Tədqiqatdan tətbiqə...

 

Naxçıvan təbbi səvətləri ilə zəngin bir ərazidir. Buranın yer altı sərvətlərini, bitki örtüyünü dünya tədqiqatçıları yüksək qiymətləndirir. Tarixən əraziyə səfər etmiş bir çox xarici tədqiqatçı və səyyahların əsərlərində burada olan zəngin təbii sərvətlərdən, mövcud olan dərman bitkilərində və bitki sortlarından geniş bəhs olunur.

Ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçılarından olan Vasif Talıbovun Naxçıvan Muxtar Respub­likası Alı Məclisin Sədri seçilməsilə bu qədim diyarda elmin inkişafı dövlət siyasətinin uğurla həyata keçirilməsinə zəmin yaratmışdır. Naxçıvanda elmi-təd­qi­qat iş­lə­rinin sə­mə­rəsini daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvanda elmi qurumların statusunun artırılması, Naxçıvanın hərtərəfli öyrənilməsi üçün yeni elmi müəssisənin yaradılması ilə bağlı ölkə Prezidentinə müraciəti müsbət qarşılanmış və 7 avqust 2002-ci tarixli Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılmışdır. Fəaliyyəti dövründə Bölmə Naxçıvanın təbii sərvətlərinin və florasının öyrənilməsində tətbiq yönümlü tədqiqatlar istiqamətində bir sıra mühüm nəticələr əldə etmişdir.

AMEA Rəyasət Heyəti­nin iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respub­likasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.

AMEA Naxçıvan Bölməsində aparılan tədqiqatlardan alınan 188 mühüm nəticə AMEA-nın illik hesabatlarına da­xil edilmişdir. Tətbiq yönümlü tədqiqatlar Bölmənin Bioresurslar İnstitutunda və Təbii Ehtiyatlar İnstitutunda həyata keçirilir. Bu institutlarda aparılan tədqiqatlar əasında 38 patent və 9 müəlliflik şəhadətnaməsi alınmışdır. Patentlərdən 23-ü ixtira, 9-u seleksiya nailiyyəti, 6-sı sənaye nümunəsidir. Bunlardan 26 patent Təbii Ehtiyatlar İnstitutunun, 12 patent və 9 müəlliflik şəhadətnaməsi isə Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən qazanılmışdır. Patentlərin 29-u Azərbaycan Respublikası Standartlaş­dırma, MetrologiyaPatent üzrə Dövlət Agentliyi, 9-u isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirli­yi tərəfindən təsdiqlənmişdir. 2016-cı ildə Ümum­milli lider Heydər Əliyevin anadan ol­ma­sının 93-cü ildönü­mü­nə həsr olunmuş “İx­ti­raçılıq sahəsində nai­liyyətlərə görə III Respublika Müsabiqə­si”ndə bir ixtira III dərəcəli diplomapul mü­ka­fatına layiq görülmüş, 2017-ci ildə bir ixtira Azər­­bay­can Res­pub­likasının Standartlaşdırma, Met­ro­logiyaPatent üzrə Dövlət Ko­­mi­­tə­­sinin İx­ti­raçılıq sahə­sində nailiyyətlərə görə IV respub­lika müsa­bi­qə­sin­də, 2018-ci ildə Patent və Əmtəə Ni­şan­ları Mərkə­zi tərəfin­dən keçiri­lən ixtira­çılıq sahəsində V respublika müsabiqə­sində bir ixtira yer tutmuş və mükafatlandı­rıl­mışdır. Patentlərin bir neçəsi təsərrüfat və istehsal sahələrində tətbiq olunmuş digərləri isə istehsalata tətbiq olunmasını gözləyir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri ilə elmdən istehsalata prinsipi əsasında fəaliyyət göstərərək tədqiqatlar aparan AMEA Naxçıvan Bölməsi bir çox məh­sulların hazırlanmasına nail olmuşdur. Belə ki, bir sıra xəstəliklərin şəfa mənbəyi olan müalicəvi “Şorsu” palçığı Bölmənin Təbii Ehtiyatlar İnstitutunda əsaslı surətdə tədqiq olunmuş, tərkibi analiz edilmişiki növdə müalicəvi dərman məhsulu hazırlanaraq (kremtoz) is­ti­fadəyə verilmişdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, palçığın tərkibi natrium xlorid, kalium xlorid, maqnezium xlorid, maqnezium sulfat, kalsium sulfat, dəmir, alüminiumsilisium birləşmələri ilə zəngindir. Palçıqda olan təbii elementlər ağrı nahiyəsində qan dövranının sürətlənməsinə, dəridən toksinlərin atılmasına və hüceyrələrin qanla təmin olunmasına kömək edir. Laboratoriyada gigiyenik qaydada hazırlanan məhsul yaşquru toz halında qablaşdırılır. Palçıqdan revmatizma, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, radikulit, nevrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər.

