Görkəmli alimin azərbaycan neft
elminin inkişafındakı dəyərli
xidmətləri
23 may 2022-ci ildə
tanınmış geoloq-alim, AMEA-nın həqiqi üzvü,
geologiya minerologiya elmləri doktoru, professor İbrahim Səid
oğlu Quliyevin anadan olmasının 75 ili tamam olur. İ.S.
Quliyev 1947-ci ildə anadan olub. Orta təhsilini başa vurduqdan
sonra o, 1965-ci ildə Azərbaycan
Neft-Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə
qəbul olunub və dağ-mühəndisi, geofizik
ixtisasına yiyələnərək 1970-ci ildə AMEA-nın
Geologiya İnstitutunda əmək fəaliyyətinə
böyük laborant vəzifəsi ilə başlayıb.
Sonralar kiçik elmi işçi vəzifəsində
çalışıb.
İ.Quliyev 1979-cu ildə Moskvada “Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi, 1989-cu ildə “Alp dağlararası çökəkliklərin qaz rejimi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru alimlik dərəcələrini, 1999-cu ildə isə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.
İ.S.Quliyev təbii qazların geologiyası və
geokimyası, neft-qaz yataqlarının geologiyası və
palçıq vulkanizmi sahələrində
tanınmış alimdir. Onun rəhbərliyi və
iştirakı ilə qarışıq zonaların qaz rejiminin
öyrənilməsi üçün orijinal tədqiqatlar
aparılıb, karbon tərkibli qazın çıxma həcmi
kəmiyyətcə dəyərləndirilib və atmosferin
aşağı qatlarında paylanması öyrənilib. O,
AMEA Geologiya və Almaniyanın Təbii Resurslar
İnstitutlarından olan həmkarları ilə birlikdə
dünyada ilk dəfə Azərbaycan palçıq
vulkanlarından qazın çıxmasının monitorinqinin
elmi-texnoloji prinsiplərini şərh edib və uzunmüddətli
monitorinq aparıb. Nəticədə yer qazlarının həcmində
kosmik və geoloji faktlardan asılı olan periodik dəyişmələrin
olduğu göstərilib. Bu elmi tədqiqatlar “greenhouse effekti” mexanizminin öyrənilməsində
əsas rol oynayır.
İ.S.Quliyev
həmkarları ilə birlikdə palçıq
vulkanlarının püskürmə məhsullarının,
süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin
öyrənilməsi üçün ilk dəfə olaraq
palçıq vulkanizminin ən güclü və
böyük paroksizmləri müfəssəl şərh edilən
püskürmə kataloqu tərtib edib. Bu tədqiqatlar
çöküntü süxurlarının spontan həyəcanlanması
və sıxlıq azalmasının modelini verib, Cənubi Xəzər
hövzəsində böyük dərinlikdə sıxlıq
azalma zonasının olduğunu göstərib və
palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən
qəbul edilən orijinal fiziki-kimyəvi modeli
hazırlanıb.
Xəzər
dənizində subdəniz palçıq vulkanlarının,
palçıq vulkanı qaz-hidratlarının tapılması
və geoloji-geokimyəvi öyrənilməsinin dünya
prioriteti İ.S.Quliyevə və onun AMEA Geologiya və
VNİİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına
məxsusdur.
İbrahim
Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından
biri də Cənubi Xəzər hövzəsi timsalında
sürətlə çökən hövzələrin
karbohidrogen sistemlərinin öyrənilməsidir. Sürətlə
çökmə şərti daxilində karbohidrogenlərin əmələgəlmə,
miqrasiya və yığılma sürətlərini, həmçinin
miqyasını öyrənmək üçün orijinal tədqiqatlar
aparılıb, hövzə modelləməsi, geokimyəvi və
izotop tədqiqatları əsasında Cənubi Xəzər
hövzəsində karbohidrogenlərin əmələgəlmə
və toplanmasının limit dərinlikləri, eləcə də
geniş dərinlik intervalı (16-18 km qədər) müəyyənləşdirilib.
Bu tədqiqatlar
Azərbaycanda karbohidrogen yataqları axtarışının
effektivliyinin artırılmasına, quruda və dənizdə
yeni neft-qaz yataqlarının tapılmasına şərait
yaradıb.
