Naxçıvan dialektiŞuşa

şivələrinin ortaq leksik xüsusiyyətləri

 

Dialektologiya elə bir sahədir ki, o dilin qədim laylarını yaşadıb mühafizə edir. Dildə mövcud olan fonetik, leksik, morfolojisintaktik əlamətlər ədəbi dildəki işləkliyini itirsə də, dialekt və şivələr bu baxımdan dil ünsürləri passiv fonda keçərkən belə mühafizəkar mövqedə dayanır.

Bu baxımdan dilin saxlanc yeri olan dialekt və şivələrin aramsız tədqiqi xüsusi əhəmiyyət daşıyır. İyirmi səkkiz ildən artıq işğal altında qalmış və əhalisi pərən-pərən düşmüş Şuşanın şivələrini araşdırmaq müharibə şəraiti və köçkünlüklə bağlı tədqiqata cəlb etmək demək olar ki, mümkün olmasa da, dialektoloji lüğətlərdə və bəzi məqalələrdə işin tədqiqat səviyyəsi ilə tanış olmaq mümkündür. Müqayisələr zamanı Naxçıvan dialektiŞuşa şivələrində bir sıra ortaq vahidlər ortaya çıxır. Bu vahidlər ortaq olsalar da özü-özlüyündə bir çox fərqlərə də yol açır. Eyni bir leksik vahid tədqiqata cəlb etdiyimiz dialekt və şivədə mövcud olsa da, bəzən eyni vahid kimi eyni mənada, bəzən də qismən, yaxud tamamilə fərqli mənada çıxış edir, bəzən isə səs dəyişikliyinə uğramış formada eyni mənanı ifadə edə bilir. Bu zaman həm dil faktı olaraq, həm də milli-mədəni irs baxımından olduqca maraq doğuran nüanslarla rastlaşırıq.

Naxçıvan dialektiŞuşa şivələrinin lüğət tərkibi iki hissədən – Azərbaycan ədəbi dili ilə ümumi leksika və məhəlli dialekt sözlərindən ibarətdir. Ədəbi dillə ümumi leksika ümumxalq səciyyəli sözlərdən ibarət olub üstünlük təşkil edir. Məhəlli dialekt sözləri isə yalnız bu regionlar üçün xarakterikdir. Belə sözlər hər iki şivəni həm ədəbi dildən, həm də digər şivələrdən fərqləndirir.

Hər bir dialekti dərindən incələdikdə onun fonetikası, morfologiyası, sintaksisi və leksikasında bir sıra ortaq və fərqli cəhətlər ortaya çıxır. Dialektologiya ilə bağlı aparılmış tədqiqatlara nəzər saldıqda məlum olur ki, indiyə qədər Azərbaycan dilinin coğrafi əraziləri üzrə olduqca zəngin dialektoloji araşdırmalar icra olunmuşdur. Lakin Şuşa şivələri ilə əlaqəli ciddi elmi araşdırmaya rast gəlmədiyimiz üçün Şuşa şivələrində işlənən leksik vahidlərin tədqiqata cəlb edilməsinin çox aktual olduğu qənaətinə gəlmək mümkündür.

Məqaləni yazarkən dialektologiya sahəsində aparılan ciddi araşdırmalarla yaxından tanış olmaqla aydın oldu ki, dialektlərin bölgüsü mövzusunda yanaşmalar çox müxtəlifdir. Belə ki, M.Şirəliyev Azərbaycan dilinin dialekt və şivələrini tarixi-coğrafi prinsipə əsasən bölgüsünü apararkən 4 qrupşimal, cənub, şərq və qərb qruplarını göstərir. Burada Şuşa qərb qrupunda Qarabağ dialektinin tərkibinə daxildir. Elbrus Əzizov isə dialekt və şivələrimizi 3 qrup üzrə –cənub, qərb və şimal-şərq qrupları kimi təsnif edir.

Alman əsilli altayşünastürkoloq Gerhard Dorfer 14, tədqiqatçı yazar Böyük Rəsuloğlu 9, İsveçli dilçitürkoloq Lars Yohanson isə 3 qrupda Azərbaycan dilinin dialekt və şivələrinin təsnifatını vermişlər. İsveçli alim Şuşa şivələrini  Şuşa dialekti şəklində təqdim etmişdir.

