Qədim Şuşa

 

Aprelin 13-də Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən «My Way» Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə «Qədim Şuşa» adlı rəsm sərgisi keçirilib.

Gənc tərtibatçı rəssamlardərnəyi üzvlərinin «Qədim Şuşa» adlı rəsm sərgisinə həsr etdikləri rəsmlərə baxış keçirildikdən sonra Mərkəzin direktoru Günel Anarqızı sərginin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın öz sahibinə qovuşmasının sevincini yaşayır. Qarabağın tacı, bütün Türk dünyasının mədəniyyət paytaxtı Şuşamızın əvvəlki şan-şöhrəti özünə qayıdıb. Xarıbülbülmusiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edilib. Şuşa müxtəlif tədbirlərə ev sahibliyi ilə dünyanın diqqətini bir daha özünə çəkir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə «Şuşa İli» elan edilməsi Azərbaycanın döyünən ürəyinin təqdimatında əhəmiyyətli rol oynayacaq. Hər daşı, qayası bir tarix olan Şuşa bu il çərçivəsində daha da dirçələcək, cənnət məkana çevriləcək.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva xalqımızın yenilməzliyindən, məğrurluğundan, tarixinə sahib çıxmasından bəhs edib. Vurğulayıb ki, Azərbaycana hər zaman qələbə yaraşır. Bu gün Şuşamız, Azərbaycanın işğaldan azad olunan bütün torpaqları sevinclidir. Böyük Qayıdış bu gün qarşımızda dayanan əsas vəzifədir. Qarabağın tacının uşaqların düşüncələri əsasında, rənglərin dili ilə çatdırılması, rəsmlərdə özünün ifadəsini tapması bir daha torpaq, Vətən sevgisini ortaya qoyur.

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən «My Way» Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Alyona Bədəlova tarixi Zəfərimizin dünyanın hər bir ölkəsində böyük sevinclə qarşılandığını, qürur hissi ilə qeyd olunduğunu bildirib. Belə tədbirlərin təşkilində birgə təşkilatçılıq göstərməklə Şuşanın təbliğinə öz töhfəmizi verir, 30 ilə yaxın düşmən tapdağı altında qalan musiqi beşiyinin füsunkar gözəlliyinin rəsmlər vasitəsilə təbliğindən xoş hisslər keçiririk.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən söylədiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik fikirlərini önə çəkərək bir ildən artıq dövrdə Şuşanın əvvəlki şan-şöhrətinin özünə qaytarılması istiqamətində görülən işlərdən bəhs edib: «Bu gün Şuşa müxtəlif tədbirlərə ev sahibliyi etməklə dünyanın diqqətini özünə yönəldir. Bu günlərdə Şuşa Azərbaycanın BMT- üzvlüyünün 30-cu ildönümü illiyi ilə bağlı tədbirə ev sahibliyi etdi. Qarabağın tacı ötən il iyunun 15-də Milli Qurtuluş Günündə Azərbaycanla Türkiyənin müttəfiqliyini təsdiqləyən Bəyannamənin imzalanmasına şahidlik edib. Şuşada tarixi Zəfərimizdən sonra ilk Novruz tonqalı alovlandırılıb. Şuşaya Zəfər yolu çəkilib. Gələn ay mədəniyyət paytaxtımızda «Xarıbülbül» musiqi festivalı ənənəsinin bərpasına uyğun olaraq növbəti tədbir keçiriləcək. Şuşa Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə mədəniyyət paytaxtımız elan edildi. Bu günlərdə TÜRKSOY Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan etdi. Bu sıralamanı xeyli sayda davam etdirə bilərik. Şuşanın bu gözəlliyinin, tarixinin, qədimliyinin rəsm əsərlərində tərənnüm edilməsi qürurvericidir.”

«Bugünkü tədbir mənəvi dünyamızı daha da zənginləşdirdi» söyləyən Vüqar Rəhimzadə sərgidə yaradıcılıq nümunələri nümayiş etdirilən gənc rəssamları təbrik edib. Qeyd edib ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov dövlət başçısı İlham Əliyevin Sərəncamı iləŞuşa İlielan edilən 2022-ci il çərçivəsində keçiriləcək tədbirlərin, rəsm sərgilərinin Qarabağın tacının təqdimatına böyük töhfə olacağını bildirib. Vurğulayıb ki, “Gənc tərtibatçı rəssamlardərnəyi üzvlərinin rənglərin dili ilə Şuşanın gözəlliyini tərənnüm etmələri böyük xoşbəxtlikdir. Gənc rəssamlara minnətdarlığımızı bildirir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

A.İbrahimov qeyd edib ki, “Şuşa İliilə bağlı imzalanan Sərəncamda da qeyd olunduğu kimi, bənzərsiz tarixi görkəmini formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi ictimai fikir salnaməmizə parlaq səhifələr yazmışdır: “Tarixi Zəfərimizdən, Şuşa Zəfərindən sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix mədəniyyət abidələrinin bərpasına da başlanıldı. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Rəssamlarımız bu yolu rənglərin dili ilə təqdim edirlər.”

Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova sərginin əhəmiyyətindən, Azərbaycanın döyünən ürəyi olan Şuşanın tarixindən, qədimliyindən bəhs edib. Bildirib ki, bu gün hər birimiz qürurluyuq. Azərbaycan xalqı tarixi Zəfəri ilə yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Tezliklə Şuşa tam bərpa olunaraq turistlərin üz tutduğu ünvana çevriləcək. Mədəniyyət paytaxtımızın gözəlliyini seyr etmək, onun tariximizə şahidlik edən hər daşı, qayası ilə ünsiyyətdə olub, onları rəsmlərin dili ilə insanlara çatdırmaq böyük şərəf və məsuliyyətdir. Şuşa hər bir azərbaycanlı üçün əzizdir. Dünyaya səs salan, dastana çevrilən “Şuşa əməliyyatı”da bu qədim şəhərin önəmini nümayiş etdirir.

Tədbirdə çıxış edənlər tarixi Zəfərimizin təbliğində Azərbaycan diasporunun rolunu yüksək dəyərləndiriblər. İstər 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi, istərsə də postmüharibə dövrünün reallıqlarının təbliğində bu birliyin, həmrəyliyin şahidi olduq.

Sonda “Təbəssüm” rəqs qrupuQarabağ” rəqsini ifa edib. Sərginin iştirakçıları diplomlarla mükafatlandırılıblar.

 

İki sahil.- 2022.- 14 aprel.- S.8.