Ümummilli lider Heydər Əliyev müstəqil

Azərbaycan dövlətinin qurucusu və banisidir

 

Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev fenomeni haqqında çoxsaylı elmi əsərlər, xatirələr yazılmış, onun şəxsiyyəti, siyasi fəaliyyəti dərindən öyrənilmişdir. Lakin buna baxmayaraq mən ulu öndər Heydər Əliyevin həyat yolu, ömrünü həsr etdiyi siyasi fəaliyyəti haqqında hələlik heç nə deyilmədiyini düşünürəm.

Məhz bu baxımdan mən bu dahi şəxsiyyətin keçdiyi ömür yolunun kiçik, epizodik, mənə məlum olan hissələri üzərində dayanmaq istəyirəm.

Vaxtilə özünün dərin zəkası, əqli, istedadı və fenomenal iş bacarığı sayəsində ulu öndər  Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilməsini SSRİ məkanında yaşayan vətəndaşlar, ələlxüsus türkdilli xalqların nümayəndələri sevinclə qarşıladılar.

Yeni vəzifədə ən ağır məsələlərin həlli Ona tapşırılsa da, Ulu Öndər özünün dərin zəkası, işgüzarlığı, iradəsi və tapşırılan məsələləri verdiyi cəsarətli qərarlarla həlletmə bacarığına malik olması sayəsində az bir müddətdə hamının rəğbətini qazana bilmişdi.

O dövrdə mən dəfələrlə SSRİ-nin müxtəlif millətlərdən olan sadə vətəndaşlarının Heydər Əliyevə rəğbətlərinin, inamlarının şahidi olmuşdum. Bu insanların gözündə Heydər Əliyev artıq SSRİ məkanının liderinə çevrilmişdi.

1986-cı ildə mən Bakı Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin Naxçıvan şəhərində yerləşən “Araz” zavodunda direktor vəzifəsində işləyirdim. İşlə əlaqədar olaraq SSRİ Xüsusi Maşınqayırma Nazirliyinə çağırılmışdım.

Nazirin köməkçisi müşavirədə iştirak etməyimi və müşavirədən sonra nazirin məni qəbul edəcəyini söylədi. Müşavirə başlayarkən rəyasət heyətində SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev görəndə mən bir azərbaycanlı kimi fərəh hissi keçirdim.

Heydər Əliyev özünün dərin, tutarlı dəlilləri və məntiqli nitqi ilə qısa müddət ərzində zalda toplaşmış SSRİ hərbi-sənaye kompleksinin istehsalat rəhbərlərinin baş konstruktorlarının və alimlərinin rəğbətlərini qazana bildi. Mən bir daha Heydər Əliyevin hərbi, sənaye kompleksi əməkdaşları arasında nüfuzunun artmasının şahidi oldum.

Müşavirədə nazir bizim zavodun adını çəkərkən Heydər Əliyev ani olaraq ona tərəf baxdığını gördüm.

Müşavirədən sonra köməkçi məni nazirin kabinetinə dəvət etdi. Kabinetdə Heydər Əliyevi görəndə gözlərimə inanmadım. Mən onları salamladıqdan sonra O, nazirə müraciətlə rus dilində dedi:

– Bilirsiniz, mən də Naxçıvanlıyam və mənim doğma şəhərimdə sizin nazirliyin müəyyən işlər gördüyünü eşidəndə sizdən orada nə işlər gördüyünüz haqda ətraflı məlumat almaq və Naxçıvanla əlaqədar nə problemlər varsa sizə kömək etmək istərdim.

Nazir ona qısa məlumat verərək dedi:

  Heydər Əliyeviç, artıq Məhbub Həşimoviç Naxçıvandakı “Araz” zavodunda şaxta tipli ballistik raketlər üçün müəyyən hissələrin istehsalını təşkil edə bilib. Bizim mütəxəssislər oradakı mühəndislərin işindən çox razıdırlar. Gələcəkdə istehsalı genişləndirmək üçün orada 1500 nəfər işçisi olacaq yeni zavod tikməyi düşünürük.

– Çox yaxşı, orada yeni iş yerləri açılacaq.