Şuşa şivəsinin daxil olduğu Qarabağ dialekti orta yüzilliklərdə Qarabağ xanlığının ərazisində məskunlaşan dondarlı, qaramahmudlu, qacar, baharlı, hacılı, iyirmidördlü, otuzikili, şəmşəddinli, əfşar, qapanlı və s. tayfaların dili əsasında formalaşmışdır. Bölgənin siyasi-ictimai nüfuzunun artması ilə Qarabağ dialekti koyne səviyyəsinə yüksəlmişdir. XVII-XVIII yüzilliklər ədəbi dilin əsas siması olan M.P.Vaqifin dilində bu, özünü aydın büruzə verir. Bununla bağlı T.Hacıyev yazır: “Molla Pənah nəslən Qazax mahalındandır. Ancaq onun dilində bilavasitə Qazax dialekti faktı cüzidir... Ancaq Qarabağ dialekti nisbətən geniş təmsil olunur. Bunların bəzilərinə başqa dialektlərdə də təsadüf olunsa da Qarabağ üçün daha tipik sayılır. Alimin fikrincə, dövrün ədəbi dilində işlək olan deyin “deyə”, genə “yenə”, çöhrayı “çəhrayı”, ləbiyin “ləbinin”, dadızdırmaq “daddırmaq”, görkəzmək “göstərmək”, sürşər “sürüşər”, təzmək “qaçmaq”, gəzmək “axtarmaq” və s. dialektizmlər Qarabağ dialektinə mənsubdur. Son dövrlərdə Qarabağın ərazi-inzibati bölgüsü dəyişdirilsə də, dialektə ciddi təsir göstərməmişdir. Hazırda bu dialekt respublikamızın 15 rayonunu əhatə edir və bir-birindən cüzi fərqlənir. Qarabağ şivələrinin əksəriyyəti ayrı-ayrı alimlər tərəfindən (T.Hacıyev, S.Behbudov, İ.Quliyev, P.Ağayev) tədqiq edilmişdir.

1950-ci illərdən sonra müqayisəli-tarixi üsulun geniş tətbiqi, dialektoloji materialların artması, türk dilləri dialektlərindən istifadə edilməsilə əlaqədar olaraq M.Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları” dərsliyi yenidən hazırlanıb yazılmalı oldu. “Fonetika”, “Morfologiya”, “Sintaksis”, “Leksika” fəsillərinə ayrılmış bu dərslikdə ilk dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan geniş istifadə olunmuşdur. Azərbaycan dili şivələrinin materialları qədim türk abidələri, müasir türk dilləri və onların dialektlərilə əlaqəli şəkildə şərh edilmişdir. Əsərdəki dialektoloji materiallar üç mənbədən alınmışdır:

1) müəllifin şəxsən topladığı materiallardan; 2) ayrı-ayrı müəlliflərin əsərlərindən; 3) müəllifin iştirakı ilə toplanmış ekspedisiya materiallarından.

Müəllifin şəxsən topladığı materiallar Şuşaonun kəndləri (1938), Bakı və Bakı ətrafı kəndlər (1939-1940), Naxçıvan şəhəri və Babək rayonunun Nehrəm kəndi (1941), Qazax (1942), Gəncə (1943), Ağdam rayonlarından topladığı geniş materiallardan ibarətdir.

Bir nüansı da qeyd etmək lazımdır ki, iyirmi səkkiz ildən artıq bir zaman kəsiyində Qarabağ ərazisinin işğal atında olması, Şuşa əhalisinin köçkün vəziyyətdə yaşaması bu işi olduqca çətinləşdirmişdir.

1932 – 1934-cü illərdə nəşr olunan “Azərbaycan yurd bilgisi” dərgisinin bütün nömrələri toplanaraq 2008-ci ildə kitab halında çap olunmuşdur. Ankarada nəşr olunmuş bu topluda bir bölmə sırf Qarabağ dialektinə həsr olunmuşdur. Burada Qarabağ dialektiona daxil olan şivələrlə bağlı yazılmış məqalələr qruplaşdırılmışdır.

Ceyhun Hacıbəylinin 1933-cü ildə Fransada çapdan çıxan “Qarabağ dialektifolkloru” adlı əsəri bu sahədə yazılmış irihəcmli və ən sanballı əsərdir. Fransız dilində yazılmış bu kitabda müəllif Azərbaycan folklor nümunələrini Qarabağ dialektinə məxsus olan şivələrdə olduğu kimi yazıya almış, bu dialektin səs sistemini latın hərfləri ilə vermiş, onları ərəb əlifbası ilə də göstərmiş, səslənmə xüsusiyyətlərini fransız dilində izah edərək, Qarabağ dialektinin səs sistemini hazırlamışdır. Kitabın maraqlı cəhəti ondan ibarətdir ki, ayrı-ayrı fəsillərdə tapmacalar, alliterasiyalar, oyunlar, laylalar, lətifələr, heyvanlara verilən adlar, qohumluq əlaqələri bildirən sözlər, bəzi məcazi ifadələr və s. ayrı-ayrı bölmələrdə verilərək, hər bölmənin sonunda həmin bölmədə işlədilən sözlərin ədəbi dildəki forması göstərilmişdir, bu, annotasiyada ərəb əlifbası ilə də göstərilmişdir. Zəngin Qarabağ dialektinin folklor nümunələri vasitəsilə tədqiqi həm folklorun, həm də dialektin yaşadılması baxımından olduqca dəyərli bir metod hesab edilə bilər.

