Heydər Əliyev və
Naxçıvan musiqi mədəniyyəti
Heydər
Əliyev-99
Xalqımızın mədəniyyətinin
tarixi qədim və zəngin ənənələrə
malikdir. Mədəniyyətimizin inkişafı və
çiçəklənməsi ümummilli lider, müasir Azərbaycanın
qurucusu və memarı Heydər Əliyevin adı ilə
bağlıdır. Azərbaycana rəhbərlik etdiyi
bütün dövrlərdə dahi şəxsiyyət Heydər
Əliyevin diqqət mərkəzində duran əsas məsələ
xalqımızın çoxəsrlik mədəniyyətinin zənginləşdirilməsi,
bu sahəni inkişaf etdirərək dünya səviyyəsində
tanıtması, yüksək mədəni nailiyyətlərdən
bəhrələnən istedadli nəslin yetişməsi
olmuşdur.
Məlumdur
ki, hər bir xalqın milli mənliyinin, şürunun
formalaşması onun mədəniyyətinin, elminin, təhsilinin
inkişafi ilə səciyyələnir. Ulu öndərimiz də
siyasi fəaliyyətində uzaqgörənliklə Azərbaycanda
elmin, təhsilin, mədəniyyətin və mədəni dəyərlərin
inkişafına xüsusi diqqət yetirmiş,bu sahələrdə
olan çatışmazlıqların vaxtında aradan
qaldrılması üçün zəruri addımların
atılması yönündə mühüm qərarlar qəbul
etmişdir.
Ümummilli
liderimiz demişdir: “Xalq bir çox xüsusiyyətləri ilə
tanınır, sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi,
ən böyüyü mədəniyyətdir”.
Ulu
öndər incəsənətimizə, mədəniyyətimizə,
xüsusən də musiqimizə həmişə böyük
qayğı və diqqətlə yanaşmış, mədəniyyətimizin
inkişafında əsaslı dəyişikliklər
etmişdir. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik
etdiyi dövr Azərbaycan incəsənətinin və
musiqisinin “Qızıl dövrü” adlandırılır. Ulu
öndərin dərin zəkası və milli ənənələrimizə
qəlbən bağlılığı sayəsində mədəniyyətimiz
uca zirvələr fəth etdi.
Doğma
yurdu Naxçıvanın mədəniyyəti, incəsənəti,
musiqisi ulu öndərin daim diqqət mərkəzində
olmuşdur. Əsrarəngiz gözəlliyə malik olan,
dünya elminə, ədəbiyyatına, diplomatiyasına dahilər
bəxş etmiş Naxçıvan həm də görkəmli
musiqiçilər diyarıdı deyən Ümummilli lider Heydər
Əliyev Naxçıvan musiqi mədəniyyətinə
böyük qayğı göstərmiş, onun
inkişafı üçün əlindən gələni əsirgəməmişdir.
Naxçıvan yarandığı gündən mədəniyyət,
sənət, ədəbiyyat beşiyi olub,dünya mədəniyyətinə
onlarla qüdrətli sənətkarlar bəxş etmişdir.
Qeyd
etmək istəyirəm ki, Naxçıvan musiqi mədəniyyətinin
inkişafında Musiqili Dram Teatrın və onun nəzdində
fəaliyyət göstərən musiqi kollektivlərinin və
bu kollektivlərdə fəaliyyət göstərən,
formalaşan musiqiçilərin də əməyi əvəzolunmazdır.
Dahi
bəstəkar Üzeyir Hacibəylinin təşəbbüsü
ilə ilk Musiqi məktəbinin açılması, Tofiq
Quliyevin rəhbərlik etdiyi caz orkestrinin Naxçıvanda fəaliyyət
göstərməsi, Naxçıvan Dövlət konsert
briqadasının yaradılması, Niyazinin,
Bülbülün, Rəşid Behbudovun və bir çox
musiqiçilərin Naxçıvan musiqiçiləri ilə
yaradıcılıq əlaqələri bu qədim diyarda
ifaçılıq və bəstəkarlıq sənətinin
yüksəlməsinə böyük təsir göstərməyə
bilməzdi. Məhz, bütün bunların təsiri nəticəsində
yeni bir musiqi ocağı “Araz” Mahnı və Rəqs
Ansamblı yarandı. Bunu xatırlamaq yerinə düşər
ki, Muxtar Respublikanın musiqi sənətinin
inkişafında,təşəkkül tapmasında, gənc
kadrların yetişməsində və formalaşmasında
“Araz” Mahnı və Rəqs ansamblının xidmətləri
danılmazdır. Həmçinin Naxçıvanlı
müğənnilər, musiqiçilər, rəqqaslar, bəstəkarlar
da bu sənət ocağında formalaşmış, sənətkarlıq
qabiliyyətlərini daha da inkişaf etdirmişlər.