– Heydər Əliyeviç, bizim peyklərdə uçan kosmonavtların səhhətlərində problemlər yaranmışdı. Alimlərimiz və konstruktorlar müxtəlif təkliflər verirdilər. Məhbub Həşimoviç kosmonavtların yeməklərinə vitamin kimi Naxçıvanda bitən tərxun otunu əlavə etməyi təklif etmişdi. Bundan əlavə, peykin daxilində çəkisizlik şəraitində xaotik uçan su hissəciklərini udmaq üçün kimyəvi maddədən “silikoqogel”dən istifadə olunur. Məhbub Həşimoviç slikogeli Naxçıvanda olan təbii, insan orqanizminə zərər verməyən seolitlə əvəz etməyi təklif etmişdi. Bizim Elmi-Tədqiqat institutlarımızda araşdırmalar aparıldı və müsbət nəticələr əldə olunub. Mən bu işlərin davam etdirilməsi və gələcək addımlarımızı planlaşdırmaq üçün Məhbub Həşimoviçi bura dəvət etmişəm.

Ulu öndər Heydər Əliyev həmsöhbətini axıradək dinlədikdən sonra üzünü mənə tutaraq suallar verməyə başladı. O, mənimlə bizim sahəni gözəl bilən bir mütəxəssis kimi danışırdı. Verilən suallar elə idi ki, mən onun işin incəliklərini yaxşı bilməsinə, bu haqda ətraflı məlumata malik olmasına inandım. Mənim dəlillərimi dinlədikdən sonra o, nazirə tapşırıqlar verdi və üzünü mənə tutaraq dedi:

– Naxçıvanın ərazisi balaca olsa da insanları çox savadlı və yaradıcıdırlar. Qarşıda sizi böyük işlər gözləyir. Sizə məsuliyyətli iş tapşırılıb. Utanmayın, nə problemləriniz varsa deyin. Kosmik istiqamətdəki bu işlər Naxçıvan üçün böyük perspektivlər açır çalışın etimadımızı doğruldun – dedi.

Bu görüşdən qısa bir müddət sonra SSRİ Xüsusi maşınqayırma nazirinin əmri ilə Naxçıvan Cihaz Zavodunun tikintisinə başlandı. SSRİ Nazirlər Sovetinin qərarı ilə Naxçıvan MSSR Nazirlər Sovetinə  sovxozlardan birində tərxun əkilməsi tapşırığı verildi. Seolit yataqlarının istismar edilməsi üçün işlər başlandı.

Moskvada yüksək vəzifədə işləməsinə, gərgin iş rejiminə baxmayaraq Heydər Əliyev Azərbaycanda tikilən nəhəng, kosmik təyinatlı hərbi-sənaye obyektlərini və bu obyektlərdə işləyəcək yerli kadr potensialının yaradılmasını  öz nəzarətində saxlayırdı.

Azərbaycan ətrafında baş verən sonrakı hadisələr Heydər Əliyevin necə uzaqgörən, müdrik, baş verəcək hadisələri əvvəldən hiss edən və vaxtında qabaqlayıcı tədbirlər görməyi bacaran bir dövlət xadimi, dünya miqyaslı bir siyasətçi olduğunu göstərdi.

Heydər Əliyev fenomenal yaddaşa, sadə insani keyfiyyətlərə malik bacarığı ilə digər rəhbərlərdən fərqlənirdi. Moskva Dəqiq Cihazlar Elmi İstehsalat Birliyinin Baş konstruktoru V.Şetin mənimlə söhbətlərindən birində deyirdi:

– Vaxtilə Kosmonavtların Uçuşu İdarəetmə Mərkəzi ilə danışıqları zamanı problemlər yaranmışdı. Mən problemi zaman kəsiyini qısaltmaqla həll etməyin mümkün olması nəzəriyyəsini təkid edirdim. Lakin heç kim bu nəzəriyyəyə inanmırdı. Mən Heydər Əliyeviçin qəbulunda oldum və o, məni sonadək dinlədikdən sonra müvafiq tapşırıqlar verdi. Heydər Əliyeviçin verdiyi cəsarətli qərar  nəticəsində məsələ öz həllini tapdı. Bu, Heydər Əliyeviçin parlaq qələbəsi idi. O, olmasa idi bəşəriyyət bu kəşfi itirəcəkdi.

V.Şetinin bu kəşfi bu gün də kosmosun fəth edilməsində əvəzsiz rol oynayır və indi də Rusiya Federasiyasına küllü miqdarda valyuta gətirir.    

