TANAP “Şahdəniz” qazını Avropaya çatdırdı
İki qardaş ölkə -Türkiyə
vǝ Azərbaycanın enerji sektorunda bu günə qədər
davam edən uğurlu
ǝmǝkdaşlığının mühüm
ǝlamǝtlǝrindǝn biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi
(TANAP), Cənubi Qafqaz Boru
Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdǝ Cǝnub Qaz
Dəhlizinin ən vacib halqasını təşkil
edir. TANAP, Azərbaycanın “Şahdəniz”
yatağında hasil etdiyi
tǝbii qazın Türkiyə ilə yanaşı, Avropaya daşınmasını hədəfləyir.
Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz TANAP-ın da yer aldığı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) bağlantısı ilə Avropaya çataraq enerji təchizatı təhlükəsizliyinə töhfə verir.
Cənub Qaz Dəhlizinin
ǝn vacib halqası olan
TANAP Azərbaycanın Avropa
İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının
inkişafına daha da
çox töhfǝ vermǝklǝ
yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünǝ vǝ Avropa İttifaqının yeni
tǝbii qaz tədarükçüsünǝ
çevirib. Azərbaycanın “Şahdəniz-2”
yatağından çıxardığı təbii qazın
2020-ci ilin son
günlǝrindǝn etibarǝn Türkiyə marşrutunun
ardından, Türkiyə-Yunanıstan sərhədindǝn TAP-a qoşularaq Avropaya çatdırılmasına
başlandı.
Azərbaycan və
Türkiyənin qitələrarası enerji
işbirliyi
Yanvarın
14-də TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat
konfransı keçirib.
Mətbuat konfransında Saltuk Düzyol Azərbaycan və Türkiyə arasında davam edǝn köklü əməkdaşlığın vacib ǝlamǝtlǝrindǝn biri olan TANAP-ın, eyni zamanda qlobal mǝnada iki ölkənin enerji sektorundakı brendlǝşmǝ prosesini dəstəklədiyini vurğulayıb: "Azǝrbaycan torpaqlarından başlayan bu proses ölkəlǝrimizin bir çox sahələrdə inkişafına töhfə vermǝklǝ yanaşı, enerji sektoruna atılan daimi bir imzadır. Tarixdə ilk dəfə olaraq Azərbaycan tǝbii qazı TANAP-ın TAP ilə birləşmǝsi ilǝ, yəni birbaşa bir boru kəməri vasitǝsilǝ Avropa bazarına ötürülür. 31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihəmizdə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edildi. Gələcəkdə layihənin artan töhfələrini, yaratdığı dəyərləri qürurla izləməyə davam edəcəyik.”
TANAP: Strateji bir
dəyər zəncirinin
ən vacib halqası
Türkiyə və Azərbaycanın
enerji sektorundakı strateji ǝmǝkdaşlığının
ən vacib layihələrindən biri
olan TANAP-ın tamamlanmasının və
TAP-ın hazır vǝziyyǝtǝ gǝtirilmǝsinin
ardından Avropaya təbii qazın çatdırılmağa başlandığını
vǝ belǝliklǝ
yeni bir dövrün açıldığını
ifadǝ edǝn TANAP-ın baş direktoru Saltuk Düzyol ölkəmizin və dünyanın aparıcı sahǝlǝrindǝn
biri olan enerji sektoru, uzunmüddətli inkişafın
əsas aktoru olmağa davam edəcəyini bildirib: “Enerji sahəsində beynəlxalq işbirliyinin
ən uğurlu layihələrindən biri
olan, xüsusi ilə Avropa Birliyi üçün alternativ bir enerji dəhlizi yaratması baxımından strateji əhəmiyyətə malik
TANAP layihəsi planlaşdırılan
qrafikə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan
ilkin investisiyanın
45%-nǝ qənaət
olunaraq başa çatdırılıb. Bu sǝbǝbdǝn
dǝ dünya miqyasında nümunǝvi
layihǝlǝrdǝn biri
olan TANAP vasitǝsilǝ
2020-ci ilin dekabr ayının sonu etibarilǝ Türkiyəyə
nǝql edilǝn təbii qazın ümumi hǝcmi 8,4 milyard kubmetrə
çatdı. 100%-lik
bir səmərəliliklǝ
fǝaliyyǝtini davam
etdirǝn layihəmiz
ilǝ içindǝ
yer aldığımız
üçüncü tǝdarük
ilindǝn başlayaraq
istismar dövrünün
sonunadǝk Türkiyǝyǝ
hǝr il 6 milyard kubmetr, 2022-ci ildən etibarən də Avropaya hər il 10 milyard kubmetr tǝbii qaz tədarük etməyi hədəfləyirik. Beləliklə,
ölkələrimizə və
layihə tərəfdaşlarımıza davamlı
iqtisadi, sosial və mədəni sǝmǝrǝ verməyə
davam edəcəyik.”