Göründüyü kimi, Qarabağ dialektinin, xüsusilə Şuşa şivəsinin işlənmə səviyyəsi o qədər də yüksək deyilmüasir dövrdə bu yalnız Mingəçevir Dövlət Universitetinin tələbələrinin hazırladığı “Azərbaycan dilinin dialektoloji lüğət tərkibi” və bir neçə məqalə ilə  məhdudlaşır. Odur ki, bu mövzunun araşdırılması böyük aktuallıq kəsb edir.

Tarixi-coğrafi prinsipdən yanaşsaq və M.Şirəliyevin bölgüsündən çıxış edərək, Naxçıvan dialektinə daxil olan şivələr Cənub qrupu dialekt və şivələrinə, Şuşa şivəsi isə Qərb qrupu dialekt və şivələrinin Qarabağ dialektinə daxildir. Bu baxımdan, təbiidir ki, hər iki bölgənin məhəlli danışığının məxsusi xüsusiyyətləri özü ilə bərabər tədqiqata cəlb etdiyimiz dialekt və şivələrdə bənzərliklərlə birlikdə fərqlər də ortaya çıxarır. Bu cəhət özünü istər fonetik, istərsə də leksik baxımdan qabarıq şəkildə büruzə verir. Lakin bütün bunlarla bərabər Naxçıvan dialektiŞuşa şivəsində bir sıra ortaq leksik vahidlərə rast gəlirik. Hələ ki, Şuşa şəhərində normal həyat şəraiti tam bərpa olunmadığından və əhalinin məskunlaşması tam olaraq başa çatmadığından ekspedisiya imkanları məhduddur. Bu səbəbdən, dialektoloji lüğət vasitəsilə müqayisələrimizi aparmışıq.

Müqayisələr apararkən leksik vahidləri qruplaşdırmaq mümkündür.

Bəzi sözlər var ki, onlar həm Naxçıvan dialekt şivələrində, həm də Şuşa şivəsində formaca və mənaca eynidir.

Beddam sözürüsvay, biabır, bədnam” mənasında hər iki dialekt və şivədə işlədilir. Məsələn: Adımızı beddam elədi bu avara.

Bekara “yararsız, pis” deməkdir. Məsələn: Ə:, bu bekara şeyin nəyinə pul vermisən? (Cul.) Böyük ehtimal, bu leksembeinkar şəkilçisi və “kara gəlmək” sözlərinin birləşməsindən yaranmışdır. Bu mənada hər iki dialekt və şivədə eyni mənada işləsə də, Şuşa şivəsində bu söz həm də “bir az, bir qədər” mənasında işlədilir. Məsələn: Bekara kənara otursan, maηa da yer olar.

Boz bir sıra digər mənaları ilə bərabər, həm Naxçıvan dialektində, həm də Şuşa şivəsində el arasında dəri xəstəliyinin adıdır. Məsələn: Uşağın üzünə boz düşüp, deyillər əncir yarpağının südünü sürtəndə gedir.

Budamax sözü hər iki bölgədə bərk döymək mənasında müşahidə edilir. Məsələn: Kişi ağacı aldı əlinə, oğrunu o kki var budadı, ötürdü.

Çimçəmməx' “iyrənmək” mənasında Naxçıvan dialektiŞuşa şivəsində işlənir. Məsələn: Adam hər şeydən çimçəmməz.

“Əməlli-başlı, hər şeyi öz qaydasında olan” anlamında işlədilən ədəli-düdəli sözü də tədqiq etdiyimiz dialekt və şivədə eyni mənada təzahür edir. Məsələn: Belə də mənnən beşbetər ədəli-düdəli ola, deyəsən hə.

Əl sözü Naxçıvan dialektində və Şuşa şivəsində müxtəlif mənaları ifadə etsə də, “dəfə” mənasında eyni olaraq işlənir. Məsələn: İki əl mən gətiridim, bir əl də sən gətir, no:lar?

Xıncılo:z göy soğana bənzər yabanı bitki adıdır və hər iki şivədə mövcuddur. Məsələn: Yaz açılsaydı, xıncılo:z alardıx, hər şeyə xeyirdi.

Digər bir qrupda isə tədqiqata cəlb etdiyimiz şivələrdə tərkibindəki hərf dəyişməsinə görə sözləri birləşdirə bilərik. Burada məna eynidir, sadəcə olaraq bu sözlərdə saitya samit səs və ya səslərin fərqli tələffüzü özünü göstərir.

Alabəzəx' sözü Naxçıvan dialekt və şivələrində ala-bula mənasında işlədilr. Alapələx' isə Şuşa şivəsində eyni mənanı ifadə edir. Məsələn. A:z, bunun alabəzəx' coraplarına bax hələ. Səkinənin qızı alapələx' geyinif toyə:lmişdi.

