Gəncliyin gələcəyə
baxışı
YAP Xətai rayon
təşkilatı bu mövzuda konfrans keçirib
Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “Gəncliyin
gələcəyə baxışı” mövzusunda konfrans
keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlətin gənclər siyasətindən geniş bəhs edib: “Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü gənclərə diqqət və qayğının bariz nümunəsidir. Hələ Sovet İttifaqı dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdir. Həmin illərdə, həmçinin bu gün Zəfər salnaməsini yazaraq dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz üçün möhkəm təməl yaradılmışdır. Belə ki, o dövrdə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təməli qoyuldu ki, bu gün ordumuzda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr gənclərimizin dövlət idarəçiliyində irəli çəkilməsi, onların inkişafı üçün bütün imkanların formalaşdırılması ilə xarakterizə olunur. Ümummilli Lider müəyyənləşdirdiyi gələcəyə hesablanmış strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.”
“2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, İnkişaf Strategiyası təsdiqləndi: “Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Tarixi Qələbəmizdə əsas missiyanı məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Torpaqlarımızın azadlığı uğurunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm.”
Azərbaycan gənclərinin intellektual potensialından geniş bəhs edən Vüqar Rəhimzadə gənclərimizin yenilikçi, müasir dünyagörüşə, hadisələrə çağdaş dövrümüzün tələbləri səviyyəsində yanaşmalarını önə çəkərək bu fikri xüsusi vurğulayıb ki, tarixi Zəfərimiz Azərbaycan gəncliyinin hansı imkanlara malik olduğunu, ən əsası onların Vətən, torpaq sevgisini nümayiş etdirdi: “Artıq Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri geniş vüsət alıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırıqları əsasında bu ərazilərimiz müasir dövrün tələbləri səviyyəsində qurulur. Tarixi Zəfərimiz gənclərin qarşısında dayanan vəzifələrə də əlavələr, dəyişikliklər edib. Bu vəzifələr yeni yaranan reallıqların dünya birliyi tərəfindən qəbul olunmasına dəstək verməkdən, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə yeni ideyaları əsasında töhfələri artırmaqdan ibarətdir.”
YAP Xətai rayon təşkilatının sədri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 800 minə yaxın üzvün təxminən 40 faizdən çoxunu gənclərin təşkil etdyini önə çəkərək vurğulayıb ki, gənclərimiz partiyada öz potensial imkanlarını nümayiş etdirmək üçün böyük meydan görürlər: “Partiyanın tərkibində 1995-ci ildə Gənclər Birliyinin yaradılması da onlara diqqətin, ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına göstərilən qayğının göstəricisidir. Daim yeniliklərə, təkmilləşməyə maraq göstərən YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyanın gəncləri də fəal iştirak edirlər. YAP Xətai rayon təşkilatı olaraq gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasına xüsusi önəm verir və bu istiqamətdə mühüm layihələrin icrasına nail oluruq. YAP-ın ötən ilin martında keçirilən VII qurultayında qəbul olunan qərarlar yeni vəzifələrə çağırışdır. Partiyanın hər bir rayon təşkilatı, hər bir üzvü, o cümlədən gənclərimiz tarixi Zəfərimizin reallıqları fonunda keçirilən partiyanın VII qurultayında qəbul olunan yeni Nizamnaməyə uyğun qarşıya qoyulan vəzifələrin icrasına öz töhfələrini verməyə səy göstərirlər. YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, möhtərəm Prezidentimizin siyasətinin fəal təbliğatı, milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərə vətənpərvərlik hisslərinin aşılanması işində, ölkəmizə qarşı yönəlmiş kampaniyalarla mübarizə çərçivəsində sosial şəbəkələrdə fəallıqlarını daha da gücləndirəcəklər.”
Çıxış edən Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar
İslamov bildirib ki, YAP Gənclər Birliyi
ardıcıl olaraq partiyanın
rayon təşkilatlarında
gənclərlə silsilə
görüşlər keçirir: “Bu görüşləri keçirməkdə məqsədimiz var. 2021-ci ilin mart ayında YAP-ın VII qurultayı baş
tutdu. Bundan sonra partiyamızda bir sıra mühüm dəyişikliklər,
yenilənmələr oldu. Azərbaycan gəncliyinin
qarşısında geniş, vacib vəzifələr
dayanırdı. Biz Vətən müharibəsinə qədər
daim bilirdik, öyrənirdik və eşidirdik ki, Azərbaycan
gəncliyinin ən böyük vəzifəsi, missiyası
tarixi torpaqlarımızın bütövlüyünün bərpa
olunması, ərazilərimizin işğaldan azad edilməsidir.
