Qarabağın və Şərqi
Zəngəzurun
bərpasında “yaşıl enerji” prinsipi
Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş
mütərəqqi islahatları
bütün sahələrdə
inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə regionların sosial-iqtisadi inkişafını xüsusi
diqqət mərkəzində
saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. "Bizim
iş üslubumuz belədir: bölgələrdə
problemi müəyyən
etmək, onun həlli üçün lazım olan yolları müəyyən
etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız
da var" deyən dövlət başçısının həyata
keçirdiyi uğurlu
strategiya nəticəsində
Azərbaycan qısa müddətdə dünyanın
sürətlə inkişaf
edən, bütün sahələrdə yeniləşən
dövlətlərindən birinə çevrilmişdir.
Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları
da ölkəmizin tərəqqisində önəmli
rol oynayıb. Bu proqramların icrası respublikamızın hərtərəfli
inkişafının təmin
edilməsinə, paytaxtla
bölgələr arasında
fərqin azalmasına
səbəb olub.
Təsadüfi deyil ki, proqramların qəbulundan
sonra regionlarda onlarla kiçik, orta və böyük
həcmli müəssisələr
istifadəyə verilib,
müasir infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda məhsul istehsalı dəfələrlə artıb.
Regionların inkişafından bəhs edərkən işğaldan
azad edilmiş ərazilərdə aparılan
bərpa və quruculuq işlərini də xüsusi qeyd etmək lazımdır. 30 il
ərzində erməni
tapdağında qalaraq
yerlə-yeksan edilən
Azərbaycanın incisi
Qarabağda və Şərqi Zəngəzurda
aparılan yenidənqurma
işləri bütün
dünyanın diqqət
mərkəzindədir. Artıq
erməni vandalizminin izləri bu ərazilərdən yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat
infrastrukturu yaradılır,
yüksəkgərginlikli elektrik
xətləri çəkilir,
yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri
də yaxından iştirak edirlər.
Əlbəttə, Qarabağın bərpası təkcə
Azərbaycanın deyil,
bütövlükdə regionun
iqtisadiyyatının mühüm
tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə
təkan verəcək.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası
Prezident İlham Əliyevin 2021-ci il
2 fevral tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin
növbəti illərdə
ölkənin sosial-iqtisadi
inkişafına dair beş milli
prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə
böyük əhəmiyyət
verdiyini təsdiqləyir.
Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin
bərpası ilə əlaqədar böyük
planı var: “Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları
tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda
demişdim ki, biz Qarabağ bölgəsində
cənnət yaradacağıq
və sözümdə
dururam. Bizim hamımızdan asılıdır
ki, bu sözlər
yerinə yetirilsin.
Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır”.
Ölkə başçısı cənab Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində
Rusiyanın aparıcı
kütləvi informasiya
vasitələrinin rəhbərləri
ilə görüşdə
də bu məsələyə toxunaraq
bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərdə
ötən il bərpa və quruculuq işləri üçün 1 milyard
300 milyon dollar ayrılmışdır.
Artıq
Ağdam, Füzuli, Şuşa şəhərlərinin
tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də
yaxın vaxtlarda təsdiqlənəcək. Layihələrin
hər biri plan üzrə işlənilib
hazırlanaraq vaxtında
təqdim olunur. “Yaşıl enerji” prinsipinin əsas götürüldüyü Qarabağ və Şərqi Zəngəzurun bütün
zonası “yaşıl
enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı
kəndlər” konsepsiyasında
yenidənqurulur. Bu konsepsiyanı həyata keçirməklə həm
aqrar sektor inkişaf etdirilir, həm də idarəetmə sistemində
elektronlaşmanın və
şəffaflığın təmin olunmasına, qərarların çevik
qəbul edilməsinə
nail olunur. Bundan başqa,
“ağıllı kənd”
layihəsi, eyni zamanda, insanlara kənddə pul qazanmaq imkanı da yaradır. Hər bir ölkə vətəndaşının olduğu
kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə
çıxışı olmalıdır
və bütün bu məsələləri
həll etmək üçün dünyada
innovativ kənd layihələrindən istifadə
edilir. “Ağıllı
kənd” məşğulluğun
təmin olunması modeli kimi də
çox vacib mexanizmlərdən sayılır.
Həm də məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına
imkan verir. Qeyd etmək yerinə düşər ki, Avropada elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat inkişaf etmişdir.
İşğaldan azad olunmuş ərazilərdə istehlakçıların
fasiləsiz, dayanıqlı
və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə
genişmiqyaslı yenidənqurma
və əsaslı təmir-tikinti işləri
həyata keçirilir. Bu prosesdə ağıllı
konsepsiyalardan da istifadə olunur.
Prezident
İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin
“yaşıl enerji” zonasına çevrilməsi
ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun
olaraq, Suqovuşandakı
2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşmışdır.
Ümumilikdə, işğaldan azad
olunmuş ərazilərin
fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər
uğurla davam edir. İşğaldan azad olunmuş
ərazilərdə alternativ
enerji mənbələrindən
də geniş istifadə edilməsi nəzərdə tutulur.
Belə ki, “Yaşıl enerji zonası” konsepsiyasına əsasən Fizuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Laçın
və Kəlbəcər
rayonlarında Günəş
elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı
7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilmişdir.
Hər bir ərazi üzrə düşən
Günəş radiasiyasının
miqdarına görə
gözlənilən enerji
istehsalı müəyyənləşdirilmişdir.
Nilufər Mustafaqızı
İki sahil.- 2022.- 3 mart.- S.8.