərəfli inkişafının əsasıdır.
Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu
bütün istiqamətlərdə uğurla davam etdirən
Prezident İlham Əliyev siyasi və iqtisadi islahatların vəhdətliyinin
qorunmasını qarşıya prioritet məsələ kimi
qoyub. Daim bu fikir önə çəkilir ki, elə ölkələr
var ki, iqtisadi inkişafın davamlılığı ilə
diqqətdədir, lakin orada demokratik inkişafdan söhbət
gedə bilməz. Elə ölkələr də var ki,
demokratiya təcrübəsi nümunədir, amma iqtisadi tərəqqi
aşağı səviyyədədir. Azərbaycanda isə vəziyyət
tamamilə fərqlidir. İqtisadi və siyasi islahatların
paralel aparılması dayanıqlı inkişafa geniş
imkanlar açır. Bu vəhdətlik ölkəmizdə
çox mühüm siyasi dialoq mərhələsinin əsasını
qoyub. Hazırkı yeni mərhələ siyasi
mövqeyindən, əqidəsindən asılı olmayaraq
bütün siyasi qüvvələrin məhz milli maraqlar ətrafında
səfərbər edilməsinə hesablanıb. Ümummilli məsələlərdə
iqtidar-müxalifət münasibətlərinin
olmamasını Azərbaycan hakimiyyəti daim səsləndirir. 44 günlük İkinci Qarabağ müharibəsi
dövründə dağıdıcı ünsürlərdən
başqa bütün siyasi partiyalar bir amal uğrunda birliklərini,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə
dəstəklərini onun ətrafında sıx birləşərək
imzaladıqları bəyanatla nümayiş etdirdilər.
Eyni birlik, vahid mövqe 15 İyun- Milli
Qurtuluş Günündə Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının zirvəsi kimi dəyərləndirilən
Şuşa Bəyannaməsinin imzalandığı zaman da
yaşandı. Həmçinin ölkəmizdə münbit
siyasi dialoq mühitinin mövcudluğu cəmiyyətin avanqard
qüvvəsi olan Yeni Azərbaycan Partiyasının VII
qurultayında bir daha özünü büruzə verdi. Belə ki, 6 siyasi partiyanın Yeni Azərbaycan
Partiyasına qoşulmaq barədə qərarı ölkə
ictimaiyyəti tərəfindən böyük rəğbətlə
qarşılandı. Birliyə, həmrəyliyə, milli
maraqların qorunmasına cağırış kimi dəyərləndirilən
bu mühüm addım bu gün öz müsbət nəticəsini
verir. Nəzərə alsaq ki, YAP-ın VII qurultayı
Zəfərimizin yaratdığı yeni reallıqların tələblərinə
uyğun olaraq keçirilmişdir, bu halda bugünümüz
üçün yeni qərarların qəbul ediləcəyi,
vəzifələrin müəyyənlədiriləcəyi
qaçılmaz idi. Dövlət başçısı
İlham Əliyev qurultaydakı çıxışında
qarşıya mühüm vəzifələr qoydu. Reallıq
budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə
keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı
şərtləndirib. Milli həmrəyliyə və
sağlam siyasi münasibətlərə xidmət edən bu
dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi,
iqtisadi azadlıqların qorunmasında, ölkəmizin
güclənməsində mühüm rola malikdir. Siyasi
sistemin vacib elementlərindən olan siyasi partiyalar arasında
yeni sağlam münasibətlər formalaşır. Dövlət başçısı İlham
Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında
«Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni
Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik,
o cümlədən siyasi islahatlar sahəsində. Əminəm
ki, partiyanın rəhbər orqanlarında
təmsil olunan üzvləri fəal olacaqlar,
partiyamızın fəaliyyətində öz rolunu
oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər
ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı
siyasi qüvvəsi olaraq qalsın» söyləyərək onu
da əlavə etmişdir ki, buna şübhə etmirəm.
Bizim dost partiyalarımızın bu gün partiyamıza
qoşulması da bunu göstərir. Bu da çox önəmli,
əlamətdar hadisədir. Bu da siyasi sistemimizin
təkmilləşdirilməsi istiqamətində atılan
növbəti addımdır və eyni zamanda, göstərir
ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti
və əldə etdiyi nailiyyətlər dost partiyalar
üçün də cəlbedicidir: «Əminəm ki, bir
neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə
birləşməsi partiyamızı gücləndirəcək.
Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim
ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə
bağlı əlbəttə ki, əlavə addımlar da
atılacaqdır. Bütün bunları nəzərə
alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da
hazırlanmalıdır.»
Ölkənin ictimai-siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qəbul
etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər
daim Azərbaycanın hərtərəfli inkişafına xidmət
edir. Məlumdur ki, 2019-cu ilin sonlarında YAP ölkəmizdə
geniş vüsət alan islahatların qanunverici orqanda da
öz əksini tapması üçün parlamentin buraxılması
və Milli Məclisə növbədənkanar seçkilərin
keçirilməsi təşəbbüsü ilə
çıxış etdi. Bu təşəbbüsə
uyğun olaraq ötən ilin fevralın 9-da növbədənkənar
parlament seçkiləri keçirildi. Dövlət
başçısı ötən il altıncı
çağırış Milli Məclisin ilk iclasında bu
vacib məqama xüsusi diqqət yönəldərək
bildirmişdir ki, Azərbaycanda çoxpartiyalı parlament
formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar
parlamentin və komitələrin rəhbərliyində təmsil
olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə,
siyasi münasibətləri sağlam zəmin üzərində
qurmağa töhfələrini verirlər. Prezident
Administrasiyasında aparılan islahatlara uyğun olaraq yeni
yaradılan strukturlar sırasında Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
fəaliyyəti də bu məqsədə xidmət edir.
Şöbənin müdiri Ədalət Vəliyevin mütəmadi
olaraq siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə keçirdiyi
görüşlər, onlarla dövrün aktual məsələləri
ətrafında fikir mübadiləsi aparması və
müzakirələr nəticəsində ümumi mövqe
nümayiş etdirilməsi də bu sahədə əldə
olunan uğurlar sırasındadır.
Yeni Azərbaycan
Partiyasının ölkədə münbit siyasi dialoq
mühitinin formalaşmasına davamlı töhfələr
verməsi, həmçinin 6 siyasi partiyanın YAP-a
qoşulması hakim partiyanın təqdim etdiyi təkmil
hakimiyyət-xalq modelinin real mənzərəsini ortaya qoyur.
Bu addımlar ölkədə milli həmrəyliyə
və sağlam dialoqa xidmət edən siyasi islahatlar prosesinin
davamlılığından xəbər verir. Ölkə
Prezidenti ötən il altıncı
çağırış Milli Məclisin ilk iclasında bu məqamı
da xüsusi qeyd etmişdir ki, ölkədə
genişmiqyaslı islahatlar dövründə siyasi
islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar
partiyalararası geniş dialoq aparılmadan həyata
keçirilə bilməz.
Təhlillər bu fikri böyük inamla
söyləməyə əsas verir ki, ölkənin yeni siyasi
sisteminin formalaşması prosesi davam edir və yaxın zaman
üçün cəmiyyətin daha da demokratikləşməsi
siyasi xətti həyata keçirilir. Siyasi partiyaların daha səmərəli
və təsirli siyasi fəaliyyətə səbəb olacaq
qoşulma nümunəsi müxalifətdə olan partiyalar
üçün də bir nümunədir. Siyasi qüvvələrin
inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv
fəaliyyətinə xidmət edəcək. Dağıdıcılığı,
inkarçılığı, ən əsası dövlət
maraqlarını şəxsi ambisilyarına qurban verməyi
özləri üçün bir amal seçən «sapı
özümüzdən olan baltalar»ın ümummilli məsələlərin
həllində belə seyrçi mövqedə dayanmaları cəmiyyət
tərəfindən birmənalı qarşılana bilməz.
