«Zamana
sığmayan lider:
Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi»
UNEC-də
bu adda monoqrafiyanın
təqdimatı keçirilib
Mayın 4-də Azərbaycan Dövlət
İqtisad Universitetində
(UNEC) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanovun
«Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik
və varislik fəlsəfəsi» monoqrafiyasının
təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış
edən Sadiq Qurbanov bildirib ki, gəncliyimi və şüurlu həyatımı ümummilli
lider Heydər Əliyevin ideyalarının gerçəkləşməsinə
həsr etmiş bir şəxs kimi Azərbaycan xalqının işıqlı
gələcəyini də yalnız və yalnız bu ideyaların yaşamasında
görürəm: «Yenicə
işıq üzü
görən «Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi»
adlı elmi monoqrafiya Heydər Əliyev siyasi irsinin öyrənilməsi və
təbliği sahəsinə
verilmiş kiçik bir töhfədir. Ulu Öndər bugünkü
güclü, qüdrətli
Azərbaycanı yaratmış,
ölkəmizin müstəqilliyini
yaşatmış, inkişaf
etdirmiş və bütün dünyaya tanıtdırmışdır. Ümummilli lider Heydər Əliyevin adı və şərəfli həyat
yolu Vətəninə,
xalqına məhəbbətin
təkrarsız təcəssümü,
millətə və dövlətə xidmətin
misilsiz nümunəsi
kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək və
Azərbaycanın gələcək
nəsilləri üçün
örnək olacaqdır.»
Təqdimatda çıxış edən akademik Arif Həşimov bildirib ki, kitab IV fəsldən
ibarətdir. I və
II fəsillərdə Heydər
Əliyevin keçdiyi
ömür yolu, siyasi portret cizgiləri, siyasi fəaliyyətinin sovet və müstəqillik dövrləri, dövlət
idarəçiliyi, iqtisadi,
mədəni quruculuq və milli ideologiyanın
formalaşması sahəsində
fəaliyyəti, daxili
və xarici siyasəti tədqiq edilmişdir. Sözügedən monoqrafiyada
ilk dəfə olaraq Heydər Əliyev siyasətinin fəlsəfi
mahiyyəti, azərbaycançılıq
məfkurəsinin formalaşdırılması
və dünya azərbaycanlılarının məfkurəsinə
çevrilməsi, hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğu, daxili və xarici siyasətin vəhdəti və milli maraqlara
xidmət etməsi, sülh və əmin-amanlığın ölkədə
və dünyada bərqərar olması kimi problemlər, fəlsəfi prinsiplər
və elmi-nəzəri
müddəalarla
ümumiləşdirilmiş və sistemləşdirilmişdir. Kitabın III fəsli «Mən Ona özüm
qədər inanıram...»
başlığı ilə
Azərbaycanın son iki
yuzillik tarixində işğal edilmiş ərazilərimizin düşməndən
azad edilməsi ilə çağdaş tariximizdə misilsiz xidmətlər göstərərək
Müzəffər Ali Baş
Komandan ünvanı qazanmış Prezident Ilham Əliyevin fəaliyyətinə
həsr edilmişdir. Kitabın IV fəsli «Heydər Əliyev irsinin layiqli davamçısı
- Mehriban Əliyeva fenomeni» başlığı
ilə Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqı qarşısında xidmətlərindən
bəhs edir.
YAP Sədrinin müavini-Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov mərasimdə çıxış
edərək bildirib ki, bu gün
təqdimatı keçirilən
monoqrafiya Heydər Əliyev irsinin öyrənilməsinə mühüm
töhfə kimi qiymətləndirilməlidir: «Azərbaycan
dövlətinin banisi, ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti,
gərgin əməyi
nəticəsində əldə
olunmuş nailiyyətlərin
2003-cü ildən indiyədək
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi sayəsində
müstəqil Azərbaycan
Respublikası ən uca zirvələri fəth etmiş, regionun bütün siyasi, iqtisadi və hərbi məsələlərinin həllində
əsas söz sahibinə çevrilmişdir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq
ölkəmizi yeni zirvələrə
yüksəltmişdir. Ən
əsası Müzəffər
Ali Baş Komandanın
rəhbərliyi ilə
rəşadətli Azərbaycan
Ordusu Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad edilməsi missiyasını
döyüş meydanında böyük Zəfər qazanmaqla reallaşdırmışdır. Məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi
dövründə yetişən
gənclərimiz torpaqlarımızı
işğaldan azad edərək həm tarixi ədaləti, həm də Azərbaycan dövlətinin
ərazi bütövlüyünü
bərpa etdilər.»
