19 ilə baxış: Qalib Azərbaycan
dünyaya
inkişafın ən
təkmil modelini təqdim edir
Ulu öndər Heydər
Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana
qalibiyyət qazandıraraq
adını tarixə yenilməz Sərkərdə kimi
qızıl hərflərlə yazan dövlət
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevə milyonların sevgisi şəksizdir
Möhkəm təməl
Azərbaycanın son 19 ildə
ən möhtəşəm, ən
əsası Zəfər səhifəsini
tariximizə
yazmasını şərtləndirdi
Bu gün
böyük qürur hissi ilə azad Qarabağdan, azad Şərqi
Zəngəzurdan, Böyük Qayıdış
proqramının uğurlu icrasından bəhs edirik. Qalib Azərbaycanın
hər gününü tarixə əlamətdar hadisələrlə
yazması harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlını qürurlandırır. Dünya təcrübəsi bu reallığı təsdiqləyir
ki, ölkələrin, xalqların
inkişafı, yeni-yeni hədəflərə doğru inamla
irəliləməsi, hər bir millətin dünya xalqları
arasında özünəməxsusluğunu nümayiş
etdirən milli-mənəvi dəyərlərin qorunub
saxlanılması, tarixə bağlılıq, bu ənənələrin
gələcək nəsillərə ötürülməsi
kimi şərəfli missiyanın yerinə yetirilməsi
ölkəyə rəhbərlik edən şəxsiyyətin
liderlik keyfiyyətləri ilə sıx şəkildə
bağlıdır. Prezident İlham Əliyevin
siyasəti özündə ulu öndər Heydər
Əliyevin siyasi irsini, demokratik dövlətçilik ənənələrini
və Azərbaycanın tərəqqisini nəzərdə
tutan strateji baxışları ehtiva edir. 2003-cü ildə
keçirilən prezident seçkilərində seçicilərin
76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab
İlham Əliyev andiçmə mərasimində
bildirmişdir: “Bu gün yüksək
kürsüdən çıxış edərkən mən
Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.
Mən bu gün bu yüksək kürsüdən
əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət
edərək deyirəm: Əziz Prezident, əsəriniz olan
müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik,
hərtərəfli inkişaf
etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə
doğru gedəcəyik.”
Dövlət başçısı İlham Əliyevin dahi şəxsiyyətin adı ilə bağlı olan, dövlətimiz, xalqımız qarşısındakı xidmətləri sırasında xüsusi yer tutan Yeni Azərbaycan Partiyasının ötən il Zəfər ruhunda keçirilən VII qurultayında səsləndirdiyi bu çağırışı da böyük qürurla yada salmaq istərdik: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.” Ölkə Prezidenti bu fikirlərinin davamı olaraq bu mühüm məqamı da qeyd etdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. 1993-2003-cü illər həlledici illər olmuşdur.
Möhkəm təməl Azərbaycanın son 19 ildə ən möhtəşəm, ən əsası Zəfər səhifəsini tariximizə yazmasını şərtləndirdi. Dövlət maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı onu görmək istəyi Azərbaycan səviyyəsinə yüksəltmək üçün böyük səylər göstərən, qətiyyət nümayiş etdirən, islahatlar prosesinin dayanıqlığını təmin edən dövlət başçısı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.
