Yaşayın, həyatdan zövq alın!

 

Məşhur neftçi Mirnağı Ağaseyid oğlu Kamilovun şanlı 90 illik yubileyinə

 

Azərbaycan xalqının genofondunu zənginləşdirən nurlu simalar cərgəsinə, mənim zənnimcə, canlı elm, neft sənayesi korifeyixeyirxah və alicənab İnsan, məşhur neftçi Mirnağı Ağaseyid oğlu Kamilovu daxil etmək olar.

 

Mirnağı Ağahüseyn oğlu Kamilov 1932-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. O, 1950-1955-ci illərdə Azərbaycan Sənaye İnstitutununNeftQaz yataqlarının istismarı” fakültəsini uğurla bitirərək, təyinatla “Neft daşları”na əmək fəaliyyətinə göndərilir. O burada böyük ruh yüksəkliyi ilə operator qismində işləməyə başlayır. Əmək fəaliyyətinin ilk günlərindən özünü bacarıqlı, zəhmətsevər və istiqanlı işçi kimi göstərdiyindən, gənc, perspektivli kadrı dörd aydan sonra neft və qazın hasilatı üzrə usta köməkçisinin müavini təyin edirlər. Beləliklə, vəzifələr və məsuliyyət nərdivanının pillələrini tədricən qalxaraq, 1958-1961-ci illərdə Elmi-tədqiqat  İstehsalat İşləri sexində mühəndis, lay təzyiqinin saxlanılması sahəsində şöbə müdiri, 1961-1971-ci illərdə 2 ¹-li mədəndə neft hasilatı üzrə usta, mədənin böyük mühəndisi, mədən müdiri, 1971-1975-ci illərdə NQÇİ-nin mərkəzi mühəndis-texnoloji şöbəsinin rəisi, 1975-1978-ci illərdə Neft Daşları NQÇİ-nin rəis müavini, 1978-1980-cı illərdə əsaslı və yeraltı təmir sexinin rəisi dərəcəsinə yüksəlir.

Mirnağı müəllim şərəfli ömür yolunun 25 ilini əsas etibarilə dənizdə neftçıxarma işlərinə həsr etmişdir. Onun gözləri önündə əfsanəvi şəhərcik “Neft daşları” inşa olunurdu. Taxta – müvəqqəti kiçik  evlər beşmərtəbəli, sonralar isə doqquzmərtəbəli binalara çevrilirdi. Mirnağı müəllim bu hadisələrin sadəcə şahidi deyil, əksinə bu proseslərin birbaşa aktiv iştirakçısı idi.

Neft daşlarında işlər çox zaman iqlim şəraitindən asılı idi. Neftin hər bir tonu böyük, gərgin zəhmət, fiziki qüvvə hesabına hasil olunurdu. İstedadlı mütəxəssis Mirnağı müəllim vicdanlı və ədalətli keyfiyyətlərinə görə işlədiyi kollektivin hüsn-rəğbətini qazanmış, tələbkarlığı ilə seçilmişbu iddiası özünə qarşı həddən-ziyadə yüksəkdi. Onun bu xasiyyətinə bələd olan işçilər rəhbərlərini zərbə altına qoymamağa çalışırdılar. Dəniz Mirnağı müəllim üçün  həyat tərzi demək idi. Bəzən o, aylarla evdə - Bakıda olmurdu. Bununla əlaqədar Mirnağı müəllim deyir:

“Mən uzun illər dənizdə və quruda çalışmışam. Dənizdə işləyən insan hər şeyi bilməlidir. Bu gün demək olar ki, hamıda mobil telefon vardır. Əvvəllər dənizlə belə bağlılıq yox idi. O zaman hər hansı ciddi problem meydana gəlirdisə, neftçilər qurudan yardım gözləmədən, yerindəcə qərar qəbul etməli idilər”.

Mirnağı müəllim 1980-1981-ci illərdə N.Nərimanov adına NQÇİ-nin rəis müavini, 1981-1987-ci illərdə “AzneftİB-nin Neft-Qaz Hasilatı şöbəsinin rəisi, 1987-1988-ci illərdə Bibiheybətneft NQÇİ-nin baş mühəndisi, 1988-1989-cu illərdə Şirvanneft NQÇİ-nin rəisi, 1989-2003-cü illərdə “Azneft” İB-də neft-qazın hasilatı, quyuların yeraltı və əsaslı təmiri üzrə istehsalat şöbəsinin rəisi, 2003-cü ildən Neft-Qaz Elmi Tədqiqatlar İnstitutunda direktor müavini, 2007-ci ildən 2012-ci ilə qədər direktorun müşaviri vəzifələrində çalışmışdır.

Mirnağı müəllim o insanlar kateqoriyasına aiddir ki, bir zamanlar onları novator-yenilikçi adlandırırdılar. Neft daşlarında fəaliyyət göstərərkən, bir neçə səmərələşdirici təkliflər irəli sürmüşdür ki, onların sayəsində dəniz neft mədənlərində neft hasilatı yüksəlmiş, quyu təmirçilərinin işi dəfələrlə yüngülləşmişdir.

