Jalə Əliyeva:
Dövr
dəyişdikcə gənclərimiz
zamanın nəbzini tutmağı
bacarırlar
- Jalə xanım, hər bir
ölkədə dövlətçiliyin, müstəqilliyin
daha da möhkəmləndirilməsi, gələcəyin
etibarlı təminatı intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən çox
asılıdır. Bu gün ölkəmizdə həyata
keçirilən gənclər siyasəti barədə fikirlərinizi
bilmək maraqlı olardı...
- Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Dövlətimiz tərəfindən həyata keçirilən gənclər siyasəti uzun illərdir ki, Azərbaycan gəncinin fərdi inkişafı, peşəkar kadr kimi formalaşması, real təcrübəyə, dünyagörüşünə yiyələnməsi və müasir, savadlı, vətənpərvər bir gənc olaraq formalaşması üçün hər cür imkanları yaradır. Burada digər vacib bir məqam da gənclərimizin bu fəaliyyətlərdən, imkanlardan yararlanmaq üçün həvəs göstərmələridir. Bu həvəs də olduqdan sonra Azərbaycan gəncinin qarşısında özünü doğrultmaq, uğur qazanmaq üçün heç bir maneə mövcud deyil. Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir. Bu diqqəti simvolizə edən 2 fevral- Gənclər Günü xüsusi təntənə ilə qeyd olunur. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Bu gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik korpuslarda, xaricdə fəaliyyət göstərən transmilli şirkətlərdə fəaliyyət göstərir. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
- Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində gənclərimizin rolunu necə xarakterizə edərdiniz?
- Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə öndə olacaqlarını deməyə əsas verir.
- İstər informasiya texnologiyalarının inkişafı, istərsə də qloballaşma ilə bağlı digər faktorlar təbii ki, gənclərimizi getdikcə dəyişdirir. Bugünki gəncliyin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, dövr dəyişdikcə gənclərimiz zamanın nəbzini tutmağı bacarırlar. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
- 44 günlük
Vətən müharibəsi zamanı Azərbaycan gəncləri
həm döyüş meydanında, həm də informasiya məkanında
mübarizə apardılar…
- «Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.» Bu fikirlər ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur. Dövlət başçımız bu fikirləri 2 fevral tarixində ulu öndərimiz Heydər Əliyev tərəfindən təsis edilən 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən Forumda gənclərlə görüşü zamanı dilə gətirdi.
Prezident İlham Əliyevin gərgin əməyi
sayəsində gənclər siyasəti bu gün mahiyyət və
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Azərbaycan gəncləri dünyada baş tutan bütün
vacib tədbirlərin fəal
iştirakçılarıdır. Bu, istər idman tədbirləri,
istər bilik yarışları, istərsə də müxtəlif
ölkələrdəki yaşıdları ilə müxtəlif
platformalarda olan görüşlər, seminarlar,
konfranslardır. Azərbaycan
da bir çox hallarda belə tədbirlərin ev sahibi olur. Azərbaycan
gəncliyinin təşkilatlanması, müxtəlif tədbirlər
vasitəsilə dünyadakı yaşıdları ilə əlaqələri
yüksək səviyyədədir. Əsas hədəflərimizdən
biri isə sağlam, dayanıqlı beynəlxalq
kommunikasiyaların qurulmasıdır. Bütün bu məsələlərdə
əsas hədəfimiz ümummilli maraqlarımızın
qorunması, Azərbaycan reallıqlarının dünyaya
tanıdılması istiqamətində işlər görməkdir.
Gənclərimiz
beynəlxalq təşkilatlarda təmsil olunmaqla həm də
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması üçün bir platforma əldə
edirlər. Son illər ərzində Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən «Xocalıya ədalət!»
kampaniyasında minlərlə gənc fəal iştirak edib.
Jalə
Əliyeva
Söhbətləşdi:
Şəmsiyyə
Əliqızı
İki sahil.- 2022.- 5 fevral.- S.13.