Qeyd etdiyimiz kimi, son 19 ilin uğurlarına yol açan məhz ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində yaradılan möhkəm təməldir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə öz xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanı müstəqilliyinin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi, eyni zamanda, Ermənistanla atəşkəs sazişini imzalamaqla torpaqlarımızın işğalının qarşısını aldı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar ataraq onun maddi-texniki bazasını möhkəmləndirdi, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın təməlini qoydu. Dünya Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini daha dərindən öyrənməyə başladı. Ermənilərin, erməni diasporunun Azərbaycanın ətrafında yaratdıqları informasiya blokadası yarıldı və dünyaya bir daha çatdırıldı ki, Ermənistan işğalçı dövlətdir. Torpaqlarımızın 20 faizini işğal edib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. 1993-2003-cü illəri əhatə edən dövrdə görülən işlərin miqyası o qədər geniş, müstəqil Azərbaycanın gələcəyi ilə bağlı hədəflər o qədər böyük idi ki, 2003-cü ildən sonrakı mərhələdə hakimiyyətin etibarlı əllərdə olması son dərəcə vacib idi. Ümummilli Liderin 1 oktyabr 2003-cü il tarixli müraciəti bütün bu vacib məqamları özündə ehtiva edərək xalqa növbəti inamın ünvanını göstərdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Dövlət
siyasətinin müasir modeli təqdim olundu
Dövlət
başçısı İlham Əliyev Azərbaycan siyasi
sisteminə rasional siyasi davranış modeli, məntiqi
mühakimələrə və analitik təhlilə əsaslanan,
mütərəqqi,
milli məqsədlərə xidmət edən,
siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi
gətirdi. Milli
qürur uğurlarımızın əsas şərtlərindən
biri oldu. Prezident İlham Əliyevin
yürütdüyü siyasət müasir Azərbaycanın
güclənməsinə, milli-mənəvi dəyərlərimizin
ən yüksək səviyyədə qorunmasına xidmət
etdi. Dünyada tolerantlıq məkanı
kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri
sayəsində mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Gələcəyə hesablanmış dövlət siyasətində
gənclərin potensialından səmərəli istifadə
olunması müasir müstəqil Azərbaycanın dayanıqlı
inkişafını təmin edən fundamental
faktorlardan biri oldu. Prezident İlham Əliyevin gənclərin
potensialının gerçəkləşməsinə,
onların vətənpərvər, savadlı kadr kimi
yetişmələrinə, gənc ailələrin sosial təminatına
yönələn tədbirləri dövlətin uzaqgörən
siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Mütəmadi olaraq təkmilləşdirilən
gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı
rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə kreativ gəncliyin
formalaşmasına şərait yaratdı. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə,
vətənpərvərlik hissinə, milli düşüncəyə
malik gənclik formalaşır. Azərbaycan
gəncləri gündən-günə ölkənin
ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Məhz dövlətin gənclərə dəstək
və diqqət göstərməsinin nəticəsində Azərbaycan
gəncliyində özünə, öz gücünə,
istedadına inam hissi artıb. Tarixi Zəfərimiz
Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin təqdimatı
oldu.
Bugünümüzün
reallıqları
Prezident İlham Əliyevin
çıxışlarında yer alan bu fikirlərin təqdimatında
öz sözünü deyir: “2003-cü il, hesab edirəm ki,
müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət
daşıyır. Çünki 2003-cü ildə ölkənin
bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan
xalqı öz qərarını verdi: Heydər
Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan
bəlalarla, fəlakətlərlə üzləşəcək?!
Azərbaycan xalqı həmişə olduğu kimi,
müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə
öz səsini verdi. Onu da
qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat
qruplaşmasının iflasının əsas mənbəyi
Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi
bir il xalq bunların yarıtmaz fəaliyyətinə
dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni
tariximizdən yumaq üçün o hakimiyyətə son
qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin
zibilxanasındadır.” Müzəffər Ali Baş Komandan
tarixi Zəfərimizdən sonra bu
çağırışı da etdi ki, mən demişəm,
bir daha demək istəyirəm ki, tariximizin həqiqətə
uyğun olması ilə bağlı bizim alimlər, mütəxəssislər
gərək dolğun məlumat versinlər, tariximizi
malalamasınlar. Bizə saxta tarix lazım deyil: “İndi yenə
kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə
hansısa fərarinin, satqının, qorxağın
günahlarını yumaq istəyir. Biz
buna imkan verə bilmərik. Hər kəs bilməlidir,
torpaqları satan kimdir, torpaqları əsarətdən
qurtaran kimdir.”
