Ədalətin Zəfəri

 

8 Noyabr – Zəfər Gününü – torpaqlarımızın işğaldan azad olunmasının - o möhtəşəm Qələbəmizin ikinci ildönümü ərəfəsindəyik. Azərbaycan xalqı var olduqca bu tarixi Qələbəni – Zəfər Gününü böyük sevincqürurla bayram edəcək. Çünki bu Qələbəni xalqımız uzun zaman gözlədi. Elindən-obasından, ocağından-yurdundan olan soydaşlarımız o böyük günü – torpaqlarımızın işğaldan azad olunacağı, ermənilərin murdar ayaqlarının torpaqlarımızdan kəsiləcəyi günü sanki iplə çəkirdilər.

Yurd-yuvalarını 30 ilə yaxın müddətdə yalnız yuxularında görən insanlar övladlarına, nəvələrinə doğma yerlərin zümrüd çaylarını, buz bulaqlarını, ətir qoxuyan təmiz havasını, gül-çiçəklərini, zəngin meşələrini, bərəkətli torpaqlarını anlatdıqca anlatdılar, yurd həsrətli sevgi dolu hekayələrlə torpağına bağlı vətənpərvər övladlar yetişdirdilər. Qarabağı heç görməyən, sonradan doğulan körpələr də bu hekayələri valideynlərindən, nənə-babalarından dinləyə-dinləyə Qarabağ sevgisi ilə böyüdülər, Vətən-yurd sevgisi canlarına, qanlarına hopdu. Yurdundan didərgin düşən soydaşlarımız uzun illər boyu torpaq həsrətindən yanıb-yaxılsalar da, heç vaxt bir gün mütləq doğma ocaqlarına qayıdacaqlarına ümidlərini itirmədilər. Bu ümid Ali Baş Komandan İlham Əliyevə olan güvəndən doğurdu. Və xalq güvənində yanılmadı. O gün gəlib çatdı. Artıq Böyük Qayıdışın ilk qaranquşları çoxdan öz yuvalarına köçüblər. Sürətlə gedən tikinti-quruculuq işləri qalan soydaşlarımızın da öz yurdlarına dönəcəyi günün uzaqda olmadığını göstərir.

Qarabağın azad olunacağı, yağı düşməndən qisas alınacağı günü yalnız ev-eşiyindən, el-obasından didərgin  düşən insanlar gözləmirdi. Uşaqlı-böyüklü, qocalı-cavanlı hər kəs, dünyanın hər yerində yaşayan soydaşlarımız – bütöv Azərbaycan xalqı o böyük günə təşnə idi.

Məsəl var, deyərlər: “İt arabanın kölgəsində yatar, elə bilər öz kölgəsidir.” Xain düşmən havadarlarının köməyi ilə o zaman Azərbaycanda iqtidarda olan, başları korrupsiyaya, kreslo davasına qarışmış səriştəsiz rəhbərlərin günahı üzündən torpaqlarımızı işğal edərək, qazandıqları “zəfərdən” özlərinə “yenilməz xalqmifi yaratmış və “böyük Ermənistan” xülyası ilə yeni torpaqlarımızı zəbt etmək üçün iştahlarını itiləyərkən, torpaqlarımızda toxum yerinə mina əkib öz təbirlərincə “keçilməz sədlər” yaradarkən Azərbaycan Prezidentimüasir silahlarla təchiz olunmuş hər türlü keçilməz sədləri aşa biləcək güclü ordu yaratdı.

Və nəhayət, gözlənilən gün gəlib yetişdi. Torpaqlarımızı azad etmək, şəhidlərimizin qisasını almaq üçün bütün xalq səfərbər oldu. Hər kəs Ali Baş Komandanın ətrafında “dəmir yumruqkimi birləşdi. O “Dəmir yumruq” düşmənin nəfəsini kəsdi, ermənilərin yaratdıqları “məğlubedilməz ordumifini darmadağın etdi. İgid Azərbaycan oğulları müdrik Sərkərdənin – Ali Baş Komandanın uzaqgörənliklə düzgün qurduğu strategiya əsasında qəhrəmanlıqla vuruşaraq, canları, qanları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Yağı düşmən bütün texnikanı, silah-sursatı döyüş meydanlarında qoyaraqasta qaçan namərddir” deyib (onlar zatən namərddir), arxaya baxmadan qaçdı. Şuşa azad ediləndən sonra – 10 noyabr 2020-ci il tarixdə Nikol Paşinyan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu, Azərbaycan dövlətinin, ordusunun, xalqının Qələbəsi idi!