Bakı
Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov mərasimdə çıxış edərək bildirib ki, yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldəolunmasının
ilk mərhələsi Azərbaycanda
tüğyan edən hərc-mərclik, hakimiyyət
uğrunda daxili çəkişmələr, silahlı
qarşıdurmalar, idarəetmədə
səriştəsizlik, və
inamsızlıq mühiti,
bunu fürsət bilən Ermənistan tərəfindən ərazilərimizin
işğalı ilə
nəticələnən faciəvi
hadisələrlə müşayiət
olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını
xalqın təkidli tələbi ilə
1993-cü ildə Azərbaycanda
ikinci dəfə hakimyyətə gəlmiş
dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər
Əliyev ala bilmişdi.Onun
ilk olaraq həllinə
çalışdığı məsələ də məhz Dağlıq Qarabağ problemi idi. Tarix sübut
etdi ki, dünya siyasətinə yaxından bələd olan Heydər Əliyev hələ münaqişənin ilk illərində
«Zaman gələcək,
mən pencəyimi çiynimə ataraq Şuşaya, Kəlbəcərə
qalxacağam», «Gələcək
Novruz bayramlarımızı
Qarabağda qeyd edəcəyik» söyləyərkən
Qarabağ məsələsində
yekun nəticəni hesablamağı bacarmışdır.
Bu gün Ali Baş
Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlarda Azərbaycanın
üçrəngli Zəfər
bayrağını qaldırmaqla
Ulu Öndərin bu arzularını çin etdi. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə
rəhbərlik etdiyi
19 il müddətində
sübuta yetirdi ki, xalq öz
taleyini Ona etibar etməkdə qətiyyən yanılmayıb.
Təqdimat mərasimində çıxış
edənakademik İsa Həbibbəyli bildirib ki, adı çəkilən
monoqrafiya Ulu Öndərin siyasi irsini elmi-nəzəri cəhətdən araşdırıb
tədqiq edən elmi nəşrlərdəndir:
«Bu tədqiqat əsərində
böyük epoxanın
ən azı üç mühüm məsələsi həll
olunmağa çalışılıb.
Azərbaycanın inkişaf strategiyasını
uzaqgörən siyasəti
ilə müəyyənləşdirən
Heydər Əliyev dühası, zəkası,
neçə-neçə onillər
üçün hesablanmış
perspektivlər ölməz
siyasətçinin fədakarlığının
nəticəsidir. Azərbaycan
xalqının otuz il ərzində
həsrətində olduğu
işğal altındakı
torpaqlarımızın Müzəffər
Ali Baş Komandanın
rəhbərliyi və
rəşadətli Ordumuzun
şücaəti ilə
2020-ci ildə 44 günlük
Vətən müharibəsində
erməni işğalçılarından
azad edilməsi də məhz Heydər Əliyev ideyalarının təntənəsidir.
Bu gün ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının,
müstəqilliyinin təntənəsinə
yönələn müqəddəs
strateji ideyaları uğurla həyata keçirilir.»
Milli Məclisin deputatı Fatma Yıldırım monoqrafiya ilə bağlı təəssüratlarını bölüşərək
bildirib ki, Heydər Əliyevin şəxsiyyəti əsrlərlə
öyrəniləcək böyük
bir siyasi və həyat məktəbidir: «Heydər
Əliyev irsi zəngin xəzinədir və bu irsin
öyrənilməsi bugünkü
və gələcək
nəsillər üçün
olduqca vacibdir. Hesab edirəm ki, hörmətli həmkarım Sadiq Qurbanovun müəllifi olduğu və bu gün təqdimatı
keçirilən «Zamana
sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi»
adlı elmi monoqrafiyası da böyük öndərimiz
Heydər Əliyevin zəngin irsinin öyrənilməsi baxımından
dəyərli töhfədir.
Biz bilirik ki, Sadiq müəllim gənc yaşlarından,
1990-cı illərin əvvəlində
ölkədə baş
verən mürəkkəb
proseslər fonunda Heydər Əliyevin tərəfdarlarından biri
kimi çıxış
edib, Ulu Öndərimiz tərəfindən
yaradılan Yeni Azərbaycan Partiyasının
ilk üzvlərindən olub.
Biz Sadiq müəllimi
prinsipial, möhkəm
əqidəli və Heydər Əliyev ideyalarına sadiq insan kimi tanıyırıq.
Onun müəllifi olduğu kitabda da Heydər
Əliyevə böyük
ehtiram, Onun ideyalarının ölməzliyi
tərənnüm olunur.
Monoqrafiyada ulu öndər
Heydər Əliyevin siyasi fəaliyyətinin ayrı-ayrı çalarlarının
siyasət fəlsəfəsinin,
praktik-əməli fəaliyyətinin
əsas prinsip və müddəalarının
əsasında Əliyevşünaslığın
siyasi-fəlsəfi təməlinin
yaradılması məsələləri
geniş şəkildə
təhlil edilib».
Şəmsiyyə Əliqızı,
Günel Eyyubova
İki sahil.- 2022.- 5 may.- S.5.