Gənclik gələcək deməkdir
Yeni Azərbaycan
Partiyası Xətai rayon təşkilatının təşkilatçılığı
ilə Gənclər Gününə həsr olunmuş tədbir
keçirilib
Yanvarın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının təşkilatçılığı ilə 2 fevral- Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. YAP Xətai rayon təşkilatının akt zalında keçirilən tədbiri Dövlət Himninin səsləndirilməsindən, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, gənclik gələcək deməkdir.
Gələcəyimiz gənclərin fəaliyyətindən, yaradıcılığından, bütövlükdə xalqa, dövlətə bağlılıqlarından daha çox çox asılıdır. Bu baxımdan Azərbaycan gəncliyi dövlətin qayğısı ilə əhatə olunaraq öz potensial imkanlarını müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, qüdrətlənməsinə yönəltmək imkanlarına malikdir.
Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi: “Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. “Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfəsi nədən ibarətdir” sualına ən dolğun cavab ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikirlərinin özündə ehtiva etdiyi çağırışlardır.”
Gənclərin əsas fəaliyyət istiqamətinin təhsil olduğunu bildirən YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafı istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri tədbirlərdən geniş bəhs edib: “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq milli dəyərlərə bağlı, sağlam düşüncəli, vətənpərvər Azərbaycan gəncliyi formalaşdırılır. Neft gəlirlərini insan kapitalına çevirməyi qarşıya mühüm vəzifə qoyan dövlət başçısı İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqlədi. 2007-ci ili ölkəmizdə “Gənclər İli”, 2020-ci ili isə “Könüllülər İli” elan etməklə gənclərə olan etimadını, onların potensialından səmərəli istifadənin ölkəmizin gələcək inkişafına yönləndirmək istəyini təsdiqlədi. Bu addımların uğurlu nəticələrinə əmin olmaq üçün Azərbaycan gəncliyinin inkişafına yönələn Dövlət proqramlarının qəbuluna və uğurlu icrasına diqqət yetirmək kifayətdir. Azərbaycan gəncləri xoşbəxtdir ki, belə qüdrətli, qalib ölkənin vətəndaşlarıdırlar, eyni zamanda, dövlətinin, xalqının gələcəyini düşünən, gənclərin gələcəklərini düzgün formalaşdırmalarına dəstək olan cənab İlham Əliyev kimi qətiyyətli Lideri vardır.”
YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, ölkə gənclərinin böyük əksəriyyətinin gələcək taleyini ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına bağlayaraq öz potensiallarını nümayiş etdirmək üçün bu təşkilatda geniş meydan görmələri təqdirəlayiqdir. Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini, təxminən 40 faizini gənclər təşkil edir.
Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik hissindən geniş bəhs edərək 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətimizi şərtləndirən amillərdən biri kimi gənclərin torpaq, Vətən sevgisini xüsusi qeyd edib.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov gəncləri bu gözəl bayramları münasibətilə təbrik edərək onlara qalib Azərbaycanın vətəndaşı kimi daha böyük uğurlar arzulayıb: “Bu gün müstəqil Azərbaycanımıza hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin və son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində adını qalib ölkə kimi tarixə yazdı. Bu tarixi Zəfərimizdə gənclərimizin rolu böyükdür. Azərbaycan gəncliyi illərdir dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini gözləyirdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 44 gündə Qələbə ilə başa çatması bir daha Azərbaycan xalqının məğrurluğunu, gənclərimizin torpağa, Vətənə bağlılıqlarını dünyaya nümayiş etdirdi. “Torpaqdan pay olmaz” prinsipinə söykənən gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 30 ilin torpaq həsrətinə 44 gündə son qoyub, tarix yazdılar. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.”
