Turizm sektorunda canlanma
Rusiya-Ukrayna münaqişəsinin davam etməsinə baxmayaraq, koronavirusla bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması səbəbindən beynəlxalq turizmdə böyük canlanma yaşanmaqdadır. Beynəlxalq Turizm Təşkilatının açıqladığı rəqəmlər də sektordakı canlanmanı təsdiq edir. Bu ilin yanvarında beynəlxalq turizmdə 130 faiz artım baş verib. Başqa sözlə, 1 ayın artımı ötən il baş vermiş ümumi artımdan daha çoxdur. Qeyd edək ki, 2019-cu ildə turizm sektorunda təxminən 1.5 trilyon dollar olan dövriyyə növbəti ildə 3 dəfə azalmışdı. Qurumun məlumatına görə, Yaxın Şərqə gedənlərin sayı 89, Afrikaya üz tutanların sayı 51 faiz artdığı halda Asiya-Sakit okean regionunda əks proses baş verib. Planetin bu guşəsinə marağın ölməsinin səbəbi əksər ölkələrin sərhədlərinin bağlı olmasıdır. Çinin sıfır koronavirus siyasəti bu ölkədə beynəlxalq turizmi dayandırıb. Əsas turizm destinasiyalarına gəlincə, insanlar ən çox Kosta Rika, Antil adaları, Dominikan və Yamaykaya maraq göstərirlər. Avropada da əsas maraq obyekti dəyişməyib: Fransa, İspaniya, Portuqaliya, Yunanıstan və İslandiya.
Türkiyə 42 milyon turist qəbul etməyi planlaşdırır
Türkiyə bu ilin sonuna
kimi 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı
təqdirdə turizm gəlirlərinin 35 milyard
dolları keçəcəyi
gözlənilir. Bu barədə Türkiyənin
mədəniyyət və
turizm naziri Mehmet Nuri Ersoy
yerli telekanala müsahibəsində bildirib.
Nazir 2021-ci ildə Türkiyəyə 30 milyon
xarici vətəndaşın
səfər etdiyini və turizm gəlirlərinin 24,5 milyard dollar təşkil etdiyini xatırladıb. Vurğulayıb ki, hakimiyyət
Türkiyəyə istirahətə
gələn ölkələrin
siyahısını maksimum
dərəcədə genişləndirməyə
çalışır. Bu məqsədlə hələ 2019-cu ildə Türkiyə Turizmin İnkişafı və Tanıtım Agentliyi yaradılıb və ölkənin turizm imkanlarının populyarlaşdırılması
istiqamətində sistemli
addımlar atılır.
Qeyd edək ki, bu
ilin ilk 5 ayında Türkiyəyə 13 milyon
nəfərə yaxın
turist gəlib.
2022-ci ilin may ayında
xarici turistlərin sayı ötən ilin eyni dövrü
ilə müqayisədə
308,48 faiz artaraq 3 milyon 824 min nəfər olub. Təkcə İstanbula
may ayında 1 milyon
402 min 366 xarici turist səfər edib. Bu ilin ilk 5 ayında isə İstanbula gələn xarici turistlərin sayı 5 milyon 284 min 714 nəfər
çatıb. Türkiyəyə
ən çox ziyarətçi göndərən
ölkələrin reytinqində
Almaniya birinci sırada qәrarlaşıb. Sonrakı yerlərdə
İran, Rusiya, Amerika, İngiltәrә, Fransa, İsrail, İraq, Hollandiya vә
Özbәkistan qərarlaşıb.
Bəs, Azərbaycanda vəziyyət necədir?
Yuxarıda qeyd edilən səbəblər bütün
dünyada olduğu kimi, Azərbaycanda da turizm sənayesinin
fəaliyyətinə ciddi
təsir göstərdi. Pandemiya səbəbindən
2020-cil ilə təkcə
daxili turizmdə 3 milyona yaxın səfər təxirə salındı. Ötən ildən
başlayaraq isə ölkəmizdə turizm sahəsində dirçəlmə
müşahidə olunmağa
başlanılıb. Turizm sektorunda
statistik göstəricilərin
müsbətə doğru
dəyişməsi bu
sahədə artıq
canlanmanın başlanmasına
işarədir. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən
330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə
çox əcnəbi
və vətəndaşlığı
olmayan şəxsin gəlməsi də diqqətəlayiq göstəricidir.
Ukraynadakı məlum müharibə
ilə əlaqədar
Avropa və digər bir sıra ölkələrin
Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar ölkəmizin
regional turizm marşrutu
kimi əhəmiyyətini
daha da artırıb.
Təsadüfi deyil ki, ilin birinci
rübündə Azərbaycana
səfər edən əcnəbi turistlərin
27,4 faizini məhz Rusiya vətəndaşları təşkil
edib. Qeyd edək ki, hazırda ölkəmizin quru sərhədləri bağlı olsa da 70-ə yaxın ölkə ilə hava sərhədləri açıqdır. Lakin müşahidələr
göstərir ki, Azərbaycanda əhalinin böyük hissəsi daxili turizmdən yararlanmağa daha çox üstünlük
verir. Bu səbəbdən
də bu il daxili
turizmdə daha çox canlanmanın olacağı gözlənilir.
Hazırda turizm ölkəsi olaraq Azərbaycanın qarşısında duran əsas hədəf
2023-cü ildə 2019-cu ilin
rəqəmlərinə yaxın
statistik göstəriciləri
əldə edə bilməkdir. Bu günədək
ölkə rəhbərliyinin
turizmə xüsusi diqqəti və bu sahədə aparılan düşünülmüş
və məqsədyönlü
siyasətinin davam etdirilməsi postpandemiya dövrü üçün
də turizmin sürətlə bərpasına
nail olunacağını deməyə
əsas verir. İşğaldan azad edilən
torpaqlarımızın çoxçeşidli
turizm imkanlarının
təbliğatı, turistlərin
bölgəyə cəlb
edilməsi üçün
uzunmüddətli və
dayanıqlı inkişaf
strategiyasının hazırlanması
istiqamətində Dövlət
Turizm Agentliyi və digər dövlət qurumları tərəfindən işlər
görülür. Ölkə
başçısının müvafiq Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər” sənədinə
əsasən işğaldan
azad olunmuş ərazilərə Böyük
Qayıdış prioritetinə
uyğun tədbirlərin
reallaşdırılması ilə Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsi vacib hədəf olaraq qalmaqdadır.
Sevinc Azadi
İki sahil.- 2022.- 2 iyul.- S.16.