1985-ci ildən
2016-cı ilədək İ.S.Quliyev Geologiya İnstitutunun elmi
işlər üzrə direktor müavini vəzifəsində
çalışıb. Onun fəaliyyəti elmi siyasətin əsas
istiqamətlərinin təyininə, eksperimental bazanın
inkişafına və yenilənməsinə, institutun
strukturunun müasirləşdirilməsinə və
optimallaşdırılmasına, yüksək ixtisaslı
kadrların hazırlanmasına səbəb olmuşdur.
İ.S.Quliyevin təşkilatçılıq fəaliyyəti
Geologiya İnstitutunun aparıcı universitetlər və neft
şirkətlərinin elmi mərkəzləri ilə beynəlxalq
layihələrə inteqrasiyasına səbəb olmuşdur.
O, Massaçusets Texnologiyalar İnstitutu, Moskva Dövlət
Universiteti, Delft Texniki Universiteti, Cənubi Karolina və Yuta
universitetləri, Britiş Petroleum, Ekson, Teksako, Yunokal, AMOKO və
s. kimi neft şirkətlərinin elmi mərkəzləri ilə
birgə 30-dan çox beynəlxalq elmi layihələrdə rəhbər
və məsul icraçı kimi iştirak etmişdir.
1988-ci ldən
1995-ci ilədək İ.S.Quliyev Azərbaycan Dövlət Neft
Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti) neft və qazın geologiyası, geokimyası
üzrə mühazirələr oxuyub, diplomant və
dissertantların hazırlanması ilə məşğul
olub.
1994-cü
ildə İ.S.Quliyev Azərbaycan AAK-nın Yer Elmləri
üzrə sədri və Ekspert Şurasının
üzvü təyin edilib. Eyni zamanda, “Qeoloq Azerbaydjana”
jurnalının redaksiya heyətinin üzvüdür.
2006-cı ildən İ.S.Quliyev SOCAR-ın nəşr etdiyi,
respublikada aparıcı elmi-texniki jurnal olan “Azərbaycan Neft Təsərrüfatı”
jurnalının baş redaktoru vəzifəsində
çalışır.
Akademik
İ.Quliyev 2016-cı ildən 2020-ci ilə kimi AMEA-nın Neft
və Qaz İnstitutunun direktoru vəzifəsində
çalışıb. İbrahim müəllim 2019-2021-ci illərdə
AMEA-nın birinci vitse-prezidenti, 2021-ci ildən hal-hazıra kimi
isə vitse-prezident vəzifəsində
çalışır. O, 2008-ci ildə “Azərbaycan
Respublikasının Əməkdar elm xadimi” 2010-cu ildə bir
qrup alimlə Cənubi Xəzər hövzəsinin
palçıq vulkanizmi neftqazlılığının
öyrənilməsi üzrə silsilə işlərə
görə müstəqil Azərbaycan Respublikasının ilk
Dövlət mükafatı laureatı adına layiq
görülüb. 2014-cü ildə Rusiya Təbiət Elmləri
Akademiyasının xarici üzvü seçilib. 2017-ci ildə
“Şöhrət” ordeni ilə təltif edilib.
İ.S.Quliyev
230-dan çîõ elmi
məqalənin, o cümlədən 11 monoqrafiyanın müəllifidir.
Əsərlərinin böyük bir hissəsi xaricdə
çap olunub. Onun rəhbərliyi ilə 10 fəlsəfə
doktoru və 2 elmlər doktoru yetişdirilib.
İ.S.Quliyevin
tədqiqatlarının nəticələri onlarla beynəlxalq
konfrans və simpoziumda (Âåónəlxalq qeoloji konqreslər, Üzvi geokimya üzrə
beynəlxalq konqreslər, AAPG və EGU beynəlxalq
konfransları və s.) məruzə edilərək,
dünyanın aparıcı elmi məcmuələrində dərc
olunub. Son illərdə İ.Quliyev doktorluq dissertasiyalarında
opponentlik etmək üçün Gürcüstana (Geologiya
İnstitutu), Rusiyaya (VNİGRİ, MDU) və Niderlanda (Delft
Texniki Universiteti) dəvət olunub.
İbrahim
müəllim tanınmış alim, bacarıqlı təşkilatçı
olmaqla yanaşı, həm də gözəl ailə
başçısı, səmimi insandır. İbrahim müəllimi
qarşıdan gələn 75 illik yubileyi münasibətilə
səmimi- qəlbdən təbrik edir, ona uzun ömür,
cansağlığı və elmi fəaliyyətində
uğurlar arzulayırıq.
“Azərbaycan neft təsərrüfatı”
jurnalının redaksiya heyəti və kollektivi
İki sahil.- 2022.- 21 may.- S.14.