«Şuri-sahnaz»
ilə dindirin məni...
«Xarıbülbül»ün
mənəvi «pasportları»:
«Şur», «Segah», «Çahargah»…
«Xarıbülbül»
festivalı beynəlxalq
aləmə Azərbaycanın
milli-mənəvi dəyərlərinin,
multikulturalizminin, müxtəlif
xalqların birgəyaşayış
qaydalarının təbliği,
tolerantlığın təqdimatıdır
İşğaldan azad olunduqdan sonra aparılan quruculuq işləri ilə yeni, dirçəliş dövrünü
yaşayan Şuşa,
Cıdır düzü
yenə təmtəraqlı
günlərinin sevincini
yaşayır. Təbiətin insanlara bəxş etdiyi nadir bitki olan xarıbülbül təravəti ilə qonaqların onsuz da yüksək olan əhval-ruhiyyəsini daha da yüksəldir.
Bütün dünyada
beynəlxalq incəsənət
bayramı kimi tanınan, 1989-cu ildə mədəniyyət paytaxtımız
Şuşada təməli
qoyulan «Xarıbülbül»
musiqi festivalı musiqisevərləri eyni məkana toplayır.
Azərbaycanın tanınmış xanəndəsi
Seyid Şuşinskinin
100 illik yubileyi ilə əlaqədar hər ilin may ayında keçirilən
musiqi festivalında yerli sənətkarlarla yanaşı Yaponiyadan,
ABŞ-dan, Türkiyədən,
Almaniyadan, İsraildən,
İtaliyadan, İspaniyadan,
Avstriyadan, Əfqanıstandan,
keçmiş SSRİ respublikalarından
qonaqlar iştirak etmişlər. 1990-cı ildə
beynəlxalq status alan «Xarıbülbül»”
festivallarına müxtəlif
xalqların folklor qruplarının dəvət
olunması ölkəmizə
marağı daha da artırırdı. Artıq arxivə göndərilən
Dağlıq Qarabağ
münaqişəsinin başlanması
festivalın təşkilinə
də təsirsiz ötüşmədi. Bəzi konsertlər
Ağdamda, Bərdədə,
Ağcabədidə təşkil
olundu. Böyük marağa səbəb
olan ikinci və üçüncü
festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında da təşkil olundu. Şuşanın Ermənistan tərəfindən
işğalı ilə
əlaqədar bu musiqi bayramı sonuncu dəfə 1992-ci ildə keçirilmişdir.
Torpaqlarımız Ermənistanın işğalından azad edildikdən sonra ərazilərimizdə, o cümlədən
Şuşada bərpa-
quruculuq işlərinə
başlanılması ilə
«Xarıbülbül»ə də
yeni həyat bəxş edildi. Prezident İlham Əliyevin Sərəncamı ilə
Şuşanın Azərbaycanın
mədəniyyət paytaxtı
elan edilməsi, Vaqif Poeziya Günlərinin
və «Xarıbülbül»
festivalının bərpası
xalqımızın Zəfər
sevincini daha da artırdı.
2021-ci ilin may ayında Şuşanın Cıdır
düzündə keçirilən
IV «Xarıbülbül» festivalı
Azərbaycanın musiqi
mədəniyyətinin Zəfər
çələngi adlandırıldı.
Həmin
festivalda Azərbaycanın
müxtəlif regionlarını
və milli azlıqlarını təmsil
edən folklor kollektivlərinin ifaları,
vaxtilə Şuşada
lentə alınmış
Azərbaycan xanəndələrinin
ifalarından ibarət
videoçarxların nümayişi,
Azərbaycanın klassik
və müasir bəstəkarlarının əsərləri
iştirakçılarda xoş
duyğular yaratdı.
İkinci Qarabağ müharibəsində
şəhidlərinin xatirəsinə
həsr olunan, müqəddəs Ramazan bayramına təsadüf edən, Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışları,
xalq və klassik musiqidən ibarət maraqlı konsert proqramı ilə yaddaşlarda iz salan «Xarıbülbül»ün
sədası bütün
dünyaya yayıldı.