TANAP-ın 16 milyard kubmetr olan mövcud
ötürücülük qabiliyyǝtinin, əlavə
investisiyalar ilǝ 31 milyard kubmetrə qədər artırıla
bilǝcǝk şǝkildǝ
layihǝlǝndirildiyini qeyd
edǝn S.Düzyol bu layihənin enerji dünyasında qazandığı uğurlarla
tarixə mühüm
bir imza atdığını sözlərinə
əlavə etdi. Baş direktor layihənin idarəedilməsində
göstǝrilǝn üstün
fǝaliyyǝtə görə
mərkəzi ABŞ-da
olan və dünyanın ən tanınmış məslək
qurumlarından biri olan “Project Management Institute” (PMI) tərəfındən “İlin
Layihəsi” mükafatına layiq görüldüyünü, eyni
zamanda, layihənin reallaşdırıldığı zaman zərfində həyata keçirilən
sosial və ətraf mühitin qorunması investisiya proqramları çərçivəsində beynəlxalq aləmdə tanınan bir çox nüfuzlu mükafata layiq görüldüyünü ifadə
edib.
Yerli inkişafa dəstək
S.Düzyol məlumat verib ki, TANAP bir tərəfdən
Türkiyənin və
Avropanın enerji təhlükəsizliyinə töhfə
verərkən, digər
tərəfdən də Türkiyədə
sosial və ətraf mühit sahəsində layihələr
həyata keçirib. Türkiyǝdǝ
özǝl sektor vasitǝsilǝ hǝyata keçirilǝn ǝn böyük sosial vǝ ekoloji investisiya proqramlarından biri olma xüsusiyyǝtinǝ
malik olan Sosial vǝ Ətraf Mühit İnvestisiya Proqramları
(SEIP) vasitǝsilǝ TANAP bir
tǝrǝfdǝn Türkiyǝnin
vǝ Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə
verir, digǝr tǝrǝfdǝn dǝ marşrutunda yerləşən
şǝhǝrlǝrdǝ, rayon vǝ kəndlərdə sosial-iqtisadi inkişafı
sürətləndirməyi və təbii sǝrvǝtlǝrin mühafizǝsini
hədəfləyir. Proqramın
ən effektiv şəkildə həyata
keçirilmǝsi mǝqsǝdilǝ
3 fərqli maliyyələşdirmə
mexanizmi hazırlanıb:
birbaşa qrant, birbaşa investisiya və proqrama töhfə fondları ilǝ ümumilikdǝ 20 şǝhǝr, 67 rayon və
600 kənddə 1000-dən çox layihə dəstəklǝnib.
TANAP Ətraf Mühitǝ
və Sosial-İqtisadi
Sahǝyǝ Təsirin
Qiymətləndirilməsi (ƏMSSTQ) çərçivəsində boru kəməri marşrutu boyunca quru və su
habitatlarda apardıqları
tədqiqatlar zamanı
müəyyənləşdirilmiş 12 yeni canlı növü dünya elm ǝdǝbiyyatına bǝxş
etdi. Boru kəməri
marşrutunda müəyyənləşdirilmiş
67 quru və 27 su kritik habitat üçün hazırlanmış
Bioloji Müxtəliflik
Fəaliyyət Planı
ilǝ yanaşı, bir Bioloji Müxtəliflik
Balanslaşdırma Strategiyası
da hazırlanaraq ilk dəfə boru kəməri layihəsində
tǝtbiq edildi. TANAP ətraf mühitə və insanlara üstünlük verən
tətbiqlərinə görə
“Ən yaxşı ətraf mühit təcrübələri" və
“Davamlılıq" kateqoriyalarında
çoxsaylı nüfuzlu
beynəlxalq mükafatlara
layiq görülüb.