SSRİ Xüsusi Maşınqayırma Nazirliyinin istehsalat şöbəsinin rəisi A.Qalkin deyirdi:

– Heydər Əliyeviç qəddar deyil, tələbkar idi. Anam xəstələnmişdi. Fikrim onun yanında olduğundan kosmosa göndəriləcək növbəti peykin cihazlarının hazırlanması ləngiyirdi. Məsələ ilə bağlı Heydər Əliyeviçin də qatıldığı müşavirədə mən cəzalanacağımı düşünürdüm. Lakin heç kimin gözləmədiyi halda Heydər Əliyeviç nazirliyin nəzdində olan xəstəxananın baş həkimini qaldıraraq soruşdu:

“Aleksey Stepanoviçin anasının səhhəti ilə maraqlanmısınızmı? Ana müqəddəs bir varlıqdır. Mən artıq göstəriş vermişəm ki, onunla maraqlansınlar. Təəssüf edirəm ki, nazirliyin rəhbərliyi öz əməkdaşlarının problemləri ilə maraqlanmırlar.

Heyrətdoğuran hal idi ki, Heydər Əliyeviç mənim şəxsi problemimlə də maraqlanmağa vaxt tapa bilmişdi. O üzünü mənə tərəf çevirəndə mən: “Heydər Əliyeviç Sizə söz verirəm ki, peykin buraxılışının vaxtı dəyişməyəcək” dedim. O gündən gecələr də zavodda qalırdım və cihazları vaxtında təhvil verdik.  

Qeyd etmək istəyirəm ki, Naxçıvan ağır blokada şəraitində yaşadığı vaxtlarda A.Qalkin RF-nın bütün qadağalarına məhəl qoymayaraq bir neçə dəfə Naxçıvana gəldi və təmənnasız olaraq bizə müasir tibbi və hərbi təyinatlı avadanlıqlar gətirdi.

O dövrdə Heydər Əliyev SSRİ-də yaşayan xalqların sevimlisinə, liderinə çevrilmişdi. Əhali Heydər Əliyevin Sov.İKP MK- nın Baş katibi vəzifəsinə gətiriləcəyi haqda danışırdı. Hadisələrin bu məcrada axını nə M. Qorbaçov və onun əhatəsində cəmləşən erməni –daşnak qrupunu (Şaxnazarov, Sitaryan, Aqanbekyan və s.), nə də M. Qorbaçovun xaricdəki ağalarını qane etmirdi.

O zamankı mürəkkəb dövrdə Heydər Əliyev şəxsiyyəti həm SSRİ daxilində, həm də xaricdə olan müəyyən qüvvələrin qlobal planlarına ciddi şəkildə mane olurdu və sonradan baş verən hadisələr bu fikrin nə qədər düzgün olduğunu təsdiqlədi. Məhz buna görə M. Qorbaçov ətrafına yığdığı erməni – daşnak qrupun təkidi ilə 1987- ci ildə Heydər Əliyevi tutduğu vəzifələrdən azad etdi.

Otuz beş il SSRİ DTK-nın mərkəzi aparatında işləyən general Vyaçeslav Şironin özünün «Àãåíòû ïåðåñòðîéêè. Ðàññåêðå÷åííîå äîñüå ÊÃÁ» (Yenidənqurmanın agentləri. DTK- nın məxfilikdən çıxarılmış sənədlər) kitabında bu haqda yazır:

- Qarabağ hadisələri haqqında ilk xəbər bizə xaricdən gəldi. 1987-ci ildə akademik A. Aqanbekyan Fransada “Erməni veteranları assosiasiyası” və “Fransa erməni institutu” tərəfindən təşkil olunmuş qəbulda M.Qorbaçovla Qarabağ haqqında danışdığını və “qüdrətli Qorbaçovun Qarabağın Ermənistana verilməsi barədə razılıq verdiyi” haqda çıxış etdi.

Əlbəttə, M.Qorbaçov Aqanbekyanın bu iddiasını inkar etmədi və məhz Aqanbekyanın bu çıxışından sonra ermənilərin xaricdəki partiyaları “İnqilabçı daşnaklar”, “Erməni inqilabçıların ittifaqı”, “Kilikiya”, “Ermənistanın müdafiəsi”, “Jiranair” və s. açıq şəkildə SSRİ-nin və Azərbaycanın konstitusiyasına qarşı əsassız surətdə hücuma keçdilər. Uzaq Parisdə səslənən torpaq iddiası Bakı üçün gözlənilməz bir şillə idi”.