 Həm­çinin Bölmənin Təbii Ehtiyatlar İnstitutunda Darı­dağ termal su­yunun quru qalığını almaq üçün şərait yaradılmış və məh­sul is­teh­sa­l edilmişdir. Darıdağ termalya  arsenli suyu ən zəngin və güclü mineral tərkibə malik olan müalicəvi sudur. Buna görə tədqiqatçılar Darıdağ termal sularının MDB-nin digər arsenli sularından əsaslı dərəcədə üstün olduğunu qeyd etmişlər. Tədqiqatlara əsasən təyin edilmişdir ki, Darıdağ termal suyunun tərkibində natrium, kalium, maqnezium, kalsium, dəmir, alüminium kationları, xlorid, sulfat, borat, hidrokarbonat, arsenit, ftorid, bromid, iodid, fosfat anionları, silikat turşusu, həll olmuşspontan karbon qazı vardır. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalıdır. Darıdağ suyu qanyaradıcı və qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artiritlərə müalicəvi təsirini sübuta yetirmişlər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositarbakteriosit qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilmişdir ki, arsenin litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir.

Naxçıvanın iqlim şəraiti və bitki örtüyü arıçılığın yüksək inkişafını təmin edir. Arılar bitkilərdən topladığı yapışqan və qatran maddələrindən bərəmum hazırlayırlar. Bərəmumun elmi adı propolisdir. Bərəmumun tərkibində əsasən fitontsidlər, qlikozidlər, polisaxaridlər, taninlər, aromatik turşuların efirləri və flavonoidlər var. Bərəmumun sabit kimyəvi tərkibə malik deyil. Təbii Ehtiyatlar İnstitutunda aparılan tədqiqatlardan məlum olmuşdur ki, Şərur, Culfa və Babək rayonları ərazisindən toplanmış bərəmum nümunələrində qudron, kofeinbenzoy turşuları, az miqdarda fenilalanin, ŞahbuzOrdubad rayonlarının dağlıq ərazilərindən toplanmış bərəmum nümunələri isə yuxarıda qeyd olunanlarla yanaşı makro və mikroelementlər, C, B3, B6 vitaminlərlə zəngindir. İnstitutun laboratoriyasında bərəmum geniş şəkildə tədqiqi edilərək məhsul istehsal edilmişdir. Xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində bərəmumdan geniş istifadə olunur. Bərəmum dermatolojiginekoloji problemlərin, neyrodejenerativ xəstəliklərin müalicəsində, yaraların, yanıqların və xoraların yaxşılaşdırılmasında effektiv şəkildə istifadə olunur. Bərəmum bir çox antibiotikdən üstündür, antibakterial, antivirusal xassələrə malikdir. Müəyyən edilmişdir ki, bərəmum çəkilmiş səthə düşən bütün növ mikrob, bakteriyaviruslar tez bir zamanda məhv olur. Zəhərlərin, ağır metalların duzlarını bədəndən çıxmasını təmin edir, immunitet sistemini gücləndirir. Müəyyən edilmişdir ki, bərəmum ekstraktlarından istifadə edən şəkər xəstələri özlərini daha yaxşı hiss edir və müəyyən vaxtdan sonra şəkər dərmanları qəbul etməyə ehtiyac qalmır.  Bərəmum ekstraktları orqanizmi normal fəaliyyət üçün zəruri olan maddələrlə zənginləşdirir və orqanların normal həyat fəaliyyətini təmin edir.