Hǝmçinin ƏMSSTQ dövründə 106, tikinti dövründə isǝ 48 ǝdǝd olmaqla, ümumilikdə 154
arxeoloji sahə Türkiyənin mədəniyyǝt
ehtiyatlarına qazandırılıb.
Layihə çǝrçivǝsindǝ
Muzey idarǝlǝrinin
başçılığı ilə ümumilikdə 25 xilasetmə qazıntı işləri aparıldı.
Bu qazıntılarda tapılan 1000-dən çox
arxeoloji nümunələr
müvafiq muzeylərə
tǝhvil verilib.
TANAP-ın marşrutu və texniki xüsusiyyətləri
Giriş
nöqtəsi Gürcüstan-Türkiyə
sərhədi (Ardahan-Posof),
Avropaya çıxış
nöqtǝsi Türkiyə-Yunanıstan
sərhədi (Ədirnǝ-İpsala)
olan boru kəməri Türkiyədǝ
20 şǝhǝrin (Ardahan,
Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanǝ, Girǝsun,
Sivas, Yozqat, Kırşǝhǝr,
Kırıkkalǝ, Ankara, Əskişǝhǝr,
Bilǝcik, Kütahya,
Bursa, Balıkǝsir, Çanaqqala,
Tǝkirdağ və Edirnǝ) ərazisindən
keçǝrǝk Avropa
ölkələrinə tǝbii
qazı ötürən
Trans-Adriatik Boru Kəmərinə qoşulur.
Layihə çǝrçivǝsindǝ
Türkiyə sərhədləri
daxilindǝ biri Əskişǝhǝrdə, digəri
Trakyada olmaqla, milli təbii qaz ötürmə şəbəkəsinə qoşulmaq
üçün iki çıxış nöqtəsinə
sahibdir. TANAP müxtəlif
xüsusiyyətlərə malik 2 ǝdǝd Kompressor stansiyası, 4 ǝdǝd ölçmə
stansiyası, 13 ǝdǝd
tǝrtibatın buraxılma
kamerası, 49 Bağlayıcı
armatur stansiyası və 2 ədədi Türkiyədəki milli təbii qaz şəbəkəsini vǝ
1 ədədi Trans-Adriatik
Boru Kəməri bağlantısı vasıtəsi
ilə Avropadakı beynəlxalq təbii qaz şəbəkəsinǝ
ötürülmǝk üzrǝ
3 ǝdǝd təbii
qaz çıxış
stansiyası kimi yerüstü qurğulardan
ibarətdir.
S.Düzyol məlumat verib ki, boru kəmərinin
Faza-0 adlanan vǝ Ardahandan Əskişǝhǝrə
qədər olan 1340 kilometrlik hissəsi 56 düym, Faza-1 adlanan Əskişǝhǝrdən İpsala-Yunanıstan
sərhədinə qǝdǝr
olan 457 kilometrlik hissəsi 48 düym olaraq layihǝlǝndirilib.
Layihə çərçivəsində
reallaşdırılan 17.5 km Çanaqqala Boğaz Keçidi isǝ 36 düym diametrli əkiz boru kəməri ilə həyata keçirilib.
Sonda jurnalistlərin
suallarını cavablandıran
S.Düzyol qeyd edib ki, TANAP 32 milyon kubmetr gündəlik qazötürmə
qabiliyyətinə malikdir. TANAP üzərindən Türkiyənin
qaz tələbi altı milyard kubmetrdir. S.Düzyol qeyd edib ki, TANAP üzərindən
Naxçıvana qaz verilməsi texniki olaraq mümkündür.
Ancaq Naxçıvana qaz verilməsi BOTAŞ şirkəti
tərəfindən 500 milyon
kubmetr həcmində həyata keçiriləcək.
Orxan Vahidoğlu
İki sahil.- 2021.- 15 yanvar.- S.6.