Vokal sənətinin Bülbülü

 

Ustad xalq sənətkarları ilə şöhrət qazanmış, "Qafqazın konservatoriyası", Azərbaycanın musiqi beşiyi kimi məşhurlaşmış Şuşa şəhəri bizə digər sənət korifeyləri ilə yanaşı, həm də Azərbaycanda professional vokal məktəbinin banisi, qüdrətli müğənni Bülbülün vətəni kimi də əzizdir. Ecazkar səsi ilə hamını heyran qoyan, öz zəngulələrilə bülbülü xatırladan və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə Bülbül kimi tanınmışdır. O, 1897-ci il iyunun 22-də Şuşada anadan olmuşbu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olmuşdur. O, ilk təhsilini də burada mədrəsədə almış, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqdaMolla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını öyrənmişdir. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdı oğlundan sənətin çox sirlərini mənimsəmişdir. Xalqın sevimlisinə çevrilmiş gənc Bülbülün şöhrəti doğma yurdunun sərhədlərini aşmış, professional xanəndə kimi o, ilk Azərbaycan operalarında da çıxış etmişdir.

Bülbül 1921-ci ildə təşkil olunmuş Azərbaycan Dövlət Konservatoriyasında ilk azərbaycanlı tələbə kimi vokal təhsili alır, burada rusAvropa klassik musiqisini öyrənir, dünyagörüşünü genişləndirir. MoskvaPeterburq şəhərlərinə qastrol səfərləri zamanı isə dinlədiyi görkəmli rus müğənnilərinin, xüsusilə SobinovŞalyapinin yaradıcılığı ona çox böyük təsir göstərir. 1927-ci ildə isə Bülbül vokal sənətinə dərindən yiyələnmək üçün İtaliyaya gedir, burada 4 il müddətində dövrünün tanınmış musiqiçilərindən dərs alır, məşhur italyan müğənnilərinin yaradıcılığından bəhrələnir. Vətənə qayıtdıqdan sonra Bülbül sənətin zirvələrinə doğru aparan yolla inamla irəliləməyə başlayır. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olur. Bununla da o, Azərbaycanda ilk olaraq professional vokal ifaçılığının bünövrəsini qoyur.

Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi: "Öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər".

Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli bildirirdi: "Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır". Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – "Koroğlu" operasında Koroğlu rolunun ilk, həm də ən yaxşı ifaçısı olmuşdur. Bülbül Koroğlunu səhnədə 400 dəfə canlandırmışdı. O, bu obrazla ən möhtəşəm opera səhnələrində parlamışdır. Moskvanın möhtəşəm Böyük teatrında oynanılmış “Koroğluya görə Üzeyir Hacıbəyli və Bülbül sovet siyasi elitasının xüsusi rəğbətini qazanmış, SSRİ-nin ən ali mükafatlarına və fəxri adlarına layiq görülmüşdülər. İndiBülbülün adı gələndə çoxlarının göz önündə ilk növbədə Üzeyir bəyin Koroğlusu canlanır. Bu obraz bilavasitə Bülbülün səsinə yazılmış, xalq dili ilə desək, boynuna biçilmişdi. Bu baxımdan ulu öndər Heydər Əliyevin Bülbülün 100 illik yubiley gecəsində dilə gətirdiyi fikirlər Hacıbəyli-Bülbül Koroğlusunun mahiyyətini çox sərrast üzə çıxarır: “Üzeyir Hacıbəyov “Koroğlu” dastanını musiqiyə çevirdi, opera yazdı. Bülbül isə Koroğlunu yaratdı..”

Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olmuş, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrətmişdir. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar teatrkamera ifaçılığı sahəsində layiqli yer tutmuşlar. Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarlarımızı – Niyazini, Qara Qarayevi, Cövdət Hacıyevi, Fikrət Əmirovu, Səid Rüstəmovu, Tofiq Quliyevibir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb etmişdir ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynamışdır.

Bülbülün dünyaya göz açdığı ev 1787-1788-ci illərdə onun ulu babası Kərbəlayı Yusif tərəfindən inşa olunub. Bülbül bu evdə 8 nəfərlik ailəsi ilə yaşayıb. Ailədə 6 uşaq olublar. Uşaqların 5-i müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Deyilənlərə görə, Bülbül həyətlərindəki bu tut ağacına çox bağlı olub. 1871-ci ildə əkilən həmin ağacın bu il 151 yaşı tamam olur. Həyətdə isə yanaşı üç tut ağacı olub. Maraqlıdır ki, 30 ilə yaxın işğal dövründə vandal düşmən yalnız onlardan birini kəsib və Bülbülün uşaq vaxtı çıxıb oxuduğu ağaca toxunmayıb.

Bülbülə və eləcə də onun ailəsinə hər zaman ulu öndər Heydər Əliyevin, ailə üzvlərinin xüsusi diqqəti, himayəsi və rəğbəti olub. Məhz ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən 1982-ci il avqustun 31-də Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Ev-muzeyinin binası 1982-1983-cü illərdə təmir olunub, ekspozisiyası qurulub və fəaliyyətə başlayıb. Həmin vaxt həyətdə Bülbülün büstüqoyulub. 1976-cı ildə Şuşada, 1982-ci ildə isə Bakıda Bülbülün memorial muzeyi açılıb.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Ulu Öndər Bülbülün irsinin yaşadılmasına və təbliğinə diqqətlə yanaşıb. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunub. Həmin ildən başlayaraq mütəmadi olaraq vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir. Bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gələn vokalçılar qatılırlar. Dahi sənətkarın irsinin yaşadılması Prezident İlham Əliyevin də daim xüsusi diqqətindədir. Prezident İlham Əliyevin sərəncamları ilə Bülbülün 110 və 120 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilən Şuşada ilk həyat bəxş edilən ünvanlardan biri də məhz Bülbülün ev-muzeyidir.

Qeyd edək ki, işğala qədər muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı.Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı.

Prezident İlham Əliyev Vətən müharibəsindəki qələbədən sonra Şuşaya 2021-ci ilin yanvar ayında etdiyi ilk səfərində birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Bülbülün dağıdılmış ev-muzeyinə də baxmış, bərpası ilə bağlı tapşırıq və tövsiyələrini vermişdi. Həmin səfər zamanı cənab İlham Əliyev özü ilə Şuşaya Bülbülün büstünü də gətirmişdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ötən il avqustun 29-da Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Evin qarşısında Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 22 iyun.- S.7.