Göründüyü kimi, dövlət
başçısı İlham Əliyevin hər bir
çağırışı qarşıdakı dövr
üçün hədəfdir və bu məqsədə
yüksək səviyyədə nail olmağa böyük əsasdır. Tariximizin
qorunması, gələcək nəsillərə
çatdırılması bütün dövrlərdə
öz aktuallığını qoruyub saxlayır.
Dövlət başçısı ilk gündən
ölkənin gələcəyi haqqında fikirlərini bildirərkən
biliyi, təhsili, yeni texnologiyaların tətbiqini, bunların
fonunda gənclərin inkişafını əsas hədəf
kimi qarşıya qoydu. Onun “Neft
kapitalını insan kapitalına çevirməlik!”
çağırışı da deyilənlərin təsdiqidir.
Möhtərəm Prezidentimiz dünya təcrübəsinə
istinadən vurğuladı ki, ölkələrin
inkişafında bilik, savad, yeni texnologiyalar əsas yer tutur. Cənab Prezidentin gənclərin xarici ölkələrdə
təhsili ilə bağlı Dövlət Proqramının qəbul
edilməsində və uğurlu icrasında da bu faktor əsas
rol oynadı. Dövlətin siyasətində
gənclərin potensialından səmərəli istifadəyə,
yaşlı nəslin təcrübəsi ilə gənclərin
dinamizmi arasında vəhdətin yaradılmasına xüsusi
önəm verilməsi bugünkü uğurlarımızda
özünün aydın ifadəsini tapır. Azərbaycan dünyada innovasiyalar ölkəsi kimi
nüfuz qazanıb. Ölkənin iqtisadi
qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində
əldə olunan uğurlar nəticəsində Azərbaycan
2013-cü ildə ilk süni peykini orbitə çıxararaq
dünya kosmos ailəsinin üzvü oldu. 2013-cü ildə
“Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ildə “Azersky” Yerin məsafədən
müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2”
telekommunikasiya peyki orbitə çıxarıldı. Bu peyk layihələrinin həyata keçirilməsinin
əsas məqsədləri Azərbaycanın milli təhlükəsizliyinin
təmin olunmasına, sosial-iqtisadi inkişafa, kommersiya fəaliyyətini
genişləndirərək peyk layihələrinə
yatırılan investisiyaların geri qaytarılmasına, elmi tədqiqatların
aparılmasına və beynəlxalq kosmik təşəbbüslərdə
iştirak edərək ölkənin beynəlxalq imicinin
yüksəldilməsinə töhfə verməkdir.
Böyük qürur və iftixar hissi ilə qeyd edirik
ki, 2003-cü ildən bu günə qədər Azərbaycanda
sürətli inkişaf dövrü yaşanır, Heydər
Əliyev siyasəti uğurla davam etdirilir. Məhz görülən
uğurlu işlərin nəticəsi olaraq Azərbaycan
xalqı ötən 19 ildə keçirilən 2008, 2013 və
2018-ci il prezident seçkilərində cənab İlham
Əliyevə yenidən etimad göstərməklə,
yekdilliklə Ona səs verməklə Azərbaycanın Qələbəyə
doğru gedən yolunun daha möhtəşəm uğurlarla
zənginləşməsinə, ölkəmizin daha da güclənməsinə,
qüdrətlənməsinə yol açdı.
Ölkə
iqtisadiyyatını xarakterizə edən əsas amil
dayanıqlılıqdır
Dövlət başçısı İlham Əliyev
ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun
hesabına olmasını qarşıya prioritet vəzifə
kimi qoyaraq regionların malik olduqları potensialdan səmərəli
istifadənin təmin olunması üçün Regional
inkişaf proqramlarını təsdiqlədi və hazırda
bu proqramların uğurlu icrası davam etdirilir. Regionların
sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə,
davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və
digər sistemli hədəflərin reallaşmasında
mühüm rola malikdir. Bu proqramlar əsasında bölgələrdə tərəqqi
prosesləri sürətləndi, sahibkarlığın
inkişafı üçün zəruri addımlar
atıldı, kənd təsərrüfatının
müxtəlif sahələri ilə bağlı konkret
proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi
aşağı düşdü, Azərbaycanda 2 milyondan
çox yeni iş yeri yaradıldı. Ölkədə
qeyri-neft sektorunun inkişafı üçün güclü
zəmin formalaşdı.