Naxçıvan
Muxtar Respublikasının yaranmasının 50 illik yubiley tədbirlərində
iştirak etmək üçün bu qədim diyara gələn
ümummilli lider Heydər Əliyev mədəniyyət və
incəsənət xadimləri ilə
görüşmüş, öz tövsiyyələrini
vermiş, mədəniyyətimiz ,xüsusən də
musiqimizi daha da zənginləşdirmək üçün
mühüm qərarlar qəbul etmişdir.
Ulu
öndər Naxçıvanda ixtisaslı musiqiçi
kadrların yetişməsi, istedadli gənclərin musiqi təhsilinə
cəlb olunması, milli musiqi alətlərinin, xalq
mahnılarının yaşadılması, eləcə də
klassik və müasir dünya bəstəkarlarının əsərlərinin
öyrədilməsi ideyasi ilə 1975- cil il aprelin 28-də
Naxçıvanda yeni təhsil ocağı Orta İxtisas
Musiqi məktəbinin yaradılmasını məqsədə
uyğun hesab etmişdir. Bu tədris müəssisəsinin
yaradılması ilə Naxçıvanın mədəni həyatında
yeni bir mərhələnin başlanğıcı qoyuldu
.Milli musiqi mədəniyyətimizin təsibini çəkən,
ixtisas təhsili almaq istəyən istedadli gənclərin
yolları hamarlandı. Bu dövrdə Arif Quliyevin rəhbərliyi
ilə “Nəqşicahan”, Əkrəm Məmmədlinin rəhbərliyi
ilə “Əcəmi naxışları” adlı ansamblların
yaradılması bir çox gənc ifaçıların
yetişməsindən xəbər verirdi .
Bu illərdə
Naxçıvanın musiqi tarixinə yeni nəğməli
bir ümman yazıldı. Ümummilli liderin təşəbbüsü
ilə Naxçıvan Dövlət Filarmoniyası
yaradıldı. Filarmoniyanin musiqi kollektivi xarici ölkələrə
qastrol səfərinə gedərək Naxçıvan musiqi mədəniyyətinin
ən möhtəşəm təmsilçilərinə
çevrildilər. Həqiqətən də ansamblın
solistləri hər bir qastrol səfərində
muğamlarımızı, xalq mahnılarımızı,rəqslərimizi,bəstəkar
mahnılarını geniş şəkildə təbliğ
etməklə, musiqimizin ecazkar qüdrətini, çoxəsrlik
tarixi köklərə malik milli dəyərlərimizi və
mənəviyyatımızı yüksək səviyyədə
nümayiş etdirirdilər. Onu da qeyd edək ki, bu
yaradıcı kollektivdə Abdulla Babayev, Əkrəm Məmmədli,
Zöhrab Axundov, Hünər Əliyev, Çingiz Axundov , Elman
Əliyev, Arif Quliyev, Ələkbər Ələkbərov,
Vahid Axundov, Zeynalabdin Babayev və bir çox istedadlı
ifaçılar yetişmişdir.Əsasən istedadlı gəncləri
öz ətrafında toplayan filarmoniyanin nəzdində Xalq
Çalğı Alətləri orkestri, Mahnı və Rəqs
ansamblı, instrumental ansambl da fəaliyyət göstərirdi.
Bu danılmaz bir həqiqətdir ki, istər musiqi ifaçılığında,
istərsə dǝ istedadlı gənc kadrların yetişməsində,
onların mənəvi tərbiyyəsinin inkişafında
Naxçıvan Dövlət Filarmoniyasının
böyük rolu olmuşdur. Qədim tarixi köklərə,
çoxəsrlik zəngin ənənələrə malik olan
milli musiqi mədəniyyətimizi dünyaya tanıtmaq bu
yaradıcı kollektivin amalı idi. Bəli,bütün bunlar
ümummilli lider Heydər Əliyevin musiqi ictimayyətinə
olan diqqət və qayğısı nəticəsində həyata
kecrilmişdir.
