Musiqi pedaqogikasının
elmi
araşdırmaları
Bəşəri dəyərlərin
zənginləşməsində, cəmiyyətlərin,
insanların formalaşmasında böyük təsiri və
rolu olan pedaqoji biliklərlə bağlı düşüncələr
alimlər tərəfindən təhlil, təsdiq
edilmişdir. Təsadüfi deyil ki, pedaqogika normativ biliklər
sistemi kimi dəyərləndirilir, müstəqil elm, fənn
kimi tədris edilir. İ.Kant, G.V.Hegel, İ.F.Herbart kimi
dünya şöhrətli alimlər mühazirələri
zamanı pedaqogikanı fəlsəfənin ayrılmaz hissəsi
adlandırmışlar. Alman alimləri H.Myunşterberq,
E.Meyman, amerikalı psixoloq U.Ceyms, rus pedaqoqu K.D.Uşinski
pedaqogikanın tədrisinə müstəqil elm kimi diqqət
yetirmişlər.
Bu
baxımdan tam əminliklə demək olar ki, çoxəsrlik
tarixə malik pedaqogika digər elmlərin
qarşılıqlı təsiri və üzvi əlaqəsi
nəticəsində təşəkkül tapmış,
inkişaf edərək zənginləşmişdir. Pedaqogika
varlığı anlayışlar formasında mənimsəyən
elmlərdən biri olduğu üçün
özünün anlayış sisteminin təkmilləşməsinə
həmişə ehtiyac duyulmuşdur.
1950-ci
illərdən etibarən İtaliya, Fransa, ABŞ və digər
ölkələrdə müxtəlif pedaqoqlar birləşərək
pedaqoji dərgilər, toplular, jurnallar çap etdirməyə
başlamışlar. Mütəxəssis kimi, təlim, tərbiyə
və təhsil sahəsində apardıqları tədqiqat
işlərinin nəticələrini həmin informasiya vasitələri
ilə təşviq etmişlər. ABŞ-da U.Adler, U.Foster,
P.Krosser, İngiltərədə B.Saymon, M.Morris, Fransada
R.Harodi, İ.Konyo planlı və məqsədyönlü təsir
göstərməyin zəruriliyini əsaslandıraraq,
demokratik məktəb sistemi uğrunda mübarizənin
metodlarını müəyyənləşdirmiş, icbari təhsilin
müddətinin uzadılmasını tələb etmişlər.
Onların fikrinə görə, uşaqların
imkanlarını, qabiliyyətlərini tərbiyə şəraitindən
ayırmaq və ayrıca nəzərdən keçirmək
qeyri-elmi yoldur.
Azərbaycanın
görkəmli şəxsiyyətlərinin pedaqogika ilə
bağlı fikirləri də maraqlıdır. XI-XII əsrlərdə
Azərbaycanın müdrik filosofları, şairləri və
yazıçıları, elm adamları – Qətran Təbrizi,
Bəhməniyar, Əfzələddin Şirvani, Fizuli, Nizami, Nəsrəddin
Tusi maarifçi-pedaqoq kimi təlim-tərbiyə sahəsində
öz fikirlərini söyləmişlər. Nizami Gəncəvinin
«Xəmsə”»si zəngin pedaqoji ensiklopediya hesab olunur. Şərqdə
və Qərbdə əxlaq elminin banisi kimi tanınmış
Nəsrəddin Tusinin pedaqoji fikirləri «Əxlaqi-Nasir”» əsərində
öz əksini tapmışdır. XII-XIII əsrlərdə
Abbasqulu ağa Bakıxanovun «Nəsihətnamə»”,
«Gülüstani-İrəm»”, «Əxlaqın
saflığı”», «Qanuni-Qüds»” və digər əsərlərində
yüksək əxlaqi keyfiyyətlərdən söz
açılır. Belə bir fikir təsdiqlənir ki,
ağıl və elmdən yaxşı dövlət yoxdur.
