Hacıkənddə Milli Yaylaq
Festivalı keçiriləcək
İyulun 29-dan 31-dək Azərbaycanın
milli-mənəvi dəyərlərinin
təbliği, yaylaq və elat mədəniyyətinin
yaşadılması və
beynəlxalq miqyasda tanıdılması məqsədi
ilə II Milli Yaylaq Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan
seçib.
“Cavad xan” Tarix
və Mədəniyyət
fondunun təşəbbüsü,
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
və bir sıra dövlət qurumlarının təşkilatçılığı
ilə keçirilən
II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın
qonağın iştirakı
gözlənilir.
Xan yaylağının ərzisində
yerləşən Yaylaq
yurdu etno-qəsəbəsində
“Cıdır meydanı”,
“Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”,
“Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan
meydanı”, “Aşıq
Ələsgər ocağı”,
“Yaylaq süfrəsi” kimi tematik guşələr
fəaliyyət göstərəcək.
Festivalda 70 mindən artıq tamaşaçının iştirakı
nəzərdə tutulur. Festival iştirakçıları
3 gün ərzində
xarici ölkələrdən
dəvət olunmuş
etnik musiqi qruplarının ifaları,
yerli kollektivlərin çıxışları, aşıq
deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda
yaşayan azsaylı xalqların mədəniyyət
nümunələri, səhnəciklər
və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları,
milli geyim nümunələri ilə
tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.
Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Xan yaylağında olub və festivala hazırlıq işlərinin
gedişatı ilə
maraqlanıb. Təşkilati məsələlərlə, yaylaq
ərazisində mədəniyyət
guşələrinin və
səhnələrin qurulması,
mədəni proqramın
tərtibi, kollektivlərin
çıxışları, loqistika məsələləri
ilə yerində tanış olan nazir müavini festivalın layihə rəhbəri “Cavad xan” Tarix və
Mədəniyyət fondunun
vitse-prezidenti Müzadil
Həsənovla, təşkilat
komitəsinin üzvləri
ilə və könüllülük proqramı
üzrə seçilmiş
gənclərlə görüşüb.
Görüşdə qeyd olunub ki,
mədəniyyətin gənclər
üçün əlçatan
olması, milli mədəniyyətə sahib çıxması
baxımından könüllülərin
və ümumiyyətlə,
gənclərin tədbirdə
iştirakı vacibdir. Azərbaycan gəncliyinin
mədəni proseslərdə
fəal iştirakı
Mədəniyyət Nazirliyinin
strateji məqsədlərindəndir.
Yaylaq ərazisində hazırlıq
işlərinin tamamlanması
və təşkilati
məsələlərin həlli
üçün tapşırıq
və tövsiyələrini
verən E.Əliyev bildirib ki, Mədəniyyət
Nazirliyi milli mədəniyyətin təbliğinə
yönəlmiş Yaylaq
Festivalına xüsusi
önəm verir və tədbirin yüksək səviyyədə
keçirilməsi üçün
bütün lazımi
dəstəyi göstərir.
Azərbaycan mədəniyyətinin, tarixinin
tanıdılmasının Mədəniyyət Nazirliyinin
fəaliyyətinin prioritet
istiqamətlərindən olduğunu
qeyd edən nazir müavini Nazirliyin bu istiqamətdə
həyata keçirdiyi
tədbirlər, o cümlədən
“Yurd” layihəsi haqqında məlumat verib.
Festival məkanında milli mədəniyyətimizin
canlandırılması - tədbirin
bədii proqramın, açılış və
bağlanış mərasimlərinin
təşkili, oyun və konsert səhnələrinin quraşdırılması
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə həyata keçirilir.
II Milli Yaylaq Festivalının
bədii proqramına Akademik Musiqili Teatr, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət
Dram Teatrı, Gəncə
Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası,
həmçinin Gəncə,
Masallı və Şəki Regional Mədəniyyət
İdarələrinin musiqi,
rəqs və folklor kollektivlərinin çıxışları daxildir.
İki sahil.- 2022.- 27 iyul.- S.8.