2022-ci il Şuşanın dirçəlişi ilə yaddaşlarda qalacaq

 

 

 

 

Azərbaycanın mədəniyyət paytaxtı olan, təməli 1752-ci ildə qoyulan, vaxtilə “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa şəhəri bu gün tarixinin ən şərəfli və qürurlu günlərini yaşayır. Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Azərbaycanın tarixi, mədəni strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi həmin günün bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı.

 

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə müraciətində 2022-ci iliŞuşa İlielan etdi. Ölkə başçısı 2022-ci ilin yanvarın 5-də bununla bağlı xüsusi Sərəncam imzaladı. Sərəncamda qeyd olunur ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın bütün Cənubi Qafqazın mədəni ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

 

 Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdikdən dərhal sonra azad edilmiş ərazilərin bərpasına başlayıb bu proses hazırda da geniş miqyas alır. Qarabağ Şərqi Zəngəzur sıfırdan qurulur. İşğalçı Ermənistanın xarabalığa çevirdiyi, yer üzündən sildiyi şəhərlər, kəndlər, qəsəbələr yenidən tikilir. Azad edilmiş ərazilərdə ən müasir infrastruktur yaradılır, hava limanları, elektrik stansiyaları inşa edilir. Yüz kilometrlərlə yollar, su, işıq, qaz digər kommunikasiya xətləri çəkilir. Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Vaqif Poeziya Günləri Xarıbülbülfestivalı bərpa olundu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidənXarıbülbülmusiqi festivalına evsahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündəXarıbülbülfestivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbülfestivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.

 

Bu il Şuşanın 270 illiyi ilə əlaqədar bu unikal şəhərdə bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Həmin tədbirlərdə dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcəklər ki, bu da Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından böyük rol oynayacaq. Eləcə bu tədbirlər zamanı Şuşanın qədim tarixi, adət-ənənələri ilə bağlı bir sıra filmlər, videoçarxlar nümayiş olunacaq, sərgilər təşkil ediləcək. Bununla da dünya ictimaiyyəti bir daha Qarabağın əsl sahibinin Azərbaycan olduğuna erməni yalanlarının dünyada ifşasına şahidlik edəcək.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 16 fevral.- S.8.