Tarixi Zəfər məğlubedilməzliyimizi bir daha dünyaya sübut etdi
İkisahil.TV-nin bugünkü müsahibi Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevdir
-Tahir müəllim,
27 sentyabr-Anım Günü
ərəfəsindəyik. Azərbaycanın haqqı,
ədaləti bərpa
etdiyi 44 günlük İkinci Qarabağ savaşının reallıqları
sizdə hansı hissləri yaradır?
- İlk olaraq
deyərdim ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Vətən
oğullarının qəhrəmanlığı,
şücaəti sayəsində qürurla qeyd edirik ki,
torpaqlarımız artıq
tarixi sahibinə qovuşub. Torpaqlarımızın
işğalçılardan təmizlənməsində canlarından
keçən şəhidlərimizin
ruhu qarşısında
baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
Otuz il ərzində düşmən
torpaqlarımızı işğal
altında saxladı. Bu illər ərzində
işğalda olan bütün şəhər
və rayonlarımız
talandı, viran qoyuldu, qarət edildi. Erməni vandalları bu torpaqlardan tariximizi, mədəniyyətimizi yox
etməyə çalışdılar.
Lakin bacarmadılar. Bu gün artıq həmin torpaqların əsl sahibləri geri dönüblər.” Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən
Şuşa şəhərinə
hər bir səfəri bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya verdiyi bir mesajdır. Erməni vandalları tərəfindən məhv
edilən Azərbaycanın
mədəniyyət paytaxtı
Şuşa cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi
altında bərpa edilir. Bu gün artıq
işğaldan azad edilmiş torpaqlarda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqı böyük vüsətlə quruculuq işləri aparır. Azərbaycan xalqının
qazandığı böyük
Qələbə ilə
bölgənin taleyində
yeni bir mərhələ və yeni reallıqlar yarandı. Azərbaycan bölgənin əsas söz sahibinə çevrildi. Bütün beynəlxalq norma
və prinsiplər çərçivəsində aparılmış bu müharibə istifadə edilmiş müasir hərbi texnologiyalara görə inkişaf etmiş ölkələrin
hərbi təhsil proqramlarına daxil edilmişdir. Şəhidlərimizin
qanı ilə yazılan bu möhtəşəm Zəfər
dövlətimizin gücünü, xalqımızın
və onun Liderinin məğlubedilməzliyini
bir daha bütün dünyaya sübut etdi.
- Təcavüzkar dövlət olan Ermənistan bu reallıqları necə qarşılayır?
- 44 günlük müharibə bizim gücümüzü, Silahlı
Qüvvələrimizin rəşadətini,
qəhrəmanlığını, xalqımızın birliyini
bütün dünyaya
göstərdi. Hər
halda Ermənistan anlamalıdır ki, artıq Azərbaycanın
qazandığı Qələbənin
yaratdığı yeni
vəziyyətə uyğunlaşmağa
məcburdur. Çünki
artıq Azərbaycan dünyada qalib ölkə kimi qəbul edilir. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə
quruculuq-bərpa işlərinin
həyata keçirilməsidir.
Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri
xalqımız tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq
böyük inkişafın
təməlləri atılır.
Məqsəd yalnız ölkə
səviyyəsində deyil,
həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional
və beynəlxalq səviyyələrdə inkişafı
təmin etməkdir.
30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə
canlanmanın və məskunlaşmanın şahidi
olacağıq.
- Regionun bundan sonrakı taleyini necə görürsünüz?
- Bu gün yeni reallıq
yaranıb. Azərbaycan
böyük quruculuq işlərinə start verib.
Ermənistan bunu görməlidir
ki, azərbaycanlılar
qurucu xalqdır.
Yaratmış olduğumuz reallığın
nəticəsidir ki, Azərbaycana Ermənistan lazım deyil, çünki Ermənistansız
da Azərbaycan bölgədə
istədiyinə nail olub.
Biz illər ərzində
bütün qonşu dövlətlərlə aktiv,
bir o qədər də konstruktiv siyasət yürüdərək
heç bir dövlətə qarşı
ərazi iddiası etmədən, təşəbbüskarı
və tərəfdaşı
olduğumuz bütün
layihələrdə etibarlı
tərəfdaş kimi
çıxış edərək
qonşu dövlətlərlə
bütün kommunikasiyaları
qurub, enerji xətlərini çəkib,
dəmir yollarını,
bütün nəqliyyat
layihələrini icra
etmişik. Ermənistan tərəfi hər
şeydən öncə
xahiş etməli, qonşularından icazə
almalıdır ki, bu prosesə qoşulsun. Artıq Dağlıq Qarabağ
sözü, ya da münaqişə termini yoxdur.
Ermənistan, onun havadarları
ümumiyyətlə, bu
sözü işlətməli
deyillər. Əgər erməni
xalqını belə
çox istəyirlərsə,
onların inkişafında
maraqlıdırlarsa Ermənistana
bildirsinlər ki, öz qonşuları ilə normal münasibətlər
qursun və ərazi iddialarından birdəfəlik əl çəksin. Çünki
işğalçılıq siyasəti nəticəsində
müstəqil dövlət
ola bilməyən, xarici dairələrin əlində alət olan, ötən illər ərzində bu siyasətin ağır nəticələrindən
əziyyət çəkən
Ermənistan üçün
yeganə çıxış
yolu Azərbaycanla sərhədlərin müəyyən
edilməsi istiqamətində
iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə
hazırlıq işlərinə
başlamaqdan keçir.