Həmçinin
ulu öndər Naxçıvanda Universitet yaratmaq
ideyasının müəllifi olmuş, bu ali təhsil
ocağının formalaşması və inkişafında əvəzsiz
xidmətləri danılmazdır. Universitetin 25 illik yubileyində
iştirak etmiş, müəllim və tələbə heyəti
ilə görüşmüş, mövcud problemləri
öyrənmiş, çıxış yolları haqqında
dəyərli tövsiyyələr vermişdir. Bu
görüş ali təhsil ocağının tarixi salnaməsinin
ən parlaq səhifəsini təşkil edir.
Belə
ki, Naxçıvan Dövlət Universitetinin nəzdində
musiqi, təsviri - sənət kafedralarının, 1996 -ci ildə
isə həmin bazanın əsasında İncəsənət
fakültəsinin açılması, fakültədə
dirijorluq, musiqişünaslıq, bəstəkarlıq, simli və
nəfəs alətləri, musiqi təhsili, təsviri - incəsənət
ixtisasları üzrə hazırlanan yüksək ixtisasli
mütəxəssislər Naxçıvanda istedadlı
musiqiçi kadrlarının yetişməsindən xəbər
verirdi ki ,bu da ümummilli liderin universitetimizə diqqət və
qayğısının bariz nümunəsidir.
1999-cu
ildə Naxçıvan Muxtar Respublikasının 75 illik
yubileyində iştirak edən ümummilli lider yekun konsertdən
sonra musiqiçilərin çıxışları
haqqında demişdi: “Sevinirəm ki, Naxçıvanda, bu qədim
diyarda belə gənc incəsənət ustaları
yetişir. Musiqiçilər, müğənnilər tərəfindən
həm milli musiqimiz, həm də Avropa musiqisinin ifası,
kamera orkestri , xor kopellasının
çıxışları çox xoş təsir
bağışladı. Burada gördüklərimizin
hamısı onu göstərir ki, Naxçıvan Azərbaycanın
ayrılmaz bir hissəsi olaraq demokratiya, dünyəvi dövlət
quruculuğu , hüquq, haqq yolu ilə gedir”. Unudulmaz rəhbərin
dediyi bu sözlər Naxçıvan musiqiçilərinin
çıxışlarına verdiyi yüksək qiymət, təməli
Heydər Əliyev tərəfindən qoyulan, musiqi mədəniyyətimizin
inkişafına aparan yolların doğruluğuna ,seçilən
xəttin ardıcıllığına işarə idi.
Ümumiyyətlə,
sənət adamlarına qayğı göstərmək,
onların rifahını yaxşılaşdırmaq bir rəhbər
kimi Ulu öndərin daim diqqət mərkəzində
olmuş, görkəmli sənət adamları ilə
görüşlər keçirmiş, yaradıcılıqla
məşğul olmaları üçün hər cür
şərait yaradılması barədə lazımı tədbirlər
görmüşdür. Belə ki, sənət
adamlarının maddi vəziyyətlərinin
yaxşılaşdırılması üçün onlara
prezident təqaüdü ayırmış,
yaradıcılıqlarını yüksək qiymətləndirərək
fəxri adlar vermiş, orden və medallarla təltif
etmişdir. Bunların arasında Əkrəm Məmmədli,
Kamal Əhmədov, Çingiz Axundov, Səidə Məmmədova
və başqalarının adlarını göstərmək
olar.
Son olaraq qeyd etmək istəyirəm
ki, Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş
dünyadır Bu nadir dünyanın siyasət aləmini bitib-
tükənməyən, sahilləri görünməyən
ümmana bənzətmək olar. Beləliklə, biz dahilər
səmasında sönməz bir ulduz kimi daim parlayan ,öz nuru
ilə xalqının yoluna işıq saçan ümummilli
lider Heydər Əliyev xatirəsini bir daha andıq, dahi şəxsiyyətin
əbədiyyətə qovuşan əbədiyaşar
ömrünün bir neçə səhifəsini vərəqlədik.
Onun əbədi ömrü hələ neçə-neçə
nəsillərə örnək olacaq...
Aynur Qasımova,
Naxçıvan Dövlət
Universiteti
Musiqi tarixi və nəzəriyyəsi
kafedrasının baş müəllimi
İki sahil.- 2022.- 7 may.- S.19.