Erməni vəhşiliyi: Kütləvi

məzarlıqlar, narahat ruhlar

 

Erməni vəhşilərinin azərbaycanlılara qarşı törətdikləri biri-birindən dəhşətli cinayətlər bu toplumun genindən qaynaqlanan xarakterik xüsusiyyətidir. Son iki əsrdə azərbaycanlılara qarşı soyqırımlar törədən, tökdükləri qandan doymayan, əməllərini 30 il işğal altında saxladıqları torpaqlarımızda daha qəddarcasına davam etdirən daşnakların bəşəriyyət tarixində görünməyən cinayətləri insanlıq tarixinə yazılan qanlı səhifələrdəndir.

Erməni faşistlərinin təkcə Xocalıda törətdikləri soyqırımı heç bir qətliam, faciə ilə müqayisə olunmayacaq dərəcədə dəhşətli idi. Əsrlərdən bəri nifrətlə bəslənmiş ürəklərində türklərə qarşı kini, düşmən münasibəti hər məqamda bildirən bu vəhşi toplumun həyata keçirdiyi etnik təmizləmə siyasətinin məqsəd və məramı yaş fərqini nəzərə almadan azərbaycanlı olduqları üçün hamını kütləvi surətdə qətlə yetirməkdir.

1988-ci ildən başlanan, artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ildə daha da vəhşiləşərək işğal etdikləri Azərbaycan torpaqlarında genişmiqyaslı qətliamlar törədən daşnak tör-töküntüləri gorbagor babaları Andranikin əməllərini təkrarlayıblar. Birinci Qarabağ müharibəsində vəhşicəsinə qətlə yetirdikləri hərbi, mülki azərbaycanlıları kütləvi məzarlıqlarda basdıran bu vəhşi toplumun qanlı əməllərinə dünya ictimaiyyəti hər zaman biganə qalaraq bir dəfə də olsun münasibət bildirməyib. Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Ağdaban, Başlıbel, kəndlərində, «Tunel”» adlanan ərazisində, Şuşanın Daşaltı kəndində törətdikləri cinayətlərin izləri indi aşkarlanır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqlarda basdırılan azərbaycanlıların amansızlıqla qətlə yetirildikləri bəlli olur. Ermənistanla sərhəd olan Qazax rayonunun Bağanis Ayrım kəndində qudurmuş erməni silahlılarının törətdikləri vəhşilik, diri-diri yandırılan insanların külə dönmüş cəsədləri tarixdə görünməyən cinayət idi. Faşist ermənilərin genişmiqyaslı hücumu nəticəsində işğal olunan Bağanis Ayrım kəndində 100-dən çox ev talan edilmiş, tamamilə yandırılmışdır. Strateji əhəmiyyətli İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşən bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndlərinin sakinləri də eyni taleyi yaşamışlar.

 Girovluqdan azad edilən mülki azərbaycanlıların erməni əsirliyində qaldıqları müddətdə çəkdikləri əzablar, üzləşdikləri işgəncələr barədə söylədikləri qan donduran sözlər heç bir müharibədə, heç bir xalqa münasibətdə görünməyən vəhşilik nümunəsidir.

Erməni cəlladlarının insanlıq əleyhinə törətdikləri ən ağır cinayətin izi bu günlərdə Edilli kəndində aşkarlanıb. Hələ bundan əvvəl-bu ilin fevralında bu kənddə Birinci Qarabağ müharibəsi zamanı erməni qaniçənləri tərəfindən əsir götürülmüş və işgəncələrə məruz qalaraq öldürülmüş 25 Azərbaycan hərbçisinin basdırıldığı kütləvi məzarlığı tapılmışdı. Ermənilər bu kənddən həbs düşərgəsi kimi də istifadə etmişlər. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozaraq hər cür cinayətlərə əl atmışlar.

Bəllidir ki, erməni vəhşiliyini təsdiqləyən Edilli məzarlığı sonuncu olmayacaq. 30 il işğal altında saxladıqları şəhər və kəndlərimizi dağıdaraq məzarlığa, viran qoyaraq xarabalıqlara çevirən ermənilərin törətdikləri cinayətlərin izlərinin bundan sonra da aşkarlanması gözləniləndir. Bütün bunlar öz yerində.