Bu gün fəxr hissi ilə deyə bilərik ki, 44
günlük Vətən müharibəsində Prezident
İlham Əliyevin də qeyd etdiyi kimi, məhz Ali Baş Komandanın
dövründə yetişmiş və mütləq əksəriyyəti
gənclərdən təşkil olunan Azərbaycan Ordusu torpaqlarımızı
işğaldan azad etdi. Tarixi ədalət 30 ildən sonra bərpa
olundu. Təbii ki, bu Qələbə özü ilə bərabər
regionumuza, ölkəmizə yeni reallıqlar,
çağırışlar da gətirdi. Bu
çağırışlar, reallıqlar Azərbaycan gəncliyinin
- bizlərin üzərinə
yeni vəzifələr qoydu.”
“Əgər biz Vətən
müharibəsinə qədər torpaqlarımızın
işğaldan azad olunmasından danışırdıqsa
şəhidlərimizin qanı, qazilərimizin
sağlamlığı hesabına torpaqlarımızın
azad olunmasından sonra Azərbaycan gəncliyinin üzərinə
düşən missiyalar, vəzifələr dəyişdi”
söyləyən Bəxtiyar İslamov vurğulayıb ki, bu
dəyişikliklər özü ilə bu reallığı
gətirdi ki, ondan sonrakı dönəmdə Azərbaycan gəncliyinin ölkəmizin,
dövlətimizin müstəqilliyinin qorunub
saxlanılması, vətənpərvərlik, dövlətçilik
kimi dəyərlərin gənclərimizə təbliğ
olunması, bizdən sonra gələcək nəslə
ötürülməsi vəzifəsi də bugünkü gəncliyin
üzərinə düşdü: “Bugünkü Azərbaycan
gəncliyinin vətənpərvər, öz dövlətçilik
ənənələrinə, milli kimliyinə
bağlılığının başlıca səbəbi
ölkəmizdə həyata keçirilən uğurlu gənclər
siyasəti, böyüklərimizdən, valideynlərimizdən
aldığımız tərbiyədir. Əgər bu dəyərlərin
daşıyıcısı və qəbuledicisi olmuşuqsa
onların sonrakı nəsillərə ötürülməsi
vəzifəsi də bizim üzərimizə düşəcək.
Bu, harada işləməyimizdən, vəzifəmizdən,
mövqeyimizdən asılı olmayaraq hər birimizin gündəlik
fəaliyyətinin bir parçası olmalıdır.
YAP-ın VII qurultayından sonra YAP-ın Gənclər Birliyi
də yeni əsaslarla quruldu, fəaliyyət mexanizmi müəyyənləşdi,
əsasnaməsi qəbul olundu. Partiyamızın Sədri,
Prezident İlham Əliyev tərəfindən biz gənclərin
də qarşısına yeni vəzifələr qoyuldu.”
YAP Gənclər Birliyinin sədri
qeyd edib ki, yeni
formalaşmış, müəyyənləşmiş 30 nəfərlik
heyətimiz var: “Pandemiyaya, karantin məhdudiyyətlərinə
baxmayaraq, müəyyən layihələr icra etməyə,
planlarımızı həyata keçirməyə
çalışmışıq. Amma 30 nəfərin düşünəcəyindən
daha çoxunu etmək olar. Bunları sizdən gələn təkliflər,
planlar, təşəbbüslər əsasında edə bilərik. Fəaliyyətimizin daha
dayanıqlı, sistemli, uğurlu və effektiv olması
üçün bundan sonrakı dönəmdə öz təkliflərinizi,
fikirlərinizi səsləndirə, təşəbbüskarlığınızı
göstərə bilərsiniz. Çünki ölkəmizin
daha da inkişaf etməsi, qazanılan uğurların
sayının artması, daha güclü Azərbaycan naminə,
kefiyyətli həyat şəraitinə malik cəmiyyətin
formalaşması biz gənclərin üzərinə
düşən vəzifədir. Bütün bunlar bizim bundan
sonra atacağımız addımlardan, görəcəyimiz
işlərdən, edəcəyimiz təşəbbüskarlığımızdan
daha çox asılı olacaq.
