Əbədiyaşar irs
Ulu öndərin 99 illiyi ilə
bağlı elmi düşüncələr
Azərbaycan
Respublikasının son illərdəki, daha doğrusu, ölkəmizin
müstəqillik dövrünə qədəm qoyduğu zamandan üzü bəri müasir
milli inkişaf siyasəti
və onun əsas istiqamətləri, tələbləri,
xarakteristikası məhz siyasi
inkişafın tərəqqi reysləri üzərində qurulmuş
və hərəkət etməkdədir. Milli inkişaf
strategiyası cəmiyyətimizdə ölkəmizin xarici siyasətinin əsas tərkib hissəsi kimi xarakterizə olunur.
Əsasən 1993-cü və 2003-cü illərdə ümummilli lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövr milli inkişaf strategiyasının yaranması və
milli özünütəsdiq məqsədilə
yaradıilmış milli ideya,
yəni milli-mənəvi dəyərlər sisteminin
inkişaf etməsi dövrü
adlandırmaq olar. Xüsusilə bu günlərdə Ulu Öndərin
99-cu ildönümü ərəfəsində
onun yaratdığı milli
inkişafın və başqa strateji vəzifələrin bütün
istiqamətlər boyunca elmi
tədqiqi və onların əsaslandırılmasının bütün xüsusiyyətlərinin
araşdırılması və öyrənilməsi
ölkənin milli, elmi,
siyasi inkişaf strategiyasının
əsasını təşkil edir.
Son dövrlər əldə etdiyimiz böyük uğurlar, ən başlıcası 44 günlük Zəfər və Qələbə tarixini qeyd etdiyimiz zamanda Ulu Öndərin o dövrdə işləyib hazırladığı təhlükəsizlik konsepsiyasının rolunu da əlavə etsək, yanılmarıq. Siyasi inkişafın başlıca amillərindən olan milli təhlükəsizlik sisteminə siyasi, iqtisadi, sosial, hərbi, mədəni, bilgi, ekoloji və s. daxil edilməklə milli inkişaf və təhlükəsizlik mühitinin, əsasən də siyasi təhlükəsizlik iqliminin əsas xüsusiyyətləri- müstəqillik, ərazi bütövlüyü, suveren idarəçilik, həm də hərbi-strateji sərhəd təhlükəsizliyinin, habelə siyasi informasiya, inkişafın əsas tələblərinin öyrənilməsi və həyatda taktikasının genişlənməsinə hesablanmalıdır. Əslində Azərbaycan Respublikasının siyasi təhlükəsizlik mühitinin yaranması və formalaşması Heydər Əliyevin siyasi, dolğun çoxistiqamətli dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur.
Ümummilli lider Heydər Əliyevin həmişəyaşar irsinə Azərbaycan xalqının mədəni-tarixi irsinin, milli-mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərə inteqrasiya etməsi, doğma dilin, milli özünüdərkin, vətənpərvərliyin, milli qürur hissinin, bütün bunlarla bərabər intellektual potensialın zənginləşməsi, inkişaf etməsi daxildir. Ümummilli lider Heydər Əliyevin müstəqillik tariximizin yaradılmasında, siyasi inkişafında və inkişafımızın siyasətində möhtəşəm rolu danılmazdır. Siyasi tədqiqatçıların fikrincə, siyasi inkişafa nail olmaq üçün siyasi hərəkatların sürəti, tələbat və maraqları əsas götürülür. Siyasi subyektlər siyasi inkişaf zamanı bir-birinin münasibətlərində, vəzifə öhdəlikləri və səlahiyyətləri ilə tənzimlənir və müəyyənləşdirilir. Bu münasibətlərin çərçivəsi, tərzi-həqqi bu öhdəliklərin müəyyən olunması ilə inkişaf edir və siyasi subyektlərdən tələb olunur ki, öz vəzifə və üzərinə düşən tapşırıqları operativ şəkildə icra etsinlər və qısa zaman ərzində çoxlu sayda siyasi gedişlərlə siyasi inkişafa nail olsunlar. Yeni-yeni fəaliyyət və hərəkət istiqamətlərinin dövrə, müasir zamana və həm də ən əsası yaranmış və mövcud şəraitə uyğun olaraq dövr etməsini özündə təcəssüm etdirən prosessual bir vəziyyət siyasi inkişafın ana xətti kimi qəbul edilir. Ümumiyyətlə, siyasi inkişaf prosesləri