Bu hücumların davamı olaraq Ermənistanda əsrlərlə bu torpaqlarda yaşayan azərbaycanlılara qarşı öz vəhşiliyi ilə analoqu olmayan kütləvi talanlar, qırğınlar başladı və az bir müddət ərzində 240 min azərbaycanlı Ermənistandan qovuldu.

Qarabağ hadisələrini qızışdıran Qalina Staravoytova mənim diqqətimi cəlb etdi. Qarabağ faciəsini araşdıraraq mən bu qənaətə gəldim ki, heç kimin tanımadığı Q.Staravoytova özünün ermənipərəst mövqeyi ilə az bir zaman ərzində qəflətən kimlərinsə tapşırığına əsasən,  Ermənistandan SSRİ- nin xalq deputatı seçilmişdir.

Bütün sənədlərdə o özünün dul qadın olduğunu yazırdı. Lakin biz onun əri M. Borşevskinin İngiltərədə yaşadığını, ABŞ MKİ-yə işlədiyini və arvadı ilə sıx əlaqədə olduğunu öyrəndik. Staravoytova açıq şəkildə deyirdi:

– Əgər Ermənistan olmasa idi belə Azərbaycan Qarabağ problemi ilə üzləşəcəkdi.

Burada qeyd etmək istərdim ki, eyni sözləri 1990-cı ildə mənə Tehranda  əslən azərbaycanlı olan, İranın keçmiş sənaye naziri Təvəkküli də demişdi:

– Əgər Ermənistan olmasa idi bizim “mollalar” yeni bir Ermənistan yaradıb onu Azərbaycana qarşı qoyacaqdılar...

İslam dininə sitayiş edən iranlı məmur ilə yəhudi Staravoytovanın sözlərindəki heyrətamiz oxşarlıq diqqət çəkirdi. Bu isə Azərbaycana qarşı hazırlanmış təxribatın miqyasının böyüklüyündən xəbər verirdi.

Bakıda 1990-cı il 20 Yanvar qırğınından  dərhal sonra Qorbaçov və onun ermənilərdən ibarət ətrafının gözləmədiyi halda uzaqgörən, müdrik dövlət xadimi Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək jurnalistlər qarşısında baş verən hadisələr haqqında açıq şəkildə, qorxmadan, cəsarətli, ifşaedici bəyanatla çıxış etdi. M.Qorbaçovun dirijorluğu ilə idarə olunan “orkestrin musiqiçiləri arasında” böyük bir çaşqınlıq yarandığı göz qabağında idi.

Heydər Əliyevin Moskvada jurnalistlər qarşısında etdiyi bu cəsarətli çıxışı adi bir etiraz kimi deyil, ağır cinayət törətmiş Qorbaçov və onun ermənilərdən ibarət ətrafına qarşı sərt ittiham kimi qəbul olurdu.  

O zamanlar M. Qorbaçov bəzi məsələlərin həllini “əmək kollektivlərində” həll olunmasına üstünlük verərək öz cinayətkar hərəkətlərini xalqın iradəsi kimi qələmə verirdi.

Bundan istifadə edərək mən  SSRİ hərbi-sənaye obyektlərindən biri sayılan Naxçıvan Cihaz Zavodunun  kollektivinin adından SSRİ Xüsusi Maşınqayırma Nazirliyinə və nazirliyin bütün müəssisələrinin kollektivlərinə 20 Yanvar hadisələrinə qiymət vermələri haqqında müraciət edərək Bakıda baş verən 20 Yanvar hadisələrinin və Heydər Əliyevin məşhur bəyanatının SSRİ-nın hərbi sənaye müəssisələrinin “əmək kollektivləri”də müzakirə edilməsini tələb etdim. Müraciətin “itməməsi” üçün, mən məsuliyyəti öz üzərimə götürərək müraciəti o vaxtlar ancaq hərbi məqsədli müəssisələrdə olan “teletayp” vasitəsi ilə göndərilməsinə icazə vermişdim.

