Hara baxsan göz oxşayır

Qarabağın turizm potensialı

 

Yeraltı yerüstü sərvətlərilə zəngin olan Qarabağın turizm potensialı kifayət qədər genişdir. Burada turizmin bir çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur. Turizm mütəxəssislərinin fikrincə, Azərbaycanın qədim tarixə malik olan bu bölgəsi özünün flora faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları s. görməli məkanları ilə turistləri cəlb edəcək.

 

Vətən müharibəsindən ötən müddətdə işğaldan azad edilən ərazilərdə Füzuli Beynəlxalq Hava Limanının tikintisi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi inşası, Kəlbəcər-Laçın istiqamətinə Göygöl rayonundan başlayaraq magistral yol salınmasının nəzərdə tutulması, Suqovuşan su anbarının ətrafında turizm kompleksinin yaradılması, eyni zamanda, Zəngilan Laçında beynəlxalq hava limanlarının tikilməsi ondan xəbər verir ki, bütün bunlar bölgəyə yerli, eləcə xarici ölkələrdən səyahət etməyə gələn turistlərin sayını xeyli artıracaq. Onu da qeyd edək ki, əsrarəngizliyi ilə seçilən Laçında Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Bu ərazilərdə tarixi dini abidələr, çinar meşələri var. Odur ki, təbiətinin zənginliyinə görə bu bölgənin gələcəyi daha çox ekoturizmlə bağlı olacaq. Bundan səriştəli istifadə edilərsə çox güman ki, Qarabağ dünyada daha çox diqqətçəkən ekoloji turizm məkanlarından biri olacaq.

 

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya Hadruta səfərlərində dəfələrlə vurğulayıb ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər kəndlərimizi əsl cənnətə çevirəcəyik. Azərbaycan xalqı buna inanır öz rəhbərinin qurucu yaradıcı lider olduğuna əmindir. İctimaiyyətdə belə bir əminlik var ki, bu yerlər yaxın gələcəkdə cənnətə dönəcək, turistlərin böyük marağına səbəb olacaq.

 

İşğaldan azad olunan kimi dərhal bərpa yenidənqurma işlərinin aparılmasına başlanılan Şuşada da qısa zamanda böyük quruculuq işləri həyata keçirilib. Qarabağın tacı, mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir. Şuşanın füsunkar təbiət coğrafiyasında yerləşməsi, şəhərdəki tarixi-mədəni obyektlərin, ötən ilin mayında ŞuşadaXarıbülbülotelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus kotteclərin, avqustda isəQarabağotelinin ən son standartlara uyğun formada təmir edilərək istifadəyə verilməsi Qarabağda dayanıqlı turizmin inkişafını şərtləndirəcək.  Bu ardıcıllıqlaShusha Boutique Hotel”nin tikintisi görüləcək işlərin uğurlu davamı kimi qiymətləndirilir.

 

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsindəShusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olub, burada aparılan təmir-bərpa işləri ilə yaxından tanış olublar.

 

Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq kiçik restoran qonaqların ixtiyarına veriləcək.

 

Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl sürətlə davam etdiyini göstərir.

 

Əminliklə söyləyə bilərik ki, erməni vandallarının qurbanına çevrilən Qarabağ Şərqi Zəngəzur torpaqları tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək. 

 

 

Mənsumə Babayeva

 

İki sahil.-2022.- 18 may.- S.3.