Pənahəli xanın Şirazda

müəmmalı ölümü

 

Şuşa İli”nin işığında

 

Pənahəli xan İbrahimxəlil ağa  oğlu Cavanşir 1693-cü ildə Qarabağın Alaqarğu kəndində anadan olub. O, məşhur Cavanşirlər elatının ağsaqqalı Sarıca Əlinin başçısı olduğu böyük bir nəslin nümayəndəsidir. Atası İbrahimxəlil ağa məşhur Cavanşirlər, anası Qızlarbəyim xanım Qarabağın nüfuzlu Bəhmənli tayfasından idi. Hər iki tayfa bölgənin söz güc sahibləri idi.  Pənah bəyin uşaqlığı yeniyetmə çağları Qarabağda gedən feodal müharibələri dövrünə təsadüf edib. O, bu döyüşlərdə igidlik göstərərək ad-san qazanan sərkərdə kimi yetişib. Sonra o, qardaşları ilə birlikdə Osmanlı-Səfəvi müharibəsində Arazın o tayına keçib. Qarabağ bəylərbəyi II Uğurlu xan Ziyadoğlu-Qacarın topladığı qoşunun tərkibində sonralar İran hökmdarı olmuş Nadir şah Əfşarın ordusunda xidmət edib süvari dəstələrdən birinin başçısı kimi Osmanlı Əfqanıstan qoşunlarını Səfəvi dövlətindən vurub çıxarmaqla Gəncə, Naxçıvan, Tiflis, İrəvan ətrafındakı döyüşlərdə fərqlənərək Nadirin gözündə ucalıb. Müharibələrdən qalib çıxan Nadir 1736-cı ildə özünü şah elan edib Pənahəli bəylə qardaşı Fəzləli bəyi öz sarayında xidmətə götürüb. Ancaq sonradan Fəzləli bəy Nadir şahın qəzəbinə gəlib müəmmalı surətdə öldürülüb. Onun tutduğu eşikağası vəzifəsinə Pənahəli bəy götürülüb. Lakin gözü götürməyənlər onu da şahın nəzərindən salmağa nail olublar. Bunu duyan Pənahəli bəy 6 nəfər yaxın adamı ilə saraydan qaçaraq Naxçıvana, oradan da Qarabağa gəlib. Nadir şah onun tutulub gətirilməsi üçün Təbriz Şamaxı hakimlərinə xəbər göndərib. Lakin onu tutmaq mümkün olmayıb. Çünki o, başına yığdığı silahlı dəstə ilə tez-tez yerini dəyişir şahın  qoşunlarına ciddi zərbələr endirirdi. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldü. Bundan istifadə edən Pənahəli bəy ətrafına böyük ordu yığaraq gücünü artırdı Xorasana, Əfqanıstana köçürülən Qarabağ camaatını geri qaytardı. Beləliklə, Pənahəli bəyin azad, müstəqil dövlət yaratmaq niyyətlərinə əlverişli şərait yarandı o da bundan bacarıqla istifadə etdi. Qısa müddətdə dağınıq yaşayan Qarabağ ellərini bir bayraq altında birləşdirdi. Bununla da Qarabağın tarixində yeni dövr başlandı. Pənahəli bəyin rəhbərliyi ilə xanlıq yarandı o, özünü xan elan etdi. Bu təyinata layiq olmasını  Hülakülər sülaləsindən olan Arqun şahın nəslindən olması ilə əsaslandırırdı.

Müstəqil hakimiyyətə başlayan Pənahəli bəy ilk növbədə xanlığı qoruya bilən bir qala tikdirdi. 1748-ci ildə tikilən qala uzunmüddətli mühasirəyə etibarlı olmadı. Belə ki, həmin il Şəki hakimi Hacı Çələbi xan Qarabağ məliklərinin fitvası ilə Bayat qalasına hücum etdi. Qəfil hücuma hazır olmayan Pənahəli bəy geri çəkilərək qüvvə toplamaq üçün Zəngəzurdakı dostu Qara Murtuza bəyin yanına getdi, yaxın adamlarını isə ətraf yerlərə qoşun toplamağa göndərdi. Qara Murtuza bəylə birgə hazırlanan əks-hücum planı əsasında Bayat qalası azad olundu Pənahəli xan elin hörmətini etibarını qazandı. Ətraf bölgələrdən könüllü döyüşçülər gəlib ona birləşdilər. Pənahəli bəyin tabe olmadığını getdikcə gücləndiyini görən   təşvişə düşən İran şahı Əliqulu Mirzə (onu Adil şah adlandırırdılar) Azərbaycan hakimi Əmiraslan xanı Pənahəli bəyin yanına göndərərək şaha tabe olmasını xahiş etdi. Pənahəli bəy iki şərtlə razılıq verdi. Buna görə Adil şah ona xan titulu verərək öz fərmanı ilə xanlığını rəsmən təsdiq etdi qiymətli hədiyyələr göndərdi.