Müraciətdən iki gün sonra mən Moskvaya çağırıldım. Mən çoxlu sənədlər, faktlar, qəzetlər, şəkillər toplayaraq Moskvaya getdim. Naxçıvan cihaz zavodunun  direktoru kimi mənə DTK tərəfindən xüsusi vəsiqə verildiyindən mənim əlimdə olan materialları rus hərbçiləri yoxlamağa cürət etmədilər.

Yadımdadır ki, mənim faktlara əsaslanan çıxışımdan sonra gətirdiyim şəkillərlə tanış olan dünyada tanınmış, öz çəkilərini bilən baş konstruktorlar, alimlər, aparıcı mütəxəssislər eşitdikləri və gördüklərindən dəhşətə gələrək elə oradaca yığıncağın yekun protokoluna “Sov.İKP MK –dan kommunist Qorbaçovun şəxsi məsələsinə baxılması” yazılması tələbini irəli sürdülər.

SSRİ hərbi-sənaye müəssisələrinin əməkdaşları arasında Heydər Əliyev çox böyük nüfuza malik idi. SSRİ Xüsusi Maşınqayırma Nazirliyinin əməkdaşları  Heydər Əliyevin Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatının tam mətnini Moskvada nəşr edilən “Ñòîëèöà» (Paytaxt) jurnalının 1və 2 nömrələrində çap etdirib, jurnalın bir neçə nüsxəsini də  mənə göndərdilər. Sonralar eşitdim ki, “Ñòîëèöà» jurnalının digər nüxsələri xarici səfirliklərə, ölkə daxili nazirlik və idarələrə göndərilibmiş.     

Mən Heydər Əliyevin bəyanatının tam mətnini Azərbaycan dilinə tərcümə etdim və yerli qəzetlərdə çap etdirdim. Bəyanatın yayılması xalq arasında ruh yüksəkliyinə, gələcəyə inama səbəb olmuşdu. Heydər Əliyev insanların gözündə xalqı düşdüyü bəlalardan xilas edəcək bir xilaskar idi.

Tezliklə Heylər Əliyev yenidən öz xalqının yanına qayıtdı və Azərbaycan xalqı onu özünün xilaskarı kimi təntənə ilə qarşıladı. Qarşıda onu yuxusuz, gecələr, gərgin iş rejimi və şərəfli bir həyat gözləyirdi.

Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra onun fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə M. Qorbaçovun əmri ilə Naxçıvan ərazisində televiziya siqnallarnı yayımlayan qurğular partladıldı və telefon rabitəsi demək olar ki, iflic halına salınmışdı.

O günlərin birində Heydər Əliyev məni yanına çağıraraq dedi:

 – Telefonlar işləmir, işlədikdə isə danışıqlarıma qulaq asılır. Televiziya verilişləri tamamilə dayandırılıb. Məni tədric etmək istəyirlər. Gör nə edə bilirsən!.

Mən dərhal Moskva Dəqiq Cihazlar Elmi İstehsalat Birliyinin Baş direktoru A.Qorkovoy ilə əlaqə saxladım və bütün məhdudiyyət və hədələrə baxmayaraq iki gün sonra Birliyin radarlar üzrə məşhur mütəxəssisi A. Xristiç Naxçıvana gəldi.

A. Xristiç mənə dedi:

– SSRİ Xüsusi Maşınqayırma Nazirliyinin bütün əməkdaşları eşidəndə ki, Heydər Əliyeviç Naxçıvanda rabitəsiz və televiziyasız qalıb mənim dərhal yola düşməyimi tələb etdilər. Sən bilirsən bizim nazirliyimizin əməkdaşları Heydər Əliyeviçi çox sevirlər, Mişanı (M. Qorbaçov) isə sevmirlər. 

Biz Naxçıvanda o zamanlar texniki yenilik sayılan, peyk vasitəsi ilə yayımlanan televiziya verilişlərini təşkil etdik. Naxçıvan MR-in əhalisi rus və türk dilində yayımlanan televiziya verilişlərinə  baxa bilirdilər.

Naxçıvan Ali Məclisinin Sədri işləyərkən Heydər Əliyev mənə müxtəlif məsələlərin həllini tapşırırdı və bu məsələlərin həlli zamanı mən hər dəfə onun digər xalqlar arasında necə böyük nüfuza malik olduğunun şahidi olurdum.