Artıq iki ildir ki, tarixi Zəfərimizin
yaratdığı reallıqları yaşayırıq. Bütün
regionların, o cümlədən işğaldan azad
edilmiş ərazilərimizin malik olduqları iqtisadi
potensialdan səmərəli istifadəni özündə əks
etdirən Fərman və sərəncamlar imzalanıb, Milli
Prioritetlər təsdiqlənib.
Prezident İlham Əliyevin 2021-ci il 7
iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni
bölgüsü aparıldı.
Fərmanda qeyd edilir ki, hazırda
işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək
inkişafının təmin olunması, zəruri infrastrukturun
yaradılması və əhalinin doğma torpaqlarına
qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər
həyata keçirilir. Qeyd olunan ərazilərin
zəngin iqtisadi potensialından, təbii sərvətlərindən
və geniş turizm imkanlarından səmərəli istifadə
etməklə onların bərabər inkişafının təmini
üçün nəzərdə tutulan bütün işlərin
vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi
əraziləri işğaldan azad edilmiş rayonların
iqtisadi rayonlar üzrə bölgüsünə yenidən
baxılmasını şərtləndirdi. Bu bölgü Qarabağ və Şərqi Zəngəzur
bölgələrinin sürətli inkişafına xidmət
edir. Bu Fərmanla yanaşı, dövlət
başçısı İlham Əliyevin Sərəncamı
ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər” təsdiqləndi. Bu mühüm
sənəd bütün regionlarımızın gələcək
inkişafının, dayanıqlı iqtisadi inkişafın təmin
edilməsinin yol xəritəsidir. Hər bir
dövrün hədəflərini özündə əks
etdirən Dövlət proqramlarının, İnkişaf
Konsepsiyalarının, Milli Prioritetlərin təsdiqlənməsi
Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətdə sistemliliyin qorumasının
prioritetliyi özünü aydın şəkildə büruzə
verir. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının uğurlu
icrası nəticəsində qarşıya qoyulan hədəflər
reallığa çevrildi. Əsas hədəf
Azərbaycanı inkişaf etmiş dövlətlər
sırasında görmək, yüksək gəlirli ölkəyə
çevirmək idi ki, artıq bu məqsədlər
reallıqda öz əksini tapıb.
Təbii
ki, qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilən
regionlarımızın sürətli sosial-iqtisadi inkişafı
uğurlu neft strategiyasının nəticəsidir.
Azərbaycanın enerji sektorunda
qazandığı nailiyyətlər ölkəmizin maliyyə
imkanlarının genişlənməsində əhəmiyyətli
rol oynayır. Ulu öndər Heydər
Əliyevin böyük uzaqgörənliklə
yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin
idarə edilməsində şəffaflığın
qorunmasını təmin edir. Bu vəsaitlərin
sayəsində mühüm sosial-iqtisadi layihələr həyata
keçirilir ki, bunlar da öz növbəsində ölkəmizin
hərtərəfli inkişafını sürətləndirir.
Azərbaycanın enerji sektorunda qazandığı
uğurların davamlılığı da son 19 ilin
reallıqları sırasındadır.
2006-cı ildə
Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin
iyirmi illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma
mərasimi keçirildi. 4 il sonra, 2018-ci
ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin
rəsmi açılışı oldu. Həmin
ilin iyunun 12-də Türkiyənin Əskişəhər
şəhərində Trans-Anadolu Qaz Boru Kəmərinin
(TANAP) istifadəyə verilməsi münasibətilə təntənəli
mərasim keçirildi.