80-ci illərdə Tümen vilayətinin rəhbər işçilərindən olan Zaxarçenko Mirnağı Kamilovu yüksək təcrübəli mütəxəssis kimi yaxşı tanıdığından onu Şimala dəvət edir. Lakin təcrübəli kadrlar, istedadlı mütəxəssislər Vətəndə - Azərbaycanda da lazım idi. Təbiidir ki, belə dəyərli, məşhur neftçini buraxmadılar.

Mirnağı müəllim tez-tez xaricə xidməti ezamiyyətə göndərilirdi. O, Rumıniyada, Fransada, Türkiyədə, Çində, Almaniyada, Amerika Birləşmiş Ştatlarında Azərbaycan neftçilərini ləyaqətlə təmsil etmişdir.

Gənc kadrların hazırlanması məsələsinə Mirnağı müəllim böyük həssaslıqla yanaşır, onu daim düşündürürbu nəcib işdə bilavasitə iştirak etmək üçün AzNKİ-də (indiki dərs deyir, 6 il Neft texnikumunda qəbul komissiyasının sədri kimi məsul vəzifəni icra edir. Bu gün neft sənayesinin müxtəlif təşkilat, idarə və müəssisələrində fəaliyyət göstərən tanınmış neftçilərin bir qismi M.A.Kamilovun yetirmələridir.

Mirnağı müəllim elmi tədqiqatlara da xüsusi maraq verirdi. O, bir sıra monoqrafiya, ixtira patentin müəllifidir. İxtiraların istehsalatda tətbiqi sayəsində milyon manatlarla dövlət vəsaitinə qənaət olunmuş ölkəmiz üçün iqtisadi səmərə alınmışdır.

Mirnağı müəllim əmək cəbhəsində fədakar, səmərəli fəaliyyətinə, qazandığı uğurlara, nailiyyətlərə görə dəfələrlə dövlət tərəfindən bir çox fəxri adlar ordenlərlə təltif edilmişdir. O, “Azərbaycanın neft ustası”, “Azərbaycanın Əməkdar mühəndisi”, keçmiş SSRİ-nınNeft sənayesi əlaçısı”, “Akademik Qubkin adına mükafat laureatı”, “Lenin”, “Qırmızı Əmək Bayrağıordenlərinə Ekologiya Akademiyasının elmlər doktoru fəxri adına layiq görülmüşdür. Uzunmüddətli səmərəli fəaliyyətinin məntiqi nəticəsidir ki, çoxlu sayda fəxri fərmanlar digər mötəbər mükafatlarla yanaşı Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdü ilə mükafatlandırılmışdır.

Bütün bunlar Mirnağı müəllimin Azərbaycanın tərəqqisi naminə gördüyü işlərə, onun rəşadətli əməyinə verilmiş ən müqəddəs mükafat yüksək qiymətdir.

Mirnağı müəllim zəhmətsevərliyinə, fenomenal erudisiyasına, intellektinə yüksək insani keyfiyyətlərinə görə həmkarlarının dərin hörmət rəğbətini qazanmış, neftçiyə xas olan bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirmiş, istedadlı mütəxəssis, yaradıcı mühəndis, yüksək səviyyəli rəhbər, işlədiyi müddətdə ona göstərilən etimadı doğruldan nurlu bir şəxsiyyətdir. O, respublikamızın neft-qaz sənayesinin inkişafında müstəsna rol oynayan əzmkar neftçi, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm gözəl ailə başçısı, səmimi insandır. Gözəl ailəsihəyat yoldaşı Tamilla xanım - geoloq, qızı Nigar xanım - həkim onun həyatının ən böyük sevincidir.

Dərin hörmətli, Mirnağı müəllim! Siz olduqca şərəfli, nəsillərə örnək olacaq ömür yolu keçmisiniz. Biz Sizinlə həm fəxr edir, həm tükənməz qürur hissi duyuruq ki, uzun illər eyni sahədə - Neft-qaz sənayesi sahəsində birlikdə çalışmışıq. Bizim düşüncəmizdə Siz hər zaman çətinliklərin üzərinə mərdliklə yeriyən, əqidəsinə, prinsiplərinə, vətəninə, dövlətçiliyə sədaqətlə xidmət etmək iqtidarında olan nurlu bir şəxsiyyət, qayğıkeş rəhbər olmusunuz. Sizin yaşadığınız şərəfli həyat salnaməsi dövlətə xalqa xidmət rəmzidir.

Siz sizin kimi qəhrəman insanların əməyinin bəhrəsini hazırda gənc nəsil hiss edir, ölkəmiz dünya dövlətləri sırasında möhkəm inamla addımlar atır, uğurlu siyasət yürüdür.

Ən böyük mükafatınız uzun illər işlədiyiniz SOCAR kollektivinin Sizə olan məhəbbəti hörməti, gözəl ailəniz, dəyərli övladınız mehriban nəvələrinizdir.

Bir daha Sizi 90 illik şanlı yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, doğma, təravətli, möcüzəli İçərişəhərin küçə dalanlarının daşları qədər sağlam ömür arzulayırıq, Yaşayın, həyatdan zövq alın! Ulu Tanrı Sizi qorusun!

 

Xoşbəxt Yusifzadə,

Azərbaycan Respublikası Dövlət Neft

Şirkətinin birinci vitse-prezidenti,

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki

 

İki sahil.- 2022.- 25 noyabr.- S.5.