1749-cu ildə I Şah Abbasın qışlağı olmuş Tərnəküt təpəsində şəhər-qala inşa edilsə buranın da möhkəm istehkam olmadığı üçün daha sərt relyefi olan Şahbulaqda yeni qalanın tikintisinə başlanıldı. Bu arada düşmən mövqeyində duran Qarabağ məlikləri qüvvələrini biləşdirərək tez-tez Pənahəli xana qarşı çıxırdılar. Lakin daim tədbirli Pənahəli xan məliklərin qoşunlarını darmadağın edərək onları tabe olmağa məcbur etdi. Vərəndə başçısı Məlik Şahnəzər isə döyüşsüz təslim olaraq həmişə xana sədaqətlə xidmət edəcəyinə söz verdi. Düşmənlərdən etibarlı müdafiə qurmaq üçün Pənahəli xan 1750-ci ildə hündür sərt qağlıq ərazidə Şuşa qalasının bünörəsini qoydu. Dərin dərələrlə sıldırım qayalarla əhatə olunmuş Şuşa qalası alınmaz idi orada uzun illər mühasirədə qalmaq olardı. Beləliklə, Şuşa Qarabağ xanlığının paytaxtı seçildi. Ətrafında yaşayış evləri, bazar, məscidlər, xan sarayı, əyanların sarayları, sikkəxana, karvansaralar,  hamamlar s. inşa edildi. Xanın şərəfinə Şuşanın ilk adı Pənahabad oldu Pənahabad adlı pul buraxıldı.

Lakin xanlığın düşmənləri onun rahat həyatını pozurdular. Arazın o tayından Fətəli xan Şuşa qalasına hücum etsə güclü müqavimətlə üzləşərək itkilərə məruz qaldı. Qalaya atılan top mərmiləri oraya düşmədiyindən ziyan vurmadı heç kəsi qorxutmadı. Belə olanda Fətəli xan hiyləyə əl atdı. Şah Pənahəli xanı aldadaraq onun böyük oğlu İbrahimxəlil bəyi girov götürərək Arazın o tayına qayıtdı. Pənahəli xanın bir neçə oğlu olsa da, İbrahimxəlil daha əziz idi. Oğul həsrəti bir il çəkdi. Sonra İranda qüvvətli qoşunu olan şahla ədavət aparan Kərim xan Zənd bir neçə xana, o cümlədən Pənahəli xana məktub yazaraq onları İran şahı Fətəli şaha qarşı döyüşə çağırdı. Oğlu İbrahimxəlili azad etmək üçün Pənahəli xan Kərim xan Zəndə qoşuldu. Şah ordusu ilə baş verən döyüşdə birləşmiş xanlar qalib gəldilər, Fətəli şah əsir alındı. Lakin Kərim xan hiylə işlədərək müttəfiqlərinə xəyanət etdi, xanları aldadaraq “”40 günlük şadyanalıqadı ilə girov saxladı, sonra onlara  ölənəcən qonağımsınız”-dedi. Beləcə bir müddət ev dustaqlığında qalan Pənahəli xan 1763-cü ilin isti yay günlərindən birində Şiraz şəhərində tək bir nəfərdən başqa hamı üçün müəmmalı surətdə vəfat etdi. Çox sonralar müəmma açıldı. Məlum oldu ki, Kərim xan Zəndin onu sağ buraxmayacağını bilən Pənahəli xan bir axşam onunla birlikdə olan bacısı oğlu Fəzləli ağaya deyir ki, bu gecə bihuşdarı içəcəm huşum gedəcək, qorxma, ölməyəcəm. Səhər açılanda gedib Kərim xana mənim öldüyümü deyərsən. Əgər icazə versə, məni apararsan Qarabağa, yolda oyanacam. Amma işdir-şayətdir, Kərim xan icazə verməsə, onda  sirri heç kəsə açmazsan. Sübh açılan kimi Fəzləli ağa Kərim xanın yanına gedərək gecə Pənahəli xanın rəhmətə getdiyini bildirir. Hiyləgər Kərim xan dərhal cərrahlara əmr verir ki, Pənahəli xanın daxili orqanlarını götürsünlər,-havalar  isti keçir, yoxsa meyid yolda qoxuyar-deyir. Beləliklə, cərrahlar Pənahəli xanı diri-diri əməliyyat edərək daxili orqanlarını kəsib götürürlər. Bundan sonra cənazəsi Şirazdan gətirilərək Ağdamın İmarət qəbiristanlığında dəfn edilir.

 

Vəli İlyasov

 

İki sahil.- 2022.- 11 mart.- S.7.