2020-ci il dekabrın 31-də isə
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi tamamlanaraq istifadəyə
verildi.
Qısa
xronologiya ulu öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyasının son 19 ildə Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsi nəticəsində Azərbaycanın
enerji sektorunun bu günü və gələcəyi
üçün hansı uğurlara imza
atıldığının aydın mənzərəsini
yaradır. Prezident İlham
Əliyevin rəhbərliyi ilə görülmüş
genişmiqyaslı işlər, həyata keçirilmiş
sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində
hazırda Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz
ölkə, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur
layihələrinin təşəbbüskarı və fəal
iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində etibarlı tərəfdaş,
mühüm tranzit qovşağı kimi tanınır və
nüfuz qazanır. Azərbaycanın uğurları beynəlxalq qurumlar
tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında Azərbaycan
dünyanın ən çox islahat aparan ölkəsi kimi yer
alır. Genişmiqyaslı islahatlar nəticəsində
Azərbaycanda münbit sərmayə iqlimi
yaradılmışdır. Azərbaycan
iqtisadiyyatına 280 milyard dollar həcmində sərmayə
yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Bu, ölkəmizin bugününə və gələcəyinə
inamın təqdimatıdır.
Zəfəri
reallığa çevirən ordu quruculuğu
“Mən dəfələrlə demişdim ki, Azərbaycan
xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə
demişdim ki, nəyin bahasına olursa-olsun biz öz
torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən
öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz
onu torpaqlarımızdan qovacağıq və belə də
oldu. Biz Birinci Qarabağ müharibəsindəki
məğlubiyyətlə barışmadıq, güc
topladıq, bütün gücləri səfərbər etdik,
ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını
gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və
öz tarixi missiyamızı şərəflə yerinə
yetirdik.” Prezident
İlham Əliyev bu fikirləri ilə keçilən yolun mənzərəsini
aydın şəkildə təqdim edir. Ümummilli lider Heydər
Əliyevin müstəsna xidmətləri sayəsində
formalaşan və inkişaf edən Azərbaycan Silahlı
Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni
bəxş edən
rəşadətli orduya çevrildi. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri
dövlət siyasətinin prioriteti kimi müəyyən
olundu. Planlı
və ardıcıl şəkildə görülmüş
işlər Azərbaycan Ordusunu dünyanın ən
güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin
maddi-texniki təchizatının yenilənməsinə,
müasir infrastrukturun yaradılmasına, hərbi
qulluqçuların sosial müdafiəsinə, mənzil-məişət
təminatının yaxşılaşdırılmasına, həmçinin
müdafiə sənayesinin inkişaf etdirilməsinə
Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət
göstərilib. Azərbaycan
Silahlı Qüvvələri Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün
davam edən Vətən müharibəsində düşmən
üzərində möhtəşəm Qələbə
qazanaraq tarixi nailiyyətə imza atdı. Müzəffər
Azərbaycan Ordusunun qəhrəmanlğı sayəsində
44 günlük müharibədə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış
məntəqəsi
döyüş meydanında işğaldan azad edildi.
Düşmən ağ bayraq
qaldırdı, təslim oldu. Azərbaycanın hərbi-siyasi
Qələbəsinin və Ermənistanın
kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat
imzalandı. Bu sənədə
uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın
rayonları qan tökülmədən, müharibəsiz
ölkəmizə qaytarıldı. Ölkənin 30 ilə
yaxındır ki, pozulmuş ərazi
bütövlüyünün bərpası və
xalqımızın mədəniyyət beşiyi
Şuşanın azad olunması Prezident İlham Əliyevin
müzəffər Ali Baş Komandan kimi sərkərdəlik
qabiliyyətinin Zəfər zirvəsidir.