E.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkə həyatının bütün sferalarında fəallıq nümayiş etdirir, müəyyənləşdirilən yeni-yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə çalışırlar.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov əvvəlcə tədbirdə iştirak edən gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində, eyni zamanda, Azərbaycanın ictimai-siyasi proseslərində iştirak edən ən aparıcı və ən zəngin tarixə malik olan siyasi partiyanın- Yeni Azərbaycan Partiyasının üzvləri kimi uğurlar arzulayıb: “Siz ulu öndər Heydər Əliyevin ideyaları ətrafında birləşmiş və bu gün Prezident İlham Əliyevin uğurlu və çevik siyasəti nəticəsində iri addımlarla gələcəyə doğru irəliləyən gənclərsiniz. Uzun illər siyasi mənsubiyyətindən, əqidəsindən, ictimai-siyasi proseslərdə iştirakından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının qarşısında belə bir strateji vəzifə dururdu: İşğalda olan torpaqlarımızı azad etmək, həmin ərazilərdə Azərbaycanın suverenliyini bərpa etmək və köçkün düşmüş həmvətənlərimizin dədə-baba torpaqlarına qayıtmalarına nail olmaq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman övladlarımız, bacı-qardaşlarımız həqiqi mənada o tarixi missiyanın həyata keçirilməsinə nail oldular. 44 günlük zaman kəsiyində nəinki işğalda olan torpaqlarımızı azad etməyə, eyni zamanda, həm yeni geosiyasi, həm də geoiqtisadi reallıqların yaranmasına, bununla da ümumilikdə Azərbaycanın gələcəkdə inkişafına dair kifayət qədər ciddi və sağlam təməlin qoyulmasına nail oldular. Həmçinin bu Zəfər gənclərin həm fərdi, həm də kollektiv şəkildə inkişafına ciddi və müsbət təsir etdi”.
“Bu yeni yaranmış reallıqlardan və
üzərimizə düşən məsuliyyət hissindən
irəli gələrək həm dünyanı, həm də
vətəndaş kimi hər birimizi narahat edən
çağırışlara doğru hansı addımlar
atacağıq, atmalıyıq və yaxud
atılmalıdır suallarına cavab da tapmalıyıq”
söyləyən millət vəkili qeyd edib ki, 2 fevral - Gənclər
Günü bizim üçün bayramdır: “Vaxtilə ulu
öndər Heydər Əliyevin bir çox addımları ilə
bərabər, Azərbaycanın gənclər siyasətinin
formalaşmasına dair apardığı siyasətin bariz
nümunələri də bu gün ölkə gəncliyinin,
cəmiyyətin inkişafına töhfə verir. Ancaq qlobal
kontekstdə təbii ki, dünya dəyişir. Bu yaxınlarda
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində
yeni dünya düzəninin dəyişməsi, Azərbaycanın
həmin düzəndən irəli gələn
çağırışlara hazır olduğuna dair bizim hər
birimizə mesaj verməsinə baxmayaraq, biz həmin o
hazırlıq prosesində mütləq mənada cənab
Prezidentin siyasətinə dəstək olmalıyıq. O
yükün altına biz də çiynimizi verməliyik. Azərbaycan
gəncliyi nə etməlidir? Bu sual bizi illərdir narahat edir və bundan sonra da
düşündürəcək. Dövlətimizin
apardığı genişmiqyaslı siyasət bizə zəmanət
verir ki, müəyyən mənada bu
çağırışların öhdəsindən gələk.
Lakin fərdi qaydada üzərimizə düşən məsuliyyət
də çoxdur. Dünya iqtisadçıları
proqnozlaşdırırlar ki, mövcud olan ixtisasların 60
faizi bu və ya digər formada dəyişəcək, 30 faizi
isə tamamilə aradan qalxacaq. Yəni, təxminən 30 il
sonra bizim bu gün sahib olduğumuz peşələrin sadəcə
10 faizi bildiyimiz, gördüyümüz formada qalacaq. Demək,
biz dünya ilə rəqabət aparmaq üçün həmin
o 90 faiz peşə, ixtisas növlərinin dəyişilmə
prosesində aktiv yer almalıyıq. Bunun üçün də
oxumaq lazımdır”.