əsasən fəaliyyət, fəallıq və bir də məkan, zaman çərçivəsində bir növ bütövləşir, struktur mahiyyəti ilə yeni məzmun və forma yaradır və bundan da səbəb və nəticə əldə edilir. Müasir, müstəqil Azərbaycanın bu sahədə əldə etdiyi ilk nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qazanılmışdır. Həmin dövr üçün millətin vahid milli ideologiyasınınsının və möhkəm iradəsinin fəal daşıyıcısı rolunu özündə əks etdirən insanları səfərbər edərək bir məqsəd, bir amal uğrunda birləşdirmək qabiliyyətini həyata keçirən Ümummilli Liderimizin həmişəyaşar qələbəsi idi. Ulu öndər Heydər Əliyevin milli inkişaf siyasətinin və siyasi inkişafa söykənən sinergetik konsepsiyasının xarakterik əlamətlərindən ən başlıcası onun milli resurslara, maddi və mədəni sərvətlərə ölkənin ümumi iqtisadi inkişafına yönəltmək praktikası idi. Bir fakt olaraq göstərmək olar ki, 1994-cü ildə dünyanın aparıcı və tanınmış ölkələrini təmsil edən transmilli neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz resurslarının birgə və şərikli işlənməsi və təhlükəsiz, sərbəst yollarla dünya bazarlarına ötürülməsini rəsmiləşdirən əsrin müqaviləsi tarixi reallığa çevrildi. Bu milli inkişaf siyasətinin əsasında siyasi inkişaf proseslərinə qol-qanad verən fəaliyyət proqramı, habelə, məkan və zaman, struktur, mahiyyət və təzahür, məzmun, forma, nəhayət, səbəb və nəticə idi. Siyasi inkişaf başqa sahələr üzrə inkişaf vəziyyətlərindən meydana gələn, ümumiyyətlə, hərtərəfli təsirə malikdir. Yeni Azərbaycan Partiyası (YAP) Ümummilli lider Heydər Əliyevin yaratdığı bir siyasi hərəkat kimi o illərdə daha da güclənərək müasir Azərbaycan dövlətinin qurucusu kimi Ulu Öndərin nəzəri-siyasi irsi müstəqil Azərbaycan dövlətinin əsasları və milli inkişaf haqqında zəngin mənbəşünaslıq bazası kimi bitkin mütəşəkkil siyasi qurum olaraq cəmiyyətin bütün təbəqələrində özünə möhkəm yer tutdu. Bu təlimin əsas və uzaqgörən tezisləri hələ 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur “91-lər”in ünvanına göndərilmiş müraciətdə deyilirdi: “Azərbaycan artıq beş ildir ki, Ermənistanla müharibə edir, ərazimizin bir hissəsini itirmişik, Ermənistanla həmsərhəd bölgələrin bir çox yaşayış məntəqələri dağıdılmış, minlərlə insan həlak olmuş, yaralanmış, şikəst və əlil olmuşlar. Respublikada yüz minlərlə yurdlarından didərgin düşmüş, ağır vəziyyətdə yaşayan qaçqınlar var. Azərbaycana misli görünməmiş, hədsiz maddi və mənəvi ziyan dəyib. Ən dəhşətlisi budur ki, bütün bu faciələrin sonu hələ də görünmür. Bir il bundan əvvəl olduğu kimi, bu gün də Azərbaycanın rəhbər dövlət orqanlarının Qarabağ problemi haqqında dəqiq, aydın konsepsiyası və lazımi hərbi strategiyası yoxdur”. Hələ o zaman uzaqgörən siyasi xadim Qarabağ probleminin həlli üçün o vaxtkı respublika rəhbərini səfərbər olmağa çağırır, həyəcan təbili çalırdı. Sonra isə ümummilli lider Heydər Əliyev Rusiya Elmlər Akademiyasının üzvləri ilə görüşdə (3 iyul 1997-ci ildə) demişdir: “Təəssüf ki, erməni tərəfi Dağlıq Qarabağa göz dikib və ona müstəqillik statusu verilməsini təklif edir. Bu, Azərbaycan üçün mümkün deyildir. Yeri gəlmişkən, bu, Rusiya üçün də, dünya birliyi üçün də mümkün deyildir. Dünyada belə problemlər çoxdur. Bu, 1975-ci il Helsinki Yekun aktına ziddir. Bu, BMT Nizamnaməsinin prinsiplərinə ziddir”.