Şəxsiyyətin formalaşmasında pedaqogikanın rolunu
yüksək dəyərləndirən M.F.Axundova görə,
tərbiyənin əsas məqsədi kamil insan yetişdirməkdir.
Vaxtilə
fəlsəfənin və sosiologiyanın tərkibində
olan, bir müddətdən sonra isə ondan ayrılan və
zaman ötdükcə müstəqil elmə çevrilən
pedaqogika müxtəlif istiqamətlər üzrə inkişaf
etmiş, şaxələrə ayrılmışdır. Dəyərləri
baxımından mürəkkəb olan bu elm mahiyyət etibarilə
genişdir. Alimlərin etiraf etdikləri kimi, hətta ən dərin
elm belə onun mahiyyətini, əlaqələrini və ifadə
vasitələrini əhatə edə bilməz. Zaman
ötdükcə pedaqogika elmi uzun inkişaf yolu
keçmiş, çoxlu nəzəri və təcrübi
informasiya mənbəyinə çevrilmiş, şaxələnərək
təhsil, təlim, tərbiyə haqqında elmlər sistemi
üzrə formalaşmışdır. İnsanı öyrənən,
onun təhsil-tərbiyə problemlərini tədqiq edən,
praktika üçün tövsiyələr işləyib
hazırlayan pedaqoji elmləri əhatə edən sahələr
arasında ardıcıl, sıx əlaqə vardır.
Azərbaycanda
elmin bu sahəsi ilə bağlı araşdırmaların
formalaşması, musiqi pedaqogikası haqqında təsəvvürlərin
formalaşması daha çox müasir dövrümüz
üçün səciyyəvidir. Bu sahədə
araşdırmalar aparan pedaqoqlar, milli-mənəvi dəyərlərimizdəki
psixoloji fikirləri müəyyən qədər öyrənən
alimlər ali məktəblərdə, kolleclərdə elmin
bu sahəsinin öyrənilməsi üçün həlli
vacib problemlərin tədqiqinə xüsusi diqqətlə
yanaşırlar. Şəxsiyyətin formalaşmasında
musiqi pedaqogikasının əhəmiyyəti baxımından
bu sahəni əhatə edən fənnlərin tədrisinə
artan maraq təbiidir.
Bəllidir
ki, pedaqoji elmlər insanın müxtəlif yaş dövrlərində
təlim-tərbiyə məsələlərinə təsir
göstərir. Yaşa görə pedaqoji elmlərin istiqamətləri
də müxtəlifdir: körpəlik, məktəbəqədər
tərbiyə, məktəb, texniki peşə məktəbi,
orta ixtisas, ali məktəb pedaqogikası üzrə mərhələlərlə
inkişaf edən elmin bu sahəsi insanın düşüncə
tərzini formalaşdırır. Başqa sözlə deyilsə,
pedaqoji elmlərin müəyyən qismi müxtəlif fəaliyyət
sahələri ilə əlaqədardır. Konkret fəaliyyətlə
bağlı pedaqogikanın əhəatə etdiyi sahələr
idman, istehsalat, sosial hərbi, hüquq, mədəni-maarif
işi , musiqi pedaqogikası olmaqla cəmiyyətimizin
bütün sahələrini əhatə edir və
özünəməxsus xarakter vә spesifik
cәhәtlәri ilə fərqlənir. Bu mәnada
musiqi pedaqogikası musiqi tarixi, musiqi nәzәriyyәsi,
ifaçılıq, psixologiya, estetika vә s. ilә dә
әlaqәdardır.
