Milli diasporumuz: Qüdrətli Azərbaycanı

xaricdə təmsil edən böyük qüvvə 

 

Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Ulu Öndər Azərbaycan diasporunun formalaşmasının və təşkilatlanmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini daim diqqətdə saxlayıb. “Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il 23 may tarixli Sərəncamına əsasən, həmin ilin noyabrında Bakı şəhərində keçirilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin-quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş “Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir.

Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlıları ilə bağlı siyasəti bu gün də uğurla davam etdirilir. Ümummilli Liderimizin ideya və prinsiplərinə sadiq qalan  Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu qurultay diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər - Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (UNECKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri qurultaydan sonrakı müddətdə xaricdə yaşayan soydaşlarımızın konkret fəaliyyət proqramına çevrilmişdir. 

Sonrakı illərdə Dünya Azərbaycanlılarının daha iki qurultayı keçirilib. 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də IV qurultay reallaşıb. Prezident İlham Əliyevin bu qurultaylardakı nitqləri diasporlarımız üçün əsl fəaliyyət proqramı kimi qəbul olunub, dövlət başçısının bu sahədə qarşıya qoydu­ğu vəzifələrin səmərəli şəkildə həyata keçirilməsi üçün zəruri addımlar atılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi, 2018-ci ildə yeniStrateji Yol Xəritəsi”nin işlənib hazırlanması icrası, diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi inkişaf etdirilməsi yeni inkişaf mərhələsinə keçiddə mühüm rol oynayıb.

Sevindirici haldır ki, ötən dövrdə Heydər Əliyev Fondunun xətti ilə xaricdə yaşayan soydaşlarımızı əhatə edən yüzlərlə layihə həyata keçirilib, minlərlə parlaq ideya reallaşdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçünQarabağ” Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin açılmasıdır. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi yaradılıb.

Son illərdə qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırıb, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün əsaslı zəmin yaradıb. Diasporumuzun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə ayrı-ayrı diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi bunun əyani təsdiqidir. Həmin günlərdə çıxışlarının birində dövlətimizin başçısı soydaşlarımızın fəallığını qeyd edərək bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan fəallaşan Azərbaycan icmaları ölkəmizə dəstəkdir. Biz onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

Böyük qürur fəxarət hissi ilə deyə bilərik ki, Dünya azərbaycanlılarının I qurultayının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi, Qarabağımızın tacı Şuşa şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyəti rəmzi mənası var. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş qətiyyətli siyasəti bu reallığı mümkün etməsi hər birimizə  böyük sevinc qürur yaşatdı.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 22 aprel.- S.6.