Mən çox istəyərdim ki, biz hamımız birlikdə
bu vəzifəni öz ali missiyamız olaraq qəbul edək və
bu işləri birgə görmək üçün
addımlar ataq.”
Konfransda çıxış edən
YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev
bildirib ki, bir dövlətin gələcək
inkişafını uğurlu şəkildə təmin etmək
üçün onun vətənpərvər ruhda
yetişmiş gəncliyə sahib olması çox önəmli
məsələdir: “Çünki gənclər cəmiyyətin
əsas aparıcı və inkişafa təkan verməyə
qadir qüvvəsidir. Bu baxımdan müasir Azərbaycan
dövlətinin memarı olduğu kimi, müasir Azərbaycan
gəncliyinin də memarı ulu öndər Heydər
Əliyevdir. Ölkəmizin müstəqillik əldə etdiyi
ilk dövrlərdə pərakəndə vəziyyətə
salınmış Azərbaycan gəncliyi müxtəlif siyasi
qüvvələrin əlində
oyuncağa çevrilmişdi, gənclərimizdən
qeyri-sağlam məqsədlər üçün istifadə
edirdilər. Məhz ulu öndər Heydər Əliyev
xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra əsas
diqqəti ölkə gəncliyini bir araya toplamağa yönəltdi
və onların bilik və bacarıqlarını, enerjisini Azərbaycanın
inkişafına istiqamətləndirdi.”
“Bugünkü müasir Azərbaycan
gəncliyi son 30 ildə ulu öndər Heydər Əliyevin
ideyaları əsasında yetişən gənclikdir” söyləyən
Fəsli Nəbiyev vurğulayıb ki, bu gənclik Vətən
müharibəsi dövründə ölkəmizin ərazi
bütövlüyü uğrunda təmsil olunduğu sferadan,
öz siyasi, ictimai baxışlarından asılı olmayaraq milli birlik
nümayiş etdirərək cənab Ali Baş Komandan
İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib
torpaqlarımızın azad olunması uğrunda fədakarcasına
mübarizə apardı. Prezident İlham Əliyev
işğaldan azad olunmuş ərazilərə səfərləri
çərçivəsində dəfələrlə
vurğulamışdır ki, torpaqlarımızın
düşmən tapdağından azad olunasında gənclərin
rolu əvəzolunmazdır.
YAP Gənclər Birliyinin sədr
müavini tarixi Zəfərimizdən sonra gənclərin
qarşısında dayanan vəzifələrdən geniş bəhs
edərək dövlət maraqlarının qorunmasının
hər zaman olduğu kimi, bu gün də prioritet olduğunu
vurğulayıb.
Tədbirdə gənclər
adından çıxış
edən qazilər Rəşad Eldarzadə və Famil Məlikov, Tural Əhmədli, Kənan Tağıyev və Aysel
Mayıllı Azərbaycan gəncliyinin keçdiyi inkişaf yolundan və
bu gün dünyaya səs salan tarixi Zəfərmizə imza
atılmasında onların rolundan geniş bəhs ediblər.
Bildiriblər ki, gənclərimiz daim fəal olmalı,
dövlət maraqlarının qorunmasına öz töhfələrinə
verməli, Azərbaycanın dayanıqlı
inkişafının təmin olunması üçün
bütün qüvvə və bacarıqlarını səfərbər
etməlidirlər. Azərbaycan gəncləri qürurludur, 30
il işğal altında qalan torpaqlarımız tarixi sahiblərindədir.
Yeni Azərbaycan Partiyasının
Veteranlar Şurasının və “91-lər”in üzvü, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor
Ədalət Fərəcov
müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinin
bu günü üçün yaratdığı möhkəm
təməldən bəhs edib: “Ümummilli Lider ilk azərbaycanlı olub ki, təhlükəsizlik
orqanlarında müxtəlif vəzifələrdə
çalışıb və ən yüksək - general
rütbəsi alıb. Ulu Öndər milli kadrların təhlükəsizlik
orqanlarına işə cəlb olunmasına müstəsna əhəmiyyət
vermişdir. Sanki Azərbaycanın gələcəyini özünün intellekti səviyyəsində qərarlaşdırmışdır.
