Ulu Öndərin ana dilimizə sevgi və qayğısı

hər bir azərbaycanlı üçün əsl örnəkdir

 

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”  sözləri ilə Vətən, xalq sevgisini ortaya qoyan Ulu Öndərin  hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, Azərbaycan dilinə diqqət və qayğının öndə dayandığını görərik. Azərbaycan dilinin möhkəm əsaslar üzərində formalaşdırılması, dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsində,  hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir. Onun imzaladığı Fərman və sərəncamlar, rəhbərliyi əsasında  işlənib hazırlanan və qəbul edilən qanunlar ədəbi dilimizin fəaliyyət imkanlarını daha da  genişləndirmiş, dil mədəniyyətimizin qarşısında  yeni üfüqlər açmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdir. Dahi şəxsiyyətin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əksini tapdı. Bundan sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Bu isə nəticə etibarıilə, Azərbaycandilli məktəblərin inkişafına da təkan verdi bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilməyə başlandı.

Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı uzun illər müxtəlif təzyiqlərə məruz qalmasına, 70 il SSRİ adlananqırmızı imperiyanıntərkibində olmasına baxmayaraq, öz dilinə sahib çıxaraq qoruyub.  Hər bir millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər qısa zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Əlbəttə ki, Ümummilli Liderimizin xüsusi diqqət yetirdiyi məsələlərdən biri məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. 1995-ci ildə  referendumla qəbul edilən Milli Konstitusiyamızda Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı qorunması işi daha da gücləndirildi.

Ana dilinin böyük təəssübkeşi olan Heydər Əliyev dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu problemlərini daim diqqət mərkəzində saxlayır   onun inkişafı qorunması istiqamətində bir-birinin ardınca fərmanlar imzalayırdı. Bu baxımdan Ulu Öndərin dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də imzaladığıDövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındaFərmanı xüsusi qeyd etmək lazımdır. Heç təsadüfi deyil ki, sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır

Onu da xüsusi vurğulamaq gərəkdir ki, Ümummilli LiderinAzərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası Azərbaycan dili günü kimi qeyd edilir.

2003-cü il   yanvarın 2-də ümummilli lider  Heydər Əliyevin Fərmanı iləAzərbaycan Respublikasında Dövlət dili haqqındaAzərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Qanunda Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılması, onun tətbiqinin, qorunmasının inkişaf etdirilməsinin qayğısına qalması, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradılması məsələləri öz əksini tapdı. Bu isə Azərbaycan dilinin inkişafı yolunda daha bir yenilik idi.

Dilimizin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır.

Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin siyasi kursu hərtərəfli yüksək səviyyədə davam etdirilir.

Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə imzalananAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqındaSərəncam əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanaraq çap edilir. Həmin il, eyni zamanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə 2007-ci ildəDünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqındasərəncamlar imzalandı ki, bu da ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinin gerçəkləşdiyini söyləməyə əsas verir.

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı  (23 may 2012-ci il), “Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” (29 may 2012-ci il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında” (9 aprel 2013-cü il), “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” (17 iyul 2018-ci il), “Azərbaycan dilinin saflığının qorunması dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərman sərəncamlarında  ana dilimizin qorunması məqsədilə həyata keçiriləcək islahatlar, hədəflər əksini tapmış, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmaq məsələləri əks olunmuşdur.

Beləliklə, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda Azərbaycan dilinin mühafizəsi inkişafı yönündə həyata keçirilən səmərəli tədbirlər Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir, dilimizin qorunması inkişafına böyük həssaslıqla yanaşılır.

Ulu Öndərimizin dediyi bu fikirlər isə hər birimizin qarşısında bir vətəndaşlıq vəzifəsi olmalıdır: “Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır bu dili sevməlidir... Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2022.- 13 dekabr.- S.5.