Ümumilli Liderin çoxmillətli dövlətimizdə və onun ərazisində yaşayan millətlərə, xalqlara, tayfalara münasibətini tənzimləyən milli siyasətində torpağımızın və ərazimizin bütövlüyü, toxunulmazlığı həmişə birinci yerlərdən birini tuturdu. Məlumdur ki, Heydər Əliyevin bu siyasəti bütün insan birliklərinin həyatının təkamül yolu ilə inkişafını, onlara bərabər şəraitin yaradılmasını və ən əsası da millətlərarası problemlərin demokratik sülh yolu ilə həlli mexanizmlərinin formalaşmasından irəli gəlirdi. Həm də bu milli siyasətdə Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, əsasən də, insanın, cəmiyyətin və mənafelərin daxili və xarici təhdidlərindən qorunmasının təmin edilməsində milli təhlükəsizlik prinsipləri irəli çəkilirdi. Siyasi inkişaf proseslərində milli təhlükəsizliyin obyektləri əsasən insan, Vətən və onların hüquq və azadlıqları demokratik cəmiyyətin isə maddi və mənəvi dəyərləri, dövlətin isə müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü həmişə fəal gündəmdə idi. Heydər Əliyev məhz bu sahədə və o zamankı mövcud şəraitdə etnik mənsubiyyəti xüsusi qabartmaqdan birləşdirici azərbaycançılıq ideyasının - ümumvətəndaşlıq, Azərbaycana mənsubluq, başlıcası isə vətənə bağlılıq, doğma dilə və doğma mədəniyyətə məhəbbətin dövlətin sevinci və kədəri, milli-mənəvi dəyərləri ilə yaşamaq konsepsiyasında milli inkişaf siyasətimizin yenilməz ideoloji dayaqlarını ortaya qoydu. Bu mənada beynəlxaq dünyada baş verən hadisələr müasir aləmin hərəkətdə olan siyasəti qloballaşan transmilliləşən dünyanın inkişaf və tərəqqi meyllərini əsas tutulurdu. Heydər Əliyev əsasən bu muasir, həm də tarixi reallıqları araşdıraraq həm azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər səviyyəsində inkişaf etdirir, həm də milli dövlət quruculuğu sahəsində xarici təsirləri də milli ideologiya filtirindən kecirməklə gündəmə gətirirdi.
