ORTAQ
KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ
ÇARİZMİN
İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK
TARİXİ KONTEKSTİNDƏ
Qızıl Orda və ondan törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik
oçerklər)
Tara şəhəri Küçüm
xanın qoşunlarının
zərbə mövqeyində,
onlarla birbaşa təmas xəttində yerləşirdi. Sibir xanlığının varlığına son qoymaq-təkrar
edirik ki, şəhərin salınma
məqsədi idi.
Doğrudur, 1594-cü ildə
A.Yeletskini qəbul edərkən Boris Qodunov Küçüm xan və “onunla əlbir olan köçəri tayfa başçıları”, nüfuzlu
feodallarla mübahisələrin
hələlik sülh
yolu ilə həll edilməsini, silaha yalnız bütün mümkün dinc vasitəllər nəticə verməyəndə
əl atılmasını
məsləhət görmüşdü.
O, Buxara
və Yarkənd kimi Mərkəzi Asiya şəhərləri
ilə ticarət əlaqələrinin yaxşılaşdırılması
zərurətini xatırladaraq,
Küçüm xanla
şeybanilər arasındakı
isti münasibətləri
xüsusi vurğulamışdı.
Bircə il
sonra isə vəziyyətin dəyişdiyini
görürük. Artıq Tara voyevodası
qarşısında Küçüm
xanla mübarizəni gücləndirmək və
sona çatdırmaq vəzifəsi qoyulmuşdu.
(Bu zaman Andrey
Yeletski Taradan Moskvaya yüksək vəzifəyə gətirilmiş,
onun yerinə isə əmisi oğlu Fyodr Yeletski təyin edilmişdi.)
Əsas təhlükənin Tara istiqamətindən
gələcəyini yaxşı
başa düşən
Küçüm xan rusları qabaqlamaq məqsədi ilə
1595-ci ildə böyük
oğlu Əlini yeni şəhərin cəmi 40 verstliyində yerləşən Ayalın
volostuna basqına göndərdi. Ayalın tatarları yasaq
ödədiyindən onları
qorumaq şəhər
voyevodalığının birbaşa vəzifələrindən
idi. Qriqori Yasırın başçılıq
etdiyi bölük Əlini geri oturtdu. Həmin ilin yayında
Kuçumün Qara şəhərciyə göndərdiyi
dəstənin də aqibəti eyni cür oldu. 1595-ci ilin qışında
Küçüm xanın
Tunus istehkamında olduğunu eşidən F.Yeletski onun üzərinə 467 nəfərlik
qoşun göndərdi.
Qısa mühasirədən sonra şəhərcik alınsa
da Küçüm xanı ələ keçirmək mümkün
olmadı. Bu zaman Moskvadan tatarlar vasitəsilə xanla danışıqlar aparılmasına dair tapşırıq gəldi.
Çar Fyodrun “qramota”sında deyilirdi: “Hökmdar Küçüm
xanı öz himayəsinə almağı,
onun oğlu Ablaykərimə və yaxın adamlarına lütf göstərib maaş kəsməyi təklif edir”. Lakiin Küçüm xan bu təklifi də qətiyyətlə
rədd etdi və noqaylardan hərbi dəstək istəmək qərarına
gəldi. Onun yolunu
bağlamaq və noqaylarla əlaqələrini
kəsmək məqsədi
ilə 1596-cı ildən
gec olmayaraq kazaklardan və Ayalın tatarlarından ibarət 112 nəfərlik
dəstənin 6 gəmi
ilə İrtış
çayının yuxarı
axarlarında növbə
çəkməsi də
mənbələrdə əks
olunmuşdur. Xan da boş oturmurdu. Bir neçə dəfə
ağır məğlubiyyətə
uğramasına baxmayaraq,
1597-ci ildə o, qüvvələrini
səfərbərliyə alıb
Taranı tutmağa cəhd göstərsə
də, hücumu nəticə verməmişdi.
Ruslara qarşı mübarizəsini
sona qədər davam etdirməyə and içməsinə rəğmən,
Küçüm xanın
müqavimət gücü
get-gedə zəifləyirdi.
1598-ci il avqustun 20-də
onun ailəsi və yaxın adamları ilə Ob çayı ilə köç etməsi xəbərini alan Tara voyevodası Andrey Voyeykov Dnepr kazaklarından, Polşa və Litva əsirlərindən
(onların əksəriyyəti
peşəkar hərbçilər
idi) ibarət qüvvənin də köməyi ilə çay sahilindəki Ormen çəmənliyində
Sibir qoşunlarına
qarşı “son və
qəti” hücuma keçdi. Qüvvələr nisbəti təqribən
bərabər olsa da ruslar odlu
silahlara və artilleriyaya malik idilər. Elə döyüşün taleyini də texniki üstünlük həll etdi. Küçüm xanın
ordası ilk həmlələrdən dağılıb
pərən-pərən düşdü,
ailə üzvləri
və yaxın adamları əsir götürüldü, özü
isə güclə qaçıb canını
qurtardı. (Maraqlıdır
ki, Küçümün
son döyüşü Buxara
hakimi II Abdullah xanın
ölüm tarixi ilə üst-üstə düşür. Görünür, şeybani xanı ömrünün son dövründə
artıq Küçüm
xana kömək əli uzatmaq iqtidarında deyilmiş.)