Ənənəyə uyğun olaraq 12-14 may 2022-ci il tarixlərində Azərbaycanın mədəniyyət
paytaxtı olan Şuşa şəhərində
Mədəniyyət Nazirliyi,
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə V «Xarıbülbül»
Beynəlxalq Folklor Festivalı keçiriləcək
növbəti festival da
əsl mənada Azərbaycan xalqının
milli həmrəylik bayramına çevriləcək.
Ölkəmizdə yaşayan, dinindən,
milli mənsubiyyətindən
asılı olmayaraq bütün insanlar bir amal uğrunda
birləşəcək, milli
adət-ənənələrini nümayiş etdirəcəklər.
Ötən il uzun fasilədən sonra ilk dəfə keçirilən festivalda çıxış edən
Prezident İlham Əliyevin vurğuladığı
kimi, Ermənistan üzərində Qələbə
çalmaqla bu gözəl ənənə
də bərpa olundu. «Vətən müharibəsi bir daha onu göstərdi
ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində
yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi
ki, ölkəmizdə
milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri
çıxış edəcəklər
və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj
veririk. Ölkələr belə inkişaf
etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli
ölkələrdə, cəmiyyətlərdə
inkişaf olur, birlik olur, milli
həmrəylik olur, sülh olur» sözləri ilə bu cür festivalları
milli həmrəylik bayramı adlandırdı.
Yenidən bərpa edilən,
əvvəlkindən də
yaraşıqlı simasına
qayıdan, düşmənə
gözdağı olan
Şuşa yenə də qonaqlı-qaralı günlərinə
qayıdır. Mahiyyətcə musiqi festivalı kimi təqdim olunan, siyasi əhəmiyyəti ilə
də seçilən
«Xarıbülbül» beynəlxalq
aləmə Azərbaycan
multikulturalizminin, müxtəlif
xalqların birgəyaşayışının
təbliği, tolerantlığın
təqdimatı olacaq.
Alınmaz qala olan Şuşanın işğaldan azad edilməsini İkinci Qarabağ müharibəsinin
həlledici mərhələsi,
qəhrəmanlıq tarixi
adlandıran dövlət
başçımızın vurğuladığı kimi
Azərbaycan xalqının
milli sərvəti sayılan bu şəhərdə belə
möhtəşəm musiqi
bayramında milli sərvətimiz kimi qorunan, UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil edilən muğamlarımızın səslənməsi,
Şuşanın 270 illiyinə
hazırlıq Azərbaycan
xalqının milli ruhunun qorunmasıdır. Azərbaycanın görkəmli mədəniyyət
və incəsənət
xadimləri, görkəmli
sənətkarlar yenidən
Cıdır düzündə
birləşəcək, dini,
milli, mənəvi köklərimizə bağlığımızı
ifaları ilə bütün dünyaya bəyan edəcəklər.
Mədəniyyət paytaxtımızda
keçirilən bütün
tədbirlər, əsrlərə
söykənən Türkiyə-Azərbaycan
qardaşlığının əbədiliyinin dünya
ictimaiyyətinə mesajı
olan Şuşa Bəyannaməsinin imzalanması,
Azərbaycanın BMT ilə
əməkdaşlığının 30 illiyi ilə bağlı mərasimin, Dünya Azərbaycanlılarının
V Zəfər Qurultayının
da bu şəhərdə
təşkili, ölkəmizdə
fəaliyyət göstərən
diplomatik korpusların
nümayəndələrinin bu şəhərə davamlı səfərləri
onu göstərir ki, biz Şuşaya qayıtmışıq və
bundan sonra burada əbədi yaşayacağıq.
Mayın
10-da, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə
Füzuliyə və Şuşaya səfəri
zamanı xalqa müraciət edən, Prezident İlham Əliyev Azərbaycan xalqı qarşısında
misilsiz xidmətlər
göstərmiş, ən
çətin anlarda milyonları arxasınca aparmış Azərbaycan
dövlətçiliyinin qarantı
missiyasını yerinə
yetirmiş Ümummilli
Liderin xidmətlərindən
danışarkən Ulu
Öndərin Şuşa
ilə bağlı istəklərini də xatırlatdı. Azərbaycan
dövlətinin banisi,
onun qurucusu kimi, mənalı həyatını xalqa həsr edən Ulu Öndərin ən böyük arzusunun Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək olduğunu xatırladaraq bildirdi ki, Onun
uzaqgörən siyasətinin,
dövlət, ordu quruculuğu sahələrində
gördüyü işlərin
nəticəsində Azərbaycan
inkişaf yolu ilə dünyaya inteqrasiya olundu. «Əfsuslar olsun ki, atam bu günü görə bilmədi.