R.Məmmədov
hazırda Azərbaycan gəncliyinin müasir biliklərə
yiyələnməsindən məmnunluğunu dilə gətirərək
bildirib: “Mən Azərbaycan gəncliyi ilə tez-tez müxtəlif
görüşlərdə oluram. Müşahidə edirəm
ki, gəncliyimiz ilbəil inkişaf edir, onlar yeni biliklərə,
yeni meyarlara uyğunlaşmağa çalışırlar.
Yanvarın 30-da Kaliforniyada yaşayan bir azərbaycanlı gəncimiz
“Twitter” üçün startap layihəsini 50 milyon dollara
satmağa nail olub. Bu, həqiqətən böyük
uğurdur. Ona görə də Azərbaycan gəncliyi
mütləq mənada oxumalıdır. Bilirsiniz, böyüklərimiz
zamanında bir universiteti bitirib, bir diplomla kifayətlənirdilər.
Çünki sistem özü bunu tələb edirdi. Bir
diplomla insan həyatının sonuna qədər işləyib,
çalışıb, fəaliyyət göstərib
böyük uğurlar qazana bilərdi. Amma bugünkü qlobal
dünyada bu, kifayət etmir. Biz diplomdan əlavə müasir
biliklərə yiyələnmək üçün mütəmadi
olaraq özümüzü inkişaf etdirməliyik,
ixtisaslaşdırılmış kurslarda iştirak etməliyik,
lazım gələrsə ikinci, üçüncü təhsil
almalıyıq. İndi dünyada maliyyəsiz təhsil almaq
imkanları da mövcuddur. Azərbaycan dövlətinin Gənclər
Fondu vasitəsilə xaricdə təhsil proqramlarının
reallaşmasının şahidi oluruq. Biz harada
olmağımızdan asılı olmayaraq böyük ailə
mədəniyyətinə sahib olan xalqıq, dövlətik, cəmiyyətik.
Bunları yaşatmaq isə hər birimizin missiyasıdır”.
Vətən
müharibəsi şəhidi Rövşən Nurzadənin
atası, Xalq artisti Əli Nur gəncliyin tükənməz
enerjisinin olduğunu önə çəkərək bildirib
ki, gənclərimiz silaha sarılaraq 30 ilin torpaq həsrətinə
son qoydular, erməniləri diz çökdürdülər.
44 gündə qalibiyyətə imza atmaqla Vətən, torpaq
sevgisinin böyüklüyünü dünyaya nümayiş
etdirən Azərbaycan gənci dövlət
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin ətrafında sıx birləşdi: “Rəşadətli
Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclərimiz öz
adlarını xalqımızın ən yeni tarixinə
qızıl hərflərlə yazdılar. Məhz onların
rəşadəti sayəsində əldə olunan bu
şanlı Zəfər ölkəmizin ərazi
bütövlüyünü bərpa etdi. Gənclərimiz Vətən
uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə
də yüksək fəallıq göstərib, ölkəmizlə
bağlı həqiqətlərin, işğalçı Ermənistanın
əzəli torpaqlarımızda törətdiyi vandallıq
aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak ediblər. Bu
gün də gəncliyimizin qaşısında yeni
çağırışlar dayanır. Bu, işğaldan azad
edilmiş torpaqlarımızı bərpa etmək,
soydaşlarımızın Böyük
Qayıdışına töhfələr verməkdir. Ulu
öndər Heydər Əliyev ideyalarının ətrafında
sıx birləşən Azərbaycan gəncliyi Müzəffər
Ali Baş Komandan, qalib Lider İlham Əliyevin rəhbərliyi
ilə daha möhtəşəm uğurlara imza atacaq.”
Çıxış
edən 6 saylı “ASAN xidmət” mərkəzinin rəhbəri
Murad Əlizadə gənclərə dövlətin
qayğısından bəhs edərək diqqəti ölkəmizdə
geniş vüsət alan könüllülük hərəkatına
yönəldib: “Azərbaycanda geniş vüsət
almış könüllülər hərəkatının
aparıcı qüvvəsi məhz gənclərdir. Gənclərimizin
potensialının, fəallığının, məsələlərə
yeni baxışlarının cəmiyyət üçün
çox lazımlı olduğunu qeyd edən Prezident İlham
Əliyev 2020-ci ili “Könüllülər İli” elan etdi.