Bu, Vətənə xəyanətin tərkib hissəsidir. Diqqət çəkən məqamlardan biri budur ki,
AXCP özü siyasi dialoqa qoşulmamaq üçün bəhanələr
axtarışına çıxsa da, onun sədri Əli Kərimlinin
mənəm-mənəmlik xəstəliyinin nəticəsi
olaraq hazırda bir neçə adda fəaliyyət göstərən
qurumları bu prosesdə iştirakda maraqlı
olduqlarını bildirirlər. Göründüyü
kimi, əsas olan partiyaya sədrlik edən şəxsin
dövlət maraqlarını hər şeydən
üstün tutması, öz şəxsi ambisiyalarının
quluna çevrilməməsi, eyni zamanda, Azərbaycanın
sabahını bu günündən daha inkişaf etmiş
görmək istəyinin olmasıdır. Amma gəlin
dağıdıcı ünsürlərin illərdir apardıqları
qərəzli təbliğatlara, Azərbaycanın
uğurlarına qara eynəkdən baxmalarına diqqət yetirək.
Belə olan təqdirdə dövlət maraqlarını arxa
plana keçirən bir partiyadan, yaxud onun xaricdən idarə
olunan sədrindən ölkəmizin xeyrinə hansısa
müsbət addımı gözləməyə dəyərmi?
Təmsil olunduğu düşərgədə hansısa
partiyanın uğurunu həzm etməyən ünsürlərin
Azərbaycanda siyasi dialoq mühitinin
formalaşdırılmasına töhfə verəcəyini
düşünmək sadəlövlük deyilmi?
Azərbaycanda çoxpartiyalı sistem
mövcuddur. Siyasi partiyaların normal fəaliyyəti
üçün zəruri olan bütün şərait
yaradılıb. Artıq «Siyasi partiyalar haqqında» yeni qanunun
qəbulu məsələsi gündəmdədir. Bu məsələ
öz növbəsində hər bir qanunun zamanın və
dövrün tələblərinə uyğun təkmilləşməsinə,
həmçinin yeni qanunun qəbul olunmasına yol
açdığını qabarıq şəkildə
büruzə verir. Dövlətimizin daim partiyaların normal fəaliyyəti
üçün zəruri şərait yaradır. O da məlumdur
ki, hər bir siyasi partiya maliyyə mənbələri barədə
ildə bir neçə dəfə hesabat təqdim etməlidir.
Bu məsələ gündəmə gətiriləndə bəzi
«düşmən dəyirmanına su tökən»
partiyaların rəhbərlərinin daş atıb
başlarını tutmaları diqqətdən kənarda
qalmır. Maliyyəsində qaranlıq məqamlar olan partiyadan
dövlətin, xalqın xeyrinə hansısa addımı
gözləmək sadəlövhlük olar. Təbii
ki, belə qərəzli mövqe tutan partiyalarla yanaşı,
Azərbaycanın dövlətçilik maraqlarını
öndə saxlayan, daim Azərbaycanın ərazi
bütövlüyünün bərpasına, milli həmrəyliyin
yaradılmasına səy göstərmiş partiyalar da
vardır. Onlar bu istəklərini yuxarıda da qeyd
etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsində
bir daha nümayiş etdirdilər. Vətən
müharibəsində qazanılmış Qələbə,
iqtidarın xarici siyasət istiqamətindəki uğurlu
addımları bir sıra partiyaların siyasi proqramlarında
göstərilmiş əsas məqsədə çatdıqlarının
göstəricisidir. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti
daim partiyalar arasında əməkdaşlığın genişləndirilməsində,
siyasi dialoq mühitinin formalaşmasında maraqlı olub.
Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar
və qanunvericilik hakimiyyəti ilə əlaqələr
şöbəsinrn ölkədə fəaliyyət göstərən
45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi
partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda
keçirdiyi görüşdə də bu məqamlara
xüsusi diqqət yönəldilmişdir. Qeyd olunduğu kimi,
bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli
dövrünü yaşayır. Azərbaycan qalib ölkə
kimi regionda və dünyada yeni reallıqları
formalaşdırır və onların uğurlu icrası
istiqamətində addımlar atır.
