Dəb dünyasında bənzərsiz olmaq çətindir
Hər il bahalı brendlər tərəfindən yaradılan dəb trendləri mağazaların vitrinlərini bəzəyir. Dolayısilə alış-veriş etdiyimiz zaman istər-istəməz marağımızı çəkdiyi üçün bu moda cərəyanlarından biz də təsirlənirik. Bu yazıda dəb tarixində böyük səs-küy yaratmış dəyərli geyimlərdən bəhs edəcəyik.
Məşhur Dorotinin geyim dəsti
Elə bir qız yoxdur ki, ömründə bir dəfə də olsun, "Oz ölkəsinin sehrbazı" filminə baxıb oradakı Dorotinin qırmızı tuflisindən arzulamasın. Şayiələr gəzir ki, filmin çəkilişləri üçün 7 cüt ayaqqabı tikilib. Onlardan biri Vaşinqtondakı məşhur Amerika İncəsənət Muzeyində saxlanılır. Qalanları isə hərraca çıxarılıb. Bu yaxınlarda qırmızı tuflilərə naməlum bir kolleksiyaçı 666 min dollar verib.
Təəccüblü deyil ki, Dorotinin dama-dama donu da qırmızı tufliləri qədər sevilib. Bu paltar xüsusilə, Hellouin maskaradı üçün uyğundur. Paltar hərracda əsl dəyərindən dəfələrlə qat-qat baha qiymətə - yarım milyon dollara satılıb.
Şahzadə Diananın geyimi
Şahzadə Diana "Edelstein Victor"-dan olan tünd göy məxmər paltarını Ağ evdə baş tutan təntənəli qəbul zamanı geyinmişdi. Zərifliyi ilə bütün xanımlara örnək olan şahzadənin bu libası 2013-ci ildə 360 000 dollara satılmışdı.
Qreys Kellinin gəlinlik geyimi
Məşhur Hollivud ulduzu Qreys Kelli və Monako knyazı Renyenin toyundan yarım əsrdən çox vaxt keçsə də, gəlinlik geyimi hələ də dizaynerlər və gəlinlər üçün stil ikonası olaraq qalır.Gəlinlik geyimi dünyanın ən bahalı gəlinliklərinin reytinqinə daxildir. Geyimin eskizini MGM kinostudiyasının rəssam-dizayneri Helen Rouz hazırlayıb.
“Abay” müsəlman geyimi
Məşhur İnglis modelyeri Debbi Vinghamın Dubayda müsəlman qadınları üçün dizayn etdiyi ənənəvi "Abay" müsəlman geyimi bütün dünyada məşhur oldu. Həmin geyimin qiyməti təxminən 17,7 milyon dollardır. Qözəl qara kətan geyimin üzəri qızıl saplarla naxışlanmış və 2000 brilyantla bəzədilmişdir.Həmçinin paltarın yaradılmasında ağ, qara və ən nadir bahalı qırmızı brilyantlardan istifadə edilmişdir. "Abay" geyiminin təqdimatı Dubayda yerləşən elit otellərdən birində keçirilmişdir.
“Kuala Lumpura bülbülü” adlı geyim
Dünyanın ən gözəl geyimlərindən
biri
Malaziyalı dizayner Faiyzali
Abdullah tərəfindən dizayn olunub. Deyilənlərə
görə, bu paltarın qiyməti təxminən 30 milyon
dollardır. Dəbdəbəli geyim tafta və ipəkdən tikilib
və 751 brilyantla
bəzədilib. Əsrarəngiz donu bəzəyən ən böyük
daşın çəkisi 70 karatdır. Dizayner
işi olan bu geyimə
"Kuala Lumpura bülbülü" adı verilib.
Paltar ilk dəfə
2009-cu ildə" STYLO Fashion GrandPix KL" festivalında
insanlara təqdim edildi.
Holli Berrinin donu
Livanlı dizayner Elie Saabın məşhur aktrisa Holi Berri
üçün yaratdığı
paltar insanlar tərəfindən böyük
marağa səbəb
oldu.Həmin açıq-saçıq
geyimdə qırmızı xalçaya
çıxması ilə
Holli Berri uzun müddət ərzində diqqət mərkəzində oldu. Qeyd edək ki, cazibədar
aktrisa tünd qırmızı paltarı
2002-ci ildə "Oskar" mükafatlandırma gecəsində
geyinmişdi.
Kate Middltonun toy geyimi
Adətən məşhurların geyimlərinin
xüsusilə qəşəng
və qeyri-adi olması gözlənilir. Kate Middlton
toy mərasimində geyindiyi
bej rəngində gəlinlik insanlar tərəfindən çox
bəyənildi .Bu zərif çiçəkli
krujevalar ilə bəzədilən
gəlinlik paltarı "Alexander McQueen" moda evinin yaradıcı
direktoru Sarah Burton dizayn
edib. Sadə və eyni zamanda
gözəl olan gəlinlik paltarının
2,7 metrlik şleyfi var idi. Kate Middltonun gəlinliyi məhz Qreys Kellinin Monako Şahzadəsi III Renye ilə evləndiyi zaman geyindiyi paltara əsasən dizayn edilmişdir.
