Heydər Əliyev siyasəti

yaşayır və yaşayacaq!

 

10 oktyabr 1993-cü ildə ilk dəfə Prezident kimi and içən, Azərbaycanın suvenliyini tarixi hadisə adlandıran Ulu Öndər xalqımızın milli sərvəti, nailiyyəti olan müstəqilliyimizin qarantı oldu

 

«Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli ­dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.»

Ümummilli lider Heydər Əliyevin

1993-cü il oktyabrın 10-da keçirilən

andiçmə mərasimindəki nitqindən

 

Azərbaycanın müstəqillik tarixinin Ulu Öndərin həyatı ilə bağlı olduğunu təsdiqləyən tarixi hadisələrin hər biri liderin xalqına, elinə-obasına bağlılıq nümunəsidir. Bu tarixi anları həyatının mənası hesab edən, yaşadan, bir dövlət kimi varlığımızın əbədiliyini qoruyan hadisələr ümumilikdə ulu öndər Heydər Əliyev zəkasının, xilaskarlıq missiyasının təzahürüdür.

1993-cü ilin 4 iyununda baş verən Gəncə hadisələri Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb, faciəli dövrü kimi tarixə yazıldı. Ermənistanın torpaqlarımıza təcavüzü ilə başlanan xaos, o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyindən ölkədə yaranan qarşıdurmalar Azərbaycanı parçalanmaq təhlükəsi ilə üzləşdirdi. Respublikanın düşdüyü ağır siyasi- iqtisadi, sosial, mənəvi böhran daha da dərinləşərək demək olar ki, son həddə çatmışdı. Daxili sabitlik pozulmuş, ayrı-ayrı qüvvələrin qarşıdurması, cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq planlarını həyata keçirmək niyyətləri vəziyyəti daha da ağırlaşdırmışdı. Gəncə hadisələrinin qarşısını almaqda aciz olan o zamankı səbatsız rəhbərlər ulu öndər Heydər Əliyevə müraciət etməyə məcbur qaldılar. Xalqın tələbi ilə 9 iyunda Bakıya qayıdan, həmin ayın 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayan,1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində milyonların etimadını qazanan ulu öndər Heydər Əliyev 10 oktyabr 1993-cü ildə dövlət başçısı kimi and içərək müstəqilliyimizin əbədiliyi naminə üzərinə düşən vəzifələri yerinə yetirəcəyini bildirdi.

Ulu Öndərin siyasi hakimiyyətə qayıdışını xilaskarlıq missiyasının başlanğıcı adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, həmin tarixdən sonra ölkəmizdə çox ciddi islahatlar aparıldı: «Bütün xoşagəlməz halların ­qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildibu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu günsadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq.»

«And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında , dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam» söyləməklə qarşıda duran vəzifələrin çətinliyindən qorxmayaraq respublikamızın qüdrətli ölkələr sırasında yer alması üçün əlindən gələni əsirgəməyəcəyini bildirən, xalqımızın ümidini, etimadını doğruldan Ulu Öndərin üzərinə götürdüyü vəzifə heç bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi qədər çətin, mürəkkəb, unikal idi. Andiçmə mərasimində ömrünün qalan hissəsini də xalqına həsr edəcəyini söyləyən ulu öndər Heydər Əliyev Ümummilli Lider adını qazanmaqla bu andına daim sadiq qaldı.

