“SOCAR Türkiyə” Gebze Texniki Universiteti
ilə tədqiqat sahəsində əməkdaşlığı
genişləndirir
Ekoloji, iqtisadi və
sosial əhəmiyyət
kəsb edən istiqamətlərdə fəaliyyətini
fasiləsiz olaraq davam etdirən “SOCAR Türkiyə” dayanıqlılıq
hədəflərində mühüm
əlavə dəyər
yaradan elmi-tədqiqatlarını
(Ar-Ge) və innovativ layihələrini genişləndirir. “SOCAR Türkiyə
Ar-Ge ve İnovasyon A.Ş.” tərəfindən
Gebze Texniki Universitetinin (GTU) nəzdində
yaradılan “SOCAR Ar-Ge
Proses Sistemləri Mərkəzi” fəaliyyətə
başlayıb.
SOCAR-dan TED.az
- a bildirilib ki, bu layihə Türkiyənin 4691 saylı
Texnoloji İnkişaf
Bölgələri Qanunu
çərçivəsində GTU Texnoparkında reallaşdırılacaq.
İcrasına ötən
il başlanılan müştərək layihələrin
inkişaf etdiriləcəyi
bu Mərkəzdə universitetin elmi araşdırmaları
ilə “SOCAR Türkiyə”nin
fəaliyyətinin inteqrasiyası
təmin olunacaq, yüksək dəyər daşıyan yeni məhsul və proseslər təkmilləşdiriləcək.
Mərkəzdə katalizator analizi cihazı, avtonom hava nəqliyyatı vasitələri, nəzarət
sensorları və CO2
emissiyalarından dimetil
efirinin istehsalı kimi mühüm layihələr davam etdiriləcək.
“SOCAR Ar-Ge Proses
Sistemləri Mərkəzi”
universitetdən sənayeyə
məlumat axınını
asanlaşdırmaqla məhsuldar
və dayanıqlı
istehsal üçün
innovativ layihələr
hazırlayacaq. Universitetin təmin
etdiyi elmi infrastruktur ilə “SOCAR Türkiyə Ar-Ge”nin təcrübəsinin birləşdirilməsi
sayəsində əldə
olunacaq innovativ həllər müştəri
məmnuniyyəti və
ictimai fayda yaratmaqla yanaşı
SOCAR-ın rəqabətədavamlı
və dinamik inkişafına töhfə
verəcək.
“SOCAR Türkiyə
Ar-Ge ve İnovasyon A.Ş.” və
GTU əməkdaşlığı çərçivəsində həyata keçiriləcək
əsas layihələr
sırasında neft-kimya
məhsullarının istehsalında
istifadə olunan katalizatorların analizini həyata keçirən və prototipi təkmilləşdirilən cihazın
son variantı ilə bağlı işlərin davam etdirilməsi mühüm yer tutur. Burada, həmçinin emal sənayesinin gəlirliliyində mühüm
rol oynayan hidrokrekinq qurğusunun modelləşdirilməsi və
optimallaşdırılması layihəsi, istehsal sahələrində texniki
xidmət və təhlükəli maddə
daşınması üçün
nəzərdə tutulan
avtonom hava nəqliyyatı vasitələrinin,
istehsal proseslərində
yüksək proqnozlaşdırma
gücünü hədəfləyən
xüsusi hesablamalı
sensorunun layihələndirilməsi
və istehsal tullantılarının qiymətli
məhsullara çevrilməsi
məqsədini daşıyan
layihələr üzərində
də işlər davam etdiriləcək. Mərkəzdə istehsal tullantılarının ətraf
mühitə təsirini
azaldan və təkrar dövriyyəsinə
imkan yaradan innovativ layihələr də inkişaf etdiriləcək.
“SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi” vasitəsilə,
eyni zamanda, GTU tələbələrinin layihələri
də “SOCAR-Türkiyə”
mütəxəssisləri tərəfindən qiymətləndiriləcək
və dəstəklənəcək,
bəyənilən layihələrin
müəllifləri təqaüd
və proqram təminatı imkanı qazanacaq. Burada təşkil olunacaq seminarlar tələbələrin
sənaye tətbiqləri
sahəsində təcrübə
qazanmalarına və texniki bazalarını inkişaf etdirmələrinə
əlavə töhfə
verəcək. Elm-sənaye zəncirindəki
bütün maraqlı
tərəflər üçün
dəyər yaradacaq Proses Sistemləri Mərkəzi dayanıqlılıq
layihələri ilə
Türkiyə sənayesinin
rəqabət gücünün
yüksəlməsinə xidmət
edəcək.
“SOCAR Ar-Ge Proses
Sistemləri Mərkəzi”nin
açılış mərasimində
çıxış edən
“SOCAR Türkiyə AR-Ge
ve İnovasyon A.
Ş.”ın baş direktoru Bilal Quliyev deyib: “Dayanıqlı inkişaf və strateji transformasiya üçün
bu gün bütün dünyanın
diqqət mərkəzində
olan sahələrin əsasında elmi-tədqiqatlar
və innovasiya durur. “SOCAR-Türkiyə” daim bunu diqqət
mərkəzində saxlayır,
əlavə dəyərli,
rəqabətədavamlı məhsulların dayanıqlı
istehsalı üçün
innovativ həllər yaradan elmi araşdırmalarını
ildən-ilə inkişaf
etdirir. “SOCAR Türkiyə
AR-Ge ve İnovasyon” olaraq bu günə kimi işləyib hazırladığımız layihələrlə
istər şirkətimiz,
istərsə də fəaliyyət zəncirimizdəki
bütün maraqlı
tərəflər üçün
əlavə dəyər
yaratmaqda maraqlıyıq.
Gebze Texniki Universiteti ilə ötən ildən bəri davam edən əməkdaşlığımız
bu gün açılan yeni mərkəzimizlə daha yüksək səviyyəyə
qədəm qoyur. Fikrimizcə, texnoloji bilikləri dayanıqlı
inkişaf üçün
həll yoluna çevirə bilən cəmiyyətlər gələcəyin
ən güclü oyunçuları olacaq. Bu səbəbdən “SOCAR
Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” və Gebze Texniki
Universitetinin əməkdaşlığına
mühüm əhəmiyyət
veririk. Dəstək və töhfələri üçün universitetə
təşəkkür edir,
tələbələrimizə və bütün əməkdaşlarımıza uğur diləyirəm. Birgə fəaliyyətimizin
dayanıqlı inkişafda,
elm-sənaye əməkdaşlığı
sinerjisinə çox
uğurlu bir model olacağına inanıram”.
Orxan Vahidoğlu
İki sahil.- 2021.- 30 sentyabr.- S.7.