 Bir dəfə Heydər Əliyev mənə Azərbaycan Hərbi Hava Qüvvələrinin vertalyotları üçün ehtiyat hissələri almağı tapşırmışdı. Kazan şəhərinə uçarkən erməni millətindən olar bir sərnişinin də qeydiyyatdan keçdiyini gördüm.

Qəbul otağında olarkən mən həmin erməninin qəbul otağına girdiyini gördüm. Əlində böyük bir qutu var idi. “Deyəsən rüşvət də gətirib əclaf” deyə düşündüm.

Zavodun milliyyətcə tatar olan durektoru (bir neçə dəfə Moskvada iclaslarda görüşmüşdüm) məni qarşılayaraq soruşdu;

– Heydər Əliyeviç necədir? Biz bilirik ki, blokada şəraitində yaşamaq çox çətindir. Kazanla Bakının, Naxçıvanın arasındakı məsafə uzaq olsa da biz tatarlar qəlbən sizinləyik. Heydər Əliyeviç bütün tatarların da lideridir.

Mən  ona Heydər Əliyevin salamını çatdıraraq gəlməyimin səbəbini söylədim. O telefonla lazımi göstərişləri verdikdən sonra mənim gözləmədiyim halda dedi:

  Mən Heydər Əliyeviçə hədiyyə olaraq 4-5 ədəd hərbi vertalyot vermək istəyirəm. Naxçıvan MSSR hökumətinin adından bir məktub gətirin ki, sanitar aviasiyası üçün vertalyotlar tələb olunur. Qoy bu mənim  ermənilərlə mübarizədə sizə hədiyyəm olsun.

Onunla səmimi ayrılarkən dedi;

–Narahat olma, ermənini indi əliboş yola salacağıq.

Naxçıvana qayıtdıqdan sonra Heydər Əliyevə səfərim haqqında məruzə etdim və o, vertalyotların alınmasını Naxçıvan MSSR Nazirlər Sovetinin sədri Bəcan Fərzəliyevə tapşırdı. Əfsuslar olsun ki, Bəcan Fərzəliyevin səriştəsizliyi sayəsində vertalyotlar alınmadı

Az müddət sonra, M.Qorbaçov xaricdəki himayədarları tərəfindən şirəsi sıxılmış nar qabığı kimi kənara atıldı. Rus dövlətinin başına yəhudi B.Yeltsin və onun yəhudilərdən ibarət komandası gətirilərək SSRİ –nin “parçalanması” və “özününküləşdirilməsi” planına start verildi.

General V. Şironin özünün kitabında yazır:

– Azərbaycan xalqına  xas olan vətənpərvərlik, qonaqpərvərlik, çörəyini başqası ilə bölmək və s. çox gözəl adətləri var.  Azərbaycanda  azərbaycanlıların mentalitetini dəqiq əks etdirən həyasız bir qonaq haqqında qədim bir ibrəmiz  rəvayət var:

Azərbaycanlı ev sahibi ona qonaq gəlmiş bir şəxsi yedirib içirir, yataqla təmin edir. Qonaq yerli adətləri gözəl bildiyindən hər gördüyü şeyi tərifləyir. Çünki qonaqpərvər Azərbaycanlıların adətlərinə görə qonağın xoşuna gələn hər şey qonağa bəxşiş edilirdi. Özünə çoxlu hədiyyə alan qonaq gedərkən ev sahibi qapının yanında ondan getməzdən əvvəl çəkmələrini çıxarıb tozunu çırpmasını xahiş edir. Qonağın “nə üçün?” sualına ev sahibi belə cavab verir: “Biz torpağımızı heç kimə vermirik!”

General V. Şironin bu etirafı ermənilərin Qafqaza sonradan gəlmələrinə və onların həyasızlıqlarına açıq bir işarə idi.

Hadisələrin sonrakı inkişafı göstərdi ki, öz əməllərinə görə Rus xalqı tərəfindən “satqın” damğası vurulmuş M.Qorbaçov erməni dostları tərəfindən tərk edildi. Artıq ermənilər özlərinə başqa sahib tapmışdılar.

Azərbaycan isə verilən çoxlu şəhidlər bahasına yenidən öz müstəqilliyini bərpa etdi.

 

Ìəhbub Kazımov,

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyyatlar İnstitutu

 

İki sahil.- 2022.- 18 iyun.- S.13-14.