Xocalı soyqırımı
qurbanlarının
ruhları artıq narahat
deyil
Azərbaycanın Ermənistan
üzərindəki Zəfəri bütün şəhidlərimizin
qanı üçün alınan qisasdır
Prezident
İlham Əliyevin Xocalı soyqırımının 30-cu
ildönümü ilə bağlı imzaladğı Sərəncamda
qeyd olunduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri Xankəndidə
yerləşən 366-cı alayın iştirakı ilə
Xocalı şəhərinə gücum edərək dinc əhaliyə
misli görünməmiş qəddarlıqla divan tutdular. Həmin
gün 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla
bütünlükdə 613 nəfərin qətlə yetirilməsi
bəşər tarixində görünməyən erməni
vəhşiliyi idi. Soyqırımı zamanı 487 dinc sakin
ağır yaralanmış, 1275 nəfər girov
götürülmüşdür.
…Bəşər
tarixində insanlığa qarşı cinayət olan
Xatın, Naqasaki, Ruanda, Nigeriya, Srebrenitsa, Sonqmi, Lidiçe,
Babi Yar, Ruanda kimi qətliamlarla müqayisədə daha dəhşətli
olan Xocalı soyqırımı faşizm ideyaları ilə
idarə olunan Ermənistanın dövlət siyasətinin əsasını
təşkil edən azərbaycanlılara qarşı etnik təmizləmənin
nəticəsi olan faciələrin yalnız biridir.
Daşnakların, Vermaxtın erməni düşərgəsinin
legionu, general Njde kimi tanınan Qaragin ter- Arutyunyanın xələfləri
olan ermənilərin uşaq qatili kimi tanınması da təsadüfi
deyil. Artıq tarixə qovuşan Dağlıq Qarabağ
münaqşəsinin davam etdiyi 30 ildə ermənilər tərəfindən
bilərəkdən suya axıdılan gəlinciyə yerləşdirilmiş
partlayıcı Tovuz rayon sakini, 13 yaşlı Aygün
Şahmalıyevanın həyatına son qoydu. Erməni
snayperinin gülləsi ilə qətlə yetirilən 9
yaşlı Ağdam sakini Fariz də erməni faşizminin
qurbanlarından idi. Füzuli rayonunun, Alxanlı kənd sakini,
2 yaşlı Zəhranı və nənəsini qətlə
yetirən, Tovuz rayonunun Qaralar kənd sakini Ramin Yusifovu
ağır yaralayan ermənilər əməlləri ilə
qürur duyduqlarını həyasızcasına bildirdilər.
Amma qisas
qiyamətə qalmadığı kimi, qətliamı törədənlərin
əməlləri də cavabsız qalmadı. Xocalının
o dövrdəki ölkə rəhbərliyi tərəfindən
tamamilə müdafiəsiz buraxılmasına kəskin
etirazını bildirən, 20 Yanvar qırğınlarına
ilk siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə hər il fevralın
26-sı tarixi Xocalı soyqırımı qurbanlarının
xatirəsi günü kimi qeyd olunur.
Bu
kimi faktları görməzdən gələn Ermənistanın
başsız baş naziri Nikol Paşinyanın «Xocalı
soyqırımını azərbaycanlılar törədib»
kimi sayıqlamasının heç bir əsası
olmadığını sübut edən sələfi Serjik
Sarkisyanın «Xocalıya qədər Azərbaycan tərəfi
elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar
düşünürdülər ki, ermənilər mülki əhaliyə
əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə)
son qoyduq» etirafı da təsdiqləyir ki, özünü məğlubedilməz
hesab edən, diz çöküb yalvaran Paşinyanın
hakimiyyəti bu cür nahaq qanlar üzərində qurulub. Bu
baxımdan Xocalı soyqırımını ermənilərin
azərbaycanlılara qarşı törətdikləri sistemli
cinayətlərin, qətliamların zirvəsi adlandırmaq
olar. Xocalı soyqırımına qədər Dağlıq
Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd,
Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər,
Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı,
Malıbəyli, Yuxarı və Aşağı
Quşçular, Qaradağlı kəndlərində də
etnik təmizləmə məqsədilə
qırğınlar törədən, Xocavəndin
Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlını
qətlə yetirən ermənilər qaniçənliklərini
sonrakı illərdə Goranboy rayonunun Ballıqaya, Kəlbəcərin
Başlıbel kəndlərində davam etdirdilər. Bu
baxımdan 1992-1993-cü illərin Azərbaycan xalqının
taleyinə kütləvi qırğınlar, soyqırımlar
ili kimi daxil olması təsadüfi deyil.
Milli
xüsusiyyətlərinin əsasını qana hərislik kimi
vəhşiliklərin təşkil etdiyi ermənilər
Xocalıda törətdikləri vandallıqları Qələbəmizlə
başa çatan Vətən müharibəsində,
müharbə başa çatandan sonra da davam etdirdilər. Gəncədə,
Bərdədə, Tərtərdə və digər şəhər
və rayonlarda Ermənistanın hərbi-siyasi rəhbərliyinin
dinc əhalini hədəf seçməsi, günahsız əhaliyə
qarşı amansızcasına davaranmaları erməni
faşizminin, insanlığa qarşı nifrətinin təzahürü
idi. Xocalı soyqırımının hər bir azərbaycanlının
qan yaddaşına çevrilməsinin nəticəsidir ki, Vətən
müharibəsində Azərbaycan əsgər və zabitləri
həmin gün öldürülən, diri-diri
yandırılan xocalıların qisasını Ermənistanın
qaniçən ordusunu məhv etməklə aldılar.
Prezident
İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyəti ,
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri,
Heydər Əliyev Fondunun Xocalı
soyqırımınının dünyada tanıdılması
istiqamətində sistemli şəkildə apardığı
təbliğatın nəticəsidir ki, «Xocalıya ədalət!»”
kampaniyasına qoşulanların, erməni vəhşiliyini
tanıyanların sayı artır. İslam Əməkdaşlıq
Təşkilatı Parlament İttifaqının, Meksika,
Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və
Cibuti parlamentlərinin müvafiq sənədlərində
Xocalıda törədilmiş kütləvi qətllər
soyqırımı aktı kimi tanınır və lənətlənir.
Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya,
Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş
Ştatlarının 20-dən çox ştatının icra
və qanunvericilik orqanının Xocalı faciəsini qətliam
kimi qiymətləndirməsi aparılan təbliğatların
nəticəsidir.
Bu il
isə Xocalı soyqırımı qurbanlarının xatirəsi
işğaldan azad olunmuş ərazilərdə xüsusilə
qeyd olunacaq, erməni vəhşilikləri ilə bağlı
geniş kampaniyalar keçiriləcək. Azərbaycanın
xarici ölkələrdəki səfirliklərində matəm
mərasimləri təşkil ediləcək. Ermənistan
üzərində qazandığımız Zəfər
Xocalı qurbanlarının xatirəsinə əbədi
hörmət və ehtiramın rəmzi kimi qeyd olunacaq.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 5 fevral.- S.11.