Qəribəsi budur ki, 30 ilə yaxın müddətdə separatçı rejimin yaratdığı olan «Dağlıq Qarabağ münaqişəsi»nin sülh yolu ilə həlli etməli olan, lakin vəzifəsini unudaraq yaradılan, bölgəyə turist kimi, bölgəyə səfərlər edən Minsk qrupunun həmsədrləri erməni faşistlərinin törətdikləri cinayətlərdən «xəbərsiz» olmuşlar. Münaqişəni aradan qaldırmaqdan çox istirahət etmək üçün bölgəyə səfərlər edən Minsk qrupu həmsədrlərinin ermənipərəst mövqeyini tənqid edən Prezident İlham Əliyevin vurğuladığı kimi, təqaüdə göndərilən bu «üçlüyün» məqsədi separatçılığı dəstəkləmək, ermənilərin planlarının baş tutması üçün vaxtı uzatmaq olub.

 

Azərbaycanın işğal olunmuş ərazilərində minalar basdırmaqda düşmənə kömək göstərən, keçilməz istehkamlar tikən, erməni quldurlarını silahlandıran Fransa İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə ermənilərə açıq-aşkar dəstək verirdi. Azərbaycanın Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra da eyni mövqeyini davam etdirir. Forpostu ilə uzun illər üçün hərbi əməkdaşlıq sahəsində müqavilə imzalayan Rusiya demək olar ki, işğalçının daxili və xarici siyasətini, müdafiə məsələlərini də idarə edir. Cənubi Qafqazda mövqe üstünlüyü qazanmaq üçün separatçılara yardımlar göstərən ABŞ hələ də havadarlıq etdiyi ermənilərə nensi nənələri vasitəsilə dəstək göstərir, bölgədə sülhün bərpasına çalışmaq əvəzinə sabitliyin pozulması üçün katalizator rolunu oynayan, danışıqlara müxtəlif vasitələrlə əngəl olan, faşist ideologiyasına sadiq qalan erməniləri sülh sazişini imzalamaqdan çəkindirən Minsk qrupunun ermənilərə dayılıq dövrü arxada qaldı. Minsk qrupunda təmsil olunan bu üç həmsədr ölkə tərəfindən ermənilərə verilən silahlarla qətlə yetirilən, kütləvi məzarlıqlarda ruhları rahatlıq tapmayan hərbi, mülki azərbaycanlılar üçün «timsahın göz yaşları kimi kədərlənən», guya müharibə qurbanlarının «taleyinə acıyan» bu qrupa artıq ehtiyac yoxdur.

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda «Dayanıqlı İnkişaf Məqsədləri» və «Yeni Şəhər Gündəliyi – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi» mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında da Minsk qrup ilə bağlı fikirlərini iştirakçılara çatdıran Prezident İlham Əliyev növbəti dəfə bu artıq bu «üçlüyə» ehtiyac qalmadığını bildirdi.

Ölkəmizə gələn qonaqların, Forum iştirakçılarının şahidi olduqları dağıntılar, yerlə- yeksan olan şəhər və kəndlərimiz Minsk qrupu həmsədrlərinin gözləri qarşısında törədilmişdir. İşğal altında saxladıqları Azərbaycan ərazilərində ermənilərin qəddarcasına törətdikləri siyasi, hərbi cinayətlərə, ekoloji, mədəni terrorlara loyal münasibət bəsləyən bu «üçlük» başqa ölkələrdən gətirilmiş ermənilərin Azərbaycan ərazisində qanunsuz məskunlaşdırılmasına da şərait yaradıblar. Minsk qrupunu yenidən canlandırmağa çalışanlar ilk növbədə erməni faşistlərinin qurbanı olan kütləvi məzarlıqlarda yatan dinc azərbaycanlıların qətli üçün məsuliyyət daşımalıdırlar.

Təcavüzkar ilə təcavüzun qurbanları arasında balans yaratmağa çalışan Minsk qrupu kimi, digər beynəlxalq təşkilatlar da artıq ikili standartlardan əl çəkməlidirlər. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran, öz gücünə beynəlxalq hüququ bərpa edən, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirən icra edən Azərbaycanın hərdəmxəyal həmsədrlərə ehtiyacı yoxdur.

Bu məqamda erməni əsilli Fransa jurnalisti Berain Siracyanın «Hücumdan əvvəl» məqaləsində yazdığı: «Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim… Ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik» sözlərini xatırladaq. Doğrudan da, əgər Ermənistan sabah var olmaq istəyirsə Azərbaycan tərəfindən təklif olunan sülh sazişini imzalamaqdan başqa çarəsi olmadığını anlamalıdır. Necə deyərlər, hər gün bir budağa qonan quşun yuvası olmaz.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 11 oktyabr.- S.7.