Şəhid tabor komandirinin xatirəsi yad edilib
Müdafiə Nazirliyinin təşkilatçılığı
ilə Vətən müharibəsi şəhidi
polkovnik-leytenant Rəşad
Rəşid oğlu Quliyevin doğum günü münasibəti
ilə mərasim keçirilib.
Bu barədə Müdafiə
Nazirliyi məlumat yayıb.
Bildirilib
ki, nazirliyin, Xətai və Suraxanı rayonları icra hakimiyyətlərinin rəsmiləri, şəhidin
ailə üzvləri,
təhsil aldığı
xüsusi təyinatlı
təhsil müəssisələrinin
zabit və kursantları, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Vətən
müharibəsi iştirakçıları,
qazilər, gənclər,
məktəblilər əvvəlcə
İkinci Şəhidlər
xiyabanında olub və igid zabitin
məzarı önünə
əklillər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Respublikamızın ərazi bütövlüyünün
qorunması və bərpa olunması, eləcə də tarixi torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid
olan Vətən övladlarının xatirəsinə
bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti
ilə Dövlət himni ifa olunub.
Polkovnik Abdulla Qurbani 27 sentyabr – Anım Günü ərəfəsində respublikamızın
bütün bölgələrində
şəhidlərin xatirəsinə
silsilə tədbirlərin
keçirildiyini qeyd edərək bildirib ki, Vətən müharibəsində şəhadətləri
ilə tarix yazan və adları
tarixə yazılan igid oğullarımızdan
biri də şəhid zabitimiz Rəşad Quliyevdir. O, 23 sentyabr
1983-cü ildə Bakı
şəhərində anadan
olub. Əslən Quba şəhərindəndir.
2000-ci ildə Cəmşid
Naxçıvanski adına hərbi liseyi, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.
Azərbaycan Ordusu sıralarında “leytenant” rütbəsində
motoatıcı taqım
komandiri vəzifəsindən
Müdafiə Nazirliyinin
Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və
“polkovnik-leytenant” hərbi
rütbəsinədək yüksəlib.
Nəzərə çatdırılıb ki, Vətən müharibəsinin ilk günündən
döyüş meydanına
atılan tabor komandiri
Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə
birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının
yaşayış məntəqələrinin
işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda
qarşıya qoyulan döyüş tapşırıqlarının
yerinə yetirilməsində
əsl qəhrəmanlıqlar,
şəxsi rəşadət
və şücaət
nümunələri göstəriblər.
2020-ci il oktyabrın
7-də şəhidlik zirvəsinə
ucalan tabor komandiri həm sağlığında,
həm də ölümündən sonra
dövlət səviyyəsində
yüksək qiymətləndirilib,
döyüş orden və medalları ilə təltif olunub.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının
sədri tanınmış
yazıçı-jurnalist Vüqar
Rəhimzadə bir daha Quliyevlər ailəsinə Vətənə
Rəşad Rəşid
oğlu kimi igid övlad bəxş etdiklərinə
görə minnətdarlıq
edib və respublikamızın ərazi
bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək
peşəkarlıqla rəhbərlik
etdiyinə, düşmənin
canlı qüvvəsinin
və döyüş
texnikasının məhv
edilməsində fədakarlıq
və rəşadət
göstərdiyinə, vəzifə
borcunu ləyaqətlə
və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan qəhrəman zabitin həyat və döyüş yolunun bundan sonra da gənclər tərəfindən diqqətlə
öyrəniləcəyinə, yeni-yeni Rəşadların
yetişəcəyinə əminliyini
bildirib.
Xətai
rayon İcra Hakimiyyətinin
şöbə müdiri
Pənah İmanov respublikamızın bütün
regionlarında olduğu
kimi Xətai rayonunda da Vətən müharibəsi tarixinin təbliği, öyrənilməsi,
o cümlədən Vətən
müharibəsi şəhidlərinin
adlarının əbədiləşdirilməsi
istiqamətində xeyli
işlər görüldüyünü
vurğulayıb.
Vətən Müharibəsi Qəhrəmanı
polkovnik Nizami Mövlanov şəhid Rəşad Quliyevlə bağlı xatirələrini
bölüşüb.
Nazirliyin əməkdaşı polkovnik
Elvin Əzizov Vətən
müharibəsi şəhidlərinin
hər birinin xatirəsinin əziz tutulduğunu və onların xatirə tədbirlərinin keçirilməsinin
artıq bir ənənəyə çevrildiyini
deyib.
Vətən müharibəsi qaziləri
sevimli komandirlərinin
yüksək iradə,
mənəvi keyfiyyətlərindən
danışıb, hər
bir əsgəri özünə dost, qardaş
bildiyini minnətdarlıqla
yada salıblar.
Məktəblilər şəhidlərə həsr
olunan şeirlər söyləyiblər.
Şəhid zabitin anası Mətanət Quliyeva göstərilən diqqət
və qayğıya görə dövlətimizin
başçısına və
Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlıq
edib, Şuşa şəhərinə səfər
təəssüratlarını danışaraq möhtəşəm
Zəfərin qazanılmasında
şəhid oğlunun
da xidmətlərinin olduğuna
görə qürur hissi keçirdiyini qeyd edib və
gəlini Afət xanımla birlikdə nəvələri Damla ilə İncini şəhid atalarının
adına layiq övlad kimi tərbiyə edəcəklərinə
söz verib.
İki sahil.- 2021.- 24
avqust.- S.6.