Pakistan Senatının
sədri: Azərbaycanın
qələbəsi bizim
qələbəmizdir
Azərbaycanın Pakistan İslam
Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistan
İslam Respublikası Senatının sədri Məhəmməd
Sadiq Sancrani ilə görüşüb.
“İki
sahil” xəbər verir ki, bu barədə Azərbaycanın
Pakistandakı səfirliyindən məlumat verilib.
Səfir Xəzər
Fərhadov qəbula görə Pakistan Senatının sədrinə
təşəkkür edib
və iki qardaş ölkə - Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən
söhbət açıb.
Xəzər Fərhadov
Pakistana səfir təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından
şərəf hissi duyduğunu bildirərək,
ölkələrimiz arasındakı
münasibətlərin yüksək
səviyyədə olduğunu
məmnunluqla qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin
cari vəziyyətinin
yüksək olmasında
hər iki ölkə rəhbərliyinin
rolunu xüsusi vurğulayıb.
Xəzər Fərhadov Azərbaycan
və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini
qeyd edərək, Vətən Müharibəsi
dövründə Pakistanın,
o cümlədən ölkə
Senatının Azərbaycana
göstərdiyi siyasi
və mənəvi dəstəyi
yüksək qiymətləndirib
və dərin təşəkkürünü ifadə edib. Səfir Azərbaycan və Pakistan parlamentləri arasında yüksək səviyyəli
əlaqələrin iki
ölkə arasında
əməkdaşlığın hərtərəfli inkişafına
xüsusi töhfəsinə
vurğulayıb.
O, eyni zamanda ölkələrimiz
arasında fəaliyyət
göstərən hökumətlərarası
birgə komissiyanın,
ticarət və kənd təsərrüfatı
sahələri üzrə
işçi qruplarının
fəaliyyətindən söhbət
açaraq təhsil, səhiyyə, İT və
enerji kimi sahələrdə də işçi qruplarının yaradılmasının
vacibliyini bildirib. Xəzər Fərhadov ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrin
daha da inkişaf
etdirilməsi istiqamətində
atılan addımlar və mövcud geniş potensiallar barədə məlumatları
diqqətə çatdırıb.
Pakistan Senatının
sədri Məhəmməd
Sadiq Sancrani səfir Xəzər Fərhadovu təyinatı
münasibətilə təbrik
edərək ona yeni fəaliyyətində
uğurlar arzulayıb.
Məhəmməd Sadiq Sancrani, Senat və onun
fəaliyyəti haqqında
ətraflı məlumatları
diqqətə çatdıraraq,
Pakistan Senatının
Azərbaycan Respublikasının
Milli Məclisi ilə əməkdaşlıq
əlaqələrindən bəhs
edib.
Ölkəmizin Vətən Müharibəsindən
söhbət açan
sədr, Azərbaycanın
qələbəsinin Pakistanın
qələbəsi olduğunu
xüsusi vurğulayıb.
Məhəmməd Sadiq Sancrani
iki qardaş ölkə arasındakı
yüksək səviyyəli
əlaqələrdən məmnunluğunu
ifadə edib və bütün sahələrdə, xüsusilə
iqtisadi-ticarət sahəsi
üzrə əməkdaşlığın
daha da gücləndirilməsi
vacibliyini və bu istiqamətdə Pakistan Senatının lazımi bütün köməkliyi
göstərəcəyini əminliklə
ifadə edib.
Eyni zamanda
Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq
formatının gücləndirilməsinin
əhəmiyyəti barədə
də fikir mübadiləsi aparılıb.
İki sahil.- 2021.- 23 sentyabr.- S.21