Bizi birləşdirən dəyər

 

Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 20 il ötür

 

Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması və fəaliyyətə başlaması Azərbaycanın dövlət quruculuğu tarixində çox əhəmiyyətli hadisədir. Çünki Komitənin dünya azərbaycanlıları ilə dövlətçilik prinsipləri və ənənələri çərçivəsindəki fəaliyyəti həmişə  Azərbaycan dövlətinin və xalqının inkişafına xidmət edib.

Bu bir danılmaz faktdır ki, Azərbaycanda diaspor quruculuğunun banisi ümummilli lider Heydər Əliyevdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb. 2002-ci ilin iyulun 5-də isə Prezident Heydər Əliyevin Fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi  yaradılıb.

Bu da faktdır ki, bu gün dünya azərbaycanlılarının birliyini istənilən səviyyədə qoruyub saxlamaq və qarşıya qoyulan məqsədlər istiqamətində birgə fəaliyyət göstərmək kimi məsuliyyəti üzərinə götürən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları bu vəzifələrini peşəkarlıqla icra edirlər. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlıları ilə dövlətçilik prinsipləri və ənənələri çərçivəsindəki fəaliyyəti özünün ən qaynar dövrünü yaşayır.

44 günlük müharibədə  dünya azərbaycanlılarını vahid cəbhədə birləşdirmək, xaricdəki siyasiictimai fəaliyyətləri ilə Ali Baş Komandanımızın dəmir yumruğuna güc qatmaq  əsas məqsəd idi. Ona görə də xaricdəki erməni diasporunun yalanböhtan kampaniyasına tutarlı cavab vermək Diasporla İş üzrə Dövlət Komitəsinin və dünya azərbaycanlılarının əsas hədəfiinə çevrilmişdi.

Kömitənin inkişafında və daha zəngin fəaliyyət göstərməsində Prezident İlham Əliyevin də böyük xidmətləri var. Belə ki, ölkə başçımızın 5 iyul 2018-ci il tarixli Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu Fond ötən illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib. Eyni zamanda, bu gün Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türkiyə diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmçinin Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məqsəd vahid ideyamaraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafına, qüvvələrin ümumi məqsəd naminə birləşdirilməsinə, xüsusən böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olmasına şərait yaratmaqdır. Bu plan həm  COVID 19 pandemiyası, həm də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirilib.

Bundan başqa, ötən illərdə diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi formalaşdırılıb. Həmçinin 2020-ci ildə Nazirlər Kabineti tərəfindən «Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası» təsdiq olunub. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilibqurum «Elektron hökumət» portalına inteqrasiya olunub.

Ötən illərdə Azərbaycanlıların Koordinasiya şuralarının yaradılması və Azərbaycan evlərinin açılması  - hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi fəaliyyət göstərir. COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutmuşlar.

Digər mühüm hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan məktəblərininfəaliyyətlərini genişləndirməsdir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən «Qarabağ məktəbi»ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Bundan başqa, 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış «Azərbaycan dili» dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib. Bütün bu işlərin reallaşmasında Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi əməyi olmuşdur.

O da qeyd olunmalıdır ki, COVID-19 pandemiyası zamanı Dövlət Komitəsi tərəfindən 24/7 fəaliyyət göstərən qərargah yaradılıb, Azərbaycanlıların Koordinasiya şuraları və Azərbaycan evləri gücləndirilmiş rejimdə fəaliyyət göstəriblər. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub, 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanların təxliyəsinə dəstək göstərilib.

Həmçinin Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün mitinq və aksiyaların təşkili də Komitə tərəfindən həyata keçirilib. Belə ki, «Xocalıya ədalət!» kampaniyası çərçivəsində, o cümlədən Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya təşkil olunub.

 

Elçin Zaman

 

İki sahil.- 2022.- 6 iyul.- S.4.