44 günlük  savaşda qazanılan bu möhtəşəm Qələbə yalnız azərbaycanlıların ermənilər üzərində Qələbəsi deyildi. Bu, xeyirin şər, haqqın haqq, ədalətin ədalətsizlik üzərində Qələbəsi idi! Bu, şəhidlərimizin qisası alındığı üçün şəhid analarının ürəyindəki atəşə su səpən, ulu Azərbaycan xalqının qürurunu, qəhrəman adını özünə qaytaran, şəhidlərimizin ruhunu şad edib hüzura qovuşduran, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunacaq möhtəşəm bir Qələbə idi! Və ən nəhayət, Azərbaycan xalqının son 200 illik tarixində qazandığı ən böyük Zəfər idi!

Biabırçı məğlubiyyətə uğrasalar da, “dəmir yumruqun zərbindən darmadağın olub, cəsur oğullardan ibarət Azərbaycan Ordusundan qorxub tük salsalar da bu gün mənfur ermənilər yenə dinc dayanmır, yaşadıqlarından dərs almırlar. Tez-tez sərhəd zonalarında təxribatlar törədir, mina terroruna davam edirlər. Deyəsən başları yenə “dəmir yumruq” istəyir. Neyləyəsən, bu bədbəxt millətin də huyu budur. “Can çıxmayınca, huy çıxmaz” deyirlər. Məkrlilik, xəbislik, satqınlıq, nankorluq, yaltaqlıq, dilənçilik, qatil olduqları halda özlərini məzlum xalq kimi göstərmək bu huyu qurumuş millətin huyudur.

44 günlük müharibədə Azərbaycanın tarixi Qələbəsindən sonra, eyni zamanda, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində artıq dünya dövlətləri Qarabağın kimə məxsus olduğunu da, kimin haqq, kimin nahaq olduğunu da yaxşıca anladılar. Və bir sıra dövlətlər əllərini Ermənistanın üzərindən çəkdilər, artıq ona dəstək olmaq istəmədilər. İndi ermənilər, “rus qardaşlarımız bizdən üz çevirdi” deyərək başlarına döyüb ağlaşırlar. Son günlər Ermənistan Fransa və İrandan daha möhkəm yapışıb. Nikol cənab Makronun və ağayi Rəisinin ayaqqabısını papağı ilə, - mən də nə deyirəm, papaq kişilik, namus-qeyrət rəmzidir, bu sifətlər ermənilərdə olmadığı üçün onların başındakı papaq ola bilməz, - baş örtüyü, nə bilim ağız-burnunu sildiyi dəsmalı, boynuna bağladığı qalstuku, hətta dili ilə silib təmizləməyə, arvadını onlara xidmətçi verməyə belə hazırdır, təki Makronla Rəisi onlardan üz çevirməsin. Ancaq ermənilər erməni də olsalar başa düşürlər ki, (bəzi revanşistləri çıxmaq şərtilə) hansı havadarlarının ətəyinin altında gizlənsələr də, kimi özlərinə dayə seçsələr də, xeyri yoxdur, sülh müqaviləsinə imza atmaqdan başqa çarə görünmür onlar üçün. Yeganə çıxış yolları budur və bu bizdən çox onlara lazımdır. Sülh müqaviləsi də bağlanacaq, Zəngəzur dəhlizi də açılacaq. Buna nə Makron, nə də Rəisi mane ola biləcək. Necə ki, cənab Prezident demişdir: “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.”

Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurub-yaratmağa davam edir, yaxın gələcəkdə işğaldan azad edilən torpaqlarımız – bütün Qarabağ yenidən cənnətməkana, gülüstana çevriləcək.

Zəfər Günümüz mübarək, əziz xalqım! Bu möhtəşəm bayramı bizə qazandıran Ali Baş Komandan başda olmaqla Azərbaycanın qəhrəman oğullarına təşəkkür edir, qazilərimizə cansağlığı diləyərək, şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirəm.

 

Nüşabə Səməndər

 

İki sahil.- 2022.- 6 noyabr.- S.11.