Eyni zamanda, burada xüsusi vurğulanmalı
bir məsələ Zəngəzur dəhlizinin
açılmasıdır ki,
bu, hər bir region dövlətindən
öncə elə Ermənistanın özünə
lazımdır ki, iqtisadi blokadadan çıxsın.
-Azərbaycanın əldə
etdiyi Qələbə
və uğurla həyata keçirdiyi bərpa-quruculuq işləri
erməniləri və
onlara havadarlıq edən xarici gücləri narahat edir. Onların ölkəmizdəki əlaltılarının bu
narahatlığa dəstəklərini
necə şərh edərdiniz?
- Hərbi əməliyyatların
başa çatmasından
və tarixi Qələbədən sonra
Qarabağda bərpa-quruculuq
işləri sürətlə
davam etdirilməkdədir
və bunun üçün bütün
imkanlar və resurslar səfərbər
edilib. Bütün bunlar təkcə işğaldan azad edilmiş ərazilərimizin
deyil, bütövlükdə regionun çoxistiqamətli inkişafı
üçün zəmin
yaradır. Əlbəttə ki, Azərbaycanın
beynəlxalq layihələrdəki
uğurlu fəaliyyəti,
qazandığı etibar
da bu prosesin daha sürətli və uğurlu əməkdaşlıq çərçivəsində
getməsinə öz
töhfəsini verir”.
Bu, bir gerçəklikdir
ki, Vətən müharibəmizin hərb
mərhələsi bitsə
də, beynəlxalq aləmdə və mediada erməni faşizminin ifşası məqsədilə informasiya
mübarizəmiz davam
edir. Anti-Azərbaycan qüvvələrin
yenidən daxildəki
əlaltılarından alət
kimi istifadə edərək görülən
bu əzəmətli işlərin əhəmiyyətini
gözdən salmaq istiqamətində fəaliyyətləri
müşahidə olunmaqdadır.
Dünyada gedən qlobal
maliyyə-iqtisadi çətinliklər
və pandemiya fonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu siyasət, ölkənin və bölgənin gələcək
dayanıqlı inkişafı,
işğaldan azad edilən ərazilərdə
çox sürətlə
nəhəng işlərin
görülməsi nəinki
bu antimilli qüvvələri təəccübləndirir
və ya narahat edir, hətta
gözləri götürmür.
Onlar üçün ancaq xaos və anarxiya
lazımdır.
- İşğaldan azad
olunmuş ərazilərimizdə
qısa müddət ərzində infrastrukturun
qurulmasına başlanıldı.
Bu proseslər məskunlaşmanın intensivliyinə
necə təsir edəcək?
- Bu gün Qarabağın, işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişi
üçün ən
yüksək standartlarla
inkişaf planı və proqram hazırlanmış, həyata keçirilməyə başlanmışdır.
Füzuli rayonunda Beynəlxalq Hava Limanının qısa zamanda istifadəyə
verilməsi, işğaldan
azad olunmuş bütün ərazilərdə
elektrik stansiyalarının
qurulması, nəqliyyat-kommunikasiya
layihələrinin həyata
keçirməsinə, mədəniyyət
paytaxtı Şuşanın
dirçəldilməsi istiqamətində misilsiz işlərin görülməsi
sözün həqiqi
mənasında ölçüyəgəlməzdir.
Bunu təkcə beynəlxalq təşkilatlar
deyil, hətta erməni
mətbuatı və siyasətçiləri etiraf edirlər.
-Azərbaycanda yürüdülən
çevik iqtisadi siyasətin ən mühüm uğurlarından
biri sənaye sektoru, xüsusilə də qeyri-neft sektorunun inkişafıdır.
Bununla bağlı nə deyərdiniz?
- Qeyri-neft sənayesinin sürətli inkişafı
ölkə iqtisadiyyatının
dünyadakı mənfi
tendensiyalardan qorunmasına
imkan verir. Ölkənin sənayeləşməsi iqtisadiyyatı sürətli
inkişafa aparan və onun rəqabətqabiliyyətliliyini
artıran əsas istiqamətdir. Məhz sənayenin
inkişafı iqtisadiyyatın
neftdən asılılığının
aradan qalxmasına, o cümlədən müasir
innovasiyalı texnoloji
sahələrin açılmasına
və işsizliyin azalmasına imkan verir. Prezident İlham Əliyevin
imzaladığı Dövlət
proqramlarına uyğun
olaraq ölkəmizdə
sənayenin inkişafına
xidmət edən sənaye parklarının
və sənaye məhəllələrinin yaradılması
prosesi sürətlənib.
Sənaye zonalarında lazımi
bütün infrastruktur
yaradılır, yeni fəaliyyət sahələrinin
işləməsi üçün
uzunmüddətli güzəştlər
tətbiq olunur.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva
İki sahil.- 2021.- 25 sentyabr.- S.11.