Musiqi insanlara
çox güclü
tәsir bağışlayan emosional
gücә malikdir. Dünyanın
әn mәşhur şairlәri, filosofları,
bәstәkarları musiqiyә hәmişә yüksәk qiymәt vermişlәr: «Hәr hansı bir xalqın müvәffәqiyyәtli inkişafında
üç faktor hәlledici әhәmiyyәtә malikdir. Bunlar hәrf,
not vә rәqәmdir” (V.Hüqo),
«Yaradıcılıq hәyatımı
mәn musiqisiz
tәsәvvür edә
bilmәrәm. Әgәr mәn uşaqlıqdan
musiqini sevmәsәydim, heç vaxt mәşhur rәssam olmazdım” (S.Konenkov), «Mәnim mәqsәdim insanları
musiqi vasitәsilә daha yaxşı etmәkdir” (G.Hendel),
«Musiqi insan hisslәrinin riyaziyyatı, riyaziyyat isә insan tәfәkkürünün musiqisidir” (Silvester),
«Musiqinin mәqsәdi - insanları
yaxşılığa doğru aparmaqdır”
(C.Enesku) kimi müdrik kəlamlar da təsdiqləyir ki, musiqi vasitәsilә tәrbiyә pedaqoqların,
psixoloqların, tәdqiqatçıların, musiqi pedaqogikası sahәsindә çalışan
mütәxәssislәrin yaradıcılıq
obyekti olmuşdur.
Musiqi tәrbiyәsi ilә bağlı
dünyanın әn görkәmli alimlәri tәdqiqatlar aparmış
vә bu sahədə çalışan mütәxәssislәrin diqqәtini cәlb edәn maraqlı
nәticәlәr әldә etmişlәr. Mәktәblilәrin
musiqi vasitәsilә tәrbiyәsindә milli
musiqidәn
istifadә
problemi isә tәdqiqatçıların hər
zaman әsas vә
başlıca mövzularından
olmuşdur. D.Kabalevski 1985-ci ildə Rusiya məktəbləri üçün
musiqi proqramı olan «Tri kita»” adlı proqram tərtib etmişdir.
Azərbaycanın tanınmış
bəstəkarları Oqtay
Rəcəbov və V.Xəlilov bu proqramın məzmunu əsasında marş, mahnı və rəqs janrlarını əhatə edən «3
alma» proqramını hazırlamışlar.”
Bu 3 janrı uşaqlara
öyrətmək və
başqa musiqi növləri ilə yanaşı tədris emək səmərəsini
göstərir.
Pedaqogika
elmləri doktoru,
professor Jalə Qədimovanın
axtarışlarının məhsulu olan 55 məqalə, 2 monoqrafiya,
8 dərslik, dərs vəsaiti və metodiki göstərişlər
tədris müəssisələrində
istifadə olunan dəyərli vasitələrdəndir.
Pedaqoji elmlər namizədi İradə Məmmədovanın
«Musiqi pedaqogikası» adlı kitabında musiqi pedaqogikasının predmeti, nəzəri və texnoloji məsələləri geniş
işıqlandırılıb. Bu dərs vəsaiti
pedaqoji universitet, musiqi kolleci və konservatoriya tələbələri, magistrlar,
aspirantlar və praktiki musiqi müəllimləri üçün
dəyərli tədris
vəsaitidir. Azərbaycanda musiqi pedaqogikasının yaradıcılarından biri
də professor, pedaqogika
elmləri doktoru Sabir Quliyevdir. Azərbaycan məktəblərində bəstəkarlarla
birlikdə bu elmin tədrisinə yenilik gətirən Sabir Quliyevin təcrübəsi öyrənilməkdədir.
Yəni,
respublikamızda gənclərimizin
mənəvi tərbiyəsində
böyük təsir gücünə malik müasir dövrü əhatə edən musiqi pedaqogikası ilə bağlı araşdırmalar davam edir və çox
geniş və əhatəlidir. Musiqi
pedaqogikası sahəsində
bu kimi elmi
araşdırmalar xüsusi
rol oynayır və musiqi sahəsində tədris alan tələbələr
üçün böyük
əhəmiyyət kəsb
edir.
Arzu Süleymanova,
ADPU-nin nəzdində Azərbaycan
Dövlət Pedaqoji Kollecinin
müəllimi
İki sahil.- 2022.- 6 oktyabr.-
S.6.