Böyük
Qayıdış və yeni reallıqlar
“Qarabağı və Zəngəzuru yenidən
quracağıq.” Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin bu
çağırışının əks-sədası son
iki ilin reallıqlarında öz əksini tapır. Böyük Qələbənin nəticəsində
yaradılmış yeni reallıq Qarabağın və Şərqi
Zəngəzurun bərpasını və inkişafını
nəzərdə tutan Böyük Qayıdış
strategiyasının aktuallığını təmin edir.
Sözügedən strategiya yeni infrastrukturun
yaradılması ilə yanaşı, işğaldan azad
olunmuş əraziləri, ümumən regionu yeni inkişaf
modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində
tətbiq olunan yeniliklərin bir çox dövlətlər
üçün nümunəvi model kimi qəbul olunması və
məsələ ilə bağlı səslənən beynəlxalq
etiraflar Böyük Qayıdış strategiyasının
effektivliyindən və perspektivliyindən xəbər verir.
Dövlət başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə
tarixi səfərlərinin hər biri xeyli sayda sosial obyektlərin
açılışı və təməlqoyma mərasimlərinin
keçirilməsi ilə yadda qalır, Böyük
Qayıdışı daha da sürətləndirir. İlk səfər Zəfər
yolunun təməlinin qoyulması ilə tarixə
yazıldı. Bu yol qısa zamanda tikilib istifadəyə
verilərək hazırda bizi Qarabağın tacı, musiqi
beşiyimiz Şuşa ilə birləşdirir. Şuşa genişmiqyaslı bərpa-quruculuq
işləri nəticəsində iqtisadi, siyasi, diplomatik mərkəzə,
cənnət məkana çevrilir.
Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur
yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş
ərazilərin təsdiqlənmiş potensialını 7200
meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil
edir. Kəlbəcər-Laçın
zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl
zonasında isə günəş stansiyaları inşa
olunacaq. Bu mühüm məqamı da
xüsusi qeyd etməliyəm ki, Qarabağın və Şərqi
Zəngəzurun hava qapıları dünyaya
açılıb. Belə ki, ötən il
Füzuli, bu il Zəngilan Hava limanları istifadəyə
verildi. Laçın Beynəlxalq Hava Limanı isə 2025-ci ildə
istifadəyə veriləcək.
Bu il ilk “ağıllı kənd” olan Zəngilan rayonunun Ağalı
kəndi sakinlərini
qarşıladı. İlk “ağıllı şəhər”
isə işğal dövründə “ruhlar şəhəri” kimi səciyyələndirilən
Ağdam şəhəri olacaq. Prezident İlham Əliyevin 16
noyabr 2022-ci il tarixli
Sərəncamı ilə “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”
təsdiq edildi. Dövlət
Proqramının əhatə dairəsini Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər
təşkil edir.
Böyük Qələbə nəticəsində
yaradılmış yeni reallıq təkcə Qarabağın
bərpası və inkişafı ilə məhdudlaşmır. Qələbəmiz
bütün regiona sülh və davamlı inkişaf
imkanını qazandırıb. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin gələcəyə
xidmət edən strategiyası sayəsində regionun beynəlxalq
statusu dəyişmiş və region ölkələrinin
inkişafı üçün yeni imkanlar
açılmışdır. Şübhəsiz
qələbə nəticəsində yeni beynəlxalq və
regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından
faydalanmaq Azərbaycanın inkişafına böyük təkan
verəcək. Tarixi Zəfərimizin reallıqları
fonunda yeni əməkdaşlıq formatlarının, sülh
gündəliyinin müəllifi kimi mövqeyini daha da möhkəmləndirən
Azərbaycanı qarşıda daha möhtəşəm
uğurlar gözləyir.
Təbii ki, 19 ilin uğurlarını bir yazıda əhatə
etmək qeyri-mümkündür. Ötən hər
günün tariximizə uğur səhifəsi kimi
yazılması 19 ilin reallıqlarına işıq salır.
Onları
özündə birləşdirən neçə-neçə
kitabların nəşri, araşdırmaların, təhlillərin
aparılması bir zərurət kimi qarşımızda
dayanır. Bu gün fəxr etdiyimiz qalib Azərbaycan
dünyaya inkişafın ən təkmil modelini təqdim edir.