Əbülqazi Bahadır xanın yazdığına görə,
40 illik hökmranlığı
başa çatdıqdan
sonra Buxaraya gedib, ömrünün son
illərini manqıtlar
arasında yaşamış
Küçüm xanın
gözləri də tutulubmuş. Belə bir rəvayət
də var ki, ona Moskvaya
gəlib çar Fyodr İvanoviçin xidmətinə girmək təklif olunsa da Küçüm xan razılıq verməyib. İşğal prosesləri başa
çatdırıldıqdan sonra Sibir əvvəlcə
Kazan Prikazına tabe edilmiş, 1637-ci ildə isə müstəqil Sibir Prikazı təsis olunmuşdu.
Xanlığın nominal süqutuna gəlincə,
bu haqda tarixşünaslıqda iki
fikir var. Hakim qənaət
bundan ibarətdir ki, 1598-ci ildən sonra Sibir taxtına
Küçüm xanın
oğlu Əli keçmiş, 1604-cü ilə
qədər Qərbi Sibir ərazilərini dolaşaraq hakimiyyətini
bərpa etmək üçün yollar və müttəfiqlər
axtarmışdır. 1604-cü
ildə ruslar tərəfindən ələ
keçirilən Əlinin
1612-ci ildə ömrünü
əsirlikdə başa
vurması ilə Sibir xanlığına faktiki olaraq son qoyulmuşdur. Çünki artıq taxta real iddiaçı qalmamışdı.
Belə ki, Küçümün
kiçik oğlu, 12 yaşlı Altanay 1608-ci ildə tutularaq Moskvaya göndərilmişdi.
Əli xanın 1598-ci ildə əsir alınmış oğlu Arslan da rusların əlində idi. (Məlumdur ki,
Arslanı Qasım şəhərinə yerləşdirən
rus çarı hətta 1614-cü ildə
onu Qasımov xanı elan etmişdir.) İkinci versiya
isə V.Trepavlova məxsusdur. Onun fikrincə,
ataman Yermakın ölümündən
sonra Küçüm
xan öz taxtını oğlu Əliyə verib hakimiyyətdən çəkilmiş,
amma elə həmin 1585-ci ildə Əli, taybuğalardan Seyid Əhməd tərəfindən taxtdan
endirilmişdir. Seyid Əhmədin
hakimiyyətinə isə
1587, yaxud 1588-ci ildə
voyevoda D.Çulkovun streletsləri son qoymuş,
onu əsir almış, iskər (Kaşlık) şəhərini
isə yandırıb
külə döndərmişlər.
Hər bir halda XVI əsrin sonlarına doğru Rusiyanın qarşısında
Sibir torpaqlarının
ələ keçirilməsi
üçün heç
bir maneə qalmamışdı. Bundan istifadə edən
ruslar Sibirin dərinliklərinə doğru
sürətlə irəlilədilər
və “Kazan xanlığının
işğalından heç
30 il keçməmiş
Rusiyanın şərq
sərhədlərini bir
həmlədə min kilometrdən
də artıq genişləndirdilər. Təbii sərvətlərinə
görə dünyanın
ən zəngin guşələrindən olan
Sibir ölkəsi çar Rusiyasının hakimiyyəti altına keçdi. 1628-ci ildə türk mənşəli qazax boyları, 1632-ci ildən sonra yakutlar, 1648-ci ildə buryatlar və tunqus-evenklər rus təbəəliyini qəbul etməli oldular. Baykal gölü çevrəsini
də ələ keçirən (1648-1665) ruslar
1689-cu ildə çinlilər
tərəfindən, nəhayət,
dayandırılsalar da
1601-1683-cü illərdə qazanılmış hərbi
uğurlar nəticəsində
əksəriyyəti türk-müsəlman
qövlərinə məxsus
milyonlarla kvadrat kilometrlik geniş bir ərazini işğal etməyə
nail oldular” (A.N.Kurat, Ə.Dəmir).
Çar hökuməti Sibirin təbii sərvətlərini
acgözlüklə mənimsəmiş,
bir çox tükənən ehtiyatlar,
o cümlədən, beynəlxalq
bazarlarda qızıl qiymətinə alınıb-satılan
samur xəzi amansızcasına istismar edilmişdi. Sibir aborigenləri samurun
dərisini zədələməmək
üçün onu oxla vurur, yaxud
da xüsusi tələlərlə tuturdular.
Tobolsk və Taranın salınmasından sonra rus voyevodaları İrtış sahillərində
yaşayan əhali qarşısında yasağı
samur dərisi ilə ödəmək tələbi qoydular.
Bu tələb 18 yaşından
50 yaşına qədər
bütün kişi
əhaliyə aid edilirdi.
Rus hakimiyyəti möhkəmləndikcə
yasağı artırmağa
başladı. Artıq XVII əsrin
əvvəllərində samur
yasağı artıq
Sibir qəzalarında
bu heyvanın təbii artım sürətini üstələmişdi.
Bir çox yerlərdə artıq samur ovlamaq mümkünsüz sayılırdı. 1720-ci illərin sonunda Tara qəzasında yaşayan tatarlar bununla bağlı “yasaq üsyanı”na qalxmıdılar. Nəticədə samurun azaldığı nəzərə alınaraq,
yasağın bəbir,
tülkü, hətta
dələ dərisi ilə ödənilməsinə
də icazə verilmişdi. Əsrin sonlarında
isə çar fərmanı ilə samur ovlanması tamamilə qadağan edilmişdi.
N.MUSTAFA
Davamı növbəti sayda
İki sahil.- 2022.- 1 oktyabr.- S.29.