Dirçəlişin Azərbaycan modeli

 

Prezident İlham Əliyev bu günlərdə Füzuli rayonuna səfəri zamanı Qarabağın dirçəlişini sürətləndirəcək, Zəngəzur dəhlizi ilə birləşəcək Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası ilə də tanış olub

 

İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa –quruculuq işlərinin sürətləndirilməsi, yol infrastrukturunun yenilənməsi, bölgələrin enerji ilə təminatı üçün inşa edilən və bərpa olunan elektrik stansiyaları bütünlükdə Qarabağın simasının dəyişilməsinə, rayonların iqtisadiyyatının inkişafına xidmət edir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”»də əksini tapan vəzifələrin yerinə yetirilməsi ilə erməni vandalları tərəfindən dağıdılan kəndlərdə, şəhərlərdə bərpa –quruculuq işləri sürətlənir.

Bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılması, Qarabağ Dirçəliş Fondunun təsis edilməsi işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpası naminə görülən işlərdir. Qarabağ Dirçəliş Fondunun vəsaitlərinin fizikihüquqi şəxslərin ianələri, qrantlar, digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar yaradır. Bir neçə xarici şirkətin cəlb olunduğu bərpa-quruculuq işlərinin sürətləndirilməsi, Zəngilan rayonunun Ağalı kəndində «ağıllı kənd”» konsepsiyalarının həyata keçirilməsi bərpa-quruculuq işlərinin bir hissəsidir. Beş komponent üzrə həyata keçiriləcək yaşayış, istehsal, sosial xidmətlər, «ağıllı kənd təsərrüfatı»”, alternativ enerji sahələrini əhatə edəcək layihə üzrə kənddə 200 fərdi evin tikintisinin planlaşdırılması Böyük Qayıdışın ilk addımları olacaq. Türkiyə, Çin, İtaliyaİsrail şirkətlərinin mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək layihədə qeyd olunduğu kimi, məktəb, bağça, poliklinikaelektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu yaradılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibatiictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

İqtisadiyyatın inkişafı üçün başlıca amil olan ərazilərin enerji ilə təminatının yüksək səviyyədə təşkili, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin «Yaşıl enerji»” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin inşası, Azərbaycanın mədəniyyət paytaxtında «Şuşa”» yarımstansiyasının fəaliyyət göstərməsi enerji ilə təminatı şərtləndirəcək.

İşğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrindən də geniş istifadə edilməsi nəzərdə tutulur. Belə ki, «Yaşıl enerji» zonası” konsepsiyasına əsasən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Günəş Elektrik stansiyalarının (GES) tikintisi planlaşdırılır. Hər bir ərazi üzrə düşən Günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilir. Bu ərazilərdə külək enerji stansiyalarının tikintisi üçün infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq, ilkin olaraq külək enerji potensialı 500 meqavatadək qiymətləndirilir. Mütəxəssislər Azərbaycanın hidroenerji növündən tam yararlanması üçün əlverişli potensiala malik olduğunu təsdiqləyirlər.

Bərpa-quruculuq işləri meliorasiya sahəsində də davam etdirilir. Hesablamalara görə, Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi Qarabağ və ətraf ərazilərdədir. Ancaq həmin ərazilərdəki 30-a yaxın kiçik su elektrik stansiyası ermənilər tərəfindən dağıdılmışdır. Həmin elektrik stansiyaları yenidən inşa və bərpa edilir. Həmin su elektrik stansiyalarının istismara verilməsindən sonra sözügeddən ərazilərdə böyük miqdarda enerji ehtiyatı yaranacaq.

Bundan başqa, Araz çayı üzərində «Xudafərin»” və «Qız Qalası»” hidroqovşağı bəndlərinin və su elektrik stansiyalarının inşası Araz çayının suenerji ehtiyatlarından həm Azərbaycanın, həm də İranın birgə istifadəsi imkanlarını artıracaq.

Prezident İlham Əliyevin dediyi kimi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır: «Bu, bizim gələcəyə baxışımızdır”. Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, «Yaşıl enerji»” konsepsiyası da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcək.»

Bərpa-quruculuq işlərinin genişləndiyi bölgələrdə suvarma, meliorasiya işlərinin plana uyğun tətbiqi istiqamətində də ciddi işlər görülür. İllərdən bəri işğal altında qalan çaylarımızdan, su mənbələrimizdən səmərəli istifadə üçün görülən işlərin hər biri yurd yerlərini tərk etməyə məcbur olan insanların doğma yerlərinə qayıtmasının tezləşdirilməsi naminə görülən işlərdir.

Prezident İlham Əliyevin bu günlərdə Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolununbu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub, tövsiyələrini verməsi nəzərdə tutulan layihələrin vaxtında icrasının nəticəsidir.

İşğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesininBöyük Qayıdışın tərkib hissəsidir. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilirya təmir olunur. Yaradılan bu cür şərait, Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.

Mövcud su anbarlarını dağıdan ermənilərdən fərqli olaraq azərbaycanlı mütəxəssislər illərdən bəri su üzünə həsrət qalan torpaqların dirçəldilməsi üçün fədakarlıq göstərirlər. Köndələnçay su anbarı buna bariz misaldır. Ümumi sistemə daxil olan «Köndələnçay-1»”, «Köndələnçay-2»” və «Aşağı Köndələnçay» su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Su ehtiyatlarının düzgün idarə edilməsi və səmərəli istifadəsi isə bərəkətli Qarabağda aqrar sahənin inkişafına töhfə verəcək.

Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolununbu yolun üzərindəki tunellərin inşası da Qarabağın dirçəlişini sürətləndirəcək layihələrdən biridir. Hazırda bu yolda işlər davam etdirilir – məqsəd Şuşaya avtomobillə daha tezrahat çatmaqdır. Cəmi 10 ay əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə mübaliğəsiz demək olar ki, dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər önəmi onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir. Bu yolda tunellərin inşası ilə yanaşı, yolboyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçidsuötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol-nəqliyyat infrastrukturu işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yolun tikintisi 2024-cü ildə başa çatdırılacaq.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 23 aprel.- S.9.