Narkomaniya ilə mübarizə ümumxalq işi olmalıdır

 

 

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə düşən bəndlərinin və Xidmət rəisinin bu sahə ilə bağlı olan əmr və göstərişlərinin icrasının mütəşəkkil təmin edilməsi qarşıya qoyulan vəzifələrdəndir.

Müzəffər Ordumuzun dünyada artan nüfuzunun dayanıqlığının təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizin sülh dövründə sağlam, vətənpərvər ruhlu gənclərlə keyfiyyətli komplektləşdirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində prioritet təşkil edir. Bununla əlaqədar Xidmət tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qəbulunun erkən aşkar edilməsi, qarşısının alınması, sağlam həyat tərzinin təbliği işinin genişləndirilməsi, cəmiyyətə, çağırışçıların sağlamlığına ziyanı barədə təbliğat işinin aparılması daim nəzarətdə saxlanılır və bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu arasında gənc nəslin vətənpərvərlik tərbiyəsi işinə dair əməkdaşlıq haqqında Dövlət Xidməti tərəfindən hazırlanmış Anlaşma Memorandumunun layihəsində narkomaniya ilə mübarizə məqsədilə effektiv təbliğat metodlarının tətbiqi üçün aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birgə səmərəli fəaliyyətin təmin olunması da əksini tapmışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin və Azərbaycan Gənclər Fondunun nümayəndələrinin iştirakı ilə respublikanın ümumtəhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri üçün keçirilən vebinarlarda, eləcə də “Çağırışaqədərki hazırlıq” dərslərinin tədrisinin başa çatması münasibətilə bir sıra məktəblərdə keçirilmiş hərbi idman bayramlarında dövlətçiliyə faydalı gəncliyin yetişdirilməsi istiqamətində vəzifə borcu olaraq ilkin hərbi biliklərin keyfiyyətli tədrisinin vacibliyi və təhsilverənlərin pedaqoji fəaliyyətində peşə məsuliyyətindən irəli gələn tələblərin təmin olunması diqqətə çatdırılır, gənclərin sağlamlığa ziyanlı vasitələrə aludəçiliyinin qarşısının alınması və zərərli vərdişlərdən uzaq saxlanılmasının mühümlüyü qeyd olunur.

İl ərzində ilkin hərbi qeydiyyata alınmalı olan çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışa cəlb edilmiş çağırışçıların hərbi xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə Xidmətin yerli struktur bölmələri tərəfindən dövlət tibb müəssisələrindən – psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniyaya, narkotikpsixotrop maddələrdən sui-istifadəyə, insan immun çatışmazlığı virusu ilə yoluxmaya görə qeydiyyatı, diaqnozu və nəzarətdə olub-olmaması, həmçinin daxili işlər orqanlarından - narkotik vasitələrdən, psixotrop maddələrdən, alkoqoldantibbi preparatlardan qeyri-tibbi məqsədlərlə istifadəyə görə qeydiyyatda olub-olmaması haqqında məlumatlar alınır. Əldə olunmuş məlumatlar üzrə aşkar olunmuş faktlarla bağlı çağırışçılar və onların valideynləri ilə müvafiq söhbətlər aparılır, həmçinin tibbi şəhadətləndirilmə zamanı narkotikpsixotrop maddələrdən istifadə ilə bağlı şübhə doğuran çağırışçılar müəyyən olunaraq tibb müəssisələrinə əlavə tibbi müayinəyə göndərilirlər.

Eyni zamanda, xidmət rəisinin 2022-ci il 20 aprel tarixli göstərişinə əsasən, Xidmətin yerli struktur bölmələri tərəfindən hər növbəti çağırışa cəlb olunmuş və barələrində müddətli həqiqi hərbi xidmətə göndərilmələrinə dair qərar verilmiş bütün çağırışçıların mənəvi-psixoloji və fiziki cəhətdən tam sağlam şəkildə hərbi hissələrə təhvil verilməsinin təmin edilməsi məqsədilə onların ərazi vahidi üzrə narkoloji tibb müəssisələrində qeydiyyatda olub-olmaması ilə bağlı aidiyyəti üzrə sorğuların göndərilməsi həyata keçirilirişin gedişatı nəzarətdə saxlanılır.

Xidmət rəisinin 2020-ci il 03 mart tarixli göstərişinin icrası çərçivəsində vətəndaşların mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi, onların xarici yad təsirlərə məruz qalma durumunun araşdırılması məqsədilə rayon (şəhər) çağırış komissiyalarının işində psixoloqların iştirakının təmin olunması ilə bağlı təlimat verilir və göstərişin tələblərinə uyğun olaraq, aparılmış işlərlə bağlı yerli struktur bölmələr tərəfindən mütəmadi olaraq hesabatlar toplanılır.

Narkomaniyanın, özünükəsmələrin, bədənlərində döymələrin edilməsinin qarşısının alınması və sağlam həyat tərzinin təbliği məqsədilə orta ümumtəhsil müəssisələrində məşğələlər keçirilir, bu mövzularda maarifləndirici mühazirələr oxunur, eləcə də Xidmətin struktur bölmələrinin yerləşdikləri ərazidə, inzibati binalarda, hərbi həkim komissiyasının otaqlarında narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və şüarlar əks olunan lövhələr quraşdırılır.

Xidmətin Kadrlarkadr hazırlığı baş idarəsi tərəfindən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə, dövlət qulluğunamülki işə qəbulu zamanı, onların arasında narkotik vasitə və psixotrop maddə istifadəçilərinin olub-olmaması yoxlanılır (Xidmətin Mərkəzi hərbi-həkim komissiyasında və qeydiyyatda olduqları ərazi üzrə dövlət səhiyyə müəssisələrində) və hal-hazıradək heç bir neqativ hal aşkar edilməmişdir.

Həmçinin 06.06.2022-ci il tarixdə Xidmət rəisi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 2022-ci il ərzində qurumun yerli struktur bölmələrində şəxsi heyət arasında narkotik vasitələrin, psixotrop maddələrin və onun prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə maarifləndirmə tədbirləri keçirilməkdədir. Belə ki, Xidmətin 48 struktur bölməsində bu tədbir keçirilmiş, 27 struktur bölməsində isə keçirilməsi davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə fəaliyyət effektivliyinin artırılması ilə bağlı aidiyyəti qurumlarla birgə istənilən praqmatik fəaliyyətə hazırdır və Xidmət tərəfindən  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın aidiyyəti bəndlərinin icrasının təmin edilməsi üçün fəaliyyətin artırılması barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına əlavə rəy və təkliflər təqdim edilmişdir.

 

Rəşad Əliyev,

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının zabiti, baş leytenant

 

İki sahil.- 2022.- 3 sentyabr.- S.25.