Hazırda Təbii Ehtiyatlar İnstitutunda bir sıra tədqiqatlar tətbiqə hazırlıq mərhələsindədir. Belə ki, Qabıllı və Duz­dağ­dan gətirilmiş gil nümu­nələ­rin­dən yuyucu vasitə istehsalı üçün ha­zır­lıq işləri hə­ya­ta ke­çi­rilir, Biləv kəndi əra­zisindən alümini­um sulfat tər­­ki­b­li süxur aşkar edilərək analiz olunmuş, süxurdan tibbdə, boyaqçılıqda və yumşaq dərinin is­teh­salında və s. geniş tətbiq olunan kalium alüminium zəyi, tibbdə almogel is­teh­salında istifadə edilən alüminium hidroksid, alüminium sulfat texnologiyası işlənmiş və əldə olunan məhsul qab­laş­dı­rıl­mışdır. Darıdağ sürmə filizinin qələvi məhlulu (natriumya kalium hidroksid) ilə işlənməsindən sonra alınan sürmə (tio- və oksi duzları) məhlulunun bir başa reduksiyasından amorf sürmə alınmışdır ki, məhsuı kosmetikada geniş istifadə oluna bilər. Naxçıvan Muxtar Respublikasında təbii dəmir birləşməsinin (dəmir oxrası) bir ne­çə yatağı mövcuddur. Həmin xammaldan istifadə edərək fasad boyaları üçün qırmı­zım­tıl-qəhvəyi rəngli piqmentin alınması üçün tədqiqatlara başlanmışdır. Alınan nəticələr gələcəkdə yeni istehsal sahəsinin yaradılmasına şərait yaradacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Böl­mə­sinin Bioresurslar İnstitutunda aparılan tədqiatlar nəticəsində Nax­çı­van Muxtar Respublikasının ərazisində 27 faydalı bitki qrupunun: yem, dərman, efir yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flavanoidli, vitaminli, kosmetikb. olduğu müəyyən edilmişdir. Ərazi florasında elmi təbabətdə və xalq təbabətində istifadə olunan dər­man bitkilərindən 132-si Farmakopeyaya daxil edilmiş rəsmi (ofisial) dərman bitkiləridir. Geniş araşdımalar nəticəsində əraizdən kök, meyvə və digər vegetativ hissələri toplanılmış dərman bitkiləri steril şəra­itdə qurudulmuş və dər­man bitkilərin­dən ibarət uy­­­ğun resept­lərə mü­vafiq olaraq 16 adda qarışıq­lar ha­zır­lanaraq qab­laş­dırılmış və muxtar res­pub­likada fəa­liy­yət gös­tərən aptek­lər­də satışı təşkil edilmişdir. Hazırlanan bitkilərdən ibarət 16 adda qarışıqdan bronxial astma, qan təzyiqi, qalxanabənzər vəzin iltihabı, şəkər, mədə-bağırsaq, mədəaltı vəzin iltihabı, osteoxondroz (duzlaşma), əsəb, ishal, böyrəkdaşı və digər xəstəliklərdə və onun müalicəsində istifadə edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində məhsulların çeşidlərinin artırıl­ma­sına, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilmiş Bio­kim­yəvi tədqiqatlar laboratoriyasının Aşağı Əylis kəndində yerləşən ərazi­də yeni çaytikanı ting­lərinin əkilməsi həyata keçirilmişdir. Laboratoriyada şaytikanı yağı istehsal olunur. Çaytikanı yağı həm xalq, həm də ənənəvi tibbdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur. Çaytikanı yağının tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin, fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları), fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürds. kimi vacib mikroelementlər var. Çaytikanı yağı karotinoidlər (karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur) və C vitamini ilə də zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma və dağılma prosesləri ləngidir, immun sistemini möhkəmləndirir, orqanizmi şiş xəstəliklərin inkişafından qoruyur. Tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin ürək-damar sistemi üçün olduqca xeyirlidir - damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, aterosklerozun və trombların, ürək-damar sistemində iltihabların əmələgəlməsinin qarşısını alır. Çaytikanı yağı mədə turşusunun turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu yağ mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli vasitə kimi istifadə olunur. Xora xəstəlikdən əlavə çaytikanı yağı həmçinin qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Həmçinin Bölmənin Bioresusrlar İnstitutunun əməkdaşları tərəfindən bitlərdən müxtəlif efir yağları, gülab, doşab, alma sirkəsi, müxtəlif çeşidli meyvə məhsulları, zəfəran qurusu istehsal edilir. Labora­toriyanın imkanlarından isti­fadə etməklə nanə cövhəri, kək­liko­tu, yovşan, üzərlik yağlarının is­teh­sal olunması planlaşdırılmışdır. Eyni zamanda gələ­cək­də sarı çiçəkdən həm rəng, həm də onun toxumundan yağ, müxtəlif çeşidli məhsullar istehsal etmək müm­kün olacaqdır. Bioresurslar İnstitutunda aparılan tədqiqatlar nəticəsində müxtəlif kombinasiyalı hibridlər içərisində müsbət göstəriciləri ilə fərqlənən bir yumşaq buğda hibridi- (Eskina-8 X 6507-Türkiyə)-Nəfsli, bir bərk buğda hibridi- (Əlincə-84 X Zatino)-Hidayətli və bir arpa sortu- Arpaçay sortu Naxçıvan Muxtar Respublikası Kənd Təsərrü­fa­tı Nazirliyinin nəzdində fəaliyyət göstərən sort-sınaq məntəqə­lə­rin­də sınaqdan çıxarılması üçün təqdim edilmişdir. Hazırda tətbiq yönümlü tədqiqatlar uğurla davam etdirilir.

Azərbaycan Milli Elmlər Aka­de­mi­yası Naxçıvan Bölməsi 20 illik fəaliyyəti dövründə muxtar respublikada elmi mühitin inkişaf etdirilmə­sində və tətbiq yönümlü tədqqatlara dair bir sıra uğurlara nail olmuşdur. Bundan sonra da möv­cud elmi poten­sialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlə­rinin müasir tə­ləb­lər səviyyəsində aparılmasına çalışılacaqlar.

 

Orxan Bağırov,

AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri,

aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2022.- 9 avqust.- S.7.