Bizə Vətən dedilər can verdik,

bayraq dedilər qan verdik

 

Bunlar şəhid Rövlan Məmmədovun sevdiyi həyatda əməl etdiyi sözlər idi

 

«Bizə Vətən dedilər, can verdik, bayraq dedilər  qan verdik. Biz həmişə dik duruşumuzla, sədaqətimizlə Vətənə layiq olduq bundan sonra da bu, belə davam edəcək. Biz ancaq Vətənin torpaqlarına səcdə üçün əyilirik Bular, bir şəhidin sözləridir- şəhidin xarakteridir. O şəhidin ki, bu gün onun ruhunun daim dolaşdığı  ata evində qonaq olduq.

Rövlan Məmmədov İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan yüzlərlə igidlərimizdən əhidimizdən biridir. Azərbaycan  Ordusunun xüsusi təyinatlı hərbi hissəsində Murov yüksəkliyində, Füzulidə, Cəbrayılda ağır döyüşlərdə iştirak edib. 2020-ci ilin oktyabrın 6-da Cəbrayılda «Vışka» deyilən yüksəklikdə qəhrəmancasına şəhid olub.

Atası Qurban Hüseynov bizimlə söhbətində bildirdi ki, əslən Ağdamdandır Birinci Qarabağ müharibəsi veteranıdır. İki dəfə yaralanıb: « Oğlumun hərbi sahəyəhəvəsi sonsuz idi. Yalnız müharibə filmlərinə baxırdı. Topaqlarımızın işğalda olması onu həmişə yandırıb-yaxırdı. Ona görə xüsusi təyinatlı hərbi hissəyə seçim olanda sənədlərini hazırlayıb göndərdi. Bu, elə bir hərbi hissə idi ki, hər iki yüz nəfərdən birini seçib götürürdülər. Bütün hərbi sınaqlardan yüksək səviyyədə keçərək həmin hərbi hissədə xidmətə başladı. Hərbi hissə komandiri bizimlə söhbətində Rövlanın döyüş hazırlığından vətənpərvərliyindən qürurla danışırdı. Bu isə məni bir ata kimi sevindirirdi. Cəbhə dostları onun NZS qəsəbəsindəki xatirə bulağını məzarını tez -tez ziyarət edirlər, söz düşəndə Rövlanın vətənsevərliyindən, qorxmazlığından danışırlar. Hətta qorxmazlığına görə, ona «canavar» ləqəbi ilə adı vermişdilər. Bunlar isə mənim üçün dünya boyda zənginlikdir

Şəhidin anası Solmaz Məmmədovanın elə çox yaşı yoxdur. Amma  saçları o qədər ağarıb kiOğlu şəhid olandan sonra xəstəlik tapıb. Anasının şəhid oğlu haqqında xatirələri isə belədir: «Döyüşlərdə olanda arada danışırdıq. Deyirdim ki, ay Rövlan, imkan olsa bir günlük olsa icazə al, gəl görüşək. O isə deyirdi ki, ana Vətən dardadır. Bu halda heç bir saat da döyüşü saxlamaq olmaz. Zarafatla deyirdim ki, bəs həmişə deyirdin ki, ana birincidir,ananın sözündən çıxmaq olmaz. O isə mənə dedi ki, bu müqəddəs torpaqlarımızı görəndə, bu qəhrəman hərbçilərimizlə çiyin-siyinə vuruşanda bir daha anladım ki, hər şeydən öncə Vətəndir

Ananı hələ üzən bir məqam da Rövlanın istədiyi qızla tanış ola bilməməməsdir: «Deyirdi  bir qız istəyirəm, müharibə qurtarsın sizinlə tanış edəcəm. Oğlum Vətənə, valideynlərinə necə bağlı idisə, hörmət edirdisə, Azərbaycan qadınlarına da elə böyük hörmət bəsləyirdi. Deyiridi ki, o qadınlar şir biləkli oğlanlar doğub böyüdüblər. Onlar qəhrəmanlar anasıdır. Onlara hörmət etmək hər bir Azərbaycan oğlunun şərəf borcudur

Solmaz Ananın sözlərinə görə, Rövlan Vətən sevgisini həmişə Abbas Səhhətin bu şeiri ilə vəsf edirdi:

Südüdür kim, dolanıb qanım olub,

O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə Vətən.

Həm tez-tez deyərdi ki, əsgər vurulduqda yox, unudulduqda ölür. Ona görə o özü şəhidlərimizin əziz xatirəsini həmişə əziz tuturdu. Həmçinin deyirdi ki, erməni faşistlərini əsir götürüb onların alnına «Yaşasın Azərbaycan, «Qarabağ Azərbaycandıryazacağıq. Ən çox işlətdiyi digər cümlələr o idi ki, Azərbaycan əsgərini heç qorxuda bilməz. Əsgər olmaq Vətəni qorumaq hər gəncin qürurverici duyğudur.

Rövlan Məmmədovun ölümündən sonra təltifləri kifayət qədər çox oldu. « Azərbaycan Bayrağı» ordeni, «Füzulinin  azad olunmasına görə», «Cəbrayılan azad olunmasına görə»,  «Cəsur döyüşçü» medalı, «Vətən uğrunda» medalları ilə təltif edilib.

Şəhidin evində otağın biri onun ev muzeyi kimi düzəldilib. Orden medalları, hərbi forması , otağın hündürlüyü boyda böyüdülmüş şəkli göz bəbəyi kimi qorunur.

Şəhidin qardaşı Şöhlət Məmmədov 194 saylı məktəbin 11-ci sinifində oxuyur. O, qardaşı ilə fəxr edir, həmişə başı uca, alnı açıq gəzir.

Şəhid valideynləri bildirirlər ki, Azərbaycan dövləti xalqı bir şəhid ailəsi kimi onlara daim diqqət qayğı göstərir. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev onların problem qayğıları ilə mütəmadi maraqlanır. NZS qəsəbəsində Rövlanın adına  «Xatirə- bulaq» kompleksi inşa edilib. Bu kompleksin üzərinə davamlı olaraq gül çələngləri qoyulur, şəhid balamızın xatirəsi əziz tutulur. Şəhid Rövlanın ailəsini  ev növbəsinə götürüblər. Yaxın gələcəkdə evlə təmin edəcəklərini bildiriblər. Şəhidliyə görə ailəyə aylıq 500 manat müavinət verirlər.  194 saylı məktəbin rəhbərliyi Rövlanın əziz xairəsini həmişə əziz tutublar. Şəhidin doğmaları  göstərilən  qayğıya görə  dövlətimizə onun rəhbərinə minnətdarlığımızı bildirirdilər.

 

Elçin Zaman

 

İki sahil.- 2022.- 30 aprel.- S.17.