Digər tərəfdən, ulu öndər Heydər Əliyev
təhlükəsizlik orqanlarında işləyərkən çox sayda Azərbaycan
ziyalısının həyatını o vaxt üçün yarana bilən real təhlükələrdən
xilas etmişdir. Təsaüdüfi deyil ki, həmin
ziyalıların əksəriyyəti
sonrakı illərdə mətbuat
vasitəsilə ulu öndər
Heydər Əliyevə dəfələrlə
öz minnətdarlıqlarını bildirmişdilər. Bütün bunlar sübut edir ki,
Heydər Əliyev hələ təhlükəsizlik
orqanlarında fəaliyyət
göstərərkən
adını Azərbaycan tarixinə qızıl hərflərlə
yazmışdır.”
Ədalət Fərəcov
vurğulayıb ki, ulu öndər
Heydər Əliyevin mühüm əhəmiyyət verdiyi sahələrdən
biri təhsil idi: “Xüsusilə, azərbaycanlı
gənclərin hərbi sahədə təhsil almaları üçün
Heydər Əliyevin təşəbbüsü ilə Cənubi
Qafqazda ilk dəfə olaraq Azərbaycan Dövlət Pedoqoji
Universitetinin nəzdində Hərbi və fiziki təlim
fakültəsi açıldı. Həmin fakültə
öz fəaliyyətini bu və ya digər şəkildə
bu gün də davam etdirir. Elə həmin illərdə Bakıda
Cəmşid Naxçıvanski adına Hərbi Lisey
yaradıldı. Ulu öndər
Heydər Əliyev orta məktəbi yenicə bitirmiş
istedadlı gənclərin keçmiş İttifaqın
nüfuzlu ali təhsil ocaqlarında oxumalarını təşkil
edirdi. Eyni zamanda, azərbaycanlı gənclərin hərbi məktəblərə
ezam olunmalarına və hərbi
təhsil almalarına qayğı göstərirdi. O,
yalnız Azərbaycanın bugününü deyil, gələcəyini
də fikirləşirdi.”
YAP Veteranlar Şurasının
üzvü ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonrakı dövrdə gənclər siyasətinin dövlətin
həyata keçirdiyi siyasətin əsas tərkib hissəsinə
çevrilməsindən, gənclərin irəli çəkilməsindən,
onların ölkənin ictimai-siyasi həyatında fəal
iştirakını təmin etmək üçün
atdığı addımlardan,
Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin
çoxluq təşkil etməsindən və Heydər
Əliyev ideyalarının təbiliği istiqamətində göstərdikləri səylərdən
bəhs edib.
Ədalət Fərəcov
Prezident İlham Əliyevin son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini
bütün sahələrdə uğurla davam etdirməsindən
geniş bəhs edərək
bildirib ki, Ümummilli Liderin Azərbaycan dövləti,
xalqı
qarşısındakı ən böyük xidmətlərindən
biri 2003-cü ildə xalqa müraciəti və həmin
müraciətdə cənab İlham Əliyevə özü qədər
inandığını, Onun gələcəyinə
böyük ümidlər bəslədiyini ifadə etməsi
oldu. Prezident İlham Əliyev etimadı doğrultdu, Azərbaycana
böyük uğurlar qazandırdı. Prezident İlham Əliyev Ulu Öndərin
siyasi varisi olmaqla onun daxili və xarici siyasətini uğurla
davam etdirdi. Əldə edilən
uğurlar 2020-ci ildə 44
günlük Zəfər
yürüşündə qalibiyyətimzi şərtləndirdi.
Bu gün hər birimiz torpaqlarımızın işğaldan
azad edilməsinin sevincini yaşayırıq. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu tarixmizin ən şanlı səhifəsini yazdı. bu Zəfər
gənclərimizin vətənpərvərlik ruhunun təqdimatıdır.”
Aprelin
15-i Ədalət Fərəcovun doğum günüdür.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu münasibətlə Ədalət
Fərəcovu təbrik edib,
ona cansağlığı arzulayıb. YAP Gənclər
Birliyinin sədri Bəxtiyar İslamaov YAP Xətai rayon təşkilatının
Fəxri fərmanını, həmçinin gül dəstəsini Ədalət
Fərəcova təqdim edib.
Diskussiya
şəklində davam edən tədbirdə qonaqlar gəncləri
maraqlandıran sualları cavablandırıblar.
Sonda partiya sıralarına yeni daxil
olanlara YAP-ın üzvlük vəsiqəsi, həmçinin rayonun ictimai-siyasi həyatında fəal
iştirakına görə bir qrup gəncə Fəxri fərmanlar təqdim edilib.
İki sahil.- 2022.- 16 aprel.- S.5; 16-17.