İqtisadi və siyasi islahatların vəhdətliyinin
qorunması, ölkəmizin aparıcı siyasi təşkilatı
olan Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarların,
irəli sürdüyü təşəbbüslərin,
dövlətimizin demokratik təsisatların inkişafı
istiqamətində atdığı addımların əsasında
dünya Azərbaycanın timsalında demokratik, sivil,
hüquqi dövlətin nümunəsini görür. Azərbaycan regional
və beynəlxalq əməkdaşlığa xüsusi
önəm verərək dünyaya sülh, təhlükəsizlik,
dostluq, qardaşlıq mesajlarını ünvanlayır. Bu
gün nəinki paytaxt Bakı, eyni zamanda, türk
dünyasının mədəniyyət paytaxtı
Şuşa Azərbaycanın beynəlxalq münasibətlər
sistemində rolunu artıran, mövqeyini təsdiqləyən
tədbirlərə ev sahibliyi, sənədlərin
imzalanmasına şahidlik edir. Azərbaycan
müstəqil siyasəti ilə dünyaya ədalətin və
beynəlxalq hüququn mövcudluğu
çağırışını edir və bunu
qazandığı uğurlarla təsdiqləyir.
Ölkəmizin bu uğurları dövlət idarəçiliyi
sistemində zəngin təcrübənin mövcudluğunun
nümayişidir. Ulu öndər Heydər Əliyev zəngin
dövlətçilik təcrübəsi ilə Azərbaycanın
müstəqilliyini daimi, sarsılmaz və dönməz etdi.
Dövlət başçısı İlham Əliyev isə bu siyasətə
yeniliklər əlavə edərək Azərbaycanı
innovasiyalar ölkəsi kimi təqdim etdi. Bu
yeniliklər sırasında ölkəmizdə vitse-prezidentlik
institutunun yaradılmasını xüsusi qeyd etməliyik.
Dövrün, zamanın tələbinə uyğun olaraq milli
Konstitusiyamıza edilən əlavə və dəyişikliklər
sırasında vitse-prezidentlik institutunun yaradılması
xalqımız tərəfindən böyük rəğbət
hissi ilə qarşılandı və 2016-cı ildə keçirilən
ümumxalq səsverməsində seçicilərin
fəal iştirakı bunun təsdiqi oldu. 2017-ci
ildə dövlət başçısı İlham
Əliyevin Sərəncamı ilə Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin yeni-yeni
hədəflərə doğru inamla irəliləməsinə
və uğurlu inkişafına böyük dəstək oldu.
Xalqımız bu gün böyük qürur
hissi ilə belə bir inamı ifadə edir ki, daim Azərbaycanın
bu günü və gələcəyi üçün
çalışan dövlət başçısı
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın birgə səyləri nəticəsində
tarixi Zəfərimizdən irəli gələn hədəflərə
zamanında və yüksək səviyyədə nail olacağıq.
Dövlət başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin ötən il
doğum günündə Qarabağın tacı, mədəniyyət
paytaxtımız Şuşadan səsləndirdiyi bu
çağırışı bir daha yada salmaq istərdik:
“Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla,
eyni qətiyyətlə ölkə maraqlarının
keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni
böyük uğurlara imza atacağıq.”
Hər bir vədini əməli fəaliyyəti ilə təsdiqləyən
möhtərəm Prezidentimizə ümumxalq sevgisi şəksizdir. 44 günlük İkinci
Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir
yumruq” bu birliyimizin, həmrəyliyimizin, dövlət
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevə və onun uğurlu siyasətinə
inamın nümayişi oldu. Xalq-Prezident birliyi
sarsılmazdır!
Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Xətai
rayon
təşkilatının sədri, siyasi elmlər doktoru
İki sahil.- 2022.- 24 dekabr.- S.6;
12-13.