Milli, siyasi inkişaf və milli siyasətin inkişafı fonunda dövlətin milli varlığını – dilini, tarixini, ədəbiyyatını, folklorunu, mədəniyyətini, ən əsası milli-mənəvi özünəməxsusluğunu yaşadan, elmi səviyyədə araşdıran, tədqiqat və təhlil obyektinə çevirən dövrün tələbləri səviyyəsində inkişafına təkamül verən Azərbaycan dövlətçilik ideologiyası öz obyektiv və düzgün məcrasında inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiya baza hüquq norması olaraq əsasən bu sahələr üzrə qanunvericilik normalarının daimi fəaliyyətdə olması bir növ təkanvericilik funksiyasını yerinə yetirir və əsasən siyasi inkişaf zamanı bir-birini əvəzləyən, bir-birinin ardınca həyata keçirilən şəraitləri təmin etmək üçün həmin normaların işlənməsi, zəruri əsas amil kimi siyasi inkişaf platformasında gündən-günə fəallaşması zamanın tələbi kimi meydana çıxır və siyasi yeniliklər meydanına doğru irəliləyir. Müsbət siyasi yeniliklər siyasi inkişafin əsasi kimi konkret olaraq qarşılıqlı siyasi munasibətləri yoluna qoyur, hadisələrin forma və məzmununu fəaliyyətini yekun nəticəsini açıqlayır. Bu baxımdan Heydər Əliyevin siyasi irsini tədqiq edərkən zəngin daxili siyasətinin uğurlu davamı olaraq onun xarici siyasəti də önəmli yerlərdən birini tuturdu.
Mövzumuzun sərlövhəsinə və yarımbaşlığına sadiq qalaraq Azərbaycan Respublikasında siyasi inkişafın və inkişafın siyasətinə rəğmən ölkəmizdə həyata keçirilən balanslı xarici siyasət və tarazlı daxili inkişaf siyasətində Heydər Əliyevin yaratdığı dövlət quruculuğunun əsas istiqamətlərindən biri olan xarici siyasətin inkişafı haqqında yazımızı davam etdiririk. Zəmanəmizin görkəmli dövlət xadimi, diplomatiya sahəsində zəngin təcrübəyə malik Heydər Əliyev dövlət müstəqilliyini hər hansı bir xarici təcavüzdən və daxili kataklizmlərdən qorumaq, erməni təcavüzünə son qoymaqla ölkənin bütün ərazisi üzərində Azərbaycan Respublikasının yurisdikyasını bərpa etmək, qarşılıqlı faydalanma prinsipləri yolunda beynəlxalq ictimai-siyasi, iqtisadi əməkdaşlıq sisteminə bərabər hüquqlu bir üzv qismində qoşulmaq vəzifələrini qarşıya qoymuşdur. Artıq tarxin arxivinə göndərtilmiş Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın əsas təhlükəsizlik problemi kimi beynəlxalq, regional, yerli maraqlar və Azərbaycanın ərazi bütövlüyü məsələsi Ümummilli liderin xarici siyasətinin əsas istiqamətlərindən biri idi. Bütün bunların fonunda siyasi inkişaf zamanı siyasi fəaliyyətləri sürətləndirən və şərtləndirən əsas amillərin bazasında ilkin olaraq tələbat və maraq ünsürlərini qeyd etməliyik. Yeni siyasi vasitələrin yaranması və yaxud da mövcud sənədlərdə zəruri dəyişikliklər meydana gəlməsi inkişafın siyasətinin tərkib hissəsi kimi xarakterizə edilir. Bu mənada siyasi inkişaf zamanı subyektlər də öz rolunu oynayır. Hər bir siyasi şərait siyasi subyektlərdə geniş və uğurlu maraq doğurarsa, siyasi subyektlərdə yaranmış münbit şəraitlə siyasi əks-səda doğurur. Bu baxımdan siyasi inkişafın və inkişafın siyasətinin müstəqil Azərbaycanın siyasi arenasında demokratik xətlər boyunca daxili və xarici siyasətində toxunduğumuz bəzi amillərlə bağlı elmi şərhimizi əlamətdar tarix- Ulu Öndərin doğum günü ərəfəsində bir daha xatırlatmağı özümə borc bildim.
Tahir Məmmədov,
Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
İki sahil.- 2022.- 10 may.- S.7.