Onun kimi yüz minlərlə azərbaycanlı
bu günü görmədən həyatdan getdilər.
Biz - onların davamçıları onların işini
tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən
həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin
ruhu şaddır. Biz onların ruhunu şad eləmişik»
söyləyən dövlət başçımız ilk dəfə
Prezident seçilərkən xalqına verdiyi, respublikaya rəhbərliyi
dövründə yerinə yetirdiyi vədlərini də
xatırlatdı: «Mən isə öz növbəmdə
demişdim ki, əgər xalq etimad göstərərsə, mən
prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm,
bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi
bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt
adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır.
Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan
bayrağı dalğalanır. Arxamdakı inzibati
binanın damında Şuşanın alınmasından sonra
Azərbaycan bayrağı qaldırılmışdır və
binanın damından müzəffər Azərbaycan əsgərləri
Şuşanın azad olunması ilə bağlı mənə
raport vermişlər.»
Bu gün Qarabağın dirçəlməsi, işğaldan azad
edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin
sürətlə davam etdirilməsi, şəhərlərin,
kəndlərin yenidən qurulması, Qarabağ bölgəsinin,
Qafqazın incisi olan Şuşanın görkəminin dəyişməsi,
torpaqlarımızın əsl sahiblərinə
qaytarılması Ulu Öndərin arzularının yerinə
yetirilməsidir. «Ulu Öndərin xatirəsinə öz
ehtiramımı və Azərbaycan xalqının
ehtiramını buradan ifadə etməli, bir daha deməli idim
ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi
qayıtmışıq və burada əbədi
yaşayacağıq.»
Füzulidə şəhər Peşə
Liseyinin yaradılması, salınacaq park,
tikiləcək xəstəxana, «Azərişıq» ASC-nin
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin
istifadəyə verilməsi, respublikada enerji infrastrukturunun təkmilləşdirilməsi
Böyük Qayıdışın
yaxınlaşdırılması üçün
görülən işlərin hər birində Ulu Öndərin
gələcəyimiz üçün nəzərdə
tutduğu konseptual inkişafın izləri vardır.
Şuşada Şirin su hamamının, məşhur tarzən
Sadıqcanın ermənilər tərəfindən
dağıdılan evinin, Şuşa Realnı Məktəbinin,
Mehmandarovların malikanə kompleksinin Heydər Əliyev Fondu
tərəfindən bərpası Ulu Öndərin vəsiyyətlərinin
yerinə yetirilməsidir. Ulu Öndərin Qarabağla
bağlı istəkləri arasında mahiyyəti ilə
seçilən, Azərbaycan mədəniyyətinə və
incəsənətinə verilən ən böyük dəyər
olan «Xarıbülbül» musiqi festivalının bərpası
isə tariximizə, milli-mənəvi sərvətlərimizə
sadiqliyi ifadə edən bu sözlərdir:
«Çahargah»ı
araram «Şur»da dayansam,
«Şuri- sahnaz» ilə dindirin məni.
Əgər
«Segah»ında alışıb yansam,
Yanar
«Şüstər» ilə söndürün məni
«Humayın» artırır kədəri, ahı
«Rast»a düz deyiblər muğamlar şahı.
Ölüncə
dinləyib «Yetim segah»ı
Sonra cənazəyə
mindirin məni
«Zabul» yaylam olsun,
«Şur» nəvazişim,
«Bayatı-Qacar»la
hələ var işim,
Deyirəm,
bir az da «Dilkəş» gəzişim,
Sonra məzara endirin məni.
Əgər məzarda alışıb
yansam
«Bayatı - Şiraz»la söndürün məni.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 12 may.- S.3.