Kəpənəyin
qanadlarına bənzər
geyim
Moda dizayneri
Luly Yangın şah əsəri sayılan və bir neçə mövsüm dəbdən
düşməyən qeyimi bütün dünyada məşhurlaşdı. Kəpənək
qanadları şəklində
olan paltar bu günə qədər ən gözəl və dəbli geyimlərdən biri hesab olunur. Gəzərkən
paltar,sanki uçan bir kəpənəyin qanadlarının hərəkətlərini
təqlid edir. Deyilənlərə görə,
bu dizayner işi ən bahalı ipəklərdən
hazırlanıb.
Merlin Monronun geyimi
Dünyada seçilən geyimlərdən
bir neçəsi məhz Merlin Monroya aid olub. Bu dəyərli geyimlərdən
biri "Doğum
günü" adlanırdı.
Bu paltar dizayner
Jean Luis tərəfindən 1952-ci ildə John F. Kennedinin ad günü üçün
hazırlanmışdır. Şəffaf nazik parçadan hazırlanmış
paltar altı mindən çox kiçik brilyantlar ilə bəzədilib. Merlin Monronun bu
geyiminin qiyməti təxminən 12 min dollar idi.O
dövr üçün
bu, inanılmaz bir məbləğ idi. Lakin Prezidenti təəccübləndirmək
üçün Merlin həmin
paltarı şifariş
etdi.
Jean Luisin şah
əsəri olan həmin paltar 1999-cu ildə "Gotta Have It"şirkəti
tərəfindən 1 milyon
dollara alındı. Modelyerlərin fikrincə,
bu paltar onların ödədiyi
məbləğdən daha
bahadır.
Merilin Monronun 60 il bundan əvvəl filmdə geyindiyi, küləkdə qalxan əfsanəvi ağ donu isə 2011-ci ildə 5.6 milyon dollara satılıb. Bu, hərrac tarixində
indiyədək görünməmiş
hadisə sayılır.
Odri Hepberninin qara donu
Gözəlliyi ilə dillərə dastan olan Odri
Hepbernin "Tiffanidə
səhər yeməyi"
filmdə geyindiyi
"Givenchy"-dən olan
qara donu 2006-cı ildə bir milyon
dollara satılıb.
Debbi Vinghamın misilsiz şah əsəri
Məşhur modelyer və dizaynerin başqa bir dahiyanə əsəri dünyanın ən gözəl və cazibədar geyimlərindən
biri adlandırıldı.
Dizayner bu paltarı yaratmaq üçün təxminən altı ay vaxt sərf etdi. Qeyd edək ki, paltarın ümumi çəkisi 14 kiloqramdır.
Dizayner işi olan bu dəyərli
geyim 5 karatdan çox olan 50 qara almaz və
bir çox digər qiymətli daşlar ilə bəzədilib. Deyilənlərə
görə, həmin geyimin
qiyməti təxminən 5.5 milyon dollardır.
Naomi Vatsun parlaq geyimi
Naomi Vats üçün "Armani Prive"moda
evi tərəfindən
dizayn edilən bu paltar tarixə
düşən ən
gözəl və bahalı paltarlar siyahısına daxildir. Qeyd edək ki, bu paltarın
yaradılması təxminən 2 aydan çox çəkdi. Qaradərili məşhur
model həmin paltarı
"Oskar" mükafatı mərasimində geyinmişdi.
Gözəlliyi ilə göz qamaşdıran ulduz o gecə diqqət mərkəzində idi. Yeri gəlmişkən,
Naomi Vatsun bu
möhtəşəm paltarı
məşhur
"Neil Lane " brilyantları ilə bəzədilib.
Olivia Vayldın göz qamaşdıran geyimi
Amerikalı kino ulduzu Olivia Vayldın qarderobu dünyanın ən gözəl və bahalı geyimlərindən
ibarətdir. Lakin onun 2011-ci ildə
"Oskar" mükafatında geyindiyi paltar "ən gözəl geyim"
adına layiq görülmüşdü. Boz
və qara çalarlarda hazırlanan paltar
gümüş zərlər
ilə bəzədilmişdi.
Lupita Nyong'onun libası
2015-ci ildə qaradərili
aktrisa Lupita Nyong'onun libası hələ də yaddaşlarda qalıb. “Calvin Klein Evi”
tərəfindən hazırlanan
bu libas təxminən 6 mindən çox incidən toxunmuşdur.
Samirə Tağıyeva
İki sahil.- 2022.- 5 avqust.- S.8.