Ölkəmizdə təxminən 20 min gənc
könüllü olaraq çalışmış və indi
onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə
işləyirlər. Könüllülər hərəkatının
cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti
var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış
qaydalarını təbliğ edir. Könüllülər hərəkatı
“ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də
işləyənlərin mütləq əksəriyyəti gənclərdir.
Bütün dövlət təşkilatlarına tövsiyə
olunur ki, könüllüləri cəlb etsinlər.
Könüllülər dövlət qurumlarında, nazirliklərdə,
digər dövlət təşkilatlarında təcrübə
keçməlidirlər. Bu gün "ASAN xidmət" bizim
milli intellektual, innovasiya məhsulumuzdur. Ölkə Prezidenti
bölgələrə səfəri zamanı
coğrafiyasını genişləndirən “ASAN xidmət” mərkəzlərinin
açılışında iştirak edir,
könüllülərlə görüşür, bu gün
ölkəmizdə gənclərə göstərilən diqqət
və qayğıdan söhbət açır, onların idarəçilikdə
irəli çəkilmələrinə diqqəti yönəldərək
bu çağırışı edir ki, gənclərimiz
milli ruhda tərbiyə olunmalıdırlar. Bu günlərdə
cənab İlham Əliyevin Gəncə şəhərinə
səfəri zamanı “ASAN xidmət” mərkəzinin
açılışı oldu. Artıq ölkədə 22
“ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Gənclərimizin
“ASAN xidmət”in fəaliyyət prinsiplərindən irəli gələrək
fəaliyyətləri vətəndaş məmnunluğunun
artırılmasında əhəmiyyətli rol oynayır.”
Tədbirdə
gənclər adından çıxış edən Vətən
müharibəsi qazisi Taryel Şıxbalayev, Vətən
müharibəsi şəhidi Kəmaləddin Məmmədzadənin
bacısı Ülkər Məmmədzadə və Vətən
müharibəsi şəhidi Nurlan Hüseynovun həyat
yoldaşı Günel Hüseynova dövlətin gənclərə
diqqət və qayğısından bəhs edərək
bildiriblər ki, bu gün Azərbaycanda yüksək
intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclər
formalaşır. Prezident İlham Əliyevin gənclərin
potensialının gerçəkləşməsinə,
onların vətənpərvər, savadlı kadr kimi
yetişmələrinə, gənc ailələrin sosial təminatına
yönələn tədbirləri dövlətin uzaqgörən
siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Gənclər
siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun
artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə kreativ gəncliyin
formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə
dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz
gücünə, istedadına inam hissi artıb. Gənclərə
bu çağırışı etmək istərdik ki, yeni
dövrün tələblərini yüksək səviyyədə
cavablandırmaq üçün daha fəal olaq, öz
potensial imkanlarımızdan maksimum istifadə etməyə səy
göstərək.
Xalq
artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solisti Fidan Hacıyeva çıxış edərək
gənclərin inkişafı üçün yaradılan
şəraitdən bəhs edib. Bildirib ki, ulu öndər Heydər
Əliyevin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyev bu gün gənclərin
ən böyük hamisidir hamisidir.
Fidan
Hacıyeva Üzeyir Hacıbəylinin “Sevgili canan”
romansını ifa edib.
Tədbirdə
Xətai rayonunun ictimai-siyasi həyatında fəal
iştiraklarına görə bir qrup gəncə YAP Xətai
rayon təşkilatının Fəxri fərmanı təqdim
olunub.
Sonda Azərbaycan
gəncliyinin seçdiyi inkişaf yolunu, gənclərin bu
gün ölkəmizin həyatında rolunu özündə əks
etdirən videoçarx nümayiş olunub və xatirə
şəkli çəkdirilib.
İki sahil.- 2022.- 1 fevral.- S.7.