Bacılıx' Azərbaycan dilinin digər dialekt və şivələrində olduğu kimi, Naxçıvan dialekt və şivələrində də “ögey bacı” mənasını ifadə etməklə yanaşı, həm də “rəfiqə” mənasında da işlədilir. Bu fikirləri Şuşa şivəsində rast gəlinən bajılıx' sözü haqqında da deyə bilərik.

Diysinməx Şuşa şivəsində “iyrənmək” deməkdir. Naxçıvan dialekt və şivələrində eynilə bu formaya rast gəlsək də, disginməx', gaha çox  rast gəlinəndir, bununla bərabər, Şahbuzda dix'siməx', Naxçıvanda disginməx' formaları da mövcuddur. Məsələn: Ay uşağ, mən o xörəydən diysindim. Nətəri hoppandısa qabağıma, disgindim.

Ecəşməx' və ya icəşməx' şəklində Naxçıvan dialekt və şivələrində təzahür edən “mübahisə etmək” anlamında ejəşməx' sözü ilə Şuşa şivəsində də rastlaşırıq. Məsələn: Bəsdi icəşdin, qarnıvın dərdin de biləx'. Axşamnan işi-peşəsi mənnən ejəşməx'di, ayrı işi-zadı yoxdu gədənin.

İncavara/incəvara sözü Naxçıvan dialekti və şivələri üçün xarakterik olan sözlərdən biridir. “Yaxşı ki, xoşbəxtlikdən” mənasındadır və Şuşa şivəsində incavaradan şəklində işlədilir.

Digər bir qrupda birləşdirdiyimiz leksik vahidlər isə yazılışca və deyilişcə eyni olsalar da, mənaları bəzən az, bəzənsə kəskin surətdə fərqlidir.

Bəlgə Naxçıvan dialekt və şivələrində oğlan evinin qız evinə apardığı ilk nişandır. Yəni elçilikdən sonraböyük nişandan əvvəl aparılar. Eyni söz Şuşa şivəsində gön hazırlamaq üçün narın qabığından və yarpaqlarından hazırlanmış maddədir. Məsələn: Bu axşam Könülə bəlgə gəltirəcəx'lər. Bəlgə qutardı, gön istaxda qaldı.

Əlöppə Naxçıvanda toyun üçgünlüyündə qızın oğlan evindən ata evinə gətirilərək edilən qonaqlıq mərasimidir. Şuşada isə əksinə olaraq, toydan üç gün sonra oğlan evində olan qonaqlıqdır.

Fırıldax Naxçıvan dialekt və şivələrində kələkbaz adama deyirlər. Şuşa şivəsində isə bu söz “fırfıra” deməkdir. Məsələn: O fırıldağınan mənim işim yoxdu, rədd olsun, getsin işinə. Fırıldağı ağaşdan qayırıllar.

Quruluşca sadə, düzəltmə və mürəkkəb olan ayrı-ayrı leksik vahidlərlə yanaşı tədqiq etdiyimiz şivələrdə ortaq söz birləşmələri də mövcuddur. Buna nümunə olaraq, bir havır (Naxçıvan dialekt və şivələrində) və bir ho:r (Şuşa dialektində) birləşməsini göstərə bilərik. Bu söz birləşməsi “bir az, bir qədər, bir neçə dəqiqə” mənasını ifadə etmək üçün işlədilir. Məsələn: Ay bala, bir havır otur, gedəssən da. Bir ho:r dayan görəx' hələ.

Göründüyü kimi, hər iki bölgənin danışığında dialekt fərqləri və bənzərlikləri müxtəlif cür təzahür etməkdədir. Bu dialekt və şivələr arasındakı ortaq cəhətlər həm oxşarlıq, həm də fərq yarada bilir. Nəticə olaraq demək olar ki, Naxçıvan dialektiŞuşa şivəsində yuxarıda apardığımız ikinci qruplaşmanın əlamətlər üstünlük təşkil edir. Bundan əlavə, qeyd etmək lazımdır ki, sadaladığımız və təhlil etdiyimiz ortaq cəhətlər həm də bölgələrdəki adət-ənənələrimizin ortaq yönlərini də aşkara çıxarmaqda vasitəçi rolunu oynayır ki, dialekt və şivələrimizin tədqiqi, öyrənilməsi, xalqımızın milli dəyərlərinin, o cümlədən etnoqrafiyasının da tədqiqinə yol açır.

 

Leyla Səfərova,

​Naxçıvan Dövlət Universitetininİngilis

dili və metodika” kafedrasının müəllimi,

filologiya üzrə fəlsəfə doktoru

 

İki sahil.- 2022.- 4 noyabr.- S.7.