Qələbəmizin
yaratdığı reallıqların qarşıya qoyduğu
vəzifələr birgə addımların
atılmasını zərurətə çevirir. 45 siyasi
partiyanın bir araya gətirildiyi görüşdə
günümüzün aktual məsələləri, siyasi
partiyalara, ictimai birliklərə diqqət və qayğı
geniş müzakirə olundu. Bir daha bu məqamlar
açıqlandı ki, görüşdə 22 siyasi partiya
üçün ofislər ayrılması, vaxtı
ötürülmüş qurultaylarının keçirilməsi
üçün bir sıra siyasi partiyaların yerlə təmin
olunması üçün tədbirlər görülməsi
və 25 siyasi partiyanın qurultaylarının keçirilərək
nəticələrinin dövlət qeydiyyatına
alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi
partiyanın dövlət qeydiyyatına alınması barədə
məlumat verildi. Həmçinin qeyd olundu ki,
iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə
yeni yanaşma müşahidə olunmaqdadır və siyasi
partiyaların respublikanın ictimai-siyasi həyatında daha
yaxından iştirakının təmin edilməsi məqsədilə
siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında
və televiziya kanallarında çıxış etmək
üçün dəvət olunurlar.
Ə.Vəliyev siyasi
partiyaların rəhbərləri ilə keçirilən
görüşlərdə daim Prezident İlham Əliyevin
apardığı siyasi islahatlar nəticəsində ölkədə
sağlam iqtidar-müxalifət münasibətlərinin
qurulmasından danışaraq, bu münasibətlərdə
dövlətçilik maraqlarının bütün digər
maraqlardan üstün tutulduğunu,
sağlam tənqid və qarşılıqlı hörmətlə
xarakterizə olunan sivil formaya keçidin önə çəkildiyini,
hörmət əsaslı siyasi rəqabət və
qarşılıqlı dinləmə üzərində yeni
siyasi mədəniyyət formalaşdığını, təkcə
iqtidarla müxalifət arasında deyil, müxalifət
partiyaları arasında da qarşılıqlı
anlaşmanın və sivil rəqabət mühitinin,
sağlam əməkdaşlığın meydana gəldiyini
bildirir. O, həmçinin Azərbaycan siyasi
mühitində iqtidar-müxalifət dialoqunun
aparılması, partiyalararası ikitərəfli və
çoxtərəfli danışıqların və
müzakirələrin baş tutması, əməkdaşlığın
qurulması üçün üçüncü tərəfin
– hansısa xarici dairələrin vasitəçilik etməsinə
ehtiyac olmadığının sübut olunduğunu, siyasi dialoqdan yayınan bəzi siyasi qüvvələrin
siyasi mübarizə adı altında əslində hansı
dairələrin çirkin maraqlarına xidmət etməsinin
özünü daha aydın şəkildə büruzə
verdiyini, ölkədə uzun illərdən sonra ilk dəfə
olaraq siyasi qüvvələrin mütləq əksəriyyəti
arasında milli vəhdət və həmrəylik
yarandığını xüsusi qeyd edir.
Qeyd etdiyimiz kimi, artıq ölkəmizdə
sağlam siyasi dialoq mühiti formalaşmaqdadır. Ölkə
Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin
yekunlarına həsr olunmuş videoformatda müşavirədə
dövlət başçısı bir daha bildirmişdir ki,
hazırda bu dialoqda bütün siyasi qüvvələr
iştirak edir. İştirak etməyənlərə
siyasi qüvvə deyə bilmərəm: «Çünki
iştirak etməyən dəstə xain, satqın
ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən
əvvəl başlamışdır və müharibə
dövründə daha da güclənmişdir. Müharibə
dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən
antimilli şuranı nəzərdə tuturam, - bütün
digər siyasi partiyalar və birliklər birmənalı olaraq
bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli
şura isə öz xain, satqın missiyasını müharibə
dövründə də icra edib, düşmənin dəyirmanına
su töküb, ordumuza qarşı çirkin kampaniya
aparıb.»
Reallıqlara söykənərək bu fikri
böyük inamla qeyd edirik ki, «sapı özümüzdən
olan baltalar» istisna olmaqla ölkəmizdə bütün siyasi
partiyalarla fəal siyasi dialoq aparılır. Hər bir siyasi
partiya siyasi mövqeyindən və düşüncəsindən
asılı olmayaraq bu prosesə öz dəstəyini verməlidir.
Yeganə Əliyeva
İki sahil.-2021.- 23 sentyabr.-S.-5.