 Hakimiyyətə gəldiyi ilk gündən müharibə şəraitində yaşayan ölkəmizdə müdafiə və ordu quruculuğuna xüsusi diqqətlə yanaşan Ulu Öndər eyni zamanda, sülhpərvər diplomatik yanaşmaya üstünlük verərək artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün bütün vasitələrdən istifadə edirdi. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan, mürəkkəb bir dövrdə xalqın xidmətində dayanan, siyasi iradəsini, qətiyyətini, dövlətçilik təcrübəsini və bacarığını səfərbər edən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli özünüdərkini formalaşdırmaqla milli birlik və həmrəyliyimizin dövlətçilik ideyasının hərəkətverici qüvvəsinə çevrilməsi üçün münbit zəmin yaratdı. Respublikanın iqtisadi böhrandan çıxması üçün bazar iqtisadiyyatı yolu ilə dünyaya inteqrasiyanı Azərbaycanın gələcəyi üçün düzgün yol kimi, müəyyənləşdirən müdrik şəxsiyyət Heydər Əliyev aqrar islahatların həyata keçirilməsini də prioritet kimi qarşıya qoydu. Müstəqil dövlətimizin demokratik, hüquqi dövlət kimi, dünya sivilizasiyasına inteqrasiyası üçün Azərbaycan brendi olan multikulturalizmin əsasını müəyyənləşdirən, çoxmillətli ölkə olan respublikamızda vətəndaş həmrəyliyini möhkəmləndirən Ulu Öndər bildirirdi ki, dinimilli mənsubiyyətindən asılı olmayaraq, respublikmızın bütün vətəndaşları eyni hüquqa malikdirlər. Azərbaycanın dünyanın siyasi, iqtisadi sistemində layiqli yer tutması üçün ölkəmizin daxilixarici siyasətini düşünülmüş konsepsiya əsasında müəyyənləşdirib, inkişaf etdirən müdrik şəxsiyyət iqtisadi tərəqqimizi şərtləndirən neft strategiyasına əsaslanan «Əsrin müqaviləsi»ni reallaşdırmaqla Azərbaycana investisiya axınının təməlini qoydu. Bu müqavilənin imzalanmasını respublikamızın iqtisadi böhrandan çıxış yolu hesab edən ulu öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli şəraitdə yerləşən Azərbaycanın iqtisadi-sosial, elmi- texniki potensialını da bu təməl üzərində formalaşdırdı. Ölkəmizin iqtisadi tərəqqisinə yönəldilən islahat və layihələrin həlli üçün sərmayə mühiti yaratdı. Dünyaya sübut etdi ki, biz tərəfdaşlarımızla bərabərlik əsasında əməkdaşlıq etməyi bacarırıq və neft strategiyasını həyata keçirən Azərbaycanın zəngin enerji resursları, bacarıqlı, təcrübəli kadr potensialı vardır. «Əsrin kontraktı»nın bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərlərinin istifadəyə verilməsi ilə bu gün dünyanın enerji xəritəsini yeniləyən Cənub Qaz Dəhlizinə, TANAP-a, TAP-a da yol açdı. İndi tam əminliklə demək olar ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrinə artan marağın əsasında da Ulu Öndərin müəllifi olduğu «Əsrin müqaviləsi», müdrik və uzaqgörən siyasət dayanır. Bu gün Azərbaycan enerji resursları ilə Avropa qitəsi ölkələrinin yanacağa tələbatının 30 faizini təmin edirsə, bu nailiyyət Ulu Öndərin hazırladığı neft strategiyasının uğurudur. Enerji layihələrinin alternativ, şaxələndirmə prinsipinə uyğun həyata keçirilməsində maraqlı olan Azərbaycan bu strategiyanın tətbiqi nəticəsində dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi kimi maraq doğurur.

Müasir Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkədə yaranan siyasi-iqtisadi sabitlikrespublikada tərəqqi, inkişaf dövrü başladı. Bütün dünyaya, İslam aləminə azərbaycançılıq ideologiyası, fəlsəfəsi təqdim olundu, milli ruh daxili siyasətimizin ideoloji əsası kimi təkmilləşdirildi. Müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinə təhlükə yaradan pərdəarxası oyunlara, siyasi anarxiyaekstremist hallara son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu quruculuğu istiqamətində önəmli islahatlar aparıldı. Azərbaycanda dövlət quruculuğunun təşmilləşdirilməsi ilə sağlam cəmiyyət formalaşdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqla birliyi sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindəndir.

Andiçmə zamanı söylədiyi nitqində Azərbaycanın yalnız demokratik dəyərələrə sadiq qalacağını bildirən Ulu Öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etdirildi. Onun fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Çoxpartiyalılıq prinsipini dəstəkləməklə ölkədə söz, mətbuat azadlığını təmin edən, plüralizmin vacibliyini qeyd edən humanizm prinsiplərinə sadiq Ulu Öndərin müstəqil mətbuatın inkişafında göstərdiyi xidmətlər də əvəzsizdir.

Ümummilli lider Heydər Əliyevin yaratdığı, artıq 30 illiyi qeyd olunan Yeni Azərbaycan Partiyasının yeritdiyi siyasət milyonlar tərəfindən dəstəklənir. Azərbaycanda həqiqi demokratiyanın inkişafı üçün daha geniş imkanlar yaranıb. Seçki sistemləri təkmilləşdirilib. Bu, bir həqiqətdir ki, inkişaf etmiş Azərbaycanın hər bir vətəndaşının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bunu «Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq» sözləri də təsdiqləyir. Ulu Öndər daim yaşayan müasirimiz , müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını qoyan dahi, böyük dövlət xadimi, müdrik insandır.

Azərbaycanın müstəqilliyi, xalqımızın daha xoşbəxt yaşaması üçün Ulu Öndərin xidmətlərini yüksək dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz bu siyasət nəticəsində Azərbaycan qısa zamanda dünya birliyində etibarlı, qüdrətli dövlət kimi, tanındı, tərəfdaşlarının sayı artdı. Müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən dövlət kimi, təqdim olunan, iqtisadi, siyasi islahatların paralel aparıldığı ölkəmiz müdafiə qüdrəti ilə də dünyada önəmli yerlərdə qərarlaşır.

Neft strategiyasının tətbiqi ilə qazanılan uğurlarımızın təməlində bilavasitə ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin dayandığını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistan üzərində Qələbəmizdə də ulu öndər Heydər Əliyevin xidmətləri vardır.

Ermənistanın işğalından azad edilən torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, həyata keçirilən layihələrlə, islahatlarla Ümummilli Liderin arzularını gerçəkləşdirən Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin beynəlxalq aləmdə dəstəklənməsi də göstərir ki, ulu öndər Heydər Əliyevin siyasəti yaşayır və əbədi yaşayacaq.”

Ulu öndər Heydər Əliyev dünya siyasətində özünəməxsus yerinüfuzu olan mütəfəkkir xadim kimi canından artıq sevdiyi Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi üçün mümkün olan hər şeyi etdi, ölkəmizin bir çoxlarına nümunə ola biləcək yeni nəsil dövlət modelinin əsasını qoydu. Bu gün Heydər Əliyevin siyasi varisi, Onun müəllifi olduğu dövlətçilik modelini inkişaf etdirən İlham Əliyev dövlət başçısı, lider kimi siyasi meydanda tək deyil. Heydər Əliyevin dövründə olduğu kimi, xalq öz lideri İlham Əliyevin yürütdüyü siyasətin, ölkədə gedən ictimai-siyasisosial-iqtisadi proseslərin bərabərhüquqlu iştirakçısıdır. Liderlə xalqımızı birləşdirən isə Ulu Öndərin müəyyənləşdirdiyi yol, onun əsasında dayanan azərbaycançılıq ideologiyasıdır. Ona görə də müasir Azərbaycanın müstəqillik dövrünün yeni mərhələsinin başlanmasının əsasını qoyduğuna görə ümummilli lider Heydər Əliyev və xalqımızın müdrikliyinə minnətdar olmalıyıq. Çünki xalqımız Onu dövlət başçısı, Lider olaraq seçdi, Ona dəstək oldubu günPrezident İlham Əliyevin siyasətini dəstəkləyib, Onun ətrafında sıx birləşməklə bu yolla